Məhkəmə qərarları › İş №2-1(102)-244/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-244/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-244/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İddiaçı” MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılması barədə qərardaddan kassasiya şikayət verilməsinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimi Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi ilə, İddiaçı “İddiaçı” MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli 2-1(107)-457/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli **************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 09 sentyabr tarixli 2- 1(116)-753/2020 nömrəli qərardadı ilə (hakim İ.Cabbarov) iddia mümkün sayılmamışdır.

3. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsindəki icraat

4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli 21(107)-457/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim - R.Rəfiyev, hakimlər E.Hüseynov və V.Məlikov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 09 sentyabr tarixli 2-1(116)-753/2020 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

6. İddiaçı inzibati akt ona təqdim edildikdən sonrakı 30 gün ərzində nə məhkəməyə, nə də yuxarı inzibati orqana müraciət etməmiş, bununla da iddia müddətini ötürmüşdür. Bundan əlavə, hazırkı kassasiya şikayəti mümkün sayılmalıdır. Belə ki, İPM-nin 24.7-ci maddəsinə əsasən yalnız buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Apelyasiya instansiya məhkəməsi isə öz qərardadında prosessual müddətin buraxılmadığı ilə bağlı qənaətə gəldiyindən İPM-nin 90.1-ci maddəsinə əsasən kassasiya şikayəti mümkün sayılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin iddianın mümkün sayılması barədə apelyasiya instansiya məhkəməsinin qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayət inin qəbulundan imtina edilməlidir.

9. Belə ki, yuxarıda qeyd edilmiş prosessual normaların tələblərindən də göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər; inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələbinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardadından yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin normada, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin digər normalarında iddianın mümkün sayılmasından şikayət verilməsi nəzərdə tutulmayıb.

11. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı mümkün saymadığından iddiaçı həmin qərardaddan şikayət verməkdə haqlı olmuşdur. Belə ki, bu hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində birbaşa nəzərdə tutulmuşdur, həmin qərardad iddiaçının tələblərinin təmin olunması imkanını aradan qaldırmışdır. Apellyasiya instansiya məhkəməsi həmin qərardadı ləğv edərək işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini qərara almışdır ki, bu qərardaddan da şikayət verilə bilməz. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddia mümkün iddia olmuşdur. Digər tərəfdən, kassasiya şikayəti verən cavabdehin hər hansı tələbinin təmin olunmasından imtina olunmamış, məhkəmə aktı ilə onun üzərinə hər hansı öhdəlik qoyulmamış və ya hüquqları məhdudlaşdırılmamışdır.

12. Belə olan halda isə, cavabdehin iddianın mümkün sayılması barədə apelyasiya instansiya məhkəməsinin qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün deyildir. Bununla yanaşı, cavabdeh gələcəkdə mübahisənin mahiyyəti üzrə çıxarılacaq məhkəmə qərarından narazı qalacağı halda, yekun məhkəmə aktından verdiyi şikayətində əlavə olaraq iddianın mümkün olmadığına dair hazırkı dəlillərini bildirmək hüququnu özündə saxlayır. Müvafiq olaraq iddianın mümkünsüzlüyünə dair həmin dəlillər məhkəmənin yekun qərarına qiymət verilərkən yuxarı məhkəmələr tərəfindən yoxlanılmaqla qiymətləndiriləcəklər.

13. Bundan əlavə, İPM-in 96.3-cü maddəsinin 2-ci cümləsində təsbit edilmiş kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququnun təmin edilməl i olduğuna dair müddəaya münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə təcrübəsinə görə, həmin müddəa mübahisələndirilməsi kassasiya qaydasında mümkün olan qərar və qərardadlara münasibətdə tətbiq edilməli olan normadır. Başqa sözlə, kassasiya şikayəti qeyri-mümkün sayılmadan əvvəl dinlənilmə hüququ o halda təmin edilməlidir ki, mübahisələndirilən qərar və ya qərardaddan müstəqil qaydada kassasiya şikayəti verilməsi mümkün olsun. Yuxarıda da göstərildiyi kimi cavabdeh hazırkı halda düzgün hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Hazırkı şəraitdə onun apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti vermək hüququ yoxdur. Belə olan halda, kassasiya şikayətinin mümkünlüyü məsələsi həll edilərkən dinlənilmə hüququnun təmin olunması da tələb olunmur. Digər tərəfdən isə nəzər ə alınmalıdır ki, kassasiya şikayətinin mümkünlüyü ilə bağlı dinlənilmə hüqununun təmin edilməsinin məqsədi kassasiya şikayəti verilərkən buraxılmış qüsurların məhkəmənin yardımı ilə aradan qaldırılmasına yönəlmişdir. Bu halda, hətta dinlənilmə hüququ təmin edilsə belə, məhkəmənin hansı qaydada yardım etməli olduğu məsələsi də qeyri-müəyyən olaraq qalır. Ona görə də, kassasiya şikayəti dinlənilmə hüququ təmin edilmədən qeyri-mümkün sayılmalıdır. 14.Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli 21(107)-457/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar