Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2441/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və vəkili Vəkil1, üçüncü şəxs “xxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1445/2019 nömrəli, 04 iyun 2019cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 07 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 1 a ünvanında yerləşən qe yri-yaşayış sahəsinin mövcud vəziyyətində onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 29 may 2014-cü il tarixli, 2-1(81)-2358/2014 nömrəli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmişdir. Daha sonra «xxxx» MTK məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə qəbul edilmiş 29.05.2014-cü il tarixli qərarın ləğv olunmasını və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2-1(81)2358/2014 nömrəli qərardadı ilə (hakim: T.Ə.Əsədova) ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 29 may 2014-cü il tarixli, 2-1(81)-2358/2014 nömrəli qərarı ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 29 may 2014-cü il tarixli məhkəmə qərarı «xxxx» MTK-nın qanunla qorunan maraqlarına toxunduğu üçün o, üçüncü şəxs qismində icraata cəlb edilməlidir. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1445/2019 nömrəli iş üzrə 04 iyun 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2-1(81)-2358/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci i nstansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, «xxxx» MTK-nın ərizəsinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarı 29.05.2014-cü il tarixdə çıxarılıb, iddiaçıya çıxarış 30.05.2015-ci il tarixdə verilib, MTK 11.08.2016-cı il tarixdə dövlət qeydiyyatına alınıb, MTK-ya torpaq sahəsi 02.10.2016-cı il tarixli sərəncamla ayrılıb, istifadə hüququna dair çıxarış 30.01.2018-ci il tarixdə verilib. Belə olan halda, 29.05.2014-cü il tarixli qərar, həmin qərar qəbul edilərkən, eləcə də 30.05.2015-ci il tarixdə iddiaçıya çıxarış verilərkən nəinki hələ MTK-ya torpaq sahəsi ayrılmamış, hətta MTK mövcud olmamışdır. Belə olan halda, bəhs edilən məhkəmə qərarı MTK-nın maraqlarına toxuna bilməz. Bundan başqa, iddiaçının obyekti Badamdar qəsəbəsi, Neftçilər küçəsi 40-da, MTK-ya ayrılan torpağın ünvanı isə Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 1-də yerləşir. Yəni ünvanlar da fərqlidir. Kassator həmçinin qeyd edir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamla Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 1 və 3 ünvanda yerləşən 12 mərtəbəli yaşayış binalarının sökülməsi üçün əsas kimi Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərdövləttikintilahiyə Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən 11.05.2016-cı ii tarixdə tərtib olunmuş akta əsasən qeyd olunan ünvanda yerləşən mənzillərin uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması göstərilmişdir. Səbail RİH tərəfindən verilmiş 120 saylı 02.10.2016-cı il tarixli Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələşdirilməsinə və tikintisinə icazə verilməsinə dair Sərəncama əsasən, yalnız ünvan 3 ünvanda yerləşən, istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olan 1-2 mərtəbəli yaşayış binalarının “xxxx” MMC tərəfindən sökülərək, 0.54 ha torpaq sahəsi üzərində ümumi sahəsi 17.627 kv.m. olan çoxmərtəbəli yaşayış binasının inşa edilməsinə icazə verilmişdir. Etiraz: «xxxx» MTK kassasiya şikayətinə etiraz edərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1( 103)-1445/2019 nömrəli, 04 iyun 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, hazırki kassasiya şikayəti mümkün sayıla bilməz. Belə ki, inzibati prosessual qanunvericilik cəlbetmə barədə məhkəmə qərardadlarından müstəqil şikayət verilməsini istisna edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Üçüncü şəxsin vəkili iddiaçının şikayəti üzrə kassasiya icraatının mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə bax mağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orad a şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, “xxxx” Mənzil Tikinti Kooperativinin üçüncü şəxs qismində cəlb edilməsinə dair ərizə əsassız olduğundan rədd edilməlidir. İşin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 1 a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 29 may 2014-cü il tarixli, 2-1(81)-2358/2014 nömrəli qərarı qanuni q üvvəyə minib icra edildikdən 4 il sonra «xxxx» MTK ərizə ilə müraciət edərək, həmin qərarın MTK-nın qanunla qorunan maraqlarına toxunduğu üçün üçüncü şəxs qismində icraata cəlb edilməli olduğunu bildirərək, 29.05.2014-cü il tarixli qərarın ləğv olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmələr tərəfindən ərizə yuxarıda qeyd edilən qaydada təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri işin hallarını düzgün araşdırmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarını ləğv edərək «xxxx» MTK-nın hazırkı mübahisəyə üçüncü şəxs qismində cəlb edilməsi nəticəsinə gələrkən prosessual pozuntuya yol vermişlər. Belə ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyən lik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçiv əsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul ol unan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələ yə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Avropa Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarda xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Daha sonra qərarda qeyd edilir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 28.1 və 28.2-ci maddələrinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına tox unacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunması şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi, inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır. Lakin təcrübədə məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən maraqlarına toxunan şəxslərin məhkəmə icraatına cəlb olunmaması hallarına rast gəlinir. Belə olan halda həmin şəxslərin Konstitusiyanın 60-cı maddəsi ilə nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ pozulur. Çünki məhkəmə qərarı qanuni qüvvəyə mindiyinə görə həmin şəxslərin İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə uyğun olaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi mümkün olmur və onlar inzibati məhkəmə icraatının iştirakçısı olma dığı üçün həmin Məcəllənin 81-ci maddəsinə əsasən bu qərardan apellyasiya şikayəti vermək hüququndan məhrum olurlar. Məhz belə halların qarşısını almaq, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2017-ci il tarixli qərarında qeyd edilir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçü ncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Eyni zamanda həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: -qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsi n öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun qərarında şərh edilən hüquqi mövqeyə görə, qərar qanuni qüvvəyə mindikdən sonra inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı maraqlarına toxunan şəxsin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün ilkin zəruri şərt - işə baxılarkən zəruri cəlb edilməli olan şəxsin məhkəmə icraatına cəlb edilməmiş olması və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasıdır. Lakin hazırkı işin hallarından görünür ki, işə mahiyyəti üzrə baxılarkən «xxxx» MTK hüquqi şəxs kimi ümumiyyətlə mövcud olmamışdır. Belə olan təqdirdə məhkəmə işə baxılarkən mövcud olmayan MTK-nı, məhkəmə qərarı maraqlarına toxunan şəxs kimi məhkəmə icraatına cəlb etməklə qanuni qüvvəyə minmiş qərarını ləğv etməkdə haqlı olmamışdır. Belə ki, bu qərarın qəbul edilməsi nəticəsində, qərar qəbul edilən vaxt mövcud olmayan hüquqi şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasından söhbət gedə bilməz. Lakin aşağı instansiya məhkəmələri bu xüsusatı nəzərə almadan «xxxx» MTK-nın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə səhv nəticəyə gəlmişlər. Qərar qəbul edilərkən mövcud olmayan və yaxud mövcud olsa da, həmin vaxt qanunla qorunan maraqları pozulmayan şəxslərin sonradan yaranmış hüquqi əsas üzrə üçüncü şəxs qizmində məhkəmə icraatına cəlb edilməsi, yuxarıda da qeyd edildiyi kimi, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirmiş olur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, «xxxx» MTK-nın üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilməsinə dair ərizə rədd edilməli, kassasiya şikayəti isə təmin edilməlidir. Sözügedən qərardaddan apellyasiya və kassasiya şikayətin verilməsinin mümkünsüzlüyü ilə bağlı «xxxx» MTK-nın etirazında istinad etdiyi xüsusatla bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İPM-nin 28.4-cü maddəsində deyilir ki, inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Lakin məhkəmə ko llegiyası hesab edir ki, bu norma hazırkı mübahisəyə tətbiq edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, inzibati prosessual qanunvericilikdə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra qanunla qorunan maraqları pozulan şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsinə dair münasibətləri tənzimləyən norma yoxdur. Məhz bu məqsədlə Konstitusiya Məhkəməsinin Plenumu 12.04.2017-ci il tarixli Qərarda inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsini Azərbaycan Respublikasının Milli Məclisinə t övsiyə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra maraqlarına toxunan şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsinə dair qərardaddan tərəflərin şikayət vermək hüququ təmin olunmalıdır. Belə ki, bu qərardadla qanuni qüvvədə olan məhkəmə qərarı ləğv olunur, işə baxılması təzələnir və bunun nəticəsində iddiaçının hüquqları pozulur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmal ı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutmalıdır. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil, lakin bu hüququ məhdudlaşdıran tədbirlər legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, onun əsas mahiyyətinə toxunmayaraq mütənasiblik meyarına cavab verməlidir. Məhkəməyə müraciət etmək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X5 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməs inin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (21 fevral 1975-ci il tarixli Qərar, § 36). Bu hüquq mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də apellyasiya şikayətinin qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. (X1rşı iş üzrə 28 may 1985-ci il tarixli Qərar, § 57). Lakin ona dair qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (X4rşı iş üzrə 21 sentyabr 1994-cü il tarixli Qərar, § 65; Bellet Fransaya qarşı iş üzrə 4 dekabr 1995-ci il tarixli Qərar, § 31). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarını ləğv etməklə «xxxx» MTK-nı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etdiyindən, həmin qərardan iddiaçının şikayət vermək hüququ mütləq qaydada təmin olunmalıdır. Əks təqdirdə, iddiaçının konstitusion hüququ olan məhkəməyə müraciət etmək hüququ pozulmuş olardı. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə qərarı qəbul edilərkən mövcud olmayan və məhkəmə qərarı qüvvəyə minib icra edildikdən sonra təsis edilmiş «xxxx» MTK-nın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair icraat qanunsuz olmuşdur. Odur ki, məhkəmə kollegiyası şikayətin mümkünsüzlüyü ilə bağlı üçüncü şəxsin etirazını əsassız hesab edir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, «xxxx» MTK-nın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə ərizə rədd edilməli, iddiaçının kassasiya şikayəti təmin olunmalıdı r. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1445/2019 nömrəli, 04 iyun 2019-cu il tarixli qərardadı ləğv edilsin. «xxxx» MTK-nın “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə 2-1(81)-2358/2014 saylı inzibati iş üzrə 29 may 2014-cü il tarixli qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi” barədə ərizəsi rədd edilsin. İzah edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2014-cü il tarixli, 21(81)-2358/2014 nömrəli qərarı öz qüvvəsini saxlayır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2441/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2441/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver