Məhkəmə qərarları › İş №2-1(102)-2443/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2443/2019

18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2443/2019 18.09.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD (Açar söz: prosessual müddəti ötürməklə kassasiya şikayətinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi N.Rəsulbəyovanın, məhkəmə iclas katibi F.Rəsulovanın iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1334/2019 saylı 22 may 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilm əsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2015-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1334/2019 saylı 22 may 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcə lləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən 08 iyul 2019-cu il tarixli, 2-1(102)-2443/19 saylı məktubla cavabdehə məlumat verilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1334/2019 saylı 22 may 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayətinin mümkünlüyünə 18.09.2019-c u il tarixdə baxılacaq və həmin tarixədək prosessual müddətin ötürülməməsini təsdiq edən sənədlərin və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. 18.09.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1334/2019 saylı 22 may 2019-cu il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə cavabdehə 07.06.2019-cu il tarixdə təqdim olunmuşdur (iş v. 81). Lakin həmin qərardaddan kassasiya şikayəti 25.06.2019-cu il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1 maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırkı iş üzrə cavabdeh 18 sentyabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş, həmin tarixədək isə prosessual müddətin ötürülməməsini təsdiq edən sənədləri və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti cavabdeh tərəfindən ötürüldüyü üçün kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94, 96-cı maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1334/2019 saylı 22 m ay 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar