Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2440/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Şəki rayon Çayqaraqoyunlu bələdiyyəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2440/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, E.Lətifovun katibliyi ilə, İddiaçı cavabdeh Şəki rayon Çayqaraqoyunlu bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-156/2019 saylı qərarından cavabdeh Şəki rayon Çayqaraqoyunlu bələdiyyəsi, üçüncü şəxs X5 və onların vəkili Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Şəki rayon Çayqaraqoyunlu bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Şəki rayonu Çayqaraqoyunlu kənd X1 adına kolxozun xxxx 1989-cu il tarixli 03 nömrəli protokol qərarı ilə ona ev tikmək üçün Əlçiyan çayının sol sahilindən əkinə yararsız yerdən 0,20 ha torpaq sahəsi verildiyini, sonradan həmin torpaqda məscid binası tikiləcəyindən kolxozun xxxx 1994-cü il tarixli 09 nömrəli protokol qərarı ilə həmin torpaq sahəsinin əvəzinə ona Acı Dərədən əkinə yararsız sahədən 0,20 ha torpaq verildiyinə baxmayaraq Çayqaraqoyunlu bələdiyyəsinin ona ayrılmış 0,20 ha torpaq sahəsinin 0,07 ha hissəsini qanunsuz olaraq başqa şəxsə satdığını göstərərək, Çayqaraqoyunlu bələdiyyəsi tərəfindən Rahilə Hümbətovaya satılan və sonuncu tərəfindən Nurlan Məmmədova bağışlanan 0,07 ha torpaq sahəsinin ona ayrılmış 0,20 ha torpaq sahəsinin bir hissəsi olduğuna görə 0,20 ha torpaq sahəsinin 0,07 ha hissəsinin satılmasına dair Çayqaraqoyunlu Bələdiyyəsinin xxxx 2012-ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı ilə iddiaçının hazırki iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olmaması əsası ilə iddia mümkün sayılmamış, Şəki Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı ilə məhkəmənin sözügedən qərardadı ləğv edil ərək işə mahiyyəti üzrə baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(84)-18/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şəki Rayon Çayqaraqoyunlu Bələdiyyəsinin xxxx 2012-ci il tarixli 02 nömrəli qərarı ləğv edilmiş, mütəxəssis tərəfindən təqdim olunan 60 manat xərc Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə aid edilmişdir (hakim R.A.Məcidov). Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X9 və X6) xxxx 2019-cu il tarixli, 2-1(107)-156/2019 saylı qərarı ilə üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli 2-1(84)-18/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiy a Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Şəki Rayon Çayqaraqoyunlu bələdiyyəsi, üçüncü şəxs X5 və vəkili Vəkil tərəfindən birgə kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın qeyri-mümkün sayılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işə baxarkən iddianın mümkünlük şərtlərini yoxlamamış, subyektiv hüququ olmayan, yalan məlumatlardan istifadə etməklə, iddia müddətini ötürmüş iddiaçının iddiasını təmin etmişdir. Halbuki, Şəki rayon Aqrar İslahat Komissiyasının xxxx 1997-ci il tarixli 39 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1022.08 hektar torpaq sahəsi Çayqaraqoyunlu Bələdiyyəsinə verilmiş və 2006-cı ildə bu barədə 4-1-1, KOD ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı tərtib edilmişdir. X17 hər iki məhkəməyə təqdim edilsə də məhkəmələr hansısa səbəbdən X17nın surətini işdə olan sənədlər siyahısına daxil etməmişlər. Məhz həmin sənəd əsasında mübahisələndirilən 0.07 ha torpaq sahəsinə xxxx 2012-ci ildə RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İddiaçı Çayqaraqoyunlu kəndində öz həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, ancaq onun yaşadığı, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur, kəndin başqa bir yerində İddiaçı həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi ailə üzvləri ilə birlikd ə İddiaçı mülkiyyətinə verilmişdir. Şəki rayon Çayqaraqoyunlu kəndində xxxx 1996-cı il tarixədək yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan şəxslərin Siyahısında İddiaçı 3 nəfər ailə üzvü ilə qeyd edilmiş və həmin torpaq sahəsinə onun mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Komitəsində saxlanılan Çayqaraqoyunlu kəndinin həyətyanı torpaqlarının Siyahısında İddiaçı faktiki istifadəsində 2679 kv. metr torpaq sahəsi olması 508 nömrə ilə qeydə alınmışdır. Mübahisələndirilən torpaq sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının xxxx 1997-ci il tarixli 39 saylı qərarı ilə Bələdiyyə mülkiyyətinə daxil edildiyindən İddiaçı subyektiv hüququnun pozulması öz təsdiqini tapmır. Mübahisələndirilən torpaq sahəsinin İddiaçı qanuni istifadəsində olmasın a dair məhkəmələrin mülahizələri əsasızdır. Əvvəla «Torpaq İslahatı haqqında» qanuna müvafiq olaraq İddiaçı qanuni istifadəsindəki torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə almışdır. Digər tərəfdən, iş materiallarından görünür ki, Şəki rayon Çayqaraqoyunlu kənd C.Cabbarlı adına kolxozun xxxx 1989-cu il tarixli 03 nömrəli protokol qərarı ilə İddiaçı ev tikmək üçün Əlçiyan çayının sol sahilindən əkinə yararsız yerdən 0.20 ha torpaq sahəsi verilmişdir. Bundan sonra kolxozun xxxx 1994-cü il tarixli 09 nömrəli protokol qərarı ilə İddiaçı verilmiş torpaq sahəsi kənd üçün tikiləcək məscid binası üçün istifadəyə verilmiş və İddiaçı Acı Dərədən əkinə yararsız sahədən 0.20 ha torpaq verilmişdir. İddiaçı ayrılmış torpaq sahəsinin plan və ölçüsü həmin qərara əlavə edilməmişdir. Sonradan İddi açı həmin torpaq sahəsindən imtina edərək kəndin başqa yerindən torpaq sahəsi əldə edərək fərdi yaşayış evi tikdirmişdir. X1 isə 2012-ci ildən mübahisə edilən torpaq sahəsində ev inşa etdirərək yaşayır. İddiaçı həmin vaxtdan torpaq sahəsinin satılmasından xəbərdar olmuşdur. Halbuki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xxxx 2015-ci il tarixli 5 saylı qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hazırki iddia tələbində Şəki rayon Çayqaraqoyunlu Bələdiyyəsinin xxxx 2012-ci il tarixli 02 nömrəli qərarı ilə İddiaçı hüquqlarının və qanunla qorunan maraqlarının hansı şəkildə pozulması görsənmir. Digər tərəfdən həmin torpaq sahəsi 2006-cı ildən Çayqaraqoyunlu Bələdiyyəsinin mülkiyyətində olmasına dair Dövlət Aktı tərtib olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi maddi hüquq normalarının tövsifində səhv buraxmışdır. İş materiallarından görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı 3 nəfər ailə üzvü ilə mülkiyyətinə 0.26 ha torpaq s ahəsi verilmişdir. Həmin torpağın İddiaçı mülkiyyətinə verilməsinə dair şəhadətnamənin bir nüsxəsi İddiaçı özündədir və Komissiyanın belə bir qərarının olmasından İddiaçı xəbərdardır. Hazırki iddia ilə İddiaçı məhkəmələrə başqa bir yer üçün alınmış qərarla Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin ona məxsus olması və Bələdiyyə qərarının qanunsuz olmasına dair iddia qaldırmışdır, İddiaçı Çayqaraqoyunlu Bələdiyyəsinin xxxx 2012-ci il tarixli 02 saylı qərarını mübahisələndirməyə subyektiv hüququ olmadığından, iddia müddətini ötürdüyündən, onun qanuni istifadəsində olmamış torpaq sahəsinə dair mübahisə qaldırdığından iddia tələbi qeyri-mümkün sayılmalı idi. Həmçinin mübahisələndirmə barədə tələb irəli sürən səxs, konkret halda ləğv edilməsini tələb etdiyi qərarın qanunsuzlugunun araşdırıl ması mərhələsinədək özünün bu tələbi irəli sürməyə subyektiv hüququnun olduğuna dair ilkin sübutları təqdim etməli, torpaq sahəsinə dair hüquqlar orada faktiki istifadə əsasında deyil, yalnız səlahiyyətli orqanların qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaqayırmaya dair müvafiq qərarları, yaxud hüquqlarını reyestrdə qeydiyyata aldırmış səxslərin bağladıqları mülki hüquqi əqdlər əsasında yarana bilər, hazırki mübahisənin obyektiv həlli baxımından iddiaçıya torpaq sahəsinin ayrılmasına dair ilkin və sonrakı bütün hüquqmüəyyənedici sənədlər əsasında ilk növbədə mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olub-olmadıgına qiymət verilməli, həmin sahənin hansı hüquqmüəyyənedici sənədlər əsasında kimə məxsusluğu dəqiq müəyyənləşdirilməlidir, həmin sahənin iddiaçıya ayrılmış sahə ol madığının müəyyən edilməsi subyektiv hüquq baxımından hazırki mübahisə üzrə sonrakı araşdırmanın aparılması zərurətini ortadan qaldırır, iddiaçı yalnız ona ayrılmış sahə olduğunu sübut etdiyi halda üçüncü səxsin adına verilmiş torpaqla bağlı hüquqmüəyyənedici sənədlərin qanuniliyini mübahisələndirmək hüququ əldə edir, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə hüququ olmadığı halda onun iddiası ilə üçüncü səxsə verilmiş hüquq müəyyənedici sənələrin əsaslılığının qanuniliyinin yoxlanılması yolverilməzdir, belə hüquqa yalnız səlahiyyətli dövlət orqanları və ya həmin sahəyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə edilmiş hüququnun olduğunu sübut edən səxslər malikdirlər, belə olan halda iddiaçı mübahisələndirilən torpaq sahəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada hüququnun yar anması və bu hüququnun pozulması barədə məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, həmin torpaq sahəsi ilə bağlı cavabdehlərə qarşı iddia irəli sürməkdə haqlı deyildir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Şəki rayon Çay qaraqoyunlu Bələdiyyəsinin ehtiyat fondu hesabına 0.07 ha torpaq sahəsinin hərrac yolu ilə satılması üçün torpaq sahəsinin plan və ölçülərinin işlənməsinin DTXK-nın Şəki rayon şöbəsindən xahiş edilməs i barədə qərarın hansı səbəbdən inzibati akt olması işdən müəyyən olunmur, halbuki, inzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. İş üzrə cavabdeh Şəki rayon Çayqaraqoyunlu bələdiyyəsi və üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını m ümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hər tərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-156/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki rayonu Çayqaraqoyunlu kənd X1 adına kolxozun xxxx 1989-cu il tarixli 03 nömrəli protokol qərarı ilə İddiaçı ev tikmək üçün Əlican çayının sol sahilindən əkinə yararsız yerdən 0,20 ha torpaq sahəsi verilmiş, daha sonra həmin torpaqda məscid binası inşa ediləcəyindən X1 adına kolxozun xxxx 1994-cü il tarixli 09 nömrəli protokol qərarı ilə İddiaçı verilmiş torpaq sahəsi Acı Dərə a dlanan ərazidən əkinə yararsız sahədən 0,20 ha torpaq sahəsi ilə dəyişdirilmiş, Şəki rayon Çayqaraqoyunlu bələdiyyəsinin xxxx 2012-ci il tarixli 02 nömrəli qərarı ilə Şəki rayonu Çayqaraqoyunlu bələdiyyəsinin ehtiyat fondu hesabına 0,07 ha torpaq sahəsinin hərrac yolu ilə satılması üçün torpaq sahəsinin plan və ölçülərinin işlənməsi DTXK-nın Şəki rayon şöbəsindən xahiş edilmiş, DTXK-nın Şəki rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanması məqsədə müvafiq hesab edilərək xxxx 2012-ci il tarixli 271 nömrəli rəy verilmiş, torpaq sahəsinin sxemi hazırlanaraq DTXK-nın Şəki rayon şöbəsinin müdiri və Çayqaraqoyunlu bələdiyyəsinin sədri tərəfindən imzalarla təsdiq edilmiş, torpaq sahəsi üzərində Çayqaraqoyunlu bələdiyyəsinin mülkiyyət hüquqları xxxx 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına RX seriyalı ******* nömrəli çıxarış hazırlanmış, Çayqaraqoyunlu bələdiyyəsi həmin torpaq sahəsini xxxx 2012-ci il tarixdə hərracdan kənar qaydada X1, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və X1 mülkiyyət hüquqları xxxx 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış və ****** nömrəli torpaq sahəsinin plan-ölçüsü sənədi hazırlanmış, sonradan X1 xxxx 2012-ci il tarixli bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini üçüncü şəxs X1 bağışlamışdır. İddia tələbini təmin edən məhkəmələr ona istinad etmişlər ki, bələdiyyə qərarı ilə üçüncü şəxsə satılmış torpaq sahəsi əslində iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsidir, mübahisə predmeti olan tor paq sahəsi islahatdan əvvəl, yəni 1994-cü ildən iddiaçının qanuni istifadəsində olmuş, qanunvericiliyin tələbi baxımından həmin ölçüdə əvəzsiz olaraq onun mülkiyyətinə verildiyindən, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilə bilməzdi, qeyd olunan torpaq sahəsi Torpaq İslahatı haqqında Qanunun tələbləri baxımından iddiaçının xüsusi mülkiyyətinə verilən torpaq sahəsi olduğundan həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsi istisna olunur, bundan başqa, həmin torpaq sahəsinin 2012-ci il tarixədək bələdiyyəyə aid olması təsdiq edən hər hansı sübut yoxdur, X14 Rayon Məhkəməsinə və digər orqanlara ünvanlanmış və xxxx 2012-ci ildə notariat qaydada təsdiq edilmiş ərizəsində 1996-2012-ci illər ərzində istər kolxoz, istərsə də bələdiyyə yarandığı tarixdən Çayqaraqoyunlu bələdiyy əsinə məxsus ərazidən onun adına torpaq sahəsi verilmədiyini, Bələdiyyə tərəfindən onun adına sənədləşdirilən torpağa görə bir manat da olsun pul köçürmədiyini, onun Çayqaraqoyunlu kəndinin ərazisində torpaq sahəsi olmadığını, Bələdiyyə tərəfindən sözügedən qərarla ona satılmış torpaq sahəsinin harada yerləşdiyini bilmədiyini, 2012-ci ilin noyabr ayında X1 ona “o Çayqaraqoyunlu kəndinin sakinin olmadığı üçün ona torpaq vermədiklərini, Bələdiyyənin 0,7 ha torpaq sahəsini satın alıb ona bağışlamağı və bütün xərclərini özünün ödəyəcəyini dediyini göstərmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razlaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutl ara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borclu dur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Cavabdehin etiraz və şikayətlərində qeyd edilmişdir ki, İddiaçı Çayqaraqoyunlu kəndində öz həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, ancaq onun yaşadığı, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur, kəndin başqa bir yerində İddiaçı həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətinə verilmişdir. İş üçün mühüm əhəmiyyət daşısa da məhkəmələr,cavabdehin etiraz və şikayətlərində qeyd edilmiş hallarla bağlı hərtərəfli araşdırma aparmamış, iddiaçının mülkiyyətində Çayqaraqoyunlu kəndində rəsmi qeydiyyatdan keçmiş digər həyətyanı torpaq sahəsinin və fərdi yaşay ış evinin olub olmadığını, olduğu təqdirdə bu qeydiyyatın hansı əsaslarla həyata keçirildiyini, bu müddət ərzində torpaqdan təyinatı üzrə istifadə edib-etmədiyini aydınlaşdırmamış, nəticədə isə İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərmək lə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X10rşı, xxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Məhkəmələr tərəfindən qəb ul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xxxx 2008-ci il tarixli qərarı). "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillə rinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətinin iş üçün mühüm əhəmiyyətli dəlillərinə müfəssəl hüquqi qiymət verməməklə, apellyasiya məhkəməsi həmçinin bu qərarlarda vurğulanmış hüquqi mövqeyə riayət etməmişlər. İş materiallarından həmçinin görünür ki, iddiaçı Çayqaraqoyunlu Bələdiyyəsinin qərarından daha əvvəllər məlumatlı olmuş və bu halı işdəki tərəflər arasında davam edən məhkəmə mübahisələri bir daha təsdiq etsə də, İ.X3 xxxx 2012-ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddianı yalnız 2017-ci ilin avqust ayında qaldırmışdır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında isə inzibati aktın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş otuz günlük müddətin iddiaçı tərəfindən üzrlü səbəblərdən beş ildən artıq ötürüldüyünə dair dair mötəbər bir sübut yoxdur. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının mülkiyyətində Çayqaraqoyunlu kəndində rəsmi qeydiyyatdan keçmiş digər həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin olub-olmadığı, olduğu təqdirdə bu qeydiyyatın hansı əsaslarla həyata keçirildiyi, X2 xxxx 2012-ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddianıbeş ildən artıq müddət keçdikdən sonra qaldırmasının səbəbləri hərtərəfli tam və obyektiv surətdə araşdı rılmalı, Şəki rayon Çayqaraqoyunlu bələdiyyəsinin həmin bələdiyyənin ehtiyat fondu hesabına 0,07 ha torpaq sahəsinin hərrac yolu ilə satılması üçün torpaq sahəsinin plan və ölçülərinin işlənməsinin DTXK-nın Şəki rayon şöbəsindən xahiş edilməsi barədə xxxx 2012-ci il tarixli, 02 nömrəli qərarının ümumiyyətlə inzibati akt olub-olmadığına qanunvericiliyin normaları baxımından qiymət verilməli və məhkəmə araşdırmalarının nəticəsindən asılı olaraq mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və y a geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verildiyindən, Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)156/2019 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh və üçüncü şəxsin birgə verdikləri kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(107)-156/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Şəki Rayon Çayqaraqoyunlu bələdiyyəsi və üçüncü şəxs X5 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-2440/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2440/2019
21.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver