Məhkəmə qərarları › İş №2-1(102)-2431/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2431/2025

11.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2431/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2025-ci il tarixli, 2-1(103)-1510/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. TSEK-nin müayinə aktından çıxarışlardan görünür ki, iddiaçıya 2008-ci ildən 2009-cu ilədək bir il müddətinə “Sol sirkə kasasının sınığına görə metoblasteosintezindən sonrakı vəziyyət” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra əlillik müddəti 2014-cü ildən 2016-cı ilədək 2 il müddətinə, 2016-cı ildən 2021-ci ilədək 5 il müddətinə uzadılmışdır.

2. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsi üçün 11 saylı Şəhər Poliklinikası tər əfindən xx.xx.2021-ci il tarixli, 2749003AAD2D nömrəli göndəriş tərtib edilmişdir.

3. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu XBT 10 Z96.6 “Oynaqların ortopedik implantatlarının olması, Sol bud-çanaq oynağının total endoprotezləşməsi, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol aşağı ətrafın 3.0 sm qısalığı, sol pəncənin parezi, sol incik sinrinin postravmatik neyropatiyası, yerimə funksiyasının kəskin pozulması”, ağırlaşmaları – M84.0 “Sümük sınığının pis bitişməsi, Sol çanaq sümüklərinin osteosintezdən sonra qeyri düzgün bitişmiş sınıqlarına görə sol bud çanaq oynağının total endoprotezi, əməliyyatdan sonrakı vəziyyət”, G57.9 “Aşağı ətrafın dəqiqləşdirilməmiş mononevropatiyası, Sol incik sinirinin postravmatik neyropatiyası. Sol pəncənin parezi. Yerimə funk siyasının kəskin pozulması”, M62.5 “Əzələnin başqa rubrikalarda təsnif oolunmayan atrofiyası və üzülməsi. Sol aşağı ətraf əzələlərinin atrofiyası, yeriş funksiyalarının kəskin pozulması, axsallığı, ağrı sindromu ilə” qeyd edilmişdir.

4. Həmin göndəriş TSEK-də xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, nəticədə iddiaçıya həmin tarixdən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş sonuncu qiymətləndirməyə əsasən ikinci dərəcəli əlilliyin bərpa edilməsi və 2021-ci ilin yanvar ayından hal-hazıradək ödənilməmiş əlillik müavinətinin ödənilməsi barə də qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 noyabr 2007-ci il tarixdə avtomobil qəzası keçirmişdir. Qəza nəticəsində sol bud-çanaq oynağında qırıq baş vermişdir. Xəsarətlə bağlı Səhiyyə Nazirliyinin tərkibində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda onu əməliyyat etmişlər. İnstitutun həmin vaxt direktoru vəzifəsində işləyən həkim-travmatoloq əməliyyat zamanı sol bud-çanaq oynağında əməliyyatı düzgün aparmamış və əlavə olaraq başqa xəsarətlər yetirmişdir. Belə ki, qəzadan 4 ay sonra onu əməliyyat edən həkim sol bud nayihəsindən ayağa və pəncəyə gedən sinirləri zədələmişdir. Zədədən sonra ayağının pəncə hissəsində hissiyyat və fəaliyyət itmişdir. Həmçinin, düzgün olmayan əməliyyat nəticəsində bud-çanaq oynağı zədələnm işdir. Bundan sonra, o, sağlamlığını bərpa etmək üçün 2008-ci ildə İran İslam Respublikasına və sonra Türkiyə Respublikasına getmişdir. Müalicələrin heç bir nəticəsi olmadığı üçün Türkiyə Respublikasında bud-çanaq oynağına endoprotez qoyulmuşdur. Lakin siniri bərpa etmək mümkün olmamışdır. Ayağında 3 mm qısalıq vardır. Yeriyəndə çətinlik çəkir. Hazırda sol ayağının pəncə hissəsində hissiyyat və hərəkət yoxdur. Komissiyası tərəfindən ona xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ikinci dərəcəli əlillik verilmişdir. Lakin, növbəti müayinə zamanı heç bir əsas olmadan ona ikinci dərəcə əlillik deyil, üçüncü dərəcə verilmişdir və 2021-ci il yanvar ayından hal-hazıradək olan müddət ərzində heç bir müavinət ödənilməmişdir. Əlillik dərəcəsinin dəyişdirilməsi barədə məlumat ona xx.xx.202 1-ci il tarixdə qeydiyyatda olduğu poliklinika tərəfindən verilmişdir. Belə ki, sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarış verilmişdir. Ona görə də hesab edir ki, qanunsuz və əsassız olaraq dəyişdirilmiş ikinci dərəcə əlilliyi bərpa edilməli və 2021-ci ilin yanvar ayından hal-hazıradək ona ödənilməmiş əlillik müavinəti ödənilməlidir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-363/2023 nömrəli qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 tərəfindən xx.xx.2024-cü il tarixli, T596/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı adına Bakı 11 nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2749003AAD2D nö mrəli Forma 88-də göndərişində endoprotezlə əlaqədar təyin edilmiş faiz dərəcəsi qüvvədə qalır, (yəni, ümumi xəstəliklə əlaqədar, müddətsiz, Meyar: 2.3, Üçüncü dərəcə əlillik => 2.5.11. diz və ya bud-çanaq oynaqlarının endoprotezi. (M40M41.3). Həmin diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında təyin edildiyindən xəstəliyin proqnozu qənaətbəxş olmuş, göndərişdə tibbi-sosial ekspertləri tərəfindən əmək fəaliyyəti ilə əlaqədar yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma - 088 göndərişində qeyd edilən diaqnozlar ona stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında təyin edilmiş və hazırda aşkar edilmiş patofunksional dəyişukliklər İİİ qrup əlillik dərəcəsinin təyininə əsas verir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-113/2024 qərardadı ilə iddia - əlilliyə görə müavinətin bərpa edilməsi hissəsində mümkün sayılmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-113/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2008-ci il tarixli göndəriş əsasında ikinci dərəcəli əlillik bir il müddətinə, xx.xx.2014cü tarixli göndərişi əsasında ikinci dərəcəli əllik bir il müddətinə, xx.xx.2016-cı i l tarixli göndərişi əsasında beş il müddətinə, daha sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında üçüncü dərəcəlik əlillik müddətsiz təyin olunmuşdur. İddiaçı hazırda üçüncü dərəcəli əlilliyin deyil, son göndəriş əsasında ikinci dərəcəli əlilliyin təyin edilməsini istəmişdir ki, məhkəmə araşdırılması zamanı onda olan xəstəliklərin ikinci dərəcəli əlilliyin təyininə əsas vermədiyi müəyyən olunmuşdur. Məhkəmənin qərardadına əsasən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə təqdim edilmiş ekspert rəyinə əsasən də müəyyən edilmişdir ki, İddiaçı adına Bakı 11 nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2749003AAD2D nömrəli Forma-088 göndərişində endoprotezlə əlaqədar təyin edilmiş faiz dərəcəsi qüvvədə qalır, (yəni, ümumi xəstəliklə əlaqədar, müddətsiz, Meyar: 2.3, Üçüncü dərəcə əlillik => 2.5.11. diz və ya bud-çanaq oynaqlarının endoprotezi. (M40-M41.3). Həmin diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında təyin edildiyindən xəstəliyin proqnzu qənaətbəxş olmuş, göndərişdə tibbi-sosial ekspertləri tərəfindən əmək fəaliyyəti ilə əlaqədar yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma- 088 göndərişində qeyd edilən diaqnozlar ona stasionar müalicələri zamanı anamnestik, kliniki, laboratorinstrumental müayinələrin əsasında təyin edilmiş və hazırda aşkar edilmiş patofunksional dəyişukliklər İİİ q rup əlillik dərəcəsinin təyininə əsas verir. Göründüyü kimi, iddiaçıda müəyyən edilmiş diaqnozun ikinci dərəcəli əlillik təyin etməməsi məhkəmə araşdırması zamanı bir daha öz təsdiqini tapmışdır.

11. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və N.X.Nəbizadə) 17 aprel 2025-ci il tarixli, 21(103)-1510/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə r azılaşmışdır.

14. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyinin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”nə həvalə edilmişdir. Üzərində canlı olaraq müayinə iş üzrə cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının (TSEK) həkimləri tərəfindən aparılmışdır. Ona ikinci dərəcə əlillik xx.xx.2008-ci il tarixdən təyin olunmuş və sonuncu müayinən in diaqnozundan göründüyü kimi, əvvəlki müayinələrdən sonra da səhhətində heç bir müsbət dəyişiklik olmamışdır Odur ki, ona ikinci dərəcə əlillik fasiləsiz olaraq 12 ildən artıq təyin olunduğu üçün əlillik müddətsiz müəyyən edilməli idi. Lakin qeyd edilənlərə baxmayaraq, ekspert qarşısında qoyulmuş sualların heç birinə ekspert tərəfindən konkret cavab verilməmiş, həmçinin ekspertiza cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in həkimləri tərəfindən aparılmışdır. Yəni, məhkəmə rəyin verilməsini bu işdə marağı olan, onun əlillik dərəcəsini dəyişən cavabdehə həvalə etmişdir. Halbuki, cavabdehin iş üzrə düzgün rəy verməsi məntiqi və qanuni hesab edilə bilməz. Onun yanaşı xəstəliklərinin olmasına baxmayaraq, ekspert rəydə əsas xəstəliklərini göstərməmiş və rəyi fo rmal olaraq vermişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün s ayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutl arın araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şika yət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İş üzrə əlavə araşdırmanın və onun nəticəsindən asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də iş təkrar apellyasiya baxışına göndərilməlidir.

21. Belə ki, birinci instans iya məhkəməsi Məhkəmə-Tibbi Ekspertizası və X2Təcrübi və X3 Hüquqi Şəxs tərəfindən verilmiş ekspert rəyinə istinad edərək iddianı rədd etmiş, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmışdır.

22. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, istinad olunan ekspert rəyi mötəbər hesab edilə bilməz.

23. Belə ki, iddiaçının əlilik vəziyyətinin qiymətləndirilməsi üçün birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X4 həvalə edilmiş, lakin ekspertiza tədqiqatı təkcə, X5n məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin cavabdehin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirilərək rəy verilmiş, rəydə iddiaçıda hazırda aşkar olunan patofunksional dəyişiklərin üçüncü dərəcə əlilliyin təyininə əsas verdiyi qeyd edilmişdir.

24. Bununla da, rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin iştirak etdiyi müəyyən olunur. Belə ki, ekspertiza aparılmasında cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinin pozulması hesab edilməklə, həmin rəyin mötəbər sübut kimi qəbul olunmasını istisna edir. 25. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

26. Qeyd olunan normalardan göründüyü kimi, təkrar ekspertiza aparılması üçün əsasların dairəsinə ekspertiza aparılmasının prosessual qaydaları da aid edilmişdir. Ekspertin müstəqilliyi, onun mə hkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir.

27. Cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir.

28. Bu hal isə kassasiya instansiyası məhkəməsinin qərarlarında dəfələrlə vurğulandığı kimi, ekspertiza aparılmasının prosessual qaydalarının pozulması deməkdir və iş üzrə təkrar ekspertizanın keç irilməsinə zərurət yaradır.

29. Lakin buna baxmayaraq, apellyasiya məhkəməsində icraat zamanı birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın keçirilməsi zamanı yol verilən pozuntu aradan qaldırılmamış, cavabdehin ekspertinin iştirakı olmadan iş üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsi təmin edilməmişdir.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təkrar apellyasiya baxışı zamanı iş üzrə cavabdehin iştirakı olmadan məhkəmə-tibbi ekspertizası təyin edilərək, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

31. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təkrar apellyasiya baxışına göndərilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2025-ci il tarixli, 21(103)-1510/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar