Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2435/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətvermə hüququnun olmaması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “855 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatın 235 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2024-cü il tarixli, 2-1(107)-7/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ünvan 1 ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsinə dair X1 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın 235 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(11 6)-174/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 130 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Üçüncü şəxs X2 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2024-cü il tarixli, 2-1(107)-7/2024 nömrəli qərarı ilə üçüncü şəxs X1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, X1 adına daşınmaz əm lakın dövlət reyestrində alınmış qeydiyyat və tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarış 0,083248 ha torpaq sahəsinin Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m həyətyanı torpaq sahəsi ilə üstüstə düşən 111 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayəti nin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalı dır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tə rəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-1736/2023 nömrəli qərardadında mövqeyi ondan ibarət olmuşdur ki, bir qayda olaraq, məhkəmə aktlarında n işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin, qanunverici, İnzibati Prosessual Məcəllənin 90.2-ci maddəsində məhkəmə aktından inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malik olduqlarını müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməmiş işdə iştirak edən şəxs, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun razılaşdığı qərardan fərqli, yəni onun ziyanına qərar qəbul edilmədiyi təqdirdə, apellyasiya instansiyası məhkəməsinin həmin qərarından kassasiya şikayəti vermək hüququna malik olmur.
10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ər zində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərardad Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçatan və bəlli olmuşdur.
11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2024-cü il tarixli, 21(107)-7/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.