Məhkəmə qərarları › İş №2-1(102)-2432/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2432/2020

29.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2432/2020 29.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeydiyyat vəsiqəsinin qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X4, Cavabdeh2 və “xxxx” MTK) qarşı “q eydiyyat vəsiqəsinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1524/2020 nömrəli qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ünvan1-də inşa edilmiş 8 mərtəbəli, “X12” MMC-nə məxsus yaşayış binasının 1ci blokun 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 61,41 kv.metr olan 4 saylı mənzilə dair “X12” MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixində müqavilə bağlanmışdır. Həmin mənzil iddiaçının istifadəsindədir və o, hazırda həmin ünvanda yaşayır.

2. Mənzilin yerləşdiyi 33 nömrəli bina auksion yolu ilə “X1” Holdinq Kompaniyası tərəfindən alınmış, xx.xx.1998-ci il tar ixində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə “X1” Holdinq Kompaniyası arasında Ünvan1 nömrəli yaşayış binasının alqısatqısı haqqında 10693 nömrəli müqavilə imzalanmış, xx.xx.1998-ci il tarixində “X1” Holdinq Kompaniyasına onun Ünvan1 nömrəli yaşayış binasına mülkiyyət hüququnu təsdiq edən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilmiş və bu barədə 23 nömrəli reyestr kitabının 7-ci səhifəsində müvafiq qeydiyyat aparılmışdır.

3. Həmin mənzili “X1” Holdinq Kompaniyası payçısı və üzvü olan X11, sonuncuya bu barədə Bakı ŞİH Başçısının Aparatının xx.xx.2002-ci il tarixli 000903 nömrəli orderi verilmiş və o, mənzilə qeydiyyata düşmüşdür. T.Cəfərova “xxxx” MTK-nın xx.xx.2013-cü il tarixli 08 nömrəli protokoluna, xx.xx.2013-cü il tarixli 07 nömrəli or derinə və xx.xx.2013-cü il tarixində bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən mənzili X2. Sonradan N.Qasımov həmin mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qayınanası İddiaçı satmışdır.

4. Sözügedən bina “xxxx” MTK-nın mülkiyyətinə keçməzdən əvvəl Bakı ŞİH başçısının xx.xx.1993-cü il tarixli 1264 nömrəli sərəncamına əsasən Ünvan1 mənzili 4 nəfərdən ibarət ailə üzvü ilə birlikdə üçüncü şəxs Y.Zeynallıya verilmiş və həmin mənzilə dair onun adına orderin verilməsi Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə tapşırılmış, həmin göstərişə uyğun olaraq Binəqədi RİH tərəfindən Y.Zeynallının adına xx.xx.1993-cü il tarixli 018709 nömrəli order verilmişdir.

5. Bakı ŞİH başçısının xx.xx.1994-cü il tarixli 1342 nömrəli sərəncamı ilə Bakı Şəhər Prokurorluğunun protestinə b axılmasının nəticəsi olaraq, Ünvan1 nömrəli binada vətəndaşlara mənzillərin verilməsinə dair Bakı ŞİH başçısının bir sıra sərəncamları, o cümlədən mübahisəli mənzilin Y.Zeynallıya verilməsinə dair xx.xx.1993-cü il tarixli 1264 nömrəli sərəncamı ləğv edilmiş və verilmiş orderlərin etibarsız sayılması barədə məhkəmələrdə iddia qaldırmaq müvafiq rayon icra hakimiyyətinin başçılarına tapşırılmışdır.

6. Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1 mk6891/2005 nömrəli iş üzrə xx.xx.2005-ci il tarixli qətnaməsi ilə iddiaçı Binəqədi RİH-in cavabdeh Y.Zeynallıya qarşı iddiası təmin edilmiş, Binəqədi RİH tərəfindən Y.Zeynallıya 4 nəfər ailə tərkibi ilə verilmiş xx.xx.1993-cü il tarixli 018709 nömrəli order etibarsız hesab edilmiş və həmin qətnamə AR Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6k1240/06 nömrəli iş üzrə xx.xx.2006-cı il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış və bununla da qanuni qüvvəyə minmiş, qətnamədə orderin etibarsız hesab edilməsinə əsas olaraq “X1” Holdinq Kompaniyası Ünvan1 nömrəli yaşayış binasını alarkən onun hər hansı bir vətəndaşın istifadəsinə, o cümlədən mübahisəli 4 nömrəli mənzilin Y.Zeynallıya verilməsi barədə heç bir qeyd-şərt olmaması, mübahisəli mənzilə dair order verilərkən Ünvan1 nömrəli yaşayış binasının tikintisinin başa çatmaması, Dövlət Komissiyası tərəfindən binanın təhvil-təslim aktı üzrə qəbul edilmədiyi və yaşayış üçün yararlı olmadığı göstərilmişdir.

7. İddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh orqana ərizə ilə müraciət edərək sözügedən mənzilə X3 adına qeydiyyat vəsiqəsinin verilməsinə əsas o lmuş xx.xx.1993-cü il tarixli 018709 saylı order etibarsız hesab edildiyindən xx.xx.2002-ci il tarixində X4 verilmiş ÖM №119893 seriyalı qeydiyyat vəsiqəsinin və ona əsasən xx.xx.2007-ci il tarixində Cavabdeh2 adına verilən çıxarışın ləğv edilməsini xahiş etmişdir.

8. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə (üçüncü şəxslər kimi X4, Cavabdeh2 və “xxxx” MTK-nı qe yd etməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə X3 adına verilmiş xx.xx.2002-ci il tarixli ÖM seriyalı, 119893 saylı Qeydiyyat Vəsiqəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş MH seriyalı, ******* saylı, xx.xx.2007-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərkən dövlət qeydiyyatına əsas olan orderin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını təqdim etsə də, cavabdeh ərizənin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Mübahisəli mənzildə X6 ailə üzvləri ilə birlikdə yaşamamışdır. Mənzil dövlət qeydiyyatına alınarkən texniki pasportun verilməsi üçün mənzilə mühəndis tərəfindən baxış keçirilməli olduğu halda, mənzilə ümumiyyətlə baxış keçirilmədən texniki pasport tərtib edilmişdir. Həmçinin, Y.Zeynallının adına verilmiş Qeydoiyyat Vəsiqəsinə əsas olan sənədlərdən Forma-2 arayışı tamamilə saxtadır. Həmin arayış yalnız “X1” Holdinq tərəfindən verilməli olduğu halda 33 saylı binaya heç bir aidiyyəti olmayan 53 saylı MKİS tərəfindən verilmişdir.

11. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, 1 saylı Bakı Ərazi İdarəsinin (Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi) qeydiyyatı və aparılmış hərəkətlər q anunsuz hesab edilməklə X3 adına verilmiş xx.xx.2002-ci il tarixli ÖM seriyalı, 119893 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

12. Üçüncü şəxslər X6 və Cavabdeh2 iddiaya dair yazılı etiraz məhkəməyə ünvanlayaraq, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Etirazda qeyd edilmişdir ki, iddia tələbində qeyd edilən X3 adına verilmiş xx.xx.2002-ci il tarixli ÖM seriya 119893 №-li Qeydiyyat vəsiqəsinin ləğv edilməsi ilə bağlı hissəsində daşınmaz əmlak 2007-ci il tarixdə Y.Z. tərəfindən öz həyat yoldaşı Cavabdeh2 bağışlandıqdan sonra qeyd edilən Qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırda sənədin ləğv edilməsi öhdəliyin in cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbləri əsassızdır. Çünki artıq həmin sənəd ləğv edilmiş və daşınmaz əmlak üzərində yeni hüquqlar qeydə alınmışdır. Bu isə artıq tərəflər arasında mübahisənin olmadığını göstərən haldır. İddia tələblərinin ikinci hissəsi olan Cavabdeh2 adına verilmiş MH seriyalı, ******* №-li, xx.xx.2007-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin qoyulması ilə bağlı hissəsində isə çıxarış hüquqi akt olmaqla şəxsin mülkiyyət hüquqlarını müəyyənləşdirdiyi üçün inzibati akt hesab edilə bilməz. Bu səbəbdən də Çıxarışın inzibati qaydada mübahisələndirilməsi düzgün olmamışdır.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2290/2020 nömrəli qərarı ilə (hakim F.İ.Mədətli) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzi lə dair Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış (Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi) qeydiyyat və bununla bağlı aparılmış hərəkətlər qanunsuz hesab edilməklə, X3 adına verilmiş xx.xx.2002-ci il tarixli ÖM seriyalı, 119893 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş xx.xx.1993-cü il tarixli, 018709 saylı order etibarsız hesab edildiyindən, X3 adına həmin mənzilə dair aparılmış qeydiyyat qüvvəsini itirmişdir və bunun əsasında verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilməlidir. Bununla bağlı hərəkətlərin aparılmaması barədə cavabdehin hərəkətləri qanunsuz olmuşdur

15. Qərarla razılaşmayan cavabdeh və üçüncü şəxslər ondan apellyasiya şikayətləri verərək, cavabdeh ləğv edilib, iddianın rədd olunmasını, üçüncü şəxslər ləğv edilib, iddianın mümkün sayılmamasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1524/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Məmmədov, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2290/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Məhkəmə qərarı cavabdehə xx.xx.2020-ci il tarixində, üçüncü şəxslərə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

19. Məhkəmə qərarından üçüncü şəxslər xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1524/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

20. Məhkəmə qərarından iddiaçı xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1524/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİ NİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətlərinin dəlilləri

21. Üçüncü şəxslərin kassasiya şikayətinin dəlillərinin əsasını məhkəməyə təqdim etdikləri etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edilərkən həm cavabdeh, həm də üçüncü şəxslər dəyişdirilmə barədə ərizəni qəbul etməyərək bildirmişlər ki, cavabdehin qanunsuz hesab edilməli hərəkətləri Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən yerinə yetirilmişdir. Bundan sonra verilən qeydiyyat vəsiqəsi çıxarışla əvəzlənmişdir. Cavabdeh və üçüncü şəxslərin iddianın dəyişdirilməsinə etiraz et məsinə baxmayaraq məhkəmə sözügedən ərizəni icraata qəbul etmiş və bununla da İPM-in 54-cü maddəsinin tələblərini pozmuşdur.

22. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzil qanunvericiliyin tələblərinə uyğun şəkildə xx.xx.2002-ci il tarixində X3 adına ilkin qeydiyyata alınmışdır. Bundan sonra xx.xx.2007-ci il tarixli mənzilin bağışlama müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Bundan əlavə, İddiaçı adına olan sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin tələblərinə uyğun deyil. Belə ki, sözügedən sənədlər mənzil-tikinti kooperativi tərəfindən verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

25. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

26. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Mülki Məcəllənin 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli öz ünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.

29. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

30. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:...15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;...

31. İnzibati Pro sessual Məcəllənin 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.

32. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.

33. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KA SSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayətləri vaxtında verilmişdir. formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.

37. Hazırkı qərarın 30-cu bəndində göstərilən normanın məzmunundan başa düşülür ki, mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş müvafiq icra hakimiyyəti orqanının aktı etibarsız hesab edildikdə cavabdeh inzibati orqan mülkiyyət hüququnun qeydə alınmasından imtina etməlidir.

38. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzilin üçüncü şəxs Y.Z. adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.1993-cü il tarixli 018709 nömrəli order məhkəmə qərarı əsasında etibarsız hesab edilmişdir.

39. Beləliklə, xx.xx.1993-cü il tarixli 018709 nömrəli order məhkəmə qərarı əsasında etibarsız sayıldığından, həmin etibarsız hüquqi akta istinadən qəbul edilmiş mübahisəli xx.xx.2002-ci il tarixli ÖM 119893 nömrəli qeydiyyat vəsiqəsi d ə etibarsızdır. Çünki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.

40. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin tələbi baxımından da iddiaçının tələbi əsaslıdır və sözügedən sözügedən order etibarsız hesab edildiyindən X3 adına verilmiş xx.xx.2002-ci il tarixli ÖM seriyalı, 119893 saylı Qeydiyyat Vəsiqəsi qanunsuz hesab edilməlidir.

41. Üçüncü şəxslər kassasiya şikayətinin dəlillərində əlavə olaraq tərəflərin razılığı olmadan iddianın dəyişdirilməsinin prosessual pozuntu olduğunu qeyd etmişlər. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 31-ci bəndi ndə göstərilən normadan göründüyü kimi, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə iddiaçının iddiasını dəyişdirməsi mümkündür.

42. Göründüyü kimi, qanunvericilikdə iddianın dəyişdirilməsi yalnız tərəflərin razılığı ilə şərtləndirilməyib və məhkəmənin məqsədəuyğun hesab etdiyi hallarda da iddianın dəyişdirilməsi nəzərdə tutulmuşdur.

43. Hazırkı işin hallarını nəzərə alan birinci instansiya məhkəməsi iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etmişdir ki, bu da hər hansı prosessual pozuntu hesab oluna bilməz.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassız olduğundan rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlan ılmalıdır.

45. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxslərin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1524/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar