Məhkəmə qərarları › İş №2-1(102)-2442/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2442/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2442/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarının icra olunmamasına görə cərimə edilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarıl masına görə rəyin verilməsi və müvafiq faizin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2025-ci il tarixli, 21(103)-2340/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsinin cav abdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsi cavabdehin üzərinə qoyulmuşdur.

3. Cavabdeh qərardan apellyasiya şikayəti vermiş, daha sonra xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7 9/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, apellyasiya şikayəti geri qaytarılmış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayətlə bağlı icraata xitam verilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra 17 may 2023-cü il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir.

6. Qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının icra edilməməsindən narazı qalan iddiaçı qeyd edilən qərarın icrasının təmin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir.

7. Məhkəmə qərarı icra edilmədiyi üçü n Bakı İnzibati Məhkəməsinin 2-1(112)79/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 500 manata miqdarında cərimə edilmişdir. 8. xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Həmin apelyasiya şikayətinə baxılması üçün işlə birlikdə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-4082/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)79/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 10. xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-4082/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-785/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-4082/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xx.xx.2024-cü il tarixli məktubla yenidən cavabdehə müraciət edilmiş və məhkəmə qərarının icrası üçün xx.xx.2024-cü il tarixədək müddət təyin edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı sonradan da bir neçə dəfə cavabdehə müraciət edilmiş və məhkəmə qərarının icrası üçün müddət təyin edilmişdir.

12. Cavabdeh xx.xx.2025-cü il tarixli məktubla bildirmişdir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə A**********892300 nömrəli rəy və ona əlavələr aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023 tarixli 2-1(112)-2085/2023 saylı məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklərin icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(112)-79/2023 nömrəli qərardadı ilə (hakim X6) ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)79/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının icrasının təmin edilməsi məqsədilə icra vərəqəsi verilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cərimə edilmiş, məhkəmə tərəfindən sonra dan icra üçün bir neçə dəfə yenidən müddət təyin edilmiş, buna baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilməmiş, nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı tam şəkildə icra edilməmişdir. Odur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı cavabdeh tərəfindən icra edilmədiyindən və cərimənin təyin edilməsinə baxmayaraq, cavabdeh yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər etmədiyindən, təkrar cərimənin tətbiq edilməsi məqsədəmüvafiq hesab edimir. Bu halda “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verilməklə icraya yönəldilməlidir.

16. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkə məsindəki icraat

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2340/2025 nömrəli iş üzrə 23 may 2025-ci il tarixli qərardadı ilə (hakimlər X5(məruzəçi), X3 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(112)-79/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarına istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən qanuni davranış sərgiləməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

79. Məhkəmə qərarının icra olunması 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qay dada həyata keçirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslan dırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı halla rda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə

120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısı nın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmi şdir.

24. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüqu qları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı məhkəmə qərarını icra etmədiyindən cavabdehin təkrar cərimələnməsinə yönəlmişdir.

28. İşə baxan apellyasiya instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə qərar qəbul edərkən qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə cərimənin təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən yenə də icra edilmədiyindən, birinci instansiya məhkəməsi təkrar cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab etməyərək “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə doğru nəticəyə gəlmişdir.

29. Ərizənin rədd edilməsi barədə məhkəmələrin gəlmiş olduğu nəticə ilə razılaşan məhkəmə kollegiyası bildirir ki, “İnzibati m übahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarından görünür ki, məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barə də məlumatlandırmalıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə məhkəmələr “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks edilmiş müddəaları əsas götürərək “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə düzgün nəticəyə gəlmişlər.

31. Məhkəmə kollegiyası onu da vurğulayır ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmişdir.

32. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının ərizədə əks etdirdiyi tələbi qanunun müddəalarına uyğun olmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq ərizənin təmin edilməməsi barədə birinci instansiya məh kəməsinin gəldiyi nəticə ilə razılaşdırmışdır.

33. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2025-ci il tarixli, 21(103)-2340/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar