Məhkəmə qərarları › İş №2-1(102)-2433/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2433/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2433/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 29.12.2022 Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin 100 %-i mühafizə zolağına düşdüyü və orada inşa etdiyi yaşayış evinin qanunsuz olduğu üçün iddiaçıya evin tikintisinə görə 60.000 AZN, torpaq sahəsinə görə 25.000 AZN maddi və 15.000 AZN mənəvi ziyanın cavabdehdən tutulub ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Ş əki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 21(107)-295/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək sərəncamla ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixli 1847 nömrəli imtina məktubu ilə qeyd etmişdir ki, müraciətində istinad edilən torpaq sahəsinin ayrılması haqqında Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli sərəncamı şəhər ərazisində vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinin sənədləşdirilməsi haqqındadır. Yəni, bu sərəncamla heç bir fiziki şəxsə torpaq sahəsi ayrılmamışdır. Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış və yaşayış məntəqələrinin torpaqlarından fərdi yaşayış evi üçün müvafiq çıxarış (Seriya RX №1041206, qeydiyyat № ********** xx.xx.2017-ci il) verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını Dövlət Reyestrində qeydiyyata almamışdan əvvəl (yəni, 2015-ci və 2017-ci illərdə) əraziyə yerində baxış keçirərək həmin ərazidəki kommunikasiya xətləri barədə müayinə aktı tərtib etmiş və sahənin mülkiyyətə verilməsinə əngəl ola biləcək halları nəzərə almışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə fiziki və ya hüquqi şəxsə hər hansı bir əngəl nəticəsində vurulm uş real ziyanın əvəzinin ödənilməsi nəzərdə tutulur. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin mühafizə zolağına düşməsi ilə ona hər hansı maddi, eləcə də mənəvi ziyan vurulmamışdır. Odur ki, iddiaçıya hər hansı bir kompensasiyanın ödənilməsi üçün əsas yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin 100%-i mühafizə zolağına düşdüyü və orada inşa etdiyi yaşayış evinin qanunsuz olduğu üçün iddiaçıya evin tikintisinə görə 60.000 AZN, torpaq sahəsinə görə 25.000 AZN maddi və 15.000 AZN mənəvi ziyanın cavabdehdən tutulub ödənilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.200 4-cü il tarixdə Cavabdeh 293 saylı sərəncamı ilə Mingəçevir şəhərində 0,05 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmışdır. R.Süleymanov 2014-cü ildə həmin torpaq sahəsini X1, xx.xx.2015-ci ildə Ş.İsmayılovanın həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilmişdir. Bundan sonra Ş.İsmayılova xx.xx.2017-ci ildə həmin torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı 2017-ci ildə həmin torpaq sahəsində ümumi sahəsi 132,3 kv.m (tikinti sahəsi 172 kv.m) olan yaşayış evi inşa etmişdir. xx.xx.2018-ci ildə iddiaçı fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və dövlət reyestrindən çıxarış almışdır.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bild irmişdir ki, iddiaçının şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi tamamilə əsassızdır. İddiaçı göstərir ki, Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə vətəndaş X3 0,05 ha (484 kv.metr) torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Sonra R.Süleymanov həmin torpaq sahəsini X1, daha sonra iddiaçı həmin torpaq sahəsini Ş.İsmayılovadan almışdır. Cavabdeh bildirmişdir ki, Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə heç bir şəxsə fərdi yaşayış evinin tikintisi yaxud başqa məqsədlər üçün torpaq sahəsi ayrılmamışdır. Sərəncam verilən tarixə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin qanuniliyini təsdiq edən sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları ilə araşdırılmasını təmin etmək və DTX K tərəfindən qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin verilməsinin təmin edilməsi məqsədi daşımışdır. Bu hal iddia ərizəsində göstərilən şəxsin yəni, X2 torpaq sahəsinə mülkiyyət hüququ verən sənədləri qeyri-qanuni yolla əldə etdiyinə dəlalət edir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti vətəndaşın adına torpaq sahəsinə mülkiyyət hüququ verən çıxarış tərtib etməzdən əvvəl torpaqayırma sənədində göstərilən sahənin naturada, yəni yerində baxışını keçirərək və həmin ərazidən hər hansı kommunikasiya xətlərinin keçib-keçməməsini müəyyənləşdirərək çıxarış verilməsi barədə qərar qəbul edir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçıya hər hansı bir maddi ziyan vurulmamışdır. O isə ona vurulmuş ziyanın əvəzinin ödənilməsini t ələb edir. Göründüyü kimi İddiaçı ona gələcəkdə vurula biləcək ziyanın əvəzinin ödənilməsini tələb edir və həmin ziyanın həcmini də özü müəyyən edir.

6. Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-468/2022 nömrəli qərardadı ilə (hakim F.İsmayılzadə) iddia tələbi mümkün sayılmamışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddianın mümkünlüyü yoxlanılarkən iddiaçının hazırkı mərhələdə cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna dair əsaslar öz təsdiqini tapmır. İddiaçı hərhansı pozuntunun gələcəkdə baş verməsi ehtimalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu isə iddianın mümkünlük şərtlərinə cavab verm ədiyini ifadə edir. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.

8. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-295/2022 nömrəli qərardadı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və M.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-468/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin sadalanan şərtlərdən üçüncü və beşinci şərtə, yəni inzibati orqanın öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələrini pozması, inzibati orqanın daşıdığı vəzifəni pozması ilə zərərin meydana gəlməsi və ya belə bir zərərin mövcud olması şərtinə iş üzrə əməl olunmur. Belə ki, iddiaçının hər-hansı hüququnun pozulduğu iş materialları ilə öz təsdiqini tapmır, iddiaçı yalnız ehtimal olunan hüquq pozuntusu və ya ona zərər vurulması təhlük əsinə qarşı hazırkı iddia ilə qabaqlayıcı tədbir qismində məhkəməyə müraciət etmişdir. Bu isə o deməkdir ki, iddiaçının hüquqlarının pozuntusuna yol verilməmişdir. Çünki, inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimetmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçıya münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması sübut olunmur. İddiaçı yalnız ehtimallardan çıxış edərək, ona daha dəyməmiş zərərə görə kompensasiyanın ödənilməsini tələb edir.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİK AYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllə Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriy yə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakç ılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərək əti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bi lər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq q anunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hes ab olunur.

22. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 15-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

23. Hazırkı işin hallarına görə iddiaçı cavabdehə müraciət edərək ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini xahiş edir.

24. Nəzərə almaq lazımdır ki, şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilm əsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Şəxsin qeyd olunan tələb hüququ qanuna və yaxud başqa normativ hüquqi və ya inzibati akta və ya müqaviləyə əsaslanmalı, onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində həmin hüququn pozulmasına görə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, yuxarıda istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Lakin işin məhkəmələr tərəfində n müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hər-hansı hüququnun pozulduğu öz təsdiqini tapmır, iddiaçı yalnız ehtimal olunan hüquq pozuntusu və ya ona zərər vurulması təhlükəsinə qarşı hazırkı iddia ilə qabaqlayıcı tədbir qismində məhkəməyə müraciət etmişdir. Bu isə o deməkdir ki, iddiaçının hüquqlarının pozuntusuna yol verilməmişdir.

26. İddiaçı həmçinin məhkəmə vəsatətlə müraciət edərək, müxtəlif qanunvericilik aktlarında o cümlədən Mülki Məcəllənin 23-cü maddəsində “zərər” anlayışının əmlakın dəyər itirməsi halını və təhlükəli şəraitdə yaşama halını əhatə edib-etməməsinin, Konstitusiyanın 31-ci maddəsində əks olunan “təhlükəsiz yaşamaq hüququ” anlayışının məzmununun və yaşamalı olduğum şəraitin bu anlayışın əhatə edib-etməməsinin, həmçinin belə şəraitin Konstitusiyanın 31-ci ma ddəsinə əsasən dövlətin üzərinə pozitiv öhdəlik qoyub qoymamasının şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı qərarın 14-cü bəndində göstərilən Mülki Məcəllənin 21.2-ci maddəsində “zərər” anlayışı tam izah edilmişdir. İddiaçı isə vəsatətdə Mülki Məcəllənin 23-cü maddəsini qeyd edir ki, həmin maddə şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlıdır.

28. Beləliklə, Qanun açıq aşkar aydın olduqda onun şərh olunması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsimə ehtiyac qalmır.

29. Məhkəmə kollegiyası hesab edir ki, işin halları və qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gə ldiyi nəticə əsaslı və qanunauyğun sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-295/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar