Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2436/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Nümayəndə (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbay can Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs Mingəçevir bələdiyyəsi) qarşı “torpaq sahəsinin mərhum şəxsin adına dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(107)-187/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli, 28 nömrəli məktubuna əsasən Az.DRES qəsəbəsi, Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən fərdi mənzillərin tikintisi üçün alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir.
2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsindən xx.xx.2005-ci il tarixdə üçüncü şəxsə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, ünvan 2nin cənub hissəsindəki boş ərazilərdən şəhər sakinlərinə fərdi mənzil tikintisi üçün torpaq sahələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılmasına etiraz edilməmişdir.
3. Üçüncü şəxsin xx.xx.2006-cı il tarixli, 29/3 nömrəli qərarına əsasən ünvan 2nin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqısatqı yolu ilə 500 kv.m torpaq sahəsinin İddiaçı (iddiaçının mərhum əri) xüsusi mülkiyyətinə verilmişdir. Üçüncü şəxsin xx.xx.2006-cı il ta rixli qəbzinə əsasən İddiaçı tərəfindən 300 manat pul məbləği bələdiyyənin hesabına ödənilmişdir.
4. AZ-İ 286374 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən İddiaçı xx.xx.2008-ci il tarixdə vəfat etmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək üçüncü şəxsin xx.xx.2006-cı il tarixli, 29/3 nömrəli qərarı əsasında ayrılmış 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
6. Cavabdeh 27 fevral 2021-ci il tarixli, **********73 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, üçüncü şəxsin tərtib etdiyi “Torpaq sahəsinin alqı-satqısına dair akt”ı vaxtı ilə fəaliyyət göstərən DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən qeydiyyata alınmamış və möhürlə təsdiq edilməmişdir. Eyni zamanda, bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin cizgisi DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən təsdiqlənməmişdir. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Əsasnamənin tələbinə əsasən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 29/3 nömrəli qərarına əsasən ünvan 2nin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mərhum həyat yoldaşı İddiaçı adına xüsusi mülkiyyətinə verilmiş 500 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq planölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxsin xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçının mərhum həyat yoldaşı İddiaçı fərdi yaşayış evinin tikilməsi məqsədilə 500 kv.m torpaq sahəsi satılmış, iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş, tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş və müvafiq torpaq sahəsinin cizgisi hazırlanmışdır. İddiaçı, müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşının adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin, cav abdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-58/2022 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində adi qaydada inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. Cavabdeh tərəfindən iddia tələbinə dair təqdim edilən yazılı etirazda imtina məktubunun dəlilləri təkrarən sadalanmış və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 144.3, 144.5, 146.1 və 146.3-cü maddələrinə istinad edilmişdir.
11. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********39 nömrəli məktubuna əlavə edilmiş arayışdan görünür ki, iddia olunan torpaq sahəsi 463 kv.m-dir. 2005-ci ildə tərtib edilmiş Mingəçevir bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilən torpaqların yer-quruluşu planında həmin ərazi bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Yaşayış məntəqələrinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə aid olmaqla həyətyanı məqsədi ilə istifadə edilir. Torpaq sahəsi tam hasara alınmamışdır. İddiaçının bildirdiyinə görə özünün istifadəsindədir.
12. Şəki İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(116)-54/2022 nömrəli qərarı (hakim V.Ə.Musayev) ilə iddia qismən təmin edilmiş, Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 29/3 nömrəli qərarına əsasən ünvan 2nin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə satılmış torpaq sahəsinin 463 kv.m sahəsi üzərində xüsusi mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması ilə bağlı D aşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyatın aparılması, həmin torpaq sahəsinə dair mərhum İddiaçı adına plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi cavabdehin iddiaya qarşı dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə i nzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Mərhum İddiaçı Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən 500 kv.m torpaq sahəsinin satıldığı qeyd olunsa da, faktiki olaraq iddia olunan torpaq sahəsinin naturada real sahəsi 463 kv.m-dir. Odur ki, iddia tələbi faktiki olaraq mövcud olan torpaq sahəsinə münasibətdə təmin edilməlidir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(107)-187/2022 nömrəli qərarı (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və M.A.Əsədli) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(116)-54/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyes trində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sən ədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınma z əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir....
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları...
2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər....
5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
6. Bələdiyyələrin ehtiyat fon dunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.... 23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sah ənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
135. Əşya hüququnun obyektləri... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahə si və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.... Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir....
25. Azərbaycan Respublikasının İnzibati Proses sual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbb üsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvəd ə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSA SİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia təmin qismən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qismən ləğv edilməsini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
29. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən işin hallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi üçüncü şəxsin xx.xx.2006-cı il tarixli, 29/3 nömrəli qərarına əsasən iddiaçının mərhum əri – İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadan 9 fevral 2008-ci ildə vəfat etmişdir. Hazırkı inzibati iş üzrə iddiaçının hüquqi marağı qeyd edilən torpaq sahəsi üzərində mərhum ərinin vərəsəsi kimi hüquqlarının qeydə alınmasından ibarətdir. Buna görə də, iddiaçı ilk növbədə hüquqların mərhum ərinə məxsus olmasının qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə onun müraciətindən imtina etmişdir.
30. Belə ki, cavabdeh inzibati orqanın iddia tələbinə qarşı dəlilləri ondan ibarətdir ki, üçüncü şəxsin tərtib etdiyi “Torpaq sahəsinin alqı-satqısına dair akt”ı vaxtı ilə fəaliyyət göstərən DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən qeydiyyata alınmamış və möhürlə təsdiq edilməmişdir. Eyni zamanda, bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin cizgisi DT və XK- nin Mingəçevir şəhər şöbəsi tərəfindən təsdiqlənməmişdir. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Əsasnamənin tələbinə əsasən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilməmişdir.
31. Cavabdehin həmin dəlilləri barədə qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 ya nvar tarixli, §49 Qərarlar).
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyə görə bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir.
33. Torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mü vafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
34. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtl əndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
35. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
36. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan öz imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallarla əsaslandıra bilməmiş, bununla bağlı kassasiya şikayətinin dəlillərinə dair mötəbər sübutlar təqdim edə bilməmişdir.
37. Bundan başqa, qeyd edilməlidir ki, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyriəmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndində qeyd edilmişdir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəx s ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.
40. Təlimatın 7.2-ci maddəsinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən tə qdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
41. İddia tələbindən görünür ki, iddiaçı mübahisələndirilən 500 kv.m torpaq sahəsinin mərhum həyat yoldaşı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
42. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən aparılan araşdırma zamanı mübahisələndirilən torpaq sahəsinin mərhum İddiaçı xüsusi mülkiyyətinə verilməsi və torpaq sahəsinin 500 kv.m deyil, naturada 463 kv.m olması öz təsdiqini tapmış, ona görə də, qeyd edilən hissədə iddianın təmin edilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldikləri nəticələr əsaslı olmuşdur.
43. Lakin apellyasiya instansiya məhkəmə si, birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyatın aparılması, həmin torpaq sahəsinə dair mərhum İddiaçı adına plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarını qüvvədə saxlayarkən səhvə yol vermişdir.
44. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə əsasən şəxs daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. 45. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət re yestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndi də analoji mövqedən çıxış edir. Lakin həmin bənddə göstərilən “elektron çıxarış” ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən “çıxarış” eyniləşdirilməməlidir.
46. Belə ki, Qanunun tələbləri baxımından çıxarış – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədədir. Lakin Təlimatda qeyd edilən elektron çıxarış Qanunun 22.2-ci maddəsində göstərilən arayışla eynilik təşkil edir. Təlimatın 7.1-ci bəndində də “reyestrdən çıxarış” ilə “elektron çıxarış” anlayışları birbirindən fərqləndirilmişdir.
47. Ona görə də, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qərar ını qüvvədə saxlayarkən səhvə yol vermiş, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış ilə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış (elektron çıxarış) anlayışlarını eyniləşdirmişdir.
48. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı şikayətin təmin edildiyi “torpaq üzərində xüsusi mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyatın aparılması, həmin torpaq sahəsinə dair mərhum İddiaçı adına plan-ölçü sənədinin və çıxarışın verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmalı, mübahisəli torpaq sahəsinə dair hüququn ölmüş şəxsə - İddiaçı məxsus olması haqqında arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi ca vabdehin üzərinə qoyulmalı, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır.
49. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(107)-187/2022 nömrəli qərarı qismən – “torpaq üzərində xüsusi mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyatın aparılması, həmin torpaq sahəsinə dair mərhum İddiaçı adına plan-ölçü sənədinin və çıxarışın verilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin, mübahisəli torpaq sahəsinə dair hüququn ölmüş şəxsə - İddiaçı məxsus olması haqqında arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qal