Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2442/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Əhməd İsmayıl Əhməd oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-208/2019 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxar aq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2013-cü il 13 may tarixli, **********666709 nömrəli qərarı ilə iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - VM) 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlama başa çatdırılaraq, nəticəsi 2013-cü il 7 noyabr tarixli **********672079 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin 2011-ci il üzrə 5.969,72 manat, 2012-ci il üzrə 5.969,72 manat və 2013-cü il üzrə 1.492,43 manat azaldılması aşkar edilmişdir. Cavab dehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2013-cü il 13 dekabr tarixli, **********709453 nömrəli qərarı ilə iddiaçıya 13.431,87 manat vergi borcu və 6.715,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı 2014-cü il 24 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında 2013-cü il 13 dekabr tarixli, **********709453 saylı qərarının və 2013-cü il 7 noyabr tarixli, **********672079 saylı səyyar vergi yoxlaması aktının ləğv olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 31 yanvar tarixli 2-1(82)1119/2014 nömrəli qərardadı ilə iş ərazi aidiyyətı üzrə baxılması üçün 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək 2013-cü il 7 noyabr tarixli, **********67279 saylı səyyar vergi yoxlaması aktının və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında 2013-cü il 13 dekabr tarixli, **********709453 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli qərarında göstərilmişdir ki, VM-in 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olu nan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. VM-in 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. VM-in 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiyməti icarə münasibətlərindən bu Qərarın qüvvəyə mindiyi tarixdən sonra əldə olunmuş gəlirdən vergi tutma məqsədləri üçün istifadə edilə bilər. Göstərilən Qərara əsasən, 2011-ci il 1 fevral tarixdən 2012-ci il 12 mart tarixə kimi bazar qiyməti icarə haqqı təyin edilməsi mümkün deyildir. Bu əsasla da hazırkı Qərara əsasən 2011-ci il 1 fevral tarixdən 2012-ci il 12 mart tarixə kimi bazar qiyməti icarə haqqı təyin edilməsi yolverilməzdir və 2012-ci il 12 mart tarixdən sonra gələn dövrü üçün bazar qiymətinin tətbiq edilməsində ola bilər anlayışı məcburi hal kimi qiymətləndirmək olmaz. “Normativ hüquqi aktlar haqqında” Qanunun 4.1.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarları normativ hüquqi aktdır. VM-in 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Konstitusiya Məhkəməsinin Qərarında 2012-ci il 12 mart tarixdən etibarən bazar qiymətinin icarə münasibətlərinə tətbiq edilməsi məcburi hal kimi göstərilməməsi VM-in 3.11-ci maddəsinə əsasən ziddiyyət kimi qiymətləndirilməlidir və vergi ödəyicisinin xeyrinə şərh edilmə lidir. Azərbaycan Respublikasının “Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” 2012-ci il 21 dekabr tarixli Qanunu ilə VM-ə 14.3.5-ci maddəsi əlavə edilmişdir. Həmin maddəyə əsasən, bu Məcəllənin 124.4-cü maddəsinə müvafıq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda ödəmə mənbəyindən icarə haqqından vergi bazar qiyməti nəzərə almaqla hesablanır. Göstərilən Qərar 2013-cü il 1 yanvar tarixdən məcburi hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının “Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında 21 dekabr 2012-ci il tarixli Qanunu 2013-cü il 1 yanvar tarixdən hüquqi qüvvəyə malik olduğu üçün Məcəllənin 14.3.5-cü maddəsinin tələbi Azərbaycan Respublikası Kons titusiyasının 149-cü maddəsinin Vİİ və Vİİİ maddəsinin tələbinə əsasən yalnız 2013cü il 1 yanvar tarixdən məcburi xarakter daşıyır. Ona görə də vergi orqanının 2011-ci il tarixdən 2013-cü il tarixə kimi ödəmə mənbəyindən icarə haqqından verginin bazar qiyməti ilə hesablanması Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin Vİİ və Vİİİ bəndlərinin tələblərinə ziddiyyət təşkil etdiyi üçün hüquqi yoxdur. Odur ki, 2011-ci il 1 yanvar tarixdən 2012-ci il 31 dekabr tarixə kimi hesablanmış ödəmə mənbəyindən icarə haqqından vergi ləğv edilməlidir. “İnzibatı icraat haqqında” Qanunun 49.1-ci maddəsinə əsasən, yalnız inzibati orqan tərəfindən təyin edilmiş müddətlər maraqlı şəxsin ərizəsi üzrə həmin orqan tərəfındən uzadıla bilər. VM-in 49.1-ci maddəsində nəzərdə tutulan müddətin uzadılma sı nəzərdə tutulmamışdır. Vergi ödəyicisi göstərilənmüddətin uzadılması barədə inzibati orqana müraciət etməmişdir. VM-in 49.5-ci maddəsinin tələbinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfındən ləğv edilməsi üçün əsasdır. Ona görə də inzibatı aktın 15 gün gec qəbul etməsi barədə vergi ödəyicisi inzibati orqana müraciət etməmişdir. 2013-cü il 7 noyabr tarixli, **********67279 saylı səyyar vergi yoxlaması aktı və onun icrası məqsədi ilə qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********709453 saylı qərarı normativ hüquqi aktları pozmaqla qəbul edildiyi üçün qanunsuz inzibatı akt hesab edilməlidir. İnzibatı akt vergi ödəyicisinə əlavə vergi ödəmək vəzifəsi qoyduğu üçün “İnzibatı icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinin tələbləri nəzərə alınmaqla qanunsuz inzibatı akt hesab edilməlidir. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisi faktiki olaraq ictimai iaşə xidmətlərinin (restoran xidmətlərinin və yeməklərin çatdırılması) göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı fəaliyyət göstərdiyi ünvan 1 ünvanda, dörd mərtəbəli binanın zirzəmisində yerləşən, sahəsi 311,8 kv. metr olan qeyri-yaşayış sahəsini 2008-cü il 7 avqust tarixli icarə müqavil əsinə əsasən aylıq icarə haqqı 500 manat olmaqla 5 il müddətinə x2 icarəyə götürmüşdür. VM-in 44.1-ci maddəsinə əsasən, zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. VM-in 14.3.3-cü maddəsinə əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə, vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər. Yoxlama zamanı iddiaçı tərəfindən tətbiq edilmiş icarə haqlarının bazar qiymətinə uyğunluğunu müəyyən etmək məqsədilə VM-in 14.6.3.3-cü maddəsinə əsasən Departamentin 2013-cü il 12 iyun tarixli,**********673686 nö mrəli qərarına ilə yoxlamaya ekspert dəvət edilmişdir. “Daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi haqqında” ekspert rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən ictimai iaşə obyektinin 1 kv. metri üçün aylıq icarə haqqı məbləğinin 13 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən tətbiq olunan qiymətlərin müqavilə bağlanarkən bazar qiymətlərindən bir neçə dəfə aşağı olması yuxarıda göstərilən rəyə əsasən sübuta yetirilmişdir. VM-in 14.6.6-cı maddəsinə əsasən, vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda vergilər bazar qiyməti ilə hesablanır. VM-in 14.6.4-cü maddəsinə əsasən, müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir. Eksp ertin rəyində göstərilmiş icarə haqları əsas götürülməklə iddiaçı tərəfindən ödəmə mənbəyində tutulan verginin 2011-ci il üzrə 5.969,72 manat, 2012-ci il üzrə 5.969,72 manat və 2013-cü il üzrə 1.492,43 manat azaldılması müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinə əlavədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli qərarına istinad edərək bazar qiymətinin həmin qərarın qüvvəyə mindiyi tarixdən sonra əldə edilmiş gəlirlərə tətbiq edilməli olmasını qeyd etmişdir. Cavabdeh bu dəlil ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı Konstitusiya Məhkəməsinin sözügedən məsələyə münasibətini nəzərə almamışdır. Belə ki, Konstitusiy a Məhkəməsi istinad edilən qərarında hesab edir ki, qanunvericilik Mülki Məcəllənin 152 və 359-cu maddələrində nəzərdə tutulan hüquq və azadlıqları təsbit edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq mülki dövriyyə iştirakçılarının vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, mülki dövriyyə iştirakçıları qanunvericiliyin onlara verdiyi hüquqlardan sui-istifadə etməməli və məsələn icarə müqaviləsinin qiymətini real bazar şərtlərini nəzərə almadan süni şəkildə azaltmamalıdırlar. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 12 mart tarixli qərarında əvvəlki dövrlər üzrə keçirilmiş yoxlamaların etibarsızlığı məsələsinə toxunulmamış və ya hər hansı qadağalar qeyd olunmamışdır. İddiaçı ərizəsində, eyni zamanda “İnzibati İcraat haqqında” qanunun 48, 49- cu və VM-in 49.1-ci maddələrinə istinad edərək vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul edilməsi zamanı prosessual müddətlərin pozulmasını göstərmişdir. Cavabdeh bununla bağlı qeyd edir ki, iddiaçı qeyd edilən nəticəyə gələrkən VM-in 39.5-ci və 39.6-cı maddəsini nəzərə almamışdır. Həmin maddələrə müvafiq olaraq vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. VM-in 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 8 noyabr tarixli 2-1(81)-32/2016 nömrəli qərardadı ilə iddia tələbi 2013-cü il 7 noyabr tarixli, **********67279 saylı səyyar vergi yoxlaması aktının ləğv edilməsinə dair hissədə mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2013-cü il 7 noyabr tarixli, **********67279 saylı səyyar vergi yoxlaması aktı aralıq inzibati akt olduğundan, məhkəmədə mübahisələndirilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 8 noyabr tarixli 2-1(81)-32/2016 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında cavabdehin 2013-cü il 13 dekabr tarixli, **********709453 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, səyyar vergi yoxlaması aparılarkən vergi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və vergi yoxlaması materiallarına baxılarkən bu hallara diqqət edilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmas ını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 8 may tarixli 2-1(103)-903/2017 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən VM-in 39-cu və 49-cu maddələrinin tələbləri pozulmamışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 oktyabr tarixli 2-1(102)-1521/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 8 may tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli qərarında göstərilən hüquqi mövqeyə uyğun araşdırma aparmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 yanvar tarixli 2-1(103)-170/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianı n rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)850/2018 nömrəli 2018-ci il 2 may tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 19 yanvar tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki,apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi üçün işin halları tam araşdırılmamış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 201 9-cu il 17 aprel tarixli 2-1(103)-208/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən – “Vergi orqanının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2013-cü il 13 dekabr tarixli, **********709453 saylı qərarı ödəmə mənbəyində 2013-cü il üzrə əlavə hesablanmış 1.492,43 manat borc və 746,22 manat maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd olunmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunan hissəsi ilə bağlı hesab etmişdir ki, icarə haqqının bazar qiyməti ilə müəyyən edilməsi zamanı VM-in 14.3.5 və 124.4-cü maddələrinin tələbləri yalnız 2013-cü il 1 yanvar tarixindən sonra yaranmış münasibətlərə tətbiq edilməlidir. Çünki b u maddələr Məcəlləyə 2012-ci il 21 dekabr tarixində daxil edilmiş və 2013-cü il 1 yanvar tarixdən qüvvəyə minmişdir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 29 may, cavabdehə 2019-cu il 23 may tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 25 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın qismən – iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmasını tələb edir. Cavabdeh həmin qərardan 2019-cu il 10 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın tam rədd olunmasını tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının vəsatətinə əsasən Bakı Apellya siya Məhkəməsinin 2018-ci il 2 oktyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir və S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin rəyində ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binanın zirzəmisində 1 kv. m aylıq icarə haqqının 2008-2013-cü illər üzrə (müqavilələr bağlanan zaman) real bazar qiymətinin 560 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert qarşısına qoyulan sualın cavabını tam əsaslandırmamış və rəydə göstərilən qiymət real bazar qiymətinə uyğun deyil. Bu səbəbdən, həmin rəy mötəbər sübut kimi qəbul edilməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi İPM-in 12-ci maddəsinin tələblərinə əməl etməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, icarə münasibətlərinə bazar qiymətinin tətbiqi barədə yekun hüquqi rəy “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 12 mart tarixli Qərarında əks olunmuşdur. Məhz qeyd olunan Plenum Qərarı əsas gətirilərək VM-ə 2012-ci il 21 dekabr tarixli Qanunla edilmiş dəyişiklərə əsasən 14.3.5-ci və 124.4-cü maddələr əlavə edilmişdir. Başqa sözlə, məhkəmənin əsas gətirdiyi 14.3.5-ci və 124.4-cü maddələrdə əks olunmuş normanın hüquqi məzmunu ilə bağlı mövqe artıq 2012-ci il 12 mart tarixində qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun Qərarında öz əksini tapmışdır. Bu baxımdan cavabdeh hesab edi r ki, məhkəmə tərəfindən icarə haqqına bazar qiyməti tətbiq edilərkən hesablama 2013-cü ilin 1 yanvar tarixindən sonra yaranmış münasibətlərə deyil, yuxarıda sözügedən Plenum Qərarının qüvvəyə mindiyi andan etibarən tətbiq edilməli idi. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi İPM-in 58.7, 87.8-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində və daha əvvəl verdiyi kassasiya şikayətində göstərilən hallara istinad etməklə, həmin sənədlərdə qeyd edilənləri köçürməklə, sadəcə əlavə olaraq 2019-cu il 27 mart tarixli ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməsini n əsassız olduğunu bildirməklə kassasiya şikayəti vermişdir. Halbuki, iddiaçının kassasiya şikayəti əsasında Ali Məhkəmə tərəfindən qəbul edilmiş 2017-ci il 11 oktyabr tarixli qərarla iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılarkən iddiaçının kassasiya şikayətində qeyd etdikləri deyil, digər hallar əsas götürülmüşdür. 2019-cu il 27 mart tarixli ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən binanın zirzəmisində 1 kv. metrin aylıq icarə haqqı məbləğinin 560 manat olduğu qeyd edilmişdir. Belə olan təqdirdə, qeyd edilən obyektin 311.8 kv.m olduğunu nəzərə almaqla məhkəmə iddiaçının kassasiya şikayəti ilə razılaşaraq qeyd edilən ekspert rəyini əsas götürsə idi, obyektin aylıq icarə haqqının 174.608 manat olduğu müəyyən edilmiş olacaqdı. Göründüyü kimi, vergi ödəyicisin in hazırkı kassasiya şikayətində istinad etdiyi bu dəlil tamamilə əsassızdır. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). İddiaçının şikayəti aşağıdakı səbəblərə görə təmin oluna bilməz. VM-in (2013-cü il 1 yanvar tarixdən qüvvədə olan redaksiyada) 14.3-cü maddəsinə əsasən, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (...) 14.3.5. bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. 14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiym ətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. VM-in 124.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin normaların tələbləri nəzərə alındıqda, cavabdeh iddiaçının icarə haqqına və ondan irəli gələn vergi öhdəliyinə münasibətdə bazar qiymətini tətbiq etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən həmin normaların cavabdeh tərəfindən tətbiqi əsaslarını iddiaçının dəlilləri, habelə kassasiya instansiyası məhkəməsinin 2-1(102)-850/2018 nömrəli 2018-ci il 2 may tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alınmaqla tədqiq etmiş, onlara hüquqi qiymət vermişdir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətində istinad edilən hallar apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Cavabdehin kassasiya şikayəti aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İcarə haqqının bazar qiyməti ilə müəyyən edilməsi zamanı VM-in 14.3.5 və 124.4-cü maddələrinin tələbləri yalnız 2013-cü il 1 yanvar tarixindən sonra yaranmış münasibətlərə tətbiq edilməlidir. Çünki bu maddələr Məcəlləyə 2012-ci il 21 dekabr tarixində qəbul edilmiş və 2013-cü il 1 yanvar tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Bu səbəbdən 2011-2012-ci illər üzrə vergilərin bazar qiyməti üzrə hesablanması zamanı VM-in 14.6.6-ci maddəsinin tələbləri y alnız həmin maddədən əvvəl göstərilmiş müddəaların ardıcıl olaraq yoxlanılmasından sonra tətbiq edilməlidir. İstinad edilən maddənin tələbləri bazar qiymətinin hesablanması qaydasını müəyyən etmişdir, halbuki həmin maddədən əvvəl VM-in 14.2 və 14.3-cü maddələrinin aşağıdakı tələblərinin yoxlanılması zəruri olmuşdur: - 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir; - 14.3-ci maddəsinə əsasən, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə (14.3.3). Həmin normalarda təsbit edilən halları sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Səyyar vergi yoxlaması aktında cavabdeh birbaşa olaraq bazar qiymətinin hesablanması qaydasına VM-in 14.6.6-cı maddəsinə istinad etmiş, lakin icarə haqqının bazar qiyməti üzrə hesablanmasını müəyyən edən hallara dair sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Cavabdeh ilk olaraq VM-in 14.3.3-cü maddəsində nəzərdə tutulmuş halı müəyyən etməli və bundan sonra icarə haqqına bazar qiymətinin tətbiq edilməsi nəticəsinə gəlməlidir. Yalnız bu halda, cavabdeh VM-in 14-cü maddəsinin tətbiqi ilə bağlı sonrakı hərəkətləri yerinə yetirmək hüququna malik olur. Şikayətin əsas dəlillərindən biri on dan ibarətdir ki, icarə münasibətlərinə bazar qiymətinin tətbiqi barədə yekun hüquqi rəy “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 12 mart tarixli qərarında əks olunmuşdur. Məhz qeyd olunan Plenum Qərarı əsas gətirilərək VM-ə 2012-ci il 21 dekabr tarixli Qanunla edilmiş dəyişiklərə əsasən 14.3.5-ci və 124.4-cü maddələr əlavə edilmişdir. Başqa sözlə, məhkəmənin əsas gətirdiyi 14.3.5-ci və 124.4-cü maddələrdə əks olunmuş normanın hüquqi məzmunu ilə bağlı mövqe artıq 2012ci il 12 mart tarixində qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun Qərarında öz əksini tapmışdır. Bu baxımdan cavabdeh hesab edir ki, məhkəmə tərəfindən icar ə haqqına bazar qiyməti tətbiq edilərkən hesablama 2013-cü ilin 1 yanvar tarixindən sonra yaranmış münasibətlərə deyil, yuxarıda sözügedən Plenum Qərarının qüvvəyə mindiyi andan etibarən tətbiq edilməli idi. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 12 mart tarixli qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmadığı, VM-in 14-cü maddəsinə əsasən bazar qiymətinin vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmu ş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunması və VM-in 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin icarə münasibətlərindən bu Qərarın qüvvəyə mindiyi tarixdən sonra əldə olunmuş gəlirdən vergitutma məqsədləri üçün istifadə edilə bilməsi təsbit olunmuşdur. Göründüyü kimi, həmin Qərarla VM-in 14-cü maddəsinə əsasən bazar qiymətinin vergi orqanı tərəfindən ekspertiza təyin edilməklə müəyyən olunması imkanı təsbit edilsə də, VM-in 2013-cü il 1 yanvar tarixədək qüvvədə olmuş redaksiyasının yuxarıda istinad edilən müddəalarına əsasən, vergi orqanı icarə münasibətlərindən əldə olunmuş gəlirdən vergitutma məqsədləri üçün bazar qiymətindən VM-in 14-cü maddəsində təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə istifadə edə bilərdi. Yuxarıda qeyd olunduğu kimi, 2011-2012-ci illər üzrə icarə münasibətlərindən əldə edilmiş gəlirə münasibətdə VM-in 14-cü maddəsində təsbit olunmuş tələblərə və mərhələlərə vergi orqanı tərəfindən əməl olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-208/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2442/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2442/2019
11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver