Məhkəmə qərarları › İş №2-1(102)-2443/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2443/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2443/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pu blik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu Qəleybuğurd kəndində yerləşən 2 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(105)-288/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək, Şamaxı rayonunun, Qəleybuğurd kəndində yerləşən və onun istifadəsində olan 2 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrind ən çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdehin 2 iyun 2022-ci il tarixli, **********06 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Qəleybuğurd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 8 nömrəli qərarı ilə mülkiyyətə tikinti məqsədilə 0.10 ha, kənd təsərrüfatı məqsədilə 1.90 ha satılmış ümumilikdə 2.0 ha torpaq sahəsi mövcud elektron baza xəritəsində dövlət meşə fonduna aid edilmişdir. Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraa t

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan və Şamaxı rayonu Qəleybuğurd kəndində yerləşən 2 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 noyabr 2006-cı il tarixində Şamaxı rayonu Qəleybuğurd Bələdiyyəsinin 18 saylı Qərarı və 564 nömrəli Aktı ilə Qəleybuğurd bələdiyyəsinin ərazisindən 1631 manat haqq ödəyərək 2 hektar torpaq sahəsi almış, həmin torpaq sahəsinin 0.10 hektarı tikinti məqsədilə, 1.90 hektarı kənd təsərrüfatı məqsəddədir. Həmin sahə elektron baza xəritəsində öz yerində müəyyənləşibdir. Dövlət Xəritəçəkmə Ko mitəsinin Şamaxı rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər alqısatqıda əsas meyar kimi nəzərə alınmışdır. Həmin torpaq sahəsi 2006-cı ildən etibarən onun istifadəsindədir. Bütün bu müddət ərzində də torpağın vergisini də ödəmişdir. Qanunamüvafiq qaydada torpağa dair dövlət reystrindən çıxarış almaq məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdehin 02 iyun 2022-ci il tarixli cavab məktubu ilə müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh iddia tələbinə dair imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbini rədd edilməsini xahiş etmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-2251/2022 nömrəli qərarı ilə (hakim: C.Məmmədov) iddia tələbi rədd edilmişd ir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(105)-288/2023 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova -sədrlik edən, H.Babayeva və Z.Məmmədov) Sumqayıt İnzibati Məhkəm əsinin 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, müvafiq torpaq sahəsinin satılması qanunvericiliklə qadağan olunsa da, bələdiyyə orqanı tərəfindən həmin torpaq sahəsini satılması barədə qərar qəbul edilmiş, alqı-satqı aktı tərtib edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi həmin sənədlər (bələdiyyə qərarı, alqı-satqı aktı və s.) müvafiq torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun yaranmasına və onun qeydiyyata alınmasına əsas vermir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətində qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin **********78 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinad etmişlər. Məhkəmə bu rəyə istinad etməklə İnzibati Prosessual Məcəllənin tələblərini pozmuşdur. Belə ki. cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi işə cəlb olunmazdan əvvəl ona rəsmi müraciət olunmuş və verdiyi imtinada yuxarıdakı mütəxəssis rəyinə uyğun olaraq rəy yazılmışdır. Məhkəmələr müstəqil mütəxəssis cəlb etmək əvəzinə yenidə mütəxəssis rəyi almaq üçün cavabdeh inzibati orqana müraciət etmişlər. Cavabdeh d ə özünə sərf edən mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya in stansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmd ə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçi nin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin kollegiyası hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(105)-288/2023 nömrəli qərarla, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsi nin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-2251/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən hesab etmişdir ki, qanunvericilikdə meşə fonduna aid olan torpaq sahələrinin dairəsi dəqiq şəkildə müəyyən edilməklə, bununla bağlı həmin torpaq sahələrinin hansısa növünün xüsusi mülkiyyət hüququnun obyekti olması halına dair hər hansı istisna norma mövcud deyildir. Bu halda, müvafiq torpaq sahəsinin satılması qanunvericiliklə qadağan olunsa da, bələdiyyə orqanı tərəfindən həmin torpaq sahəsini satılması barədə qərar qəbul edilmiş, alqı-satqı aktı tərtib edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi həmin sənədlər (bələdiyyə qərarı, alı-satqı aktı və s.) müvafiq torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun yaranmasına və onun qeyd iyyata alınmasına əsas vermir.

19. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki inzibati mübahisənin predmetinin əsasını Şamaxı rayonu, Qəleybuğurd kəndində yerləşən 2 ha torpaq sahəsi təşkil edir.

20. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı müvafiq bələdiyyə qərarı və aktı əsasında 2 ha torpaq sahəsini satın aldığını əsas gətirərək, torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən bundan imtina edilərək, imtinanı əsası kimi həmin torpaq sahəsinin mövcud elektron baza xəritəsində dövlət meşə fonduna aid edilməsinə istinad etmişdir.

21. Beləliklə, iddiaçı və cavabdeh sözügedən torpaq sahəsinin aidiyyəti ilə bağlı müxtəlif mövqelərdən çıxış edir, yəni iddiaçı bildirir ki, torpaq sahəsi b ələdiyyə torpaqlarına aiddir, buna görə də iddiaçı qanuna müvafiq olaraq torpaq sahəsini bələdiyyədən satın almışdır (iş səh. 6-14), cavabdehin qənaətinə görə isə torpaq sahəsi mövcud elektron baza xəritəsində dövlət meşə fonduna aid edilmişdir (iş səh. 21).

22. Apellyasiya məhkəməsi işdə olan (iş səh. 50) cavabdehin əməkdaşlarının tərtib etdikləri mütəxəssis rəyinə (“elektron məlumat bazasına əsasən İddiaçı naturada göstərdiyi və istifadəsində olan Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsi meşə fondu torpaqları kateqoriyasına aiddir”) istinad edərək belə hesab etmişdir ki, cavabdehin mövqeyi qanuni və əsaslıdır.

23. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, sözügedən mütəxəssis rəyi maraqlı şəxs, yəni iş üzrə cavab deh tərəfindən tərtib edilmişdir ki, bu da həmin mütəxəssis rəyinin sübut kimi mötəbərliliyi şübhə altına almağa əsas verir.

24. Başqa sözlə bu məsələ araşdırılırsa, o halda müstəqil mütəxəssisdən rəy alınması zəruridir, eyni zamanda apellyasiya məhkəməsi tərəfindən mübahisə predmeti olan torpağın kateqoriyasının müəyyən edilməsi məqsədi ilə, konkret suallar göstərilməklə və suallara müfəssəl cavablar alınmaqla (cavablara sübutlar da əlavə edilməlidir) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə sorğu göndərilməlidir.

25. Belə ki sözügedən cavabdehin mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin sadəcə olaraq meşə fondu torpaqları kateqoriyasına aid olması göstərilmiş dir, lakin bunu təsdiq edən sübutlar rəyə əlavə edilməmişdir.

26. Bununla yanaşı qeyd edilməlidir ki, adıçəkilən torpaq sahəsinin bələdiyyəyə aid olmasını təsdiq edən işdəki sənədlər də suallar doğurur.

27. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin arayışının torpaq sahəsinin xarakteristikasına dair hissəsində ümumiyyətlə heç bir qeyd aparılmamış, yəni həmin hissə tamamilə boş saxlanılmışdır. Digər tərəfdən, eyni təşkilatın verdiyi rəydə olan ştampında nə rəyin verildiyi tarix nə də onun nömrəsi göstərilməmişdir.

28. Lakin apellyasiya məhkəməsi tərəfindən bu sənədlərə ümumiyyətlə hüquqi qiymət verilməmişdir.

29. Bununla yanaşı qeyd edilməlidir ki, Dövlət meşə fonduna aid olan torpaqlara dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ya nında Meşələrin İnkişafı Xidmətinin müvafiq strukturlarının müəyyən səlahiyyətlərinin olması nəzərdə tutulmuşdur.

30. Buna görə də həmin təşkilatın işə 3-cü şəxs qismində cəlb edilməsi və bu təşkilatdan mübahisəli torpaq sahəsi ilə bağlı müfəssəl məlumat alınması zəruridir.

31. Bundan başqa Qaleybuğurd Bələdiyyəsinin də işə 3-cü şəxs qismində cəlb edilməsi və sözügedən Bələdiyyənin hansı hüquqi əsaslara görə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olması (keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinə əsasən iş səh. 9) araşdırılması işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tar ixli, 2-1(105)-288/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(105)-288/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar