Məhkəmə qərarları › İş №2-1(102)-244/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-244/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-244/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə(üçüncü şəxs Qəbələ rayonu, Hacallı bələdiyyəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə (üçüncü şəxs Qəbələ rayonu, Hacallı bələdiy yəsinin iştirakı ilə) qarşı “çıxarışın verilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)415/2021 nömrəli iş üzrə 21.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 yanvar 2022-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı İddiaçı Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli qərarı ilə kommersiya məqsədləri üçün ona ayrılan 280 kv.m torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, ölçü planın verilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh **********62 nömrəli 11.09.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı “Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli 06 say lı qərarı ilə sahibkarlıq məqsədilə iddiaçıya ayrılmış torpaq sahəsinin miqdarı 0.0280 ha olduğu halda, torpaq sahəsinin faktiki sahəsi 0.0223 ha təşkil edir ki, bu da sənəd üzrə göstərilən torpaq sahəsindən 0,0057 ha azdır. Eyni zamanda Ərazi İdarəsinin mütəxəssisləri Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli 06 saylı qərarı ilə sahibkarlıq məqsədilə iddiaçıya ayrılmış 0.0280 ha torpaq sahəsinin faktiki yeri ilə sənəd üzrə göstərilən yerinin eynilik təşkil etdiyini dürüstləşdirmək məqsədilə Ərazi İdarəsinə iddiaçının təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına istinad edərək araşdırma aparılmış, lakin ləğv olunmuş DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planına görə torpaq sahəsinin faktiki yeri ilə sənəd üzrə göstərilən yerinin eynilik təşkil etdiyini dürüstləşdirmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı “Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 280 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbini onunla əsaslandırmışdır ki, onun müraciəti əsasında Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 24 aprel 2006-cı il tarixli qərarı ilə ona kommersiya məqs ədləri üçün 280 kv.m torpaq sahəsi verilmişdir. Bundan sonra adıçəkilən torpaq sahəsinin alğı-satqısı aparılmaqla müvafiq qaydada akt tərtib edilmişdir. Müəyyən səbəblərdən bu günə qədər iddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət sənədini ala bilməmişdir. O, 280 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 11.09.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, bununla əlaqədar olaraq Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsində çölölçmə işləri aparılmış və çölölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunaraq araşd ırılmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli 06 saylı qərarı ilə sahibkarlıq məqsədilə iddiaçıya ayrılmış torpaq sahəsinin miqdarı 0.0280 ha olduğu halda, torpaq sahəsinin faktiki sahəsi 0.0223 ha təşkil edir ki, bu da sənəd üzrə göstərilən torpaq sahəsindən 0,0057 ha azdır. Eyni zamanda Ərazi İdarəsinin mütəxəssisləri Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli 06 saylı qərarı ilə sahibkarlıq məqsədilə iddiaçıya ayrılmış 0.0280 ha torpaq sahəsinin faktiki yeri ilə sənəd üzrə göstərilən yerinin eynilik təşkil etdiyini dürüstləşdirmək məqsədilə Ərazi İdarəsinə iddiaçının təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına istinad edərək araşdırma aparılmış, lakin ləğv olunmuş DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planına görə torpaq sahəsinin faktiki yeri ilə sənəd üzrə göstərilən yerinin eynilik təşkil etdiyini dürüstləşdirmək mümkün olmamışdır.

5. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 0.0223 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

7. Birinci instansiya məhkəməsinin 25.08.2021 -ci il tarixli, 2-1(116)253/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim İlqar Cabbarov) iddianın rədd edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(116)-253/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş e tmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.10.2021-ci il tarixli, 2-1(107)-415/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(116)-253/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 21.10.2021-ci il tarixli, 2-1(107)-415/2021 nömrəli qərarın ləğv edilməsini və işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarında olan, Qəbələ rayon Hacallı bələdiyyəsinin 24.04.2006-cı il tarixli 06 saylı qərarından görünür ki, həmin qərarla iddiaçıya bələdiyyənin ehtiyat fondunun alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında kommersiya məqsədilə 280 kv.m torpaq sahəsi ayrılmışdır.

14. İş materiallarında olan 16.09.2006-cı il tarixdə tərtib edilmiş «Torpaqların alğı-satqısına dair» Aktdan görünür ki, iddiaçı bələdiyyə orqanına 16.03.2006-cı il tarixdə torpaq sahəsi almaq barədə ərizə ilə müraciət etmiş, bələdiyyənin 24.04.2006-cı il tarixli 06 s aylı qərarı ilə iddiaçıya 280 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir (23.04.2006-cı il tarixli kassa mədaxil qəbz).

15. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq olunmuş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssislər 16 fevral 2021-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 0,0223 hektar mübahisəli torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında öz əksini tapan Qəbələ rayon Hacallı kənd ərazisində aparılmış torpaq islahatlarına dair kompleks yerquruluşu xəritəsinə əsasən Hacallı kənd İnzibati Ərazi D airəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası ictimai tikililər üçün ayrılmış ərazi olmaqla Hacallı bələdiyyəsinin mülkiyyətinə aiddir.

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, mübahisəli torpaq sahəsinin yaşayış məntəqəsinin ümumi istifadə olan yerdə yerləşməməsini, həmin torpaq sahəsinin kənd təsərrüfatı üçün yararlı torpaqlara, həmçinin meşə və su fondlarının torpaqlarına aid olmadığını, bu torpaq sahəsnin tikintilərin inşası üçün nəzərdə tutulmuş tikinti massivində yerləşdiyini, iddiaçının bu torpağa uzunmuddətli 15 il müddətində qanuni istifadə hüququnu və gələcəkdə həmin daşınmaz əmlakdan fayda götürməsi barədə gözləntiləri nəzərə almayaraq mütəxəssislər tərəfindən bu torpaq sahəsin in yerləşdiyi əraziyə keçirilmiş səthi baxışa əsaslanaraq həmin ərazinin ictimai tikililər üçün ayrılmış ərazinin olması barədə səhv fikrə gəlmiş, qanunsuz və ədalətsiz olaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, Şəki LTİ-nin mütəxəssisləri 16 fevral 2021-ci il tarixdə sözügedən əraziyə baxış keçirərkən iddiaçıya məxsus torpaq sahəsinə bitişik vəziyyətdə olmaqla həmin torpaq sahəsi ilə qonşuluğunda yerləşən Qəbələ rayonun Hacallı kənd sakini X1 məxsus «Kral» adında ticarət obyektinin və Qəbələ rayonun Çarxana kənd sakini X2 məxsus «Kübrə saxlanması üçün nəzərdə tutulmuş anbar» kimi kommersiya obyektlərin mövcud olduğunu verdikləri rəydə qeyd etməmişlər və həmin ərazinin ancaq ictimai tikililər üçün nəzərdə tutulduğu rəyl ərində göstərmişlər. Belə ki, nəticə hissəsi şübhədoğuran rəylə bağlı yuxarıdakı rəyi verən mütəxəssislərin və yuxanda qeyd olunan kommersiya obyektlərin sahiblərinin izahatları məhkəmədə alınmamış, məhkəmə müvafiq olaraq həmin əraziyə təkrar baxışı təyin etməyərək həmin baxışı keçirməmişdir. Apellyasiya məhkəməsi iddiaçının və 3-cü şəxsin bu iddia tələbi ilə bağlı təqdim etdikləri dəlilləri və sübutları nəzərə almayaraq ancaq Şəki LTİ-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 fevral 2021-ci il tarixli formal mütəxəssis rəyinə əsaslanaraq iş üzrə əsassız və ədalətsiz qərar qəbul etməklə qanunla müdafiə olunan iddiaçının mülkiyyət hüququnu pozmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, on ların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTA NSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarı ilə və iddiaçı tərəfindən qərardan verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsinin qərarının əsaslandırma hissəsinin əksər hissəsi ümumi anlayışlar verən və ümumi qaydaları müəyyən edən maddi hüquq normalarından ibarət olsa da (cəmi 18 norma), onlardan on altısının hazırkı inzibati mübahisənin mahiyyəti və ən əsası apellyasiya məhkəməsinin “iddia tələbi əsassızdır” gəldiyi nəticəyə nə kimi aidiyyəti olması açıqlanmamış, həmin maddi hüquq normaları apellyasiya məhkəməsi tərəfindən sadəcə ardı-ardına sadalanaraq onların məzmunu yazılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsinin gərarından göründüyü kimi, iddiaçın ın “iddia tələbi əsassızdır” nəticəsi yalnız bir cümlə ilə əsaslandırılmışdır: “Hazırkı halda isə iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir”.

22. Apellyasiya məhkəməsi sözügedən hüquqi mövqeyini əsaslandırmaq üçün qərarında yazır ki, “Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifa dədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.”

23. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2- ci hissəsi yaşayış məntəqələrinin torpaqlar tərkibinə hansı torpaqların daxil olduğu barədə məlumat verir. 24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsi isə hansı torpaqların xüsusi mülkiyyətə verilə bilməməsinin siyahısını verir.

25. Burada xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, sözügedən torpaq sahəsi ictimai tikililər üçün ayrılmış ərazidir.

26. Belə ki, apellyasiya məhkəməsi öz qərarında yazır ki, “İş üzrə üçüncü şəxs Qəbələ rayon Hacallı bələdiyyəsi məhkəməyə 31.05.2021-ci il tarixdə məktub ünvanlayaraq iddia tələbinə dair münasibətini bildirmişdir. Məktubda qeyd edilir ki, Şəki İnzibati Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2-1(116)-253/2021 nömrəli məktubu əsasında Əmlak Məsələləri Dövlət Xidməti yanı nda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 09 aprel 2021-ci il tarixli ********** nömrəli məktubu ilə mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəyə əsasən faktiki sahəsi 0,0223 hektar olan torpaq sahəsi Hacallı Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsinin uqodiyası ictimai tikililər üçün ayrılmış ərazidir və Hacallı kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yerləşməklə kateqoriyası yaşayış məntəqələri torpaqlarına aiddir. Mübahisə predmetini təşkil edən torpaq sahəsi ilə bağlı bildirilir ki, həmin torpaq sahəsi Qəbələ rayonu Hacallı Bələdiyyəsinin hazırda qüvvədə olan 24.04.2006-cı il tarixli qərarı əsasında İddiaçı satılmışdır. Sonradan yolların və kommunikasiya xətlərinin çəkilməsi məqsədilə torpaq sahəsinin faktiki sahəsi azaldığından həmin to rpaq sahəsinin cari dövrə olan faktiki vəziyyətini əks etdirən yeni plan tərtib edilərək tərəfimizdən təsdiq edilmişdir. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək, torpaq sahəsinin faktiki sahəsinə uyğun olaraq dövlət reyestrindən çıxarışın verilməsi tələbini irəli sürmüş və iddia tələbinin həcmini azaltmışdır. Hazırkı halda iddia tələbinin təmin edilməməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur və qeyd edilən torpaq sahəsi faktiki olaraq da iddiaçının qanuni mülkiyyət gözləntisi olmaqla istifadəsindədir. Əlavə olaraq bildirilir ki, qeyd edilən torpaq sahəsi iddiaçının mülkiyyətinə qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir və həmin torpaq sahəsi ümumi istifadədə olmayan və hər hansı üçüncü şəxsin iddiasının olmadığı və digər formada yüklülüyü olmayan torpaq sahəsi dir.”

27. Həmçinin apellyasiya məhkəməsi öz qərarında göstərir ki, “İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 16 fevral 2021-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 0.0223 hektar mübahisəli torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında öz əksini tapan Qəbolə rayonu Hacallı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən Hacallı kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası ictimai tikililər üçün ayr ılmış ərazi olmaqla Hacallı bələdiyyəsinin mülkiyyətinə aiddir.”

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin kateqoriyası (növü), apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsində xüsusi mülkiyyətə verilməsi qadağan edilmiş bələdiyyə torpaqlarının sırasında mövcud deyildir.

29. Digər tərəfdən apellyasiya məhkəməsi tərəfindən yaşayış məntəqəsi torpaqları, uqodiyası ictimai tikililər anlayışı nə olduğunu, bunlar xüsusi mülkiyyətə verilməsində hər hansı bir qeyd-şərtin və qadağanın olması ümumiyyətlə tam və hərtərəfli araşdırılmamışdır.

30. Belə olan halda, apellyasiya məhkəməsinin “iddia tələbi əsassızdır” qənaətinə gəlməsi qanuna uyğun və əsaslandırılmış sa yıla bilməz.

31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 21.10.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

32. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.10.2021-ci il tarixli, 2-1(107)-415/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar