Məhkəmə qərarları › İş №2-1(102)-2435/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2435/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2435/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Nurəddin qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsi əsasında aparılmış qeydin ləğvinə dair mülki məhkəmə icraatı qaydasında baxılmalı mübahisələr; iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddi açı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 21(103)-2724/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 may 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən evin 2/4 hissəsi ** ******** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydə alınmışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)293/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 qarşı “mülkiyyət hüququna dair çıxarışın və qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1262/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-293/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh2 qarşı “mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3981/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1262/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qərar üzrə müəyyən edilən hallara əsasən Cavabdeh2 adına mübahisələndirilən qeydiyyat xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmışdır.

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək Cavabdeh2 adına aparılmış qeydiyyatın və reyestrdən çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh orqanın cavab məktubu iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixə qədər daxil olmamışdır (iddiaçı tərəfindən əlavə edilməmişdir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cava bdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh2 adına verilən 27 may 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, 2003-cü ildə iddiaçı ailəsi ilə Bakı şəhərində mənzil almaq qərarına gəlmişlər və bu məqsədlə müəyyən qədər vəsait toplamışlar. Münasib sayılan evlər içərisindən X2 məxsus evi seçmişlər. Daha sonra iddiaçı yaxın qohumlarının da iştirakı ilə evə görə X2 6.000 ABŞ dolları məbləğində pul vəsaiti vermiş və evi almışdır. Adıçəkilən şəxs evin açarlarını təqdim etmiş və iddiaçının ailə üzvləri ilə birlikdə evə qeydiyyata alınmasını təmin etmişdir. İ ddiaçı həmin vaxtdan etibarən evə köçüb yaşamışdır. Onun övladları bu ünvandan məktəbə getmişlər. O, evin kommunal haqlarını ödəmişdir. Hazırda da orada yaşayır. Qeyd olunan ev köhnə və təmirsiz olmaqla bir mərtəbədən, bir otaqdan ibarət idi və yaşayış sahəsi 40 kv.m təşkil edirdi. İddiaçı 2016cı ilin yay və payız aylarında həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirmişdir. Qonşu ilə həyətyanı sahə ilə bağlı narazılıq olmaması üçün torpaq sahəsinin sərhədləri X4 ilə dəqiqləşdirilmişdir. Bir müddət sonra X4 vəfat etmişdir. Sonradan məlum olmuşdur ki, X1 övladı Cavabdeh2 atasının ölümündən sonra həmin evə dair heç bir məlumat vermədən hüquqların reyestrdə qeydiyyatı barədə çıxarış almışdır. Daha sonra Cavabdeh2 məhkəməyə müraciət edərək, hazırkı iddiaçının və onun ailə üzvlərinin istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbini irəli sürmüşdür. Halbuki, həmin evə dair reyestrdən çıxarışın verilməsi tam qanunsuz və əsassızdır.

9. Cavabdeh orqan tərəfindən iddia ərizəsinə dair təqdim edilən yazılı etirazda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2/4 hissədə Cavabdeh2, 1/4 hissədə X3, 1/4 hissədən qalan hissə X5 və 1/4 hissədən 1 otaq (y/s 14,8 kv.m, k/s 8,8 kv.m) X6 paylı mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 mülkiyyətində olan 2/4 hissə 2V-67 nömrəli 22 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də, iddia mümkün sayılmamalıdır.

10. Bakı İnzibati Məhkəməsinin 2 7 aprel 2023-cü il tarixli, 2-1(112)-3360/2023 nömrəli qərardadı (hakim R.L.Kərimli) ilə iddia mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnun qeydiyyatına əsas 2V-67 nömrəli 22 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Belə olan halda, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin müvafiq hissəsinə Cavabdeh2 mülkiyyət hüququnun (paylı) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı inzibati məhkəmə icraatı qaydasında deyil, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə ilə birlikdə mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Ona görə də hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 cavabdeh qismində göst ərilməsi formal xəta kimi qiymətləndirilir. Bu xüsusatla bağlı həmin şəxsin cavabdeh qismində iştirakına xitam verilməklə üçüncü şəxs kimi icraata cəlbinə isə, iddia mümkün sayılmadığından zərurət yaranmamışdır.

13. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2-1(103)-2724/2023 nömrəli qərardadı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(112)-3360/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallardan göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (evin 1/2 hissəsinə) Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına əsas kimi atasının ölümü ilə əlaqədar 2V-67 nömrəli 22 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə çıxış etmişdir. İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə də prosessual qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçı subyektiv baxımdan, Cavabdeh2 Nurəddin qızının mülkiyyətində olan həmin daşınmaz əmlakı mübahisələndirmək hüququnu itirmişdir.

16. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, mübahisəli daşınmaz əmlaka dair iddia tələbini dövlət qeydiyyatını aparan 1 saylı Bakı Ərazi İdarəsi ilə yanaşı, həm də İPM-in 2.2-ci maddəsinin tələblərinə zidd olaraq, cavabdeh qismində inz ibati orqan hesab olunmayan mülki vətəndaş Cavabdeh2 Nurəddin qızına qarşı da irəli sürmüşdür (Hazırkı apellyasiya mərhələsində də iddiaçının nümayəndəsi ona qarşı iddia tələbində israrlı olmuşdur).

17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43cü maddəsinə (Mənzil hüququ) əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Lakin işə baxan məhkəmə Konstitusiyanın bu normasının tələbini pozmuş, əsassız olaraq iddiaçının həmin evdən istifadə hüququ olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinə (Vətəndaşların mənzil hüquqları və vəzifələri) əsasən qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. İşə baxan məhkəmə mənzil qanunvericiliyinin bu tələbini də pozmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2-ci maddəsinə (Mənzil hüquqlarının əsasları) əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mə nzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Cavabdeh öz mülahizəsinə və mərhum mülkiyyətçi X1 razılığı ilə həmin evi satın almış, onun razılığı ilə həmin evə daimi qeydiyyata alınmış və evə faktiki sahiblik etmişdir. İddiaçı öz mənzil ehtiyacını başqa şəxsin hüquqlarına toxunmadan öz mülahizəsinə əsasən həll etmişdir. İşə baxan məhkəmə işin bu faktiki hallarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 17. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla ba ğlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparı lmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.... 21. “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar....

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahis ələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündə n, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməmə si barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmə lərinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

28. İddianın mümkünlüyü iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəy ərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğu müəyyən olunduqdan sonra iddianın mahiyyəti üzrə araşdırma aparmalıdır.

29. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

30. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqq ında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3981/2021 nömrəli qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1262/2021 nömrəli qətnaməsində müəyyən edilən işin hallarına görə ünvan 1 ünvanında yerləşən evin 2/4 hissəsi ilə bağlı Cavabdeh2 adına qeydiyyat xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmışdır.

32. Hazırkı qərarın 20-ci bəndində qeyd edilən Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, da şınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

33. Apellyasiya instansiyası məhkəməsi İPM-in 1.2-ci maddəsi baxımından, MPMin 82.3 və 233.3-cü maddələrinə istinad etməklə haqlı olaraq qeyd etmişdir ki, vərəsəlik hüququ əsasında Cavabdeh2 Nurəddin qızının adına aparılmış qeydin ləğv edilməsi ilə bağlı mülki məhkəmə icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3981/2021 nömrəli qərarı ilə yekunlaşmışdır.

34. Məhkəmə kollegiyası vurğulayır ki, inzibati orqanın apardığı qeydiyyat vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həyata keçirildiyindən mübahisəyə inzibati məhkə mə icraatı qaydasında baxılması istisna olunur.

35. Eyni zamanda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları üçün məcburi olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.5 və 15.6-cı bəndlərnə görə iddianı mümkün saymamaqla apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

36. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 21(103)-2724/2023 nömr

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar