Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-244/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı işi üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması; kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)442/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şika yətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,18 ha yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Torpaq sahəsinə dair DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən AA seriyalı 038567 nömrəli Torpaq sahəsini planı və ölçüsü tərtib edilmişdir.
3. İddiaçının mülkiyyətində olan həmin torpaq sahəsi 2015-ci ildə magistral yolun çəkilməsi üçün cavabdeh tərəfindən dövlət ehtiyacları üçün, yəni magistral yol çəkilməsi üçün sahiblik və istifadəsindən alınmışdır.
4. İddiaçı torpaq sahəsinə kompensasiya ödənilməsilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər müvəqqəti dayandırılmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,18 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə hər sotuna 9000 manat olmaqla, ümumilikdə 162.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,18 ha torpaq sahəsi 2015-ci ildə magistral avtomobil yolunun çəkilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət ehtiyacları, yəni magistral yol çəkilməsi üçün faktiki olaraq sahiblik və istifadəsindən alınmış, lakin bu günə qədər ona müvafiq kompensasiya ödənilməmişdir. 5 ildir ki, iddiaçı şəxsi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə, tikinti işləri apara bilmir. Belə ki, məlum olduğu kimi, 2015ci ildən artıq 5 il ötmüş, Azərbaycan manatı devalivasiyaya uğramış və tikinti materialları, usta-fəhlə məsrəfləri dəfələrlə bahalaşmışdır. Hal-hazırda ona Abşeron rayonu, Saray qə səbəsində 0,18 ha torpaq sahəsi almaq üçün hər sotuna ən azı 9000-10.000 manat pul vəsaiti lazımdır. Qeyd edir ki, ona məxsus torpaq sahəsi artıq uzun müddətdir ki, magistral yolun bir hissəsidir, yəni müvafiq yol artıq çəkilmişdir. Əvvəllər də şifahi və yazılı olaraq dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsə də, hər dəfə ona kompensasiya ödənişi edilməsi yubadılmışdır. Sonuncu yazılı müraciətindən əvvəl olan müraciətinə cavabdehin xx.xx.2019-cu il tarixli məktubu ilə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “BilgəhSumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamı şdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır”. Həmçinin, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sonuncu yazılı müraciətinə isə 01 oktyabr 2020-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər müvəqqəti dayandırılmışdır, sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. Hesab edir ki, cavabdehin müvafiq kompensasiya ödənişinin həyata keçirilməsi ilə bağlı hərəkətsizliyi nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir.
8. Cavabdeh tərəfindən iddiaya dair etiraz ərizəsi verilməmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-42/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı ilə (hakim V.Əzizova) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.18 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 54000 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 10800 manat əlavə haqq, cəmi 64800 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,18 ha torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh-Sumqayıt avtomobil yolunun genişləndirilməsi l ayihəsinin həyata keçirilən zamanı müdaxilə edilmişdir. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi ona məxsus torpaq sahəsinin real bazar qiymətləri nəzərə alınmaqla hər sotu üçün 9000 manat olmaqla 162.000 manat kompensasiyanın ödənilməsini tələb etmişdir. Lakin cavabdeh həmin layihə çərçivəsində işlərin dayandırıldığını, bərpa edildikdən sonra məsələyə yenidən baxılacağını bildirərək iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə notariat kontorundan müqayisə üçün alınmış 5 il ərzində bağlanmış alqıs atqı müqavilələrindən görünür ki, həmin ərazidə torpaq sahəsinin bir sotunun dəyəri ******* manat arasında dəyişir. İddiaçının tələb etdiyi kimi torpaq sahəsinin bir sotunun 9000 manat olmasını təsdiq edən alqı-satqı müqaviləsinə rast gəlinməmişdir. Məhkəmə toplanan sübutları nəzərə alaraq hesab edir ki, iddiaçıya mülkiyyətində olan torpaq sahəsinin hər sotu üçün 3000 manat hesablanmaqla 0.18 ha üçün cəmi 54000 manat məbləğində kompensasiya ödənilməsi ədalətli və məqsədəuyğundur.
12. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin tam edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia təl əbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-442/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Babayeva - sədrlik edən və məruzəçi, F.Məmmədov və Z.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022ci il tarixli qərarı qismən – iddianın təmin edilən hissəsində ləğv edilmiş, bu hissədə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 982.84 kv.m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 29485,20 manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuş, iddiaçının m ülkiyyətində olan və “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşməyən 817,16 kv.m (1800 kv.m - 982,84 kv.m) torpaq sahəsinə görə kompensasiyasının tutulması hissəsində iddia təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, tikinti altına düşməyən torpaq sahəsinə görə cavabdehdən kompensasiyanın tutulması hissəsində birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaçının mülkiyyətində aid torpaq sahəsinin kadastr planından çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində olan 1800 kv.m torpaq sahəsinin 982.84 kv.m hissəsi layihə çərçivəsində t ikinti altına düşmüşdür. İşin qeyd edilən halı iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı tərəfindən layihə çərçivəsində yolun tikintisi altına düşməyən 817.16 kv.m torpaq sahəsinə görə kompensasiyanın tutulması hissəsində birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, bu hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən etdiyi bazar qiymətinin (17.17 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20 % əlavə ilə birlikdə 30 manat) münasibətdə aşağı məbləğ o lduğunu nəzərə alaraq, hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Odur ki, kollegiya hesab edir ki, iddiaçıya 982.84 kv.m torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (982.84 x 30=) 29485.2 manat kompensasiya ödənilməlidir
17. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətlərinin dəlilləri
19. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mülkiyyətində olan torpaq sahəsi zəbt olunarkən qanunvericiliyin tələblərinə uyğun nə ona müraciət olunmuş, nə də ki, kompensasiya ödənilməmişdir. Müraciətlərimizə verilmiş cavablarda isə heç vaxt tələb olunan məbləğin ödənilməyəcəyi, həmin məbləğin mübahisə predmeti olmadığı göstərilməmişdir. Necə ola bilər ki, məhkəmədə birdən-birə ödənilcək konpensasiya mübahisə predmetinə çevrilmişdir.
20. Qeyd edir ki, baxmayaraq ki, mülkiyyətində olan mübahisəli 1800 kv.metr torpaq sahəsinin 982.84 kv.m hissəsi tikintialtına düşmüşdür, lakin yerdə qalan təxminən 8 sot torpaq isə avtomobil yolunun çəkilməsi nəticəsində iki hissəyə bölünmüş, yolun bir tərəfində 2 sot, digər tərəfində isə 6 sot torpaq sahəsi qalmışdır. Nəticədə, torpaq sahəsinin həmin hissəsi bilavasitə tikinti altına düşmüş olmasa belə, həmin torpaq sahəsindən istifadə imkanlarından məhrum olmuşdur. Lakin məhkəmə mübahisə olunan ərazinin mövcud vəziyyətinin və planının öyrənilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən də tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Bu səbəbdən hesab edir ki, qərar ləğv edilməli, qeyd etdiyi mübahisəli hallar araşdırılmalı və torpağın ist ifadəsindən məhrum olduğu hissəsinə görə də kompensasiya hesablanaraq cavabdeh tərəfindən ona ödənməlidir.
21. Məhkəmə qərar qəbul edərkən torpağın alınmasından indiyə qədər baş vermiş devalvasiyanı, torpağın alınan hissəsinin saxlanılan hissəsi ilə ayrılması nəticəsində saxlanılan hissədən istifadə imkanını itirmiş olduğunu, həmçinin mövcud bazar qiymətlərini nəzərə almalı idi. İş materiallarında olan “B+Ş Audit” Konsaltinq MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, A-64/21 nömrəli mütəxəssiz rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli ərazi üzrə orta bazar qiyməti nəzərə alınarsa, torpaq sahəsinin 1 sotunun qiyməti 9000 AZN təşkil edir. Həmçinin məhkəmənin qoyduğu 4-cü sual üzrə rəydə bildirilmişdir ki, həmin torpaq sahəsinin 2/3 hissəsindən çoxu tikintialtına düşdüyü üçün torpaq sahəsi istifadə üçün tamamilə yararsızdır. Lakin məhkəmə qərar qəbul edərkən, nə mövcud bazar qiymətini nəzərə almış, nə də torpağın tikinti altına düşməyən və istifadə edilə bilməyən hissələrinin olduğunu araşdırmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-442/2022 saylı qərarını ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Qeyd edilməlidir ki, “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həy ata keçirilmiş, layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən İddiaçı məxsus 1800.00 m2 torpaq sahəsindən yalnız 982.84 m2 hissəsi yolun tikinti altına düşmüşdür. Hazırkı iş üzrə məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Həmçinin, apellyasiya instansiya məhkəməsi tərəfi ndən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Belə ki, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməməsi deyil, (..) layihə çərçivəsində işlərin dayandırıldığı, tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsinin bərpa olunacağı bildirilmişdir.
23. Beləliklə, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materialla rında olan məktubları mötəbər sübut kimi qəbul etməklə, tərəfindən əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirmədən, iddianı təmin etməklə kifayətlənmişdir və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətlərinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hə ddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10 Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməlidir.
29. Belə ki, iddiaçı kassasiya şikayətində göstərmişdir ki, “mülkiyyətimdə olan torpaq sahəsi zəbt olunarkən qanunvericiliyin tələblərinə uyğun nə mənə müraciət olunmuş, nə də ki, kompensasiya ödənilməmişdir”.
30. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsassız sayır, belə ki, işdə olan (iş səhifəsi 7) cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2020-ci il tarixli, 3/16-6907 saylı cavab məktubunda yazılmışdır ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər müvəqqəti dayandırılmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır”.
31. Bundan sonra 27 oktyabr 2020-ci il tarixdə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə iddia ərizəsi müraciət etmişdir.
32. Beləliklə sözügedən məsələ ilə əlaqədar tərəflər a rasında yazışma olmuş, lakin iddiaçı cavabdehin ona verdiyi yuxarıda göstərilmiş cavabla razılaşmayaraq, öz hüququndan istifadə etməklə məhkəməyə müraciət etmiş, apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 982,84 kv.metr torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 29485,20 manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
33. Daha sonra iddiaçı kassasiya şikayətində yazmışdır ki, “müraciətlərimizə verilmiş cavablarda isə heç vaxt tələb olunan məbləğin ödənilməyəcəyi, həmin məbləğin mübahisə predmeti olmadığı göstərilməmişdir”. “Necə ola bilər ki, məhkəmədə birdən-birə ödəniləcək kompensasiya mübahisə predmetinə çevrilmişdir”.
34. Məhkəmə koll egiyası iddiaçının bu dəlilini də əsassız sayır, belə ki, ümumiyyətlə məhkəmədə irəli sürülmüş iddia ilə razılaşmamaq, oradakı tələbləri mübahisələndirmək cavabdehin hüququ olmaqla yanaşı, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 18 mart 2022-ci il tarixli qərardan göründüyü kimi, cavabdehin nümayəndəsi T.B.Rüstəmov iddianı qəbul etməmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın rədd edilməsi, həmçinin cavabdehin kassasiya şikayətində də iddianın təmin edilməməsi xahiş olunmuşdur.
35. Başqa sözlə cavabdeh tərəfindən iddiaçının iddiasının etiraf edilməsi ilə bağlı hər hansı bir prosessual hərəkəti olmamışdır, əksinə cavabdeh iddiaya dair məhkəmə prosesləri boyunca iddiaya öz etirazını bildirmişdir.
36. Eyni zamanda iddiaçı kassasiya şikayəti ndə göstərmişdir ki, “mülkiyyətimdə olan mübahisəli 1800 kv.metr torpaq sahəsinin 982,84 kv.metr hissəsi tikinti altına düşmüşdür, lakin yerdə qalan təxminən 8 sot torpaq isə avtomobil yolunun çəkilməsi nəticəsində iki hissəyə bölünmüş, yolun bir tərəfində 2 sot, digər tərəfində isə 6 sot torpaq sahəsi qalmışdır. Nəticədə, torpaq sahəsinin həmin hissəsi bilavasitə tikinti altına düşmüş olmasa belə, həmin torpaq sahəsindən istifadə imkanlarından məhrum olmuşam”. Lakin iddiaçının qənaətinə görə həmin məsələ kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Bununla yanaşı iddiaçı kassasiya şikayətində yazmışdır ki, mütəxəssiz rəyi ilə müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin 1 sotunun qiyməti 9000 AZN-dir, amma məhkəmə bunu nəzərə almamışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, id diaçının bu dəlilləri də əsassızdır, belə ki, apellyasiya icraatı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaçının mülkiyyətində aid torpaq sahəsinin kadastr planından çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində olan 1800 kv.m torpaq sahəsinin 982.84 kv.m hissəsi layihə çərçivəsində tikinti altına düşmüşdür. İşin qeyd edilən halı iddiaçı tərəfindən də mübahisələndirilməmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələ ilə əlaqədar apellyasiya məhkəməsi düzgün olaraq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 27-ci maddəsinə istinad etmişdir. Belə ki, həmin maddədə torpağın yalnız müəyyən hissəsinin alınmasına yol verilməyən hallar konkret göstərilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda alınan torpağın yalnız müəyyən hi ssəsinin alınmasına yol verilmir (torpaq tam (bütöv) alınır): 1. torpağın müəyyən (alınan) hissəsi alınmanın təsirinə məruz qalan şəxsin torpağının (müəyyən (alınan) hissənin də daxil olduğu bütöv torpaq) saxlanılan (alınmayan) hissəsində mövcud olan vahid tikilinin tam və toxunulmaz istifadəsi üçün əsaslı olaraq tələb olunduqda; 2. torpağın müəyyən hissəsinin alınması eyni zamanda torpaqda mövcud olan ayrıca tikilinin də müəyyən hissəsinin alınması zərurətini yaratdıqda və tikilinin müəyyən (alınan) hissəsi həmin tikilinin saxlanılan (alınmayan) hissəsinin tam və toxunulmaz istifadəsi üçün əsaslı olaraq tələb olunduqda.
39. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, yalnız iki halda torpağın müəyyən hissəsinin alınmasına yol verilmir. Haz ırkı işdə isə bu halların mövcudluğu müəyyən edilmir.
40. Həmçinin apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.
41. Eyni zamanda iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı “B+Ş Audit” Konsalting MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, tikinti altına düşən torpaq sahəsinin 100 kv.m hissəsinə görə 9000 manat orta bazar qiyməti müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. 42. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın baza r qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
43. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.
44. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir.
45. Hazır kı iş üzrə də torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin alınmaya məruz qalması isə 2015-ci il tarixdə baş vermişdir.
46. Qeyd edilməlidir ki, Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi 2015-ci il tarixli alqı-satqı müqavilələrin təsdiq olunmuş surətindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayonu Saray qəsəbəsində 2015-ci il tarixdə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 18 manat, 16,66 manat, 10,00 manat, 16,87 manat və 8 manat olmuşdur. Yuxarıda istinad edilən alqı-satqı müqavilələrinə əsasən, 1 kv.m torpağın 3 ən yüksək qiymətinə 18, 16.66 və 16.87 manat aid edildiyindən, onların orta göstəricisi (18+16,66+16,87)/3= 17,17 manat) 17.17 manat edir.
47. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Saray qəsəbəsindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın m ülkiyyətçilərinə hesablanmış qiymətinin 20 % miqdarında əlavə nəzərə alınmaqla torpaq sahəsinin 1 sotu üçün 3000 manat məbləğində qiymətləndirilmişdir.
48. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya 982.84 kv.m torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (982.84 x 30=) 29485.2 manat kompensasiya ödənilməlidir.
49. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində hər hansı bir konkret dəlil gətirilmədiyindən, onun kassasiya şikayəti deklaritiv və formal xarakter daşıdığından əsaslı sayıla bilməz.
50. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçının, həm də ca vabdehin kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
51. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(105)-442/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.