Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-244/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün ve rilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2785/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışa əsasən İddiaçı istifadəsində olan 217,33 kv.m torpaq sahəsinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş, “Bələdiyyə torpaqların ın ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü bəndinin tələblərini nəzərə almaqla satılması məqsədəuyğun hesab edilmiş, mülkiyyət hüququ ilə nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsindən xahiş edilməsi qərara alınmışdır.
2. Mərdəkan bələdiyyəsinin xəritəsindən çıxarışdan görünür ki, İddiaçı satılması nəzərdə tutulun torpaq sahəsinin sxemi tərtib olunmuş, sxem Mərdəkan bələdiyyəsinin sədri tərəfindən “təsdiq edilib” imzalanmış və Mərdəkan bələdiyyəsinin möhürü ilə təsdiqlənmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in( 82)-2522/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinə qarşı «torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbi təmin edilmiş, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən və İddiaçı istifadəsində olan 217,33 kv.m olan torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin plan və ölçüsünün (kadastr planı) verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********86 nömrəli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Mərdəkan bələdiyyəsi tərəfindən sənədlər xx.xx.2007-ci il tarixdən sonra verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəs i üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən e dilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Xahiş edirik nəzərə alasınız. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadəsində olan, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin torpaq sahəsinə dair müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni ist ifadəsində olan, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydə alınaraq həmin torpaq sahəsinə dair müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********486 saylı məktubla müraciətinin həllindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Mərdəkan qəsəbəsi ərazisində yerləşən və uzun müddət istifadəsində olan ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin ona satılması üçün Mərdəkan Bələdiyyəsinə 29 may 2007-cı il tarixdə, yəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişiklikdən təxminən 5 ay əvvəl müraciət etmişdir. Həmin dövrdə torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün bələdiyyə tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuş, Bakı şəhər İH Başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 890 saylı xx.xx.2007-ci il tarixli məktubu ilə torpaq sahəsinin qanunamüvafiq qaydada ona ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxemi razılaşdırılmış və Mərdəkan Bələdiyyəsinə və Əzizbəyov (Xəzər) Rayon İcra hakimiyyətinə ünvanlanmış 18/03-8/6697 saylı xx.xx.2007-ci il tarixli məktubda bildirilmişdir ki, qaldırılan məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmirlər. Mərdəkan Bələdiyyəsinin 21 aprel 2011-ci il tarixli 05 saylı iclas Protokolu ilə qeyd olunan torpaq sahəsinin “Planı və ölçüsü sənədi”nin hazırlanması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə göndərilməsi qərara alınmış və bu barədə həmin şöbəyə 1-3/145 saylı xx.xx.2011-ci il tarixli məktub ünvanlanmışdır. Lakin həmin müraciətə cavab verilmədiyi üçün tərəfindən məhkəməyə müraciət olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2in(82)-2522/2012 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X2 kitabında xx.xx.2013-cü il tarixdə 34203 nömrə ilə qeydə alınmaqla onun adına AN 439893 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunm uşdur. Lakin həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. İddiaçının bələdiyyə orqanına müraciətinə vaxtında baxılmaması və qanunvericilikdə hər hansı dəyişikliyin olması onun qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsas ola bilməz.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-726/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və pla n-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının iddia etdiyi ölçüdə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya insta nsiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2785/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: S.Səlimova - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin vahid elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin qərb tərəfindən orta təzyiqli yeraltı qaz boru xətti keçir.
14. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında konfiqurasiya və perimetrik ölçü fərqləri mövcuddur.
15. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir və torpaq sahəsi dövlət torpağıdır.
16. Mərdəkan bələdiyyəsi tərəfindən verilmiş sənədlər xx.xx.2007-ci il tarixdən sonrakı tarixə aiddir.
17. Məhkəmə tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır.
18. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, qərarının ləğv edilməsini və iddia tələb inin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1. hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallard a bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin ) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni ve rməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apell yasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən, xx.xx.2024-cü il tarixli, 2-1(103)-2785/2024 saylı qərarında bunu belə əsaslandırmışdır ki, “ iddiaçıya torpaq sahəsinin ayrılması cavabdehin istinad etdiyi xx.xx.2007-ci il tarixli dəyişiklikdən öncə baş vermiş, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, sahənin ayrılması zamanı müvafiq qurumların rəylərinin əldə edilməsi ilə bağlı bələdiyyə, eləcə də yerli icra hakimiyyəti orqanı tərəfindən müraciətlər edilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Bələdiyyənin xx.xx.2011-ci il tarixli protokol qərarı isə ayrılmış torpaq sahəsinin iddiaçının adına yalnız sənədləşdirilməsi ilə bağlı olduğundan, iddiaçıya həmin dövrdə qüvvədə olmuş qanunveric iliyin tələbləri əsasında (hərrac və müsabiqə yolu ilə) torpaqayırma qaydaları tətbiq edilməmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yerləşdiyi yer üzrə koordinatları müəyyən edilərək məhkəmə qərarı əsasında plan-ölçü sənədi (kadastr planı) səlahiyyətli qurum tərəfindən tərtib edilmişdir. Bundan əlavə hazırkı məhkəmə icraatı gedişində istifadədə olan mübahisəli torpaq sahəsinin cavabdeh orqanın mütəxəssisləri tərəfindən yerində müayinəsi həyata keçirilmişdir. Təqdim edimiş mütəxəssis rəyində faktiki torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrini özündə əks etdirən bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsi səbəbindən iddia olunan dövlət mülkiyyəti torpağı hesab edildiyi qeyd edilmişdir. Başqa sözlə, sözügedən torpaq sahəsinin birmənalı olaraq bələdiyyə mülkiyyətində olmadığı qeyd edilməmiş, yalnız bələdiyyə xəritəsinin təsdiq ediılməməsi əsası ilə topağın dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qəbul edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı iddiaçının iddia etdiyi ölçüdə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək hallar müəyyən edilmədiyindən, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası ilə yanaşı apellyasiya şikayətinin dəlilləri də əsassız olduğundan apellyasiya şikayəti təmin edilə bilməz.”
24. Bununla əlaqədar məhkəmə kollegiyası ap ellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi sözügedən nəticə ilə razılaşaraq, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli protokol qərarı ilə adına rəsmiləşdirildiyini, torpaq sahəsinə plan-ölçü sənədinin verildiyini və həmin torpaq sahəsinin hazırda da onun qanuni istifadəsində olduğunu əsas gətirərək torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
25. Cavabdehin müraciətin təminindən imtinasının əsası ondan ibarət olmuşdur ki, Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu nun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş xx.xx.2007-ci il tarixdən qüvvədə olan dəyişiklikdən sonrakı tarixə aiddir ki, qeyd edilən dəyişikliklə torpaq sahəsinin, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi imkanı nəzərdə tutulmuşdur.
26. Bu arada məhkəmə kollegiyası xatırlatmağı lazım bilir ki, 23 oktyabr 2007-ci il tarixli dəyişikliyə qədər bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə qərarı və alqı-satqı aktı əsasında fiziki və hüquqi şəxslərin mülkiyyətinə ayrılması nəzərdə tutulduğu halda qeyd edilən dəyişiklikdən sonra və hazırda da qüvvədə olan qanunun redaksiyasında torpaq sahələrinin yalnız açıq hərrac, müsabiqə vasitəsilə mülkiyyətə ayrılması təsbit olunmuşdur.
27. Lakin istinad olunan Qanunun 28 oktyabr 2008-ci il tari xli dəyişikliyə qədər qüvvədə olmuş 6.5-ci maddəsinin redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilməsi nəzərdə tutulmuşdur.
28. Həmçinin iş materiallarından görünür ki, İddiaçı xx.xx.2007-ci ildə Mərdəkan Bələdiyyəsinə müraciət edərək Mərdəkan qəsəbəsi daxilində istifadəsində olan 217,33 kv.m. torpaq sahəsinin müvafiq qaydalara uyğun olaraq ona satılmasına köməklik göstərilməsini xahiş etmiş, Mərdəkan Bələdiyyəsinin müraciəti ilə əlaqədar Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti 890 nömrəli xx.xx.2007-ci il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək rayon İcra Hakimiyyətinin iddiaçının istifadəsində olan torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılmasına etiraz etmədiyini, məsələyə münasibət bildirilməsini xahiş etmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2007-ci il tarixli 18/03-8/6697 nömrəli məktubu ilə İddiaçı müraciəti ilə əlaqədar torpaq sahəsinin ayrılması məsələsinə etiraz etmədiyini bildirmişdir.
29. Bununla yanaşı Bakı şəhəri Mərdəkan Bələdiyyəsi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Bakı Şəhər Torpaq şöbəsinə xx.xx.2008-ci il tarixli, 1-3/115 nömrəli məktub ünvanlayaraq həmin torpaq sahəsinin yerində dəqiqləşdirilib yer quruluşu layihəsinin və sit uasiya cizgisinin çəkilməsi üçün köməklik göstərilməsini xahiş etmiş, Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışa əsasən İddiaçı istifadəsində olan 217,33 kv.m torpaq sahəsinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər nəzərə alınmaqla ona satılması məqsədəuyğun hesab edilmiş, torpaq sahəsinin yerləşmə cizgisi bələdiyyə tərəfindən tərtib olunaraq təsdiq edilmişdir.
30. Daha sonra ki, bu fakt da xüsusi olaraq qeyd edilməlidir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2in(82)- 2522/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı istifadəsində olan 217,33 kv.m olan torpaq sahəsinə dair plan və ölçüsünün (kadastr planı) verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmiş, qanuni qüvvəsini alan məhkəmə qərarı icra olunaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin AN439893 (kod **********4211) planı və ölçüsü tərtib edilərək həmin koordinatlarda torpaq sahəsi X1 kitabında xx.xx.2013-cü il tarixdə 34203 nömrə ilə uçota alınmış, torpaq sahəsinin yeri, yerləşdiyi zona və normativ qiyməti müəyyən edilmişdir.
31. Beləliklə də, qanuni qüvvəyə minmiş və hətta icra edilmiş 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2in(82)-2522/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarı ilə, Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı iclasının protokolu əsasında iddiaçının istifadəsində olan 217, 33 kv.m. torpaq sahəsinə dair plan və ölçünün (kadastr planı verilməsi vəzifəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmiş, qanuni qüvvəsini almış həmin məhkəmə qərarı icra edilmiş, həmin torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək, sözügedən koordinatlarda torpaq sahəsi X1 kitabında xx.xx.2013-cü il tarixdə 34203 nömrə ilə uçota alınmış, torpaq sahəsinin yeri, yerləşdiyi zona və normativ qiyməti müəyyən edilmiş, bununla da Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı iclası protokolu (qərarı) məhkəmə tərəfindən artıq qanuni sayılmışdır.
32. Belə olan halda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-252 2/2012 nömrəli, xx.xx.2012-ci il tarixli, yəni 12 ildən çoxdur ki, qanuni qüvvəyə minmiş və icra edilmiş məhkəmə qərarına yenidən baxaraq, məhkəmə qərarını təftiş etmək qanuna ziddir və yolverilməzdir.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2785/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.