Məhkəmə qərarları › İş №2-1(102)-2431/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2431/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2431/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17.11.2023 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-792/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

2. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının xx.xx.2022-ci il tarixli, 313 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizənizə baxılmışdır. Bildiririk ki, müraciətinizin təmin edilməsi üçün hüquqi əsas yoxdur.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vaxtında şifahi müsahibə mərhələsinə buraxılmaması səbəbindən ona dəyən mənəvi ziyana görə cavabdehdən 150.000 (yüz əlli min) manat təzminat ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 fevral 2022-ci il tarixdə kollegiya sədrinə rəsmi ərizə göndərərək qeyd etmişdir ki, məlum olduğu kimi 05 mart 2021-ci il tarixdə X2 keçirilən vəkilliyə namizədlərin test imtahanında 59 (əlli doqquz) bal toplamışdır. Ona verilmiş balın nəticəsindən narazı qaldığından X3 Apellyasiya şikayəti təqdim etmişdir. X5 (DİM) tərəfindən iddiaçıya 2 dəfə rəsmi cavab verilmişdir ki, guya cavabları iddiaçı düz tapmamış, ekspertlər təkrarən cavabları ekspertizadan keçirmiş olduqdan sonra yenə öz mövqelərində qalmışlar ki, iddiaçı əsassız apellyasiya şikayəti vermişdir. İddiaçı Kollegiyaya bu ərizədən əlavə bir ərizə də ünvanlamışdır ki, test imta hanından sonra stress və mənəvi sarsıntılar keçirmiş olduğuna görə Kollegiya tərəfindən ona 100.000 (yüz min) manat təzminat ödənilməlidir. 08 fevral 2022-ci il tarixli ərizəsində isə başlığından da göründüyü kimi tezliklə şifahi müsahibədən keçmək üçün şərait, şifahi müsahibə qurtardıqdan sonra dərhal ixtisas komissiyasının rəyinin elan olunması, həmin rəylə əlaqədar rəsmi arayışın təqdim edilməsini xahiş etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərindən iddiaçı şifahi müsahibəyə buraxılmasına müraciət etsə də, təəssüflər olsun ki, müsbət cavab verilməmişdir. 100.000 (yüz min) manat iddiaçıya təzminat ödənilməsinə dair ərizəsində də qeyd etmişdir ki, hətta dəqiq məlumat çatdırılmışdır ki, şifahi müsahibədən uğurla keçməyinə baxmayaraq onu qəbul etməyəcəklər. Bu məlumatlar bir neçə mötəbə r mənbələrdən də çatdırılmışdır. Bu məlumatlar və Kollegiya tərəfindən edilmiş hərəkətlər iddiaçıda ruh düşkünlüyü yaratmışdır. Həmin ərizəsində qeyd etmişdir ki, ola bilər ki, Kollegiyanın bu hərəkətinə görə iddiaçı şifahi müsahibəni uğurla keçməyə bilərdi. Bir sözlə, iddiaçı tezliklə şifahi müsahibədən keçməsə, ixtisas komissiyasının rəyi şifahi müsabiqədən dərhal sonra elan edilməsə, ixtisas komissiyasının rəyi ilə əlaqədar ona rəsmi arayış verilməsə iddiaçı bu hərəkətlə əlaqədar da əlavə olaraq 100000 (yüz min) manat təzminat tələb edəcəkdir. Həmin ərizənin sonunda iddiaçının tezliklə şifahi müsahibədən keçməyi üçün, şifahi müsahibədən keçdikdən dərhal sonra ixtisas komissiyasının rəyinin elan edilməsinə, ixtisas komissiyasının rəyi ilə əlaqədar rəsmi arayışı təqdim etməyi tələb etmişd ir. Lakin çox təəssüflər olsun ki, Kollegiya sədrinin müavini olmuş Aydın Axundovun iddiaçıya ünvanlamış olduğu 240-cı saylı 16 fevral 2022ci il tarixli cavabında iddiaçı tərəfindən qoyulan suallara, iradlara dolğun cavab verməkdənsə, cəmi bir cümlə şifahi müsahibəyə buraxılacağı qeyd edilmişdir. Daha orada tezliklə, hansı tarixdə şifahi müsahibəyə buraxılacağına, müsabiqədən keçdikdən dərhal sonra ixtisas komissiyasının rəyinin elan olunacağına, ixtisas komissiyasının rəyi ilə əlaqədar elandan sonra rəsmi arayışın təqdim ediləcəyinə dair qəsdən, bilərəkdən fikir bildirilməmişdir. Bu hal isə qanunsuz olmaqla yanaşı, iddiaçıda növbəti dəfə sarsıntı, mənəvi iztirab yaşadılmış olmasına şərait yaratmışdır. Halbuki, 23 fevral 2022-ci il tarixində məlum olmuşdur ki, cavabdeh 12 nəfəri şifahi m üsahibəyə buraxmışdır. Onların arasında iddiaçının adı, soyadı yox idi. Elə bu səbəblərdəndir ki, iddiaçı 150.000 (yüz əlli min) manat təzminat da ödənilməsini Kollegiyadan tələb edir. 25 fevral 2022-ci il tarixdə hazırladığı və həmin günü poçtla sifarişli-xəbərnaməli məktubla göndərdiyi ərizəsini cavabdeh 01 mart 2022-ci il tarixdə almışdır. Lakin iddiaçıya uzun müddət cavab verilməmişdir. Nəhayət 18 aprel 2022-ci il tarixdə rəsmi ərizə ilə ona cavabın göndərilməsi barədə sübutun təqdim edilməsini tələb etdikdə sübut edə bilmədiklərindən (çünki əslində heç bir cavab verilməmişdir) məcbur olub özlərində saxlamış olduqları 313-cü saylı 09 mart 2022-ci il tarixində hazırlanmış cavabın kserosurətini təsdiq edib iddiaçıya təqdim etmişlər. Yəni, cavabdeh qəsdən, bilərəkdən, ən əsası da iddiaçıy a mənəvi təzyiq göstərmiş olmağa çalışdığı üçün iddiaçını vaxtında şifahi müsahibə mərhələsinə buraxmamağa çalışmaqla ona mənəvi ziyan vurmuşdur. Necə ki, iddiaçı əgər vaxtında şifahi müsahibə mərhələsində iştirak etsəydi, sarsıntı keçirməzdi, həmin mərhələni, həmçinin kursu da keçib, vəkil kimi fəaliyyətə başlayardı. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2022-ci il tarixli Plenumunun Qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Plenumunun 7 nömrəli Qərarının 2-ci bəndi, Avropa Məhkəməsinin Varnava və digərləri Türkiyəyə qarşı, Luluyev və digərləri Rusiyaya qarşı, Maksimov Rusiyaya qarşı iş üzrə qərarlarındakı hüquqi mövqeyə istinad etmişdir. Hesab edir ki, cavabdehin iddiaçıya vəkilliyə namizədlər üçün vaxtında şifahi müsahibə mərhələsində iştirak etməyinə qəsdən maneçilik törətmiş olması, şifahi müsahibə mərhələsinə 3 gün qalmış (12 mart 2022-ci il tarixində axşam məlumat verilmiş, şifahi müsahibə isə 15 mart 2022-ci il tarixində keçirilmişdir) məlumat vermiş olmaqla iddiaçıya mənəvi ziyanın vurulmasını bir daha sübuta yetirir. Cavabdehin maddi durumu da yüksək olduğundan iddiaçıya 150000 (yüz əlli min) manat pul ödənilməlidir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının vaxtında şifahi müsahibə mərhələsinə buraxılmaması səbəbindən cavabdehin hər hansı qanunsuz hərəkəti nə ticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən mənəvi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul e dilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-792/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər C.Yusifov sədrlik edən və məruzəçi, K.Əkbərov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2002-ci il 31 may tarixli Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarı, “İnzibati icraat haqqında” Qanunun 89.1, 89.2 və Mülki Məcəlləsinin 23.1, 1096.1, 1096.2-ci maddələrinə istinad etmişdir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən çıxarılmış qərarın beşinci vərəqinin üçüncü və beşinci abzaslarında qeyd edilmişdir ki, iddiaçı mənəvi ziyan çəkməyi haqda heç bir sübut təqdim edə bilməmişdi, qeyri-obyektiv, absurd mülahizələrdir. Belə ki, iş material larının (iş mat.) 1-ci Cildinin 26-32 vərəqlərində İddiaçı tərəfindən Ədliyyə naziri Fikrət Məmmədovun adına göndərdiyi PN° 09 saylı 07 fevral 2022-ci il tarixli, cavabdeh Vəkillər Kollegiyasının sədri Anar Bağırovun adına göndərdiyi iş mat. 1-ci Cildinin 33-39 vərəqlərində olan PN» 07 saylı 04 fevral 2022- ci il tarixli, Məhkəmə-hüquq şurasının sədri Fikrət Məmmədovun adına göndərdiyi iş mat. 1-ci Cildinin 40-46 vərəqlərində olan PJV° 10 saylı 07 fevral 2022 il tarixli SorğuMəktublarından da məlum olur.

12. Məhkəmə tərəfindən çıxarılmış qərarının beşinci vərəqinin dördüncü abzasında qeyd edilmişdir ki, “Tarantino və digərləri İtaliyaya qarşı (25851/09, 29284/09 və 64090/09 nömrəli ərizələr) 2 aprel 2013-cü il tarixli qərarında Avropa Məhkəməsi qəbul imtahanları ilə bağlı qeyd etmişdir ki, ən layiqli tələbələrin müəyyən edilməsi məqsədilə müvafiq imtahanlar vasitəsilə namizədlərin qiymətləndirilməsi universitetlərdə minimal və adekvat təhsil səviyyəsini təmin etməyə yönələn mütənasib tədbirdir. İmtahanların məzmununa gəlincə, Məhkəmə müxtəlif kontekstlərdə də olsa, "Kjeldsen, Busk Madsen ve Pedersen Danimarkaya qarşı" (Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (7 December 1976, § 53, Series A no. 23)) işində qət etmişdir ki, təhsil proqramının müəyyənləşdirilməsi və planlaşdırılması prinsipcə X4 səlahiyyətinə aiddir və bu məsələlər barədə qərar qəbul etmək Məhkəmənin səlahiyyətində deyil. Eynilə, Məhkəmə testlərin müvafıqliyi və ya məzmunu barədə də qərar qəbul etmək səlahiyyətinə malik deyildir” barədə qeydləri də əsassızdır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı tərəfindən verilən apellyasiya şikayətində qeyd edilənlərlə əlaqədar hüquqi qiymət verməmişdir.

13. Apellyasiya Şikayətində qeyd edilən iş üzrə qərardada birinci instansiya məhkəməsinin qərarında qeyd edilmiş hüquqi qiymətin əsassız olmasına dair qeydlərə apellyasiya instansiyası məhkəməsi də hüquqi qiymət verməmişdi. Belə ki, həmin qərarlarda ali məktəbi bitirən, attestasiyadan keçən şəxslərlə əlaqədar yox, məhz ali məktəbə daxil olmaq istəyən, həmçinin ali məktəbdə oxuyan, kəsiri olan şəxslərlə əlaqədar nəticəyə gəlinmişdir. İddiaçı isə tələbə yox, artıq Ali məktəbi çoxdan (30 il) bitirən məzun, otuz ildən artıq hüquq sahəsində çalışan şəxsiyyətdir. İddiaçı test imtahanında universitetə və yaxud hər hansı bir ali məktəbə daxil olmaq üçün yox, vəkil olmaq üçün iştirak etmişdir.

14. İddiaç ı bildirir ki, həm İddia Ərizələrində, həm yazılı və şifahi şəkildə verdiyi Vəsatətlərində onun kollegiyanın üzvlüyünə qərəzli olaraq qəbul edilmədiyini bildirsə də, məhkəmə tərəfindən bu hallar qərarda qeyd edilməmişdir və həmin hallara hüquqi qiymət verilməmişdir.

15. İş materiallarında olan həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya instansiyası məhkəməsinə İddiaçı tərəfdən verilən vəsatətlərindən, birinci instansiya məhkəmənin iclasları protokollarına dair verdiyi Qeydlərindən məlum olur ki, İddiaçı şahidlərinin ifadə vermələrini xahiş etmişdir, hansılar ki, İddiaçı mənəvi iztirab çəkmiş olduğunun şahidi olmuşdurlar. Lakin məhkəmə onları dinləməkdən imtina etmişdir.

16. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarı, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarı, AR Konstitusiyasının 53, 57, 60 və İPM 32, 35, 48, 94.1., 96.1., 96.4., 96.9-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu s übut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şika yət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarı. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olm aqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir

20. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qər arı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasi ya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyas iya şikayətinin dəlillərini, cavabdehin kassasiya şikayətinin dəlilləri isə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İlk öncə qeyd edilməlidir ki, iddiaçı 5 mart 2021-ci il tarixdə X2 keçirilən vəkilliyə namizədlərin test imtahanında 59 (əlli doqquz) bal toplamış, həmin balın nəticələrindən narazı qalaraq apellyasiya şikayəti vermiş, lakin müsbət cavab almamış, sonradan onun müra ciətinə cavabdeh 240-cı saylı 16 fevral 2022-ci il tarixli cavab məktubunda şifahi müsahibəyə buraxılacağını qeyd etsə də hansı tarixdə buraxılacağına qəsdən fikir bildirməmiş, 23 fevral 2022-ci il tarixində məlum olmuşdur ki, 12 nəfər şifahi müsahibəyə buraxılmış, lakin həmin şəxslər arasında onun adı olmamış, bu hallar onda sarsıntı, mənəvi iztirab yaratmış, bu səbələrdən cavabdehdən 150.000 manat təzminat ödənilməsini tələb edir.

29. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, vəkilliyə test imtahanında topladığı balla razılaşmayan iddiaçı onun şifahi müsahibəyə buraxılacağı barədə sözünü tutmayan cavabdehin hərəkətlərinin qanunsuz olduğunu və həmin müsahibəyə buraxılması tələbi ilə ona qarşı iddia da qaldırmadan, başqa sözlə, keçid balı top lamamaqda və şifahi müsahibəyə buraxılmaqda cavabdehin hərəkətlərinin təqsirli olduğunu sübuta yetirilmədən, birbaşa ona mənəvi ziyan tələbini irəli sürmüşdür.

30. Nəzərə alınmalıdır ki, Tarantino və digərləri İtaliyaya qarşı (25851/09, 29284/09 və 64090/09 nömrəli ərizələr) 2 aprel 2013-cü il tarixli qərarında Avropa Məhkəməsi qəbul imtahanları ilə bağlı qeyd etmişdir ki, ən layiqli tələbələrin müəyyən edilməsi məqsədilə müvafiq imtahanlar vasitəsilə namizədlərin qiymətləndirilməsi universitetlərdə minimal və adekvat təhsil səviyyəsini təmin etməyə yönələn mütənasib tədbirdir. İmtahanların məzmununa gəlincə, Məhkəmə müxtəlif kontekstlərdə də olsa, “Kjeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı” (Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (7 December 1976, § 53, Series A no. 23)) işində qət etmişdir ki, təhsil proqramının müəyyənləşdirilməsi və planlaşdırılması prinsipcə X4 səlahiyyətinə aiddir və bu məsələlər barədə qərar qəbul etmək Məhkəmənin səlahiyyətində deyil. Eynilə, Məhkəmə testlərin müvafiqliyi və ya məzmunu barədə də qərar qəbul etmək səlahiyyətinə malik deyildir. 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2002-ci il 31 may tarixli Qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (ş ərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

32. Bundan başqa qeyd edilməlidir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələr ə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

33. Beləliklə məhkəmə kollegiyasınin qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdiril mədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-792/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar