Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2433/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ezamiyyət günlərinin güzəştli xidmət illərinə daxil edilməsi; təminat xərcliyinin tərkibində dəyişiklik edilməklə yeni məlumat vərəqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarla cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanması üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə faiz əlavəsinin 40% göstərilməklə yeni məlumat vərəqəsinin pensiya təyinatı aparan orqana göndərilməsini xahiş etmişdir.
2. Cavabdeh sözügedən müraciətlərə xx.xx.2021-ci il tarixli, 10/152 nömrəli məktubla cavab verərək göstərmişdir ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.3-cü bəndinə uyğun olaraq xidmət illərinə görə faiz əlavəsinin ödənilməsi üçün xidmət illərinin hesablanması, hərbi qulluqçuların xidmət illərini təsdiq edən şəxsi işləri və başqa sənədləri əsasında kadrlar aparatı tərəfindən həyata keçirilir və təsdiq edilmiş arayış şəklində maliyyə idarəsinə təqdim edilir. Qeyd olunanlar nəzərə alınaraq xidmət illərinin yenidən hesablanması üçün Kadrlar Baş İdarəsinə müraciət edilməsi məqsədə uyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək pensiyasının yenidən hesablanması üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə faiz əlavəsinin 40% hesablanmaqla yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəs inin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təqvim ili ilə 24 il 13 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 29 il 8 ay 20 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 14 avqust 2015-ci ildə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılarkən pensiya təminatının hesablanması üçün Dövlət Sərhəd Xidməti tərəfindən vəzifə maaşı - 500 manat, rütbə maaşı - 134 manat, xidmət illərinə görə (yalnız zabit qismində təqvim xidmət ili nəzərə alınaraq) 30% - 190 manat 20 qəpik, Sərhəd Qoşunlarında xidmətə görə 10% - 50 manat, 1-ci məharət dərəcəsinə görə -125 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64 manat olmaqla məlumat vərəqi tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmişdir. Əslində isə həmin məlumat vərəqində pul təminatının tərkibinə daxil olan xidmət illərinə görə faiz əlavəsi zabit qismində xidmətini əhatə edən təqvim ilinə görə 30% deyil, zabit qismində xidmətini əhatə edən güzəştli xidmət illəri də daxil 40% hesablanmaqla göstərilməli idi. Hərbi hissələrin kadrlar əməkdaşlarının səhlənkarlığı səbəbindən qanunvericiliyin (“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.3 və 4.4-cü bəndləri) tələb etdiyi qaydada barəsində zəruri hesablamalar aparılmamış, əmrlər hazırlanmamış və nəticədə ona pul təminatının tərkibinə daxil olan faiz əlavəsi üzrə (xidməti fəaliyyətin güzəştli hissəsi nəzərə alınmaqla) ödənişlər edilməmişdir.
5. İddiaçı, eyni zamanda, 21 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərin həll edilməsi üçün istifadə etmədiyi növbəti məzuniyyətin ona kompensasiya şəklində ödənilmiş 45 gününün, həmçinin sərhəd zastavalarında (2002 №-li hərbi hissənin ‘'Horadiz SD” 21-ci “2-ci Şahsevən” sərhəd zastavası və N №-li hərbi hissənin “Xudat SD” bütün sərhəd zastavaları) və səyyar-sərhəd məntəqələrində olduğu ezamiyyət günlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 2-ci bəndinin “b” yarımbəndinə müvafiq qaydada (1 ayı ayyarım hesablanmaqla) güzəştli xidmət iillərinə əlavə olunmaqla hesablanaraq yeni məlumat vərəqinin göndərilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışjdır ki, hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərin həll edilməsi üçün istifadə etmədiyi növbəti məzuniyyətin iddiaçıya kompensasiya şəklində ödənilmiş 45 gününün, həmçinin sərhəd zastavalarında (2002 №-li hərbi hissənin “Horadiz SD” 21-ci “2-ci Şahsevən” sərhəd zastavası və N №-li hərbi hissənin “Xudat SD” bütün sərhəd zustavaları) və səyyar-sərhəd məntəqələrində olduğu ezamiyyət günlərinin qanunvericiliyin tələblərinə müvafiq qaydada xidmət illərinə əlavə olunmaqla hesablanaraq yeni məlumat vərəqinin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi xahişi ilə tərəfindən 21 sentyabr 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə müraciət ünv anlanmışdır. Müraciətinə cavab almadığına görə sözügedən inzibati orqana 17 noyabr 2021-ci il tarixində təkrar müraciət ünvanlamışdır. Müraciətləri Xidmətin tövsiyə xarakterli məktubu ilə cavablandırılmışdır. Həmin tövsiyə xarakterli cavabı inzibati orqanın müraciətlərinə etdiyi imtinası hesab edir. Cavabdeh Dövlət Sərhəd Xidməti müraciətin təmin olunmasından imtina edərək əsas tutmuşdur ki, Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən şəxsi işində qeyd edilən illər üzrə güzəştli xidmət illəri mövcud olmadığı üçün hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. Qeyd edilən dövrlər üzrə güzəştli xidmət illərinin yenidən hesablanması üçün Kadrlar Baş İdarəsinə müraciət edilməsi məqsədəuyğundur.
7. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərardadı ilə 2-1(112)4825/2022 nömrəli və 2-1(112)-4748/2022 nömrəli iddiaçının qeyd olunan tələbləri ilə bağlı inzibati işlər bir icraatda birləşdirilmiş və 2-1(112)-4825/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-4748/2022 nömrəli işə birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir.
8. İşlər birləşdirildikdən sonra iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində, Horadiz sərhəd dəstəsinin 21-ci (2-ci Şahsevən) sərhəd zastavasında 68 (altmış səkkiz) ezamiyyət günlərinin, həmçinin 2008-2013-cü illərdə Xudat sərhəd dəstəsinin sərhəd zastavalarında olduğu ezamiyyət günlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin “b” yarımbəndinə müvafiq qaydada (1 ayı ayyarım hesablanmaqla) güzəştli xidmət illərinə əl avə olunmaqla hesablanaraq və pensiyasının yenidən hesablanması üçün pul təminatının tərkibi kimi fasiləsiz xidmət illərinə görə faiz əlavəsinin 40% hesablanmaqla yeni məlumat vərəqinin DSMF-yə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4748/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia qismən təmin edilmiş, İddiaçı N nömrəli hərbi hissə üzrə 21-ci sərhəd zastavasında xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixlərində; N nömrəli hərbi hissənin (Xudat sərhəd dəstəsi) üzrə 7-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində; 13-18-ci sərhəd zastavalarında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində; 18-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011- ci il tarixlərində; 13-cü sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində; 8-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011- ci il tarixlərində; 11-ci sərhəd zastavasında 19-xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində; 16-cı sərhəd zastavasında xx.xx.2011xx.xx.2011-ci il tarixlərində; 15-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində; 10-cu sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində; 5,6,7,8-ci sərhəd zastavalarında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində; 8-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində; 5-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində; 5-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində - ezamiyyət günləri xidmətin bir ayı ayyarım sayılmaqla, güzəştli xidmət illərinə əlavə olunmaq la məlumat vərəqinin verilməsi vəzifəsi cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə olunmuş, qalan hissədə iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya təqvim illəri üzrə hesablanmaqla xidmət illərinə görə 30% əlavə ödəndiyindən (xidmət dövründə) onun güzəştli xidmət illəri nəzərə alınmaqla 40% olaraq yeni məlumat vərəqəsi verilməsinə “qanuni gözləntisi” olduğu müəyyən edilmir. Odur ki, həmin hissədə cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.... Xidməti vəzifələrinin icrası ilə əlaqədar sərhəd mühafizəsi orqanlarının zastavalarında ezamiyyətdə olan (ezam olunan) və ya bilavasitə sərhəd mühafizəsi orqanlarının zastavalarında xidmət vəzifələrini icra edən şəxs arasındakı xidmət dövrünün hesab lanması zamanı fərqli rəftarın ağlabatan əsaslandırılması yoxdur və hər iki halda şəxsin xidmət keçdiyi müddətə eyni qayda şamil olunmalıdır.
11. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4748/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilərək İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində N nömrəli hərbi hissənin tər kibində xidmət edərkən: xx.xx.2004-cü il tarixdən xx.xx.2004cü il tarixlərində 21-ci sərhəd zastavasında; -N nömrəli hərbi hissənin tərkibində xidmət edərkən: xx.xx.2008-xx.xx.2008-ci il tarixlərdə 3-cü sərhəd zastavasında; xx.xx.2008 xx.xx.2008-ci il tarixlərdə həmin sərhəd zastavasında; xx.xx.2008-xx.xx.2008-ci il tarixlərdə həmin sərhəd zastavasında; xx.xx.2009-xx.xx.2009-cu il tarixlərdə həmin sərhəd zastavasında; xx.xx.2009-xx.xx.2009-cu il tarixlərdə 7-ci sərhəd zastavasında; xx.xx.2009xx.xx.2009-cu il tarixlərdə 16-cı sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 8-ci sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 17-ci sərhəd zastavasında; xx.xx.2020-xx.xx.2010-cu il tarixlərdə həmin sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 8-12-ci sərh əd zastavalarında; xx.xx.2010xx.xx.2010-cu il tarixlərdə 18-ci sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-ci il tarixlərdə 19-cu sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə Ləzə səyyar sərhəd məntəqəsində; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 17-ci sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 18-ci sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010cu il tarixlərdə 4-cü sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 11-ci sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 7-ci sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 13-18-ci sərhəd zastavalarında; xx.xx.2011xx.xx.2011-ci il tarixlərində 18-ci sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 13-cü sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 8-ci sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 11-ci sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 16-cı sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 15-ci sərhəd zastavasında; xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 10-cu sərhəd zastavasında; xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 5,6,7,8-ci sərhəd zastavalarında; xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 8-ci sərhəd zastavasında; xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 5-ci sərhəd zastavasında; xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 5-ci sərhəd zastavasında - ezamiyyət günləri, xidmətin bir ayı ayyarım sayılmaqla, güzəştli xidmət illərinə əlavə olunaraq məlumat vərəqinin tərtib olunaraq DSMF-yə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) göndərilməsi vəzifəsi cavabdeh Azərba ycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə olunmuş, qalan hissədə iddia tələbi təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ezamiyyət dövrlərində faktiki olaraq sərhəd zastavalarında xidmət edən iddiaçının, həmin zastavanın hərbi qulluqçularının xidmətinin bir ayı, ayarım sayıldığı halda, onlara münasibətdə iddiaçının Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik hüququ pozulmuş olar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 27.1-ci maddəsinin tələblərindən göründüyü kimi hərbi qulluqçu, döyüş növbəsini (döyüş xidmətini) apararkən, ezamiyyətdə olarkən, hərbi xidmət vəzifələrinin icrasında sayılır. İddiaçı da məhz ezamiyyət dövrlərində, sərhəd zastavalarında və ya səyyar sərhəd məntəqəsində orada xidmət e dən digər hərbi qulluqçular kimi hərbi xidmət vəzifələrinin icrası başında olmuş, döyüş növbəsini keçirmişdir. Belə olan halda, onun həmin sərhəd zastavalarına və ya məntəqələrində olduğu müddətlər, Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarı ilə təsdiq olunmuş "Qayda”nın 1-ci hissəsinin 2-ci bəndinin “b” yarımbəndinin 5-ci abzasının tələbi baxımından bir ayı ayyarım hesablanmalıdır. Birinci instansiyası məhkəməsinin qərarından görünür ki, yalnız 2011-ci ilin həmin dövrlərinə münasibətdə iddiaçının məlumat vərəqinin yenidən tərtib olunaraq DSMF-yə göndərilməsi cavabdehə həvalə olunmuşdur. Lakin işin hazırkı mərhələsində məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş arxiv arayışları üzrə hərbi hissə komandirinin əmrlərinə əsasən müəyyən olunm uşdur ki, iddiaçı 2008-2010-cu illər üzrə xidmət edərkən müxtəlif dövrlərdə sərhəd zastavalarına ezamiyyətlərdə olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının adıçəkilən ezamiyyət dövrləri də onun xidməti uzun müddət xidmət illərinə daxil edilməlidir. İddiaçının onun pul təminatının tərkibi kimi, fasiləsiz xidmət illərinə görə 40% əlavəsinin də hesablanması tələbinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddiaçının tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarının iddianın təmin olunmayan hissədə ləğv olunmaqla iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
16. Məhkəmə hesab etmişdir ki, iddiaçıya pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 67 saylı Qərarının 2-ci əlavəsində hə rbi qulluqçuların maaşlarına edilən əlavənin faiz dərəcələrinin hesablanaraq ödənilməsi üçün təqvimi ili ilə deyil, məhz is stajına istinad edilməsi tövsif olunur. Ona görə də, Dövlət Sərhəd Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına təqdim etdiyi məlumat vərəqində pensiyanın təminat xərcliyinə daxil olan xidmət illərinə görə əlavənin faiz dərəcəsini hesablayarkən hərbi xidmətin təqvim illəri ilə əsas götürülməsi qanunaziddir. Bundan başqa, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində xidmət illərinə görə faiz əlavəsinin 40 faiz hesablanması tələbini irəli sürərkən əsas olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməsinin 4.3-cü bəndinə istina d etmişdir. Həmin normativ aktda iddiaçının güzəştli xidmət müddətinin də xidmət illərinə görə faiz əlavəsində nəzərə alınması öz əksini tapmışdır (4.3-cü bəndin 4-cü cümləsi). Xidmət illərinə görə əlavənin faiz dərəcəsi hesablanarkən təqvim müddətinin əsas götürülməsi nə Nazirlər Kabinetinin 67 saylı Qərarında, nə də Dövlət Sərhəd Xidmətinin “Pul təminatı haqqında Əsasnamə”nin 4.3-cü bəndində təsbit olunmamışdır. Başqa sözlə, həmin norma hərbi xidmətin güzəştli hissəsinin nəzərə alınmasını istisna etmir. Qanunvericilik və normativ hüquqi aktın müddəalarının qarşılıqlı təhlilindən də göründüyü kimi, zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına xidmət illərinə görə faiz əlavəsinin ödənilməsi (faizlə) hərbi qulluqçunun xidməti müddətindən ası lı olmuşdur. Başqa sözlə, faiz əlavəsinin ödənilməsi xidməti müddətə görə fərqləndirilir. İddiaçı xidmət etdiyi 29 il 08 aya görə xidmət illərinə görə əlavənin faiz dərəcəsinin 40% götürülməsini tələb edir. Konstitusiya Məhkəməsi Plenumu Qərarında xidməti illərə və təqvim illəri anlayışlarına aydınlıq gətirmiş, əvvəlki pensiya qanunvericiliyindən fərqli olaraq, “Əmək pensiyaları haqqında” Qanunda xidmət illərinə görə pensiya əmək pensiyasının növü kimi təsbit edilmədiyini, xidmət illərinə görə əmək pensiyası növü yaşa görə əmək pensiyası növünə oxşar olsa da, onun əsas fərqli cəhəti yaş həddi gözlənilmədən müvafiq xidmət illərinə əsasən pensiya hüququnun yaranmasına yönəldiyini vurğulamışdır. Qeyd olunanlara əsasən “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuların pul t əminatı haqqında Əsasnaməsi”ndə faiz əlavəsinin ödənilməsi təqvim ilinə görə deyil, ümumiyyətlə hərbi qulluqçunun xidməti dövrünü əhatə edir. İddiaçının təqvim illəri 24 il 13 gün təşkil etsə də, onun iş stajı xidməti illər ilə birikdə 25 ildən çox (29 il 08 ay 18 gün) təşkil etdiyindən onun xidməti illərinə görə əlavənin məbləği faizlə - 40 % faiz müəyyən edilməlidir. Göründüyü kimi, “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.3-cü bəndində xidmət illərinə görə faiz əlavəsinin verilməsi üçün xidməti güzəştli qaydada hesablanan vəzifələri tutmuş hərbi qulluqçuların xidmət illərinin güzəştli hissəsi də nəzərə alınması öz əksini tapmışdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
17. İddiaçı 2005-ci ildən 2013-cü ilin mart ayınadək N saylı hərbi hissənin X1 Bölməsinin baş zabiti vəzifəsində xidmət etmişdir. Həmin yer onun daimi iş yeridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarı ilə təsdiq edilmiş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası”nın 1-ci hissəsinin 2-ci bəndinin “b” yarımbəndinin 5-ci abzasına əsasən “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiy a hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: b) xidmətin bir ayı ayyarım sayılmaqla: sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində) Qanunun tələbindən də göründüyü kimi bu hal yerlərdə xidmət edən hərbi qulluqçulara aid edilir, ezam olunan şəxslərə deyil. İddiaçı sərhəd zastavasına qısa müddətə ezam edilmiş və onun iddia etdiyi sərhəd zastavalarında xidməti müvafiq əmrlərlə rəsmləşdirilməmişdir. İddiaçının hazırki tələbi əsassızdır. Qanunvericilikdə ezamiyyət halı nəzərdə tutulmamışdır. Həmin normanın digər bəndlərinə nəzər s aldıqda həmin güzəştin daimi xidmət yeri olan hərbi qulluqçulara şamil olunduğunu görmək olar. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan i barət olan məbləğdir;... 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”
21. Azərbaycan Respublikası Nazirlər Kabibetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarı ilə təsdiq edilmiş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onla rın ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası”
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin:... b) xidmətin bir ayı ayyarım sayılmaqla:... sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində);...
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azə rbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarı: 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xi dmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir. 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pen siya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmu ş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASS ASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı iddiaçı tərəfindən iddianın rədd olunan hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin olunan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Məhkəmə kollegiyası iddiaçının tələbinin bir hissəsi olan xidmətin müəyyən dövrünün bir ayının ayyarım s ayılması ilə bağlı hissəsinə münasibətdə apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Cavabdehin bu məsələ ilə bağlı kassasiya şikayətində təkrarladığı dəlil ondan ibarətdir ki, bu hal yerlərdə xidmət edən hərbi qulluqçulara aid edilir, ezam olunan şəxslərə deyil. Kollegiya razılaşır ki, qanunvericilikdəki tənzimləmələr onların məqsədi nəzərə alınmaqla təfsir edildikdə iddiaçının sərhəd zastavalarına və ya məntəqələrinə ezam olunduğu müddətlərə münasibətdə xidmətin bir ayı ayyarım hesablanmalıdır. Çünki iddiaçı ezamiyyət dövrlərində, məhz ezam olunduğu sərhəd zastavalarında və ya səyyar sərhəd məntəqəsində orada daimi xidmət edən digər hərbi qulluqçular kimi eyni və ya tapşırılmış başqa xidmət vəzifələri icra etmişdir. İddiaçının ezamiyy ətə göndərilməsi xidməti zərurətlərlə bağlı olmuşdur, xidməti vəzifələrin yerinə yetirilməsinə yönəlmişdir və bu zaman iddiaçı həmin hərbi hissələrdə daimi xidmət edən hərbi qulluqçularla eyni xidmət şəraitində olmuşdur.
30. Kollegiya həmçinin razılaşır ki, ezamiyyət dövrlərində faktiki olaraq sərhəd zastavalarında xidmət edən iddiaçının, həmin zastavanın hərbi qulluqçularının xidmətinin bir ayı ayyarım sayıldığı halda, ona münasibətdə fərqli qaydada davranılması iddiaçının bərabərlik hüququnun pozulmasına səbəb ola bilər. Çünki bərabərlik hüququnun tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Eynilə inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi iddiaçının istinad etdiyi faktiki hallar ilə xidmətlərinin bir ayı ayyarım hesablanan digər şəxslərin istinad etdikləri faktiki hallar eyni olduğu halda, yəni eyni şəraitdə xidməti vəzifələrin icra olunması halları mövcud olduğu halda, onlara münasibətdə ağlabatan əsas olmadan (xidməti vəzifələrin ezam olunmaqla və ya daimi əsaslarla xidmət yeri kimi icra olunması) fərqli rəftara gətirib çıxarır. Həlledici olan eyni xidmət şəraitində xidməti vəzifələrin icrasıdır. İddiaçıya münasibətdə bu şərt ödənildiyi üçün o, digər şəxslərə münasibətdə olduğu kimi ona da xidmət illərinin hesablanmasına münasibətdə eyni qaydada davranılmasını tələb edə bilər.
31. İddiaçının tələbinin digər hissəsi təminat xərcliyində göstərilən xidmət illərin ə görə əlavənin 30% deyil, 40 % kimi göstərilməsi və yenilənmiş məlumat vərəqəsinin aidiyyəti qurumu göndərilməsi ilə bağlıdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. 33. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi nə görə təminat xərcliyində hərbi qulluqçuların məhz hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) alınmış ödənişlər göstərilməlidir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndində isə təsbit edilmişdir ki, bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
35. İşin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində məlumat vərəqəsi tərtib edərkən xidməti illərinə görə əlavəni 30% kimi göstərmişdir. İddiaçının qənaətinə görə 40% əlavənin ödənilməsi xidmət illəri ilə bağlı olduğundan, əlavənin təqdim illəri ilə hesablanması yol verilməzdir.
36. Kollegiya qeyd edir ki, xidmət illərinə görə əlavənin 30% deyil, 40% kimi göstərilməsi və yenilənmiş məlumat vərəqəsinin aidiyyəti qurumu göndərilməsi ilə bağlı tələbin təmin edilməsi məhz sözügedən 40% əlavənin iddiaçı tərəfindən xidmət dövründə alınması və həmin ödənişlərin məcburi dövlət sosial sığorta haqqına cəlb edilməsindən asılıdır. Sözügedən məbləğdə əlavələr alınmadığı və məcburi dövlət sosial sığorta haqqına cəlb olunmadığı hallarda məlumat vərəqəsində xidmət illərinə görə əlavənin 40% kimi göstərilməsi tələbi təmin oluna bilməz. Belə ki, hərbi qulluqçulara pensiya təyin edilməsi zamanı təminat xərcliyi əsas sənəd kimi çıxış edir və həmin sənəd xidmətdən buraxılan günə alınmış ödənişlər nəzərə alınmaqla tərtib olunmalıdır. Təminat xərcliyinin tərkibində sonradan dəyişikliklər edilməsi yalnız buna müvafiq qanuni əsaslar yarandıqda mümkündür.
37. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının xidmətdən buraxıldığı günə xidmət illərinə görə 40% əlavəni aldığı təsdiq olunmur. Ona görə də hazırkı işdə iddiasının bir hissəsinin təmin olunması halından da çıxış et məklə iddiaçı sözügedən əlavənin alınması və bundan irəli gələrək təminat xərcliyinin tərkibində müvafiq dəyişiklik etməklə yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etməklə hüquqlarının müdafiəsini həyata keçirə bilər.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(103)-363/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.