Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2439/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” təl əbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(103)-937/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür.
2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının xx.xx.2022-ci il tarixli, 79 nömrəli arxiv arayışına əsasən, iddiaçı 1984-1987-ci illərdə Şamaxı rayon Nəsimi adına sovxozda işləmiş və 1984-cü il iyul-dekabr, 1985-ci il yanvardekabr, 1986-cı il yanvar-dekabr, 1987-ci il yanvar-dekabr ayları üzrə əmək haqqı almışdır.
3. Şamaxı rayon 13 nömrəli Çörək zavodunun və İstehsalat Kombinatının Dövlət Arxivi Şamaxı filialında saxlanılan əm r kitablarından xx.xx.2022-ci il tarixli, 79 nömrəli arxiv çıxarışlarına əsasən, iddiaçı xx.xx.1988-ci il tarixdə çörəkçi işinə qəbul edilmiş, xx.xx.1990ci il tarixdə tikişçi işinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə “Firuzə” kiçik müəssisəsinin yaradılması ilə əlaqədar öz razılığı ilə kiçik müəssisəyə keçirilmişdir.
4. Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Komitəsi Ağdam rayon xalq təhsili işçiləri evi tərəfindən xx.xx.1992-ci ildə verilmiş 93 nömrəli diploma əsasən, iddiaçı xx.xx.1991-ci ildə Ağdam rayon xalq təhsili işçiləri evindəki bir illik “məktəbəqədər müəssisələrdə tərbiyəçi” kursuna daxil olmuş və həmin kursu imtahan komissiyasının xx.xx.1992-ci il tarixli qərarı ilə bitirmişdir. 5. xx.xx.1992-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabças ına əsasən, iddiaçı xx.xx.1992-ci ildə TR İB-nin 5650 saylı Obyektinin Xətt aparat sexinə “telefonçu” təyin edilmiş, xx.xx.1994-cü ildə teleqraf sexinə 2-ci dərəcəli “teleqrafçı” keçirilmiş, xx.xx.1998-ci il tarixdən “telefonçu” keçirilmiş, xx.xx.1999-cu ildə Xətt aparat sexinə “telefonçu” keçirilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmiş, xx.xx.2010-cu ildə Şamaxı rayon Telekommunikasiya qovşağı SM-yə 3-cü dərəcəli “elektrik-rabitə montyoru” işinə qəbul edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmiş, xx.xx.2010-cu ildə Şamaxı rayon Telekommunikasiya qovşağı SM-yə 3-cü dərəcəli “elektrik-rabitə montyoru” işinə qəbul edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmiş, xx.xx.2010-cu ildə "xxxx" İB Şamaxı 5650 saylı Obyektə 3-cü dərəcəli “elektrik-montyor” işinə qəbul edilmiş, xx.xx.2017-ci ildə işdən azad edilmişdir. 6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 64 nömrəli arayışa əsasən ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən 5650 saylı Obyektin yeraltı bunkerində işləmişdir. 7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13 nömrəli arayışa əsasən, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “telefonçu” vəzifəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək TR İB-nin 5650 saylı Obyektinin Xətt aparat sexində, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" İstehsalat Birliyində (indiki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 24 il 7 ay 1 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin v ə göstəricilərin 2 nömrəli Siyahısı” üzrə 23100000-19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir.
8. İddiaçı cavabdehə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
9. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (13 il 3 ay (xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, onun güzəştli iş stajı yoxdur. Eyni zamanda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum m əbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinə uyğun olaraq iddiaçıya münasibətdə 48200 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15584,94 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ö hdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
11. İddiaçı işin hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, onun ümumi və güzəştli stajı ona pensiya təyin edilməsinə imkan verir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdehə müraciət etmiş, lakin ona yuxarıdakı əsaslarla imtina cavabı verilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.
12. Cavabdeh imtinasındakı dəlilləri göstərərək iddiaya qarşı təqdim etdiyi etirazında iddianın rədd edilməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim Pərviz Hüseynov) 23 avqust 2022-ci il tarixli, 2-1(112)-4889/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təhsil aldığı müddət də daxil olmaqla iddiaçı 32 il 3 ay 29 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək TR İB-nin 5650 saylı Obyektinin Xətt aparat sexində telefonçu vəzifəsində işləmişdir (xx.xx.2006-cı ilədək cəmi 13 il 3 ay). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmə k şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur: XXİX Bölmə - Rabitə, kod 23100000—19093 şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 13 il 3 ay). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qe yd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 20 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslə rə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşd ur. Bu isə, həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Cahangir Yusifov/sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Şərafət Məmmədova) 01 iyun 2023-cü il tarixli, 2-1(103)-937/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd etmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü iddiaç ının 2006-cı ilə qədər azı 20 il ümumi stajı toplansa da, azı 10 il güzəştli stajı toplanmır. İşə əlavə olunmuş, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 13 nömrəli izahlı arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda - XXİX Bölmə (“Rabitə”) üzrə 23100000-19093 kodunda nəzərdə tutulan – “şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları” güzəştli pensiya hüqu qu verən peşə göstəricisinə aiddir. İddiaçı 2 nömrəli Siyahının qeyd olunan kodunda göstərilən “telefonçu” peşəsi üzrə "xxxx" İstehsalat Birliyində 2006-cı ilə qədər azı 10 il “telefonçu” stajına malik olmadığından, onun 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmır. Həmin İstehsalat Birliyində onun 2006-cı ilə qədər işlədiyi “teleqrafçı” peşə stajına gəldikdə isə, 2 nömrəli Siyahının XXİX “Rabitə” bölməsində nəzərdə tutulmamış, eyni zamanda, "xxxx" MMC-nin qeyd olunan arayışında da həmin peşənin güzəştli pensiya hüququ verən peşəyə aid olması göstərilməmişdir. Qeyd olunmalıdır ki, əmək kitabçasına əsasən və "xxxx" MMC-nin tədqiq olunan arayışında iddiaçının həmin qurumda telefonçu kimi, güzəştli iş stajı 2006-cı ildən sonrakı dövrdə tamamlanır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş və onun vəziyyətini yaxşılaşdıran 9.1-ci maddəsinin redaksiyasının tələbləri qaydasında pensiya təyinatı aparılması üçün cavabdeh inzibati orqana müraciət etmək hüququna malikdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırılmamış və həmin sübutlarla müəyyən olunan hallara qanunvericiliyin tələbləri baxımından, düzgün hüquqi qiymət verilməmiş, iddiaçıya 52 yaşından pensiya təyin olunmasının cavabdehə həvalə edilməsi barədə, işin hallarına və maddi hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, iddiaçının “teleqrafçı” peşəsini yeraltı bunker şəraitində (yeraltı işlərdə) icra etmiş olması apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli iş stajının onun həmin dövrdəki əmək şəraitinə görə qiymətləndirilməsini aparmamışdır. Halbuki iddiaçı həmin dövrdə zərərli əmək şəraitində, yeraltı bunkerdə işləmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şə raitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada).... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qan unun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərb aycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlar ın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 23100000 – XXİX. Rabitə 23100000—19093 – şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhk əmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəm əsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhk əmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları q eyd etməyi zəruri hesab edir. 33. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
34. Bu qərarın 21-22-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası h üququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
35. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud deyildir. Odur ki, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.
36. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının xx.xx.2006-cı il tarixədə k azı 20 il ümumi stajı toplansa da, onun azı 10 il güzəştli stajı toplanmır.
37. Belə ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (1 il 7 ay 18 gün) “telefonçu”, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək (3 il 10 ay 22 gün) “teleqrafçı”, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (7 il 8 ay 22 gün) (iddiaçı əmək kitabçasına əsasən həmin peşədə xx.xx.2010-cu il tarixədək işləmişdir) “telefonçu” işləmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda - XXİX Bölmə (“Rabitə”) üzrə 23100000-19093 kodunda nəzərdə tutulan – “şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları” güzəştli pensiya hüququ verən peşə göstəricisinə aiddir. İddiaçı 2 nömrəli Siyahının qeyd olunan kodunda göstərilən “telefonçu” peşəsi üzrə "xxxx" İstehsalat Birliyində 2006-cı ilə qədər azı 10 il “telefonçu” stajına malik olmadığından, onun 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmır. Həmin İstehsalat Birliyində onun 2006-cı ilə qədər işlədiyi “teleqrafçı” peşə stajına gəldikdə isə, 2 nömrəli Siyahının XXİX “Rabitə” bölməsində nəzərdə tutulmamış, eyni zamanda, "xxxx" MMC-nin q eyd olunan arayışında da həmin peşənin güzəştli pensiya hüququ verən peşəyə aid olması göstərilməmişdir.
39. İddiaçını doğru istiqamətləndirmək baxımından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əmək kitabçasına əsasən və "xxxx" MMC-nin tədqiq olunan arayışında iddiaçının həmin qurumda “telefonçu” kimi güzəştli iş stajı 2006cı ildən sonrakı dövrdə tamamlanır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş və onun vəziyyətini yaxşılaşdıran 9.1-ci maddəsinin redaksiyasının tələbləri qaydasında pensiya təyinatı aparılması üçün iddiaçı cavabdeh inzibati orqana müraciət etmək hüququna malikdir.
40. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixdən qüvvədə olan redaksiyasında 9.1-ci maddəsinin tələ bləri baxımından iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 10 il xüsusi iş stajına malik olmalı, müvafiq yaşa çatmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 21(103)-937/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.