Məhkəmə qərarları › İş №2-1(102)-2431/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2431/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2431/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar ötürülməsi. sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitas iya Agentliyinə qarşı güzəştli avtomobilin verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-955/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun birinci qrup əlil kimi hal-hazırkı vəziyyətini nəzərə alaraq əlillər üçün nəzərdə tutulan minik avtomobilinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-181/2020 nömrəli qərarı ilə (hakim: N.İ.Abıyev) iddia rədd edilmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamış, imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

4. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-955/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: N.Ş.Cəfərov və V.M.Məmmədov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəmə sinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-181/2020 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı və ya dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciəti və cavabdeh inzibati orqan tərəfindən imtinaedici cavab məktubu iş materiallarında mövcud deyildir. Həmçinin, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi ona güzəştli avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olsa da, iddiaçı güzəştli avtomobil dedikdə, nəyin nəzərdə tutulduğu aydınlaşdırılmamışdır.

7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına d air ərizə vermişdir. İddiaçı ərizəsində birinci qrup əlil olmasını nəzərə alaraq prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə tərkibi hesab edir ki, ərizə əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

10. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində verilməsi təsbit olunmuşdur.

11. İş materiallarından görünür ki, iddiaçı kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-955/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və C.A.Yusifov) vəsatət təmin edilmiş, iddiaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-955/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmiş, həmin qərarda d icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir. İddiaçıya hüquqi yardım göstərilməsi üçün 24 iyun 2021-ci il tarixdə Vəkil order yazılmışdır. İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 09 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

12. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. Ərizəçi və onun vəkili də prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər.

13. Göründüyü kimi, iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkilə order 24 iyun 2021-ci il tarixdə yazılmasına baxmayaraq, kassasiya şikayə ti 09 iyul 2021-ci il tarixdə, yəni 10 gündən artıq müddət keçdikdən sonra apelyasiya instansiyası məhkəməsinin dəftərxanasına təqdim edilmişdir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.

14. İddiaçı ərizəsində kassasiya şikayəti verilməsi müddətini ötürülməsinin üzrlü səbəbi kimi birinci qrup əlil olduğunu göstərmişdir.

15. Məhkəmə tərkibinin mövqeyinə görə, qeyd edilən hal, şikayət verilməsi müddətinin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, iddiaçı 01.04.2015-ci il tarixdən birinci qrup əlildir.( səh 81) Yəni, iddiaçıya birinci qrup əlillik təyin edildikdə n sonra o, ən azı apelyasiya şikayətini vaxtında vermişdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

17. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin əlil olması faktı özü-özlüyündə prosessual müddətlərin ötürülməsinin üzrlü səbəbi kimi qiymətləndiril ə bilməz. Əlillik, müəyyən prosessual hərəkətlərin vaxtında yerinə yetirilməsinə maneə törətdiyi və ya məhdudiyyət yaratdığı halda müddətin ötürülməsinin üzürlü səbəbi kimi qəbul edilə bilər. Hazırkı halda isə iddiaçının əlililliyinin ona vaxtında şikayət verilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratmasına dair heç bir sübut yoxdur. İddiaçı da bu barədə heç bir dəlil irəli sürməmişdir.

18. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

19. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2-1(103)-955/2021 nömrəli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar