Məhkəmə qərarları › İş №2-1(102)-2439/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2439/2019

28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2439/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDAD GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 28.08.2019 Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «adının və soyadının dəyişdirilərək X1 qeyd edilməsinin cavabdehə tapşırılması» tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-567/2018 nömrəli, 18 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (buraxılmış pro sessual müddətin bərpası barədə ərizəyə) Ali Məhkəmənin binasında, 19 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı 30.12.2015-ci il tarixdə adını və soyadını X2 İddiaçı dəyişdirmişdir. Daha sonra iddiaçı cavabdehə müraciət edərək ad və soyadını yenidən dəyişərək X1 qeyd olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan 07.06.2018-ci il tarixli məktubla bundan imtina edərək məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2-1(84)-973/2018 nömrəli qərarı ilə (hakim: K.H.Vəliyev) iddia təmin edilməmiş, məhkəmə xərci iddiaçıya aid edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Şəki Apely asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-567/2018 nömrəli iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və E.Ş.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə verilmişdir. Ərizənin dəlilləri: Ərizədə bildirilir ki, iddiaçının əvvəlki vəkili kassasiya şikayəti verəcəyini bildirsə də sonradan məlum olmuşdur ki, o, üzərinə götürdüyü öhdəliyə əməl etməyərək kassasiya şikayətini vaxtında verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili ə rizəni müdafiə edərək buraxılmış müddətin bərpa olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdeh təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi əsassız olduğundan təmin edilməməli, onun şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2-1(107)-567/2018 nömrəli qərarı 18 oktyabr 2018-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçının vəkili 02.11.2019-cu il tarixdə SS51734945AZ nömrəli qəbzə imza etməklə qərarı rəsmi qaydada almışdır. ( iş vər 64) Hazırkı kassasiya şikayəti isə 18.06.2019-cu il tarixdə Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. İddiaçı özü də kassasiya şikayətinin 18.06.2019-cu il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmasını etiraf edir, şikayətin daha əvvəlki tarixlərdə verilməsini mübahisə etmir. Göründüyü kimi, iddiaçı qərarın surətini 18.10.2018-ci il tarixdə almasına baxmayaraq, onun kassasiya şikayəti 18.06.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddətin ötürülməsi mübahisəsizdir. Lakin iddiaçı müddətin bərpası barədə ərizə verməklə ötürülmüş müddətin bərpa olunmasını xahiş edir. İddiaçı müddətin ötürülməsinin vəkili, eyni zamanda nümayəndəsi olan şəxsin səhlənkarlığı səbəbindən baş verməsini bildirmişdir. Qeyd olunmalıdır ki, nümayəndənin bütün hərəkətləri məhz təmsil etdiyi şəxsin adından etməsi, bu hərəkətlərin isə təmsil olunan üçün prosessual hüquq və vəzifələr yaratması, o cümlədən də məhkəmə aktının nümayəndə tərəfindən alınmasının təmsil olunan üçün müddətin axımının başlanmasına səbəb olması mübahisəsizdir. Odur ki, iddiaçının göstərdiyi səbəb müddətin üzrlü səbəblərdən buraxılması qənaətinə gəlmək üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Avropa İnsa n Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə gö rə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-567/2018 nömrəli iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə İddiaçı ərizəsi təmin edilməsin. İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar