Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2433/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı əmək pensiyasının yenidən hesabla nması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2064/2021 nömrəli iş üzrə 02.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 22 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının müraciəti əsasında 10.06.2020-ci il tarixində ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman iddiaçının 01.01.2006-cı ildən sonra pensiya kapitalı nəzərə alınmaqla, 01.01.2006-cı ilədək 25 il sığorta stajı götürülərək avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyinatı aparılmışdır. İddiaçı əmək kitabçasında qeydlərin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı onun 1970-ci ilin sentyabr ayından 2006-cı ilin yanvar ayına kimi əmək stajının təsdiq edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçı 28.10.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6360/2020 saylı 28.10.2020-ci il tarixli qərardadı ilə iddiaçının, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizəsi icraata qəbul edilmiş, iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” əsl cavabdeh “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı”ilə əvəz edilmişdir.
4. İddiaçı 06.05.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 01.09.1970-ci ildən 29 iyun 1974-cü ilədək təhsil müddəti, 29 iyun 1974-cü ildən 04.12.1974-cü ilədək Ağdam rayonu Şaumyan adına sovxozda işlədiyi dövr, 12.12.1974- cü ildən 22.12.1976-cı ilədək hərbi xidmət müddəti, 22.12.1976-cı ildən 01.09.1981-ci ilədək Ağdam rayonu Şaumyan adına sovxozda, 01.09.1981-ci ildən 23.07.1993-cü ilədək Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işlədiyi dövr, 23.07.1993-cü ildən 01.01.2006-cı ilədək Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim kimi əmək haqqı saxlanıldığı dövr sosial sığorta stajına daxil edilməklə və mövcud pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə məlum hadisələrlə bağlı Ağdam rayonundan məcburi köçkün düşmüş və məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşmışlar. O, uzun müddə t təhsil sistemində çalışmış, 50 illik iş stajı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, Qarabağ müharibəsi veteranıdır. 1970-ci ildə Şelli sovxozunun göndərişi ilə X2 Mexanikləşdirmə və Elektrikləşdirmə Texnikomuna daxil olmuş, 1974-cü ildə texnikumu qurtarıb sovxozda işlə təmin olunmuş. Əmək kitabçasında texniki olaraq hərbi xidmətdən qayıdıb işlə təmin olunmağı 1976-cı ilin dekabrın 24-ü əvəzinə, 4-ü dekabr yazılıb. Həmin dövr kadrlar şöbəsi çox yaşlı adam olduğu üçün texniki səhv buraxıb. Bu günə kimi o da həmin səhvə diqqət yetirməmiş. İmtina edirlər ki, o eyni vaxtda 2 yerdə işləmiş, yəni qanunsuzluq etmiş, dövlət qanununu pozmuşdur. Dövlət tapşırığı olub, partiya tapşırığı olub, o da işləmişdir.
6. Birinci instansiya məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)1667/2021 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddiaçının iddiasının təmin edilməsi, İddiaçı 01.09.1970-ci ildən 29 iyun 1974-cü ilədək təhsil müddəti, 29 iyun 1974-cü ildən 04.12.1974-cü ilədək Ağdam rayonu Şaumyan adına sovxozda işlədiyi dövr, 12.12.1974-cü ildən 22.12.1976-cı ilədək hərbi xidmət müddəti, 22.12.1976-cı ildən 01.09.1981-ci ilədək Ağdam rayonu Şaumyan adına sovxozda, 01.09.1981-ci ildən 23.07.1993-cü ilədək Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işlədiyi dövr, 23.07.1993-cü ildən 01.01.2006-cı ilədək Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim kimi əmək haqqı saxlanıldığı dövr sosial sığorta stajına daxil edilməklə və mövcud pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası və partiya bileti mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasında texniki səhvdən başqa orda olan məlumatların və partiya biletində olan məlumatın həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1667/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 02.09.2021-ci il tarixli 2-1(103)-2064/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Vidadi Məmmədov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1667/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarını tətbiq etməklə, hesab etmiş dir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan əmək kitabçası özlüyündə qanunvericiliklə müəyyən edilməyən qaydalarla tərtib edildiyindən, eləcə də ziddiyyətli olduğundan iddiaçının həqiqətən də əmək fəaliyyətinin olması məhkəmə tərəfindən digər sübutlarla araşdırlmamışdır. Əmək kitabçasının hansı idarə, müəssisə tərəfindən tərtib edilməsi, tərtib edilərkən iddiaçının iş fəaliyyəti barədə məlumatlar hansı sübutlar əsasında qeyd edilməsi də məhkəm ə tərəfindən müəyyən edilməmişdir. İddiaçının işğal zonasından olması ilə qərarı əsaslanmaqla iddianı təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydalarının 3.1-ci bəndinə əsasən əmək kitabçasının və onun ona əlavə edilmiş içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əmək kitabçası və yaxud əlavə içliyin dublikatı ümumi qayda ilə aparılır. Qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş əmək kitabçası mötəbər sübut kimi q əbul edilə bilməz.
12. Bundan əlavə olaraq iddiaçının təqdim etdiyi əmək kitabçasındakı ziddiyyət aradan qaldırılmamışdır. Belə ki, əmək fəaliyyətinin üst-üstə düşməsinin səbəbləri aydınlaşdırılmamış, hər iki qeyd mötəbər sübut kimi götürülərək, ümumi staja ayrı-ayrılıqda hesablanmışdır. Halbuki göründüyü kimi illər üst-üstə düşsə də, iş yerlərinin adı müxtəlifdir.
13. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(103)2064/2021 nömrəli qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası Maddə 38 Bənd
1. Hər kəsin sosial təminat hüququ vardır. Bənd
3. Hər kəs qanunla müəyyə n edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71 hissə
2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndi İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru»nun 3-cü hissəsi Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı t arixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
17. İnzibati Prosessual Məcəllə:
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, k assasiya baxışının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 2
1. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsassızdır.
22. Belə ki, iş materiallarından olan AZE № ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci ildə doğulmuşdur, Ağdam rayonunun Qasımlı kəndində qeydiyyatdadır.
23. Seriya AA № 120467 saylı vəsiqəyə əsasən İddiaçı məcburi köçkündür. 24. Щ № 016512 saylı diplomdan müəyyən edilir ki, İddiaçı 1970-ci ildə Azərbaycan CCR k/m nazirliyinin Ağdam k/m mexanikləşdirmə və elektrikləşdirmə texnikumuna daxil olmuş və 1974-cü ildə k/m mexanikləşdirmə ixtisası üzrə tam kursu bitirmişdir, 29 iyun 1974-cü il tarixli qərarı ilə ona k/m texnik-mexanik ixtisası verilmişdir. 06.05.1974-cü il tarixdə Ağdam r ayonu Şaumyan adına sovxozun avto-traktor parkına fəhlə qəbul edilmiş. 04.12.1974-cü il tarixdə hərbi xidmətə getdiyi üçün sovxozdan azad edilmiş. 04.12.1976-cı il tarixdə hərbi xidmətdən qayıtdığı üçün sovxoza çilingər qəbul edilmiş. 24.03.1978-ci il tarixdə Şaumyan adına üzümçülük sovxozuna ştat cədvəli əsasında mühəndis keçirilmiş. 14.03.1987-ci il tarixdə vəzifəsi ixtisara düşdüyü üçün ərizəsini nəzərə alaraq traktor parkına çilingər keçirilmiş. 01.02.1988-ci il tarixdə Sovxozun çilingərliyindən azad edilib sovxozun avtotraktor parkına avtomexanik keçirilmiş. 05.09.1989-cu il tarixdə Sovxozun avtoparkına avtomexanik vəzifəsindən azad edilmiş. 08.09.1989-cu il tarixdə Sovxozun avtoparkına çilingər təyin edilmiş. 02.04.1990-cı il tarixdə Sovxozun maşin-traktor parkına motorist keçirilm iş. 04.09.1990-cı il tarixdə Ərizəsinə əsasən sovxozun motorist-çilingər vəzifəsindən azad edilmişdir. 01.09.1981-ci il tarixdə Ağdam rayon Şelli kənd orta məktəbinə ixtisası üzrə müəllim vəzifəsinə qəbul edilmiş. 29.08.2019-cu il tarixdə Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən Şelli kənd orta məktəbin müəllimliyindən azad edilmişdir. 15.08.2019-cu il tarixdə Dövlətqaçqınkom Mənzil İstismar Departamentinin Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsinə xarrat-rəngsaz işinə təyin edilmişdir. 01.04.2020-ci il tarixdə Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsində fəhlə işinə keçirilmişdir. 25. ВП № 048129 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 12.12.1974-cü ildən 22.12.1976-cı ilədək hərbi xidmətdə olmuşdur.
26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ya nında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 23.06.2020-ci il tarixli **********3 saylı məktubun surətindən görünür ki, təqdim edilmiş sənədlərə əsasən 22.12.1976-cı ildə hərbi xidməti başa vurduğu halda əmək kitabçasında 04.12.1976-ci ildə işə qəbul olmaq haqqında əmr qeyd olunmuşdur. Əmək kitabçasında olan ziddiyyətin aradan qaldırılması üçün 06.05.1974-cü ildən 23.07.1993-cü ilədək olan iş stajının təsdiq olunması üçün məhkəməyə müraciət etməyi xahiş olunmuşdur.
27. Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağdam rayon təhsil şöbəsi tərəfindən verilmiş 29.08.2019-cu il tarixli 16 saylı arayışından görünür ki, orta məktəbin sabiq müəllimi İddiaçı 01 sentyabr 1981-ci ildən 31 dekabr 1993-cü ilə kimi Şelli kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 01 yanvar 1994-cü ildən Nazirlər Kabinetinin 181 nömrəli qərarına əsasən 01 yanvar 2017-ci il tarixə qədər orta aylıq əmək haqqı almaqla 01 yanvar 2017-ci il tarixdən 29 avqust 2019-cu il tarixə kimi əmək stajı saxlanılmışdır. Ağdam rayon Təhsil Şöbəsi üzrə 29.08.2019-cu il tarixli 67 saylı əmrin surətindən görünür ki, İddiaçı Əmək məcəlləsinin 69.1 maddəsinə əsasən Şelli kənd orta məktəbin müəllimliyindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 18 avqust 2020-ci il tarixli **********1 nömrəli imtina məktubundan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş əmək kitabçası və hərbi bilet arasında, həmçinin əmək kitabçasında qeyd edilən məlum atlar arasında uyğunsuzluqlar və şübhəli məqamlar mövcuddur. Belə ki, hərbi biletdə qeyd edilən hərbi xidməti başa vurma tarixi ilə “Şelli” üzümçülük sovxozunda əmək fəaliyyətinə başlama tarixi arasında ziddiyət vardır. Həmçinin, “Şelli” kənd orta məktəbində fəaliyyət müddəti ilə “Şelli” üzümçülük sovxozunda olan fəaliyyət müddəti üst-üstə düşür. Ağdam rayon təhsil şöbəsinin və “Şelli” üzümçülük sovxozunun 23.07.1993-cü ilədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal olunmuş ərazilərdə qaldığından 06.05.1974-cü ildən 23.07.1993-cü ilədək olan iş stajının yoxlanılması mümkün deyildir. Ağdam rayon təhsil şöbəsinin 23.07.1993-cü ildən 01.01.2006-cı ilədək olan dövrünün dondurulmuş əmək haqqı cədvəllərinin yalnız 2001-2005-ci il dövrləri üçün olan hissəsi Azərbaycan Respublikası Dövlə t Arxivinin Ağdam rayon filialına təhvil verilmişdir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənir. Qeyd edilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması üçün sığorta stajının məhkəmə qaydasında təsdiq edilməsi və daha sonra pensiya məbləğinin hesablanması üçün zəruri sənədlərlə birlikdə yenidən müraciət etməyi məqsədəmüvafiq hesab olunmuşdur.
28. İddiaçı səhiyyə kitabçasından görünür ki, iddiaçı 1983-cü ildə Şelli kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi vaxtda bir necə dəfə həkim yoxlanışından keçmişdir.
29. Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli 37 saylı arxiv arayışından görünür ki, Ağdam rayon Dövlət Arxivində saxlanılan Ağdam rayon Təhsil şöbəsinin arayış xarakterli arxiv sənədlərinə əsasən İddiaçı məktəbdə müəllim işləmiş və 2001-ci il üzrə aylıq əmək haqqısı 121.812 köhnə manat, 2002-ci il üzrə aylıq 121.812 kö hnə manat, 2002-cü il üzrə aylıq əmək haqqısı 197.718 köhnə manat, 2004-cü il üzrə 254.000, 2005-ci il üzrə aylıq əmək haqqısı 263.000 köhnə manat təşkil etmişdir.
30. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 02 oktyabr 2020-ci il tarixli ********** saylı məktubundan görünür ki, vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə uyğun olaraq 10.06.2020-ci il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajı və 01.01.2006-cı il tarixindən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış 104.89,61 manat pensiya kapitalı nəzər ə alınaraq 201,54 manat məbləğində pensiya hesablanmışdır.
31. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi 15.01.2021-ci il tarixli № 09-09-03/12 saylı məktub ünvanlanaraq qeyd edilmişdir ki, Ağdam rayon Təhsil Şöbəsindən aldıqları məlumata əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Şelli kəndi işğal olunduğuna görə İddiaçı əmək kitabçası və əmək stajının hesablanması üçün zəruri olan sənədlər işğalçı ordu tərəfindən məhv olunmuşdur. Qeyd edilənlərin nəzərə alaraq İddiaçı Ağdam rayonu Şelli kənd tam orta məktəbində müəllim vəzifəsində işləyib-işləməməsi barədə məlumatın təqdim edilməsinin mümkün olmaması qeyd edilmişdir.
32. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sos ial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 13 noyabr 2020-ci il tarixli, **********8 saylı xidməti məktubundan görünür ki, vətəndaş İddiaçı yaşa görə əmək pensiyası 2006-cı ilə qədər 25 il ümumi iş stajı olmaqla 18.532,68 manat pensiya kapitalı və 2006-cı ildən sonra 11 il sığorta stajı olmaqla 10.489,61 manat pensiya kapitalı (SH=72,84 manat) nəzərə alınaraq hesablanmış və 201,54 manat məbləğində təyin edilmişdir.
33. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxs tərəfindən İddiaçı ünvanladığı 20 iyul 2020-ci il tarixli **********7 saylı məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sı ğorta stajına, 2006-cı il 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Araşdırma məlumatına əsasən, 2006-cı ilin 1 yanvar tarixinədək 25 il iş stajının və 2006-cı ilin 1 yanvar tarixindən fərdi hesabının sığorta hissəsində toplanmış 10.489.61 manat pensiya kapitalı nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği 201,54 manat təşkil edir. Təqdim olunmayan əlavə əmək stajı vardırsa müvafiq sənədlərlə qeydiyyatda olduğu ərazi üzrə DOST və ya ASAN Xidmət Mərkəzləri vasitəsilə Fondun yerli orqanına müraciət etməyinin məqsədəmüvafiq olduğu qeyd edilmişdir.
34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 1 9 yanvar 2021-ci il tarixli **********6 saylı məktubunda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Son dövrlər ölkəmizdə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsi, pensiya təyinatı prosesinin sadələşdirilməsi və s. istiqamətlərdə mühüm əhəmiyyətə malik tədbirlər həyata keçirilmiş, effektiv mexanizmlər formalaşdırılmışdır. Belə ki, 2019-cu il 1 yanvar tarixindən etibarən sığortaolunanlara əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış, təkcə 2019-cu ildə əmək pensiyalarının minimum məbləği ümumilikdə 72,4% artırılaraq 200 manata ç atdırılmış, 01.01.2020-ci il tarixdən isə əmək pensiyalarının sığorta hissəsi 16,6 faiz indeksləşdirilmiş və nəticədə pensiyaların orta aylıq məbləği 300 manata yüksəldilmişdir. 01.01.2006-cı il tarixədək 25 il sığorta stajı və fərdi şəxsi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixdən 10.06.2020-ci il tarixədək toplanmış 10.489,61 manat pensiya kapitalı nəzərə alınmaqla hüququ yarandığı 10.06.2020-ci il tarixdən etibarən 201,54 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilərək müvafiq bank hesabına köçürülür. Belə ki, təqdim edilmiş sənədlərə əsasən hərbi xidmətdən buraxılma tarixi 22.12.1976-cı il göstərildiyi halda, kolxozda işə qəbul olunma tarixi 18 gün əvvəl yəni 04.12.1976-cı il qeyd olunmuşdur. Beləliklə, müvafiq iş stajı ilə hərbi xidmətdən buraxılma müddəti eyni dö vrə təsadüf etdiyindən pensiyanın yenidən hesablanmasında nəzərə alınmamışdır. Təqdim edilmiş əmək kitabçasında və hərbi biletdəki qeydlər arasında uyğunsuzluqlar mövcuddur və qeyd olunan uyğunsuzluqların qarşılıqlı yoxlanılıb təsdiq olunması sənədlərin vaxtı ilə işğal olunan ərazilərimizdə qalması səbəbindən mümkün olmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanunu qüvvəyə minmiş qərarı ilə təsdiqlənir.
35. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən daxil olmuş 01 mart 2021-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx, Pensiya hesab nömrəsi: 818961) əmək kitabçasında qeyri-dəqiqlik olduğu üçün 1970-2006-cı illər üzrə stajının təsdiqlənməsi mümkünsüz olmuşdur. Məhkəmə tərəfindən həmin illər sığorta stajına daxil edilsə ona təyin olunmuş pensiya məbləği 261,27 manat, 11.4% indeksasiyad an sonra isə 291,05 manat olacaqdır (indiki əmək pensiyası məbləği 224,52 manatdır). İddiaçının əmək pensiyası hüququnun yarandığı 10.06.2020-ci il tarixdə pensiya kapitalının məbləği 10.489,61 manat olmuşdur.
36. Apellyasiya məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün olmuş, onun işlədiyi dövrlə bağlı arxiv sənədləri işdə olan arxiv arayışlarına görə işğal altında qalmışdır. Lakin iddiaçının əmək haqqı almasına dair partiya bileti mövcuddur. İş materiallarına əlavə edilmiş komsomol bileti və partiya biletinin surətindən görünür ki, iddiaçı 1975-1991-ci illər arasındakı dövrlərdə əmək fəaliyyəti ilə məşğul olaraq əmək haqqı almış, aldığı əmək haqqına uyğun olaraq üzvlük haqqı ödəmişdir. Belə olan halda iddiaçının əmək kitabçasındakı qeydlər də mövcud texniki səhv, həmin dövrlərin qarşılıqlı yoxlanılmasının mümkünsüzlüyü iddiaçının həmin dövrlərdə işləməməsi mənasını verməməlidir.
37. İddiaçının digər əmək fəaliyyəti 01 sentyabr 1981-ci ildən başlayaraq Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işləməsi ilə bağlıdır. Buna dair qeydlər həm əmək kitabçasında, həm də Ağdam rayon Təhsil Şöbəsi tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Cavabdeh iddiaçının 1981-1993-cü illərdə Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işləməsinə dair qeydlərə də şübhə ilə yanaşmış, qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbindən həmin dövrləri sığorta stajı kimi nəzərə almamışdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssi sələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarı iddiaçıya da tətbiq edilmiş, məcburi köçkün kimi 01 yanvar 2017-ci il tarixə qədər orta aylıq əmək haqqı saxlanılmışdır. Bu hal da onu sübut edir ki, iddiaçı işğaldan əvvəlki dövrdə müəllim vəzifəsində çalışmış, özündən asılı olmayaraq iş yerindən məhrum olduğu üçün ona orta aylıq əmək haqqı ödənilmişdir. İşğaldan sonrakı dövrdə əmək haqqı, 2001-2005-ci illərdə Şelli kənd orta məktəbinin müəllim kimi əmək haqqı almasını nəzərə alan inzibati orqan Ağdam rayonunun 23 iyul 1993-cü ildə işğal edildiyini, 1993-cü ildən sonra Şelli kənd orta məktəbinin faktiki fəaliyyət göstərmədiyini nəzərə almadan arxiv sənədlərinin mövcud olm aması bəhanəsi ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Nəzərə almamışdır ki, iddiaçının 1993-cü ildən sonrakı dövrdə Şelli kənd orta məktəbinin müəllimi kimi əmək haqqı alması, onun əvvəlki dövrlərdə həmin məktəbdə müəllim işlədiyi üçün mümkün olmuşdur.
39. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti t əmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 02.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli, 21(103)-2064/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.