Məhkəmə qərarları › İş №2-1(102)-2437/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2437/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2437/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı qanuni nümayəndəsi X6 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi, valideynlərin məcburi köçkün statusunun ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rəsulbəyova Nigar və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı "məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi" tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2024-cü il tarixli, 2-1(106)-194/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2005-ci il tarixdə doğulmuşdur, atası X7, anası X3r.

2. Cavabdeh tərəfindən verilmiş AA378056 və AA344769 nömrəli “Məcburi köçkün” vəsiqələrinə əsasən, iddiaçının atası və anası 1993-cü ildə Füzuli rayonundan daimi yaşayış yerini tərk etmişdir, “Məcburi köçkün” statusuna malikdir.

3. Füzuli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, iddiaçının ailəsi məcburi köçkün kimi hər ay 60 manat vahid aylıq müavinət alır.

4. İddiaçı “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin veri lməsi barədə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, Füzuli rayonunun Bəhmənli kəndi işğal edildiyindən və 08 noyabr 2020-ci il tarixdə torpaqların işğaldan azad edilməsi ilə təmas xətti ləğv edildiyindən, müraciətin müsbət həlli imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. İddiaçının əsaslandırması:

7. İddia ərizəsində qeyd edilmişdir ki, X7 və həyat yoldaşı X9 məcburi köçkündür, məcburi köçkün statusu var və məcburi köçkün kimi hər ay çörək pulu və digər kommunal xərcləri alırlar. İddiaçı da məcburi köçkün kimi hər ay çörək pulu və digər kommunal xərcləri alır, lakin cavabdehə dəfələrlə müraciət olunsa da İddiaçı cavabdeh orqan məcburi köçkün statusu verməkdən boyun qaçırır bu da övladının məcburi köçkün kimi olan hüquqlarını pozmaqla nəticələnir. İddiaçı 2020-ci ildə ADİU-nin nəzdində olan X12 ödənişli əsaslarla qəbul olunmuş, 15 yaşı tamam olmadığı üçün ona qaçqın vəsiqəsi götürməmişlər. Hazırda İddiaçı oxuduğu məktəbdə may ayının sonuna qədər vaxt verilib ki, 2700 manat ödənişi ödəsin. Qeyd olunan vəsaitin ödənilməsi qeyri mümkündür

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət tə şkil edir.

9. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-2982/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, xx xxx 2005-ci il təvəllüdü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının atası və anası məcburi köçkün statusuna malikdirlər, iddiaçı onların himayəsindədir. Dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu şəxs qazanmışdır. ünvan 1i işğaldan azad olduğu üçün, 08 noyabr 2020ci il tarixdən işğaldan azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu kənd sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin əsassız ol araq dayandırılması hüquq normalarının tələblərinə ziddir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-194/2024 nömrəli, 7 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2982/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ON A QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa, eləcə də “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburiköçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Belə ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndi 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün n əzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmişdir. Beləliklə, iddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş ünvan 1i ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdirlər. Həmin Qanuna əsasən, 1994-cü ildə işğaldan azad olunmuş Böyük Bəhmənli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə və onların övladlarına məcburi köçkün statusu və onu təsdiq edən sənədin (vəsiqə) verilməsi dayandırılıb. b.kass asiya şikayətinə etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) sta tusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.. 19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki:... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;.

20. Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə:

3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;

21. İnzibat Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir..

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə ola n digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən h əcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir.

27. İş materiallarından görünür ki, iddiaçı “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının qeydiyyatda olduğu ünvan 1inin işğaldan azad kənd olduğu, eləcə də xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilər azad edildikdən sonra təmas xətti ləğv olunduğu əsas gətirərək müraciətin müsbət həllindən imtina etmişdir.

28. İddiaçı cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirmiş, həm birinci instansiya məhkəməsi, həm də işə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək bildirmişdir k i, iddiaçıya münasibətdə köçkün statusunun itirilməsi halları – məcburi köçkün düşdüyü əvvəlki yerə qayıtma və ya yaşayış yeri ilə təmin edilmə-baş vermədiyindən iddia tələbi əsaslıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilərin tamamilə azad edilməsindən sonra təmas xəttinin ləğv olunması, həmin ərazilərdən vaxtilə köçkün düşmüş şəxslərin müstəqil şəkildə həmin yaşayış məntəqələrinə qayıtması və məskunlaşması, bunun üzərindən onların məcburi köçkün statusunun ləğv olunması üçün hüquqi əsasın mövcud olması anlamına gəlmir.

30. Kollegiya hesab edir ki, sözügedən mövqeyə yenidən baxmaq və dəyişiklik etmək zərurəti yaranmışdır. 31. “Qaçqınların və məcburi köçk ünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, eləcə də “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar qəbul etməkdə səlahiyyətlidir.

32. Tam səlahiyyətli inzibati orqan kimi Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli, 42 nömrəli əmri ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndindən (Füzuli rayonunu Alıxanlı kən dinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun 2024-cü il 1 may tarixindən İəğv edilməsi qərara alınmışdır.

33. Qərarda qeyd edilmişdir ki, 1993-1994-cü illərdə Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşellı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar. Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, X11, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dılağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndləri və 2016-cı il 4 aprel tarixdə Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi işğaldan azad olunsa da, həmin ərazilər Ermənistan Silahlı Qüvvə lərinin yerləşdikləri mövqelərə yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə dövlət tərəfindən xüsusi qaydada şərait yaradılmışdır, 2020-ci il tarixdə isə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmiş, əhalinin təhlükəsiz və dinc yaşaması təmin edilmişdir.

34. Göründüyü kimi, oxşar işlər üzrə məhkəmədə mübahisəyə baxılarkən cavabdehin Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndində (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilm iş məcburi köçkün statusunun İəğv edilməsi barədə qərarı mövcud olmamışdır. Lakin hazırkı iş üzrə apelyasiya məhkəməsinin qərarından sonra cavabdeh iddiaçının atası X2 və anası X4 verilmiş məcburi köçkün statusunun ləğv olunması barədə 2024-cü il 31 may tarixli inzibati akt qəbul etmişdir.

35. Məhkəmə kollegiyası İPM-in 12.1-ci, 58.7-ci maddələrinin tələblərini nəzərə alaraq həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

36. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməli, yuxarıda qeyd edilən inzibati aktın məcburi köçkün statusu ləğv edilmiş şəxslər tərəfindən mübahisə predmeti olub ol maması ilə bağlı sorğular verilməli, aparılan araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

37. Cavabdeh şikayətində iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə üzrə əlavə araşdırmanın aparılmasına zərurət yarandığından bu hissədə şikayət təmin edilməməlidir.

38. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2024-cü il tarixli, 21(106)-194/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar