Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2441/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil növbəsinə götürülmədən imtina) 20.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X3) “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2-1(103)-633/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı şəhid ailəsi kimi ev növbəsinə dayanmaq üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
2. Cavabdehin imtina məktubunda qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş 3-21-3-30/2-B0105-8/2024 **********80 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçının adına Kürdəmir rayonu, Topal Həsənli kəndində xx.xx.2001-ci il tarixli JN-122F nömrəli şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququna dair 0,13 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Eyni zamanda qüvvədə olan Bakı Şəhər Xalq Deputatl arı Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürülməklə, Azərbaycan Respublikası Prezidentinin müvafıq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Belə ki, Qaydaların 8-ci bəndinə əsasən, vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Təqdim edilən sənədlərdən iddiaçının Bakı şəhəri, Binəqədi rayonunda xx.xx.2024-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilmişdir. İddiaçının adına mülkiyyət hüqu qu əsasında həyətyanı torpaq sahəsi olduğundan və eyni zamanda Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı 7 (yeddi) il olmadığından müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdiriləsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ailə tərkibi özü, oğlu və gəlini olmaqla, yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, şəhid X4 ilə 1988-ci il tarixdə nikah bağlamışdır, birgə nikahdan üç uşaqları doğulmuşdur. X2 xx.xx.19 94-cü il tarixdə ermənilərə qarşı döyüşlərdə həlak olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona şəhid statusu verilmişdir. Onun şəhid ailəsi kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Ərinə şəhid statusu verilsə də, onun həyat yoldaşı kimi həmin statusdan istifadə edə bilmir. Şəhid ailəsi kimi ev növbəsinə dayanmaq üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh onu növbəyə götürməkdən imtina etmişdir. İmtinaya səbəb olaraq onun xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonunda qeydiyyata düşməyi göstərilmişdir. Halbuki o, qeyd olunan ünvanda 15 ilə yaxın müddətdir ki, övladları ilə birlikdə yaşayır. Oğlu - X3 2011- ci ildən Bakı şəhərində yerləşən "xxxx" MMC-də işləyir. Bu, onu göstərir ki, onlar uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar və müəyyən səbəblər üzündən də qeydiyyata düşə bilməmişlər. Cavabdeh orqan imtinada onun Kürdəmir rayonu Topal Həsənli kəndində xx.xx.2024-cü il tarixli şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququna dair 0,13 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasını bildirmişdir. Həmin torpaq sahəsi qayınatasından miras qalmışdır və hazırda onun ailəsinin istifadəsində deyil. Ailəsi özü və üç övladından ibarətdir. X12 üçüncü qrup əlildir və ailəlidir. Öz evləri olmadığından uzun illərdir ki, ünvan 2 ünvanında qohumlarına məxsus evdə yaşayırlar. Mənzil şəraitləri çox ağır vəziyyətdədir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 10 iyul 2024-cü il tari xli, 2-1(112)-8990/2024 nömrəli qərardadı ilə X3 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 26 sentyabr 2024-cü il tarixli, 2-1(112)-8990/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.1-ci maddəsi). Hüquqların dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Kürdəmir rayonu, Topal Həsənli kəndində yerləşən 108,8 kv.m. fərdi yaşayış evi (ümumi birgə mülkiyyətdə olan) və 0,13 kv.m. torpaq sahəsi İddiaçı adına xx.xx.2024-cü il tarixdən qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən İddiaçı, X3, X5, X8 birgə mülkiyyət üzrə onlara məxsus olan Kürdəmir rayonu, Topal Həsənli kəndində yerləşən ümumi sahəsi 108,8 kv.m. olan fərdi yaşayış evini hədiyyə alan X1 mülkiyyətinə vermişlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Kürdəmir rayonu, Topal Həsənli kəndində yerləşən 108,8 kv.m. fərdi yaşayış evi (ümumi birgə mülkiyyət) və 0,13 kv.m. torpaq sahəsi X1 adına xx.xx.2024-cü il tarixdən qeydiyyat alınmışdır.
8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Məhkəmə nəzərə alır ki, İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş və cavabdeh orqan tərəfindən bildirilmişdir ki, onun mülkiyyətində (ümumi birgə) Kürdəmir rayonu, Topal Həsənli kəndində 0,13 ha həyətyanı torpaq sahəsi qeydiyyata alındığından müraciətin təmin edilməsi m ümkün deyildir. Daha sonra iddiaçı birgə mülkiyyətdə olan daşınmaz əmlakı (Kürdəmir rayonu, Topal Həsənli kəndində yerləşən 0,13 ha torpaq sahəsi üzərində olan 108,8 kv.m. sahəsi olan fərdi yaşayış evini) xx.xx.2024-cü il tarixdə özgəninkiləşdirmiş (bağışlanma müqaviləsi əsasında) və nəticədə yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar kateqoriyasına daxil olmuşdur. Məhkəmə hesab edir ki, məhz fərdi yaşayış evinin özgəninkiləşdirilməsi (cavabdeh tərəfindən imtina üçün əsas olaraq qeyd olunan halın aradan qaldırılması məqsədi ilə) iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş hesab edilməsi ilə nəticələndiyindən, müvafiq hərəkət vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnən niyyətli hərəkət kimi qəbul edilməlidir. Belə olan təqdirdə, daşınmaz əmlakın özgəninkiləşdirildiyi xx.xx.2024-cü il tarixdən etibarən 5 il ərzində (xx.xx.2029-cu il tarixə kimi) İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina etməkdə cavabdeh haqlı hesab edilə bilər.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 16 aprel 2025-ci il tarixli, 2-1(103)-633/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8990/2024 nömrəli qərarı dəyişdirilmədən saxl anılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etdikdən (xx.xx.2024-cü il), cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edildikdən (xx.xx.2024-cü il) və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən (xx.xx.2024-cü il) sonra iddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsini xx.xx.2024-cü il tarixdə başqa şəxsə bağışlamışdır. Bu isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmə ilə nəticələnə biləcək hərəkət hesab edilir və həmin hərəkətl ərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələr i əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizəl əri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.... Maddə
52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkət lərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edər ək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖ VQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası x üsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülmə ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə mövqeyi ilə razılaşmışdır.
23. Məhkəmə b ununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda gös tərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 21(103)-633/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.