Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-244/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi, pensiya ödənişinin bərpa edilməsi və tutulmuş pensiya məbləğinin geri ödənilməsi (inzibati orqan tərəfindən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla müraciətin cavablandırılması (inzibati icraat aparmaqla)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosia l Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2005-ci il tarixdə hesablanmış əmək pensiyasının ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin ona geri ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2-1(106)-211/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmaqla, xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil müddəti, xx.xx.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü daxil olmaqla, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 28 il 2 ay 16 gün nəzərə alınaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən xx.xx.2005-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçının 01.01,2006-cı il tarixədək 28 il 2 ay 16 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği 4787,20 manat, həmin pensiya kapitalının xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 8799,88 manat təşkil etmişdir.
3. İddiaçının işdən çıxması ilə əlaqədar xx.xx.2017-ci il tarixdə onun əmək pensiyası yenidən hesablanmışdır.
4. Daha sonra cavabdeh iddiaçının pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci i l tarixli qərar qəbul etmiş, bu qərarla iddiaçının pensiyası xx.xx.2017-ci ildə yenidən hesablanarkən səhvə yol verildiyi, nəticədə ona 4031,80 manat artıq məbləğ ödənildiyi müəyyən edilmiş, bu səbəbdən onun pensiya məbləği azaldılmış və hər ay pensiyasından müəyyən məbləğdə vəsait tutulmağa başlamışdır.
5. Cavabdehin artıq ödəmənin məbləği və yaranma səbəbləri barədə iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verməklə, o cümlədən iddiaçının müraciətinə cavab olaraq ona ünvanladığı imtina məktubunda bildirmişdir ki, iddiaçının pensiya kapitalı düzgün hesablanmadığı üçün (xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 8799,88 manat pensiya kapitalı 132-yə bölünmək əvəzinə 72-yə bölünüb) aşkar edilmişdir. Odur ki, xx. xx.2022-ci il tarixli **********0 nömrəli qərar ilə iddiaçıya təyin olunmuş əlilliyə görə əmək pensiyası yenidən hesablanmaqla 4031,80 manat artıq ödəmə yarandığı aşkar olunmuş və pensiya məbləği 291,34 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2005-ci il tarixdə hesablanmış əmək pensiyasının ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin ona geri ödənilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 2018-ci ilin fevral ayında əmək pensiyası təyin edilmiş, 2022-ci ilin avqust ayında pensiyası azalmışdır. Bununla əlaqədar cavabdehə müraciət etmiş, onun telefon nömrəsinə cavab olaraq məktub göndərmişdir ki, guya ona 4031,80 manat məbləğində artıq pensiya ödənilmişdir, xx.xx.2022-ci il tarixdən 291,34 manat pensiya ödənilməlidir. Sentyabr ayında isə həmin məbləğdən də 50 manata qədər tutulma olmuşdur. Onun razılığı olmadan və "İnzibati icraat haqqında" Qanunun tələbləri pozularaq cavabdeh tərəfindən qərar qəbul edilmiş və buna uyğun olaraq iddia edilən artıq ödəniş Fondun büdcəsinə vurulmuş zərər kimi xarakterizə edilmiş və həmin qərara icra sənədi statusu verilərək hər ay pensiya məbləğindən vəsait tutularaq 988,48 manat məbləğində pensiya məbləği kart hesabına köçürülməyə başlanmışdır. Hazırki mərhələdə cavabdehin hərəkətləri qanunsuzdur və heç bir hüquqi əsas olmadan son 12 ay müddətində əmək pensiyasından tutulmaların həyata keçirməsi əsassızdır.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş yaşa görə pensiyanın məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, həm qərar, həm sərəncam, həm də digər növ hakimiyyət tədbiri formasında olmaqla, ünvanlandığı şəxslər ü çün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Qeyd olunan artıq ödəmənin məbləği və yaranma səbəbləri barədə iddiaçıya **********5 nömrəli xx.xx.2022-ci il tarixli məktubla və iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verilmişdir. Lakin iddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün tədbir görməmişdir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riay ət edilmişdir.
9. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 20 fevral 2023-cü il tarixli, 2-1(120)-1065/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********0 saylı qərarı ləğv edilmiş, xx.xx.2005-ci il tarixdə iddiaçıya hesablanmış əmək pensiyasının ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş pul vəsaitinin iddiaçıya geri ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı üçün əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən "Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı ilə cavabdehin öz təşəbbüsü ilə dəyişdirilmişdir. Həmin aktlar qəbul edilərkən, habelə artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) "pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, "İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən əmək pensiyasının yenidən he sablanması haqqında xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı qəbul etmiş, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında məktub ünvanlamışdır (bu barədə qərarın qəbul edildiyi müəyyən olunmur). Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qəbul edərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması məsələsini həll edərkən, həm "Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə alm aqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində qərar qəbul etməklə pensiyadan tutmanı apara bilməz.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və İ.Q.Əsədov) 17 avqust 2023-cü il tarixli, 2-1(106)-211/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2023-ci il tarixli, 2-1(120)-1065/2023 nömrəli qərаrı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq bildirmişdir ki, məhkəmələr mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olsa da, vəzifəsini icra etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat ha qqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hü quqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə
36. İnzibati icraatda iştirakçılar... 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.... Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnziba ti akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqın da hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanu nla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul ed ilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəlləni n 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
22. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı təhsil almış və müxtəlif peşələrdə işləyib əmək stajı qazanmışdır. İddiaçıya 28 il 2 ay 16 gün sığorta stajı nəzərə alınaraq xx.xx.2005-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən pensiya ödənişi aparılmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçını n işdən çıxması ilə əlaqədar xx.xx.2017-ci il tarixdə onun əmək pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 8799,88 manat pensiya kapitalı 132-yə bölünmək əvəzinə, səhvən 72-yə bölünməsi səbəbilə, cavabdeh xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərar qəbul edərək iddiaçının pensiyasını yenidən hesablamış, 4031,80 manat artıq ödəmə yarandığı aşkar olunmuş və pensiyanın məbləği 291,34 manat müəyyən edilmişdir.
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq qeyd edir ki, qanunvericilik qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsi barəd ə inzibati aktın ləğv olunması ilə bağlı qərar qəbul etsə də, həmin qərarın “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbindən irəli gələn qaydada qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
24. Belə ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin, bu haqqından istifadə edərək pensiya məbləğinin azalmasına və hətta həmin məbləğdən də artıq ödəmənin tutulmasına gətirib çıxaran qərar qəbul edilərkən, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqq ında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan olan cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni i nzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman, inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər bir tərəfdən dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
25. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tut ulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
26. Qeyd edilməlidir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
27. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əm ək pensiyasının yenidən hesablanması ilə bağlı qərarın ləğvi məsələsinə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükətilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli, iddiaçının müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edil sin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2-1(106)-211/2023 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2005- ci il tarixdə hesablanmış əmək pensiyasının ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin ona geri ödənilməsi” barədə müraciətinə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla ba xılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir.