Məhkəmə qərarları › İş №2-1(102)-2434/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2434/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2434/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.11.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əm lak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-340/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağ ıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddia tələbinin qısa məzmunu ondan ibarətdir ki, Oğuz Rayon Məhkəməsinin xx. xx.2020-ci il tarixli 2(054)-17/2020 saylı qətnaməsindən icra vərəqəsi verilmiş, qətnamə icraya yönəlmişdir. Qətnamənin icra olunmasına, sözügedən əmlaklara ½ hissədə payının qeydə alınması və müvafiq çıxarışların verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu gəlmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2- 1(116)-204/2024 nömrəli qərardadı ilə (hakim F.Hacızadə) iddia mümkün sayılmamışdır.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə digər mülkiyyətçinin razılığı olduğu halda notarial qaydada təsdiq edilmiş bölgü planı əsasında naturada bölünmüş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi cavabdeh orqandan tələb edilməlidir. Digər mülk iyyətçi ilə arasında razılıq olmadıqda isə torpaq sahəsinin naturada bölgüsü tələbi ilə daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi rayon məhkəməsinə müraciət edilməli, məsələ müsbət həllini tapdıqdan sonra isə naturada yeri bəlli olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi cavabdeh orqandan tələb edilməlidir. Həmçinin qeyd edilmişdir ki, iddia olunan torpaq sahələri üzərinə mülki məhkəmə icraatı qaydasında həbs qoyulmuşdur. Belə ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı, həmin qərardadda olan yanlışlığın düzəldilməsinə dair xx.xx.2019-cu il tarixli qərardad əsasında Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006- cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinin üzərinə həbs qoyulmuş və tələb həmin əmlaklara yönəldilmişdir. Odur ki, hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasi ya instansiyası məhkəməsində icraat

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-340/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər: V.Məlikov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, mülkiyyət hüququmun qeydə alınmadığı halda naturada bölgünün aparılmasına dair digər mülkiyyətçi ilə danışıqlar aparmağım mümkün deyil. Ona görə ki, digər mülkiyyətçi qanunsuz hərəkətlərlə hüquqlarımın həyata keçirilməsinə maneə olur və torpaq sahəsindən faktiki istifadəmə maneçilik törədir. Ona görə də məhkəmə qərarı ilə hüququm müəyyən olunmuş torpaq sahəsinin 14 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına çalışıram ki, buna nail olduqdan sonra qeydə alınmış mülkiyyət hüququmun həyata keiçiliməsinə, törədilən manelərə qarşı hüquqi tədbirlər görə bilim. Hazırkı halda mülkiyyət hüququm rəsmi reyestrdə qeydə alınmadığına görə digər mülkiyyətçi ilə də bölgünün aparılması mümkün olmamışdır.

10. Məhkəmələr nəzərə almamışdır ki, torpaq sahəsinin na turada bölünməsinə dair razılıq əldə edilmədiyinə görə, digər mülkiyyətçi olan Y.İsgəndərova qarşı Qəbələ rayon məhkəməsində “torpaq sahəsinin naturada bölünməsi və istifadəmə, sahibliyimə verilməsi” tələbinə dair iddia qaldırmışam. Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbim təmin edilməmidşir.

11. Qəbələ rayon məhkəməsinin qətnaməsindən verdiyim şikayət üzrə apellyasiya baxışı Şəki Apellyasiya Məhkəməsinin icraatındadır.

12. Həmin mülki işə məhkəmədə baxıldığı ərəfədə tərəfimdən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Şəki İnzibati Məhkəməsində iddia qaldırılaraq, 1\2 hissədə mülkiyyət hüququmun məhkəmə qətnaməsi ilə müəyyən olunduğu torpaq sahəsinə dair hüquqla rımın qeydə alınması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarılması xahiş olunmuşdur.

13. Məhz hazırkı işin Şəki İnzibati Məhkəməsində baxıldığı ərəfədə Şəki Apellyasiya Məhkəməsində - torpaq sahəsinin naturada bölünməsinə dair iddia tələbim üzrə baxılan mülki işin icraatı dayandırılmışdır.

14. Eyni zamanda, nəzərə alınmalıdır ki, torpaq sahəsinin naturada bölünməsi tələbimin təmin edilməməsinə əsas kimi Qəbələ rayon məhkəməsi həmin (birgə əmlak) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mənim adıma qeydə alınmamasını göstərmişdir.

15. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

16. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdi rilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü ma ddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş cid di prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA B AXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpa q sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi Şəki İnzibati Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 03 aprel 2024-cü il tarixli, 2-1(116)-204/2024 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair nəticəyə gələrkən belə hesab etmişdir ki, “iddiaçı torpaq sahələrinin ½ hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də həmin torpaq sahəsinin naturada bölünməsi həyata keçirilməmişdir. Digər mülkiyyətçi ilə arasında razılıq olmadıqda isə torpaq sahəsinin naturada bölgüsü tələbi il ə daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi rayon məhkəməsinə müraciət edilməli, məsələ müsbət həllini tapdıqdan sonra isə naturada yeri bəlli olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi cavabdeh orqandan tələb edilməlidir.”

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razı deyil, belə ki, apellyasiya instansiyası məhkəməsi qərardadında göstərir ki, “... həmin torpaq sahəsinin naturada bölünməsi həyata keçirilmişdir”, həmçinin qeyd edir ki, “Digər mülkiyyətçi ilə arasında razılıq olmadıqda...”.

22. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, yuxarıda göstərilmiş məsələlərin mübahisəsinin həqiqətən düzgün həll edilməsi üçün işə digər mülkiyyətçinin, yəni iddiaçının keçmi ş əri -X1 cəlb olunması zəruridir.

23. Belə ki, məhz belə olan halda həm ondan, həm də iddiaçıdan sözügedən torpaq sahələri ilə bağlı, yəni torpaq sahələrinin bölünməsinə dair onların ortaq məxrəcə gələ bilib-bilməməsi məsələsinin dəqiq müəyyən edilməsinin həyata keçirilməsi mümkündür.

24. Lakin apellyasiya instansiyası Y.İ.İsgəndərovu işə ümumiyyətlə cəlb etməmişdir.

25. Digər tərəfdən iddiaçı və onun keçmiş əri Y.İ.İsgəndərov adıçəkilən torpaq sahələrinin bölgüsündə razılığa gələ bilməsələr, o zaman onlara torpaq sahələrinin naturada bölünməsi təklif olunmalı, belə ki, torpaq sahələrinin eskizi və sxemi işdə mövcuddur.

26. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələdə apellyasiya məhkəməsi İPM-in “Məhkəmənin yardım etmək vəzifəsi” adlanan 13-cü maddəsini tətbiq etməlidir.

27. İdd iaçı və onun keçmiş əri gəlmədiyi halda, iddiaçının iddiasının mümkünlük məsələsinə baxıla bilər.

28. Lakin bütün bu hərəkətlər edilmədən, iddiaçının hazırkı iddiasının mümkün sayılmaması barədə nəticəyə gəlinməsi düzgün olmamaqla yanaşı, İPM-in 12.1, 12.2-ci maddələrinin tələblərinə də ziddir.

29. Buna görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 23 may 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 21(107)-340/2024 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar