Məhkəmə qərarları › İş №2-1(102)-2443/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2443/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2443/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: xx.xx.2006-cı il tarixədək təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi, əmək kitabçasının mötəbərliyi prezumpsiyası, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2024-cü il tarixli, 2-1(105)-361/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt 17 saylı texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)4640/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt 17 saylı texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat zamanı iddiaçı, tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2006-cı il tarixədək olan dövr üzrə iş stajı nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2024-cü il tarixli, 2-1(105)-361/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt 17 saylı texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Apellyasiya instansiyası məh kəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasının və hərbi biletin qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Sənayekommunal tikinti” birliyinin 3 nömrəli filialında (xx.xx.1999-cu il tarixində “Sənayekommunal tikinti” birliyinin 3 nömrəli filialının adı dəyişdirilərək “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlandırılmışdır) işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur (24 il 9 ay 9 gün). İddiaçı həmçinin xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt şəhər 17 nömrəli texniki peşə məktəbində təhsil almışdır (9 ay 23 gün).

6. Cavabdeh tərəfindən iddiaçının təhsil müdd əti onun ümumi iş stajına daxil edilməmişdir. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmçinin, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən isə, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına d axil edilir.

7. Həmçinin cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar, fevral, mart ayları üzrə məcburi dövlət sosial sığorta haqları əksini tapmadığından xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində onun “Azərsənayetikinti” Səhmdar Cəmiyyətində işlədiyinə dair əsaslı şübhələr yarandığını və həmin dövrün onun iş stajına daxil edilmədiyini, bu səbəbdən də onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az, güzəştli stajının isə, 12 il 6 aydan az olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçının əmək kitabçası məlumatlarına əsasən, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək hazırkı “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işləmişdir. İddiaçının işlədiyi dövrdə və hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir. Həmçinin, “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi tərəfindən məhkəməyə təqdim edilən əməkhaqqı cədvəllərindən, eləcə də “Sənayekommunal tikinti” birliyinin 3 nömrəli filialının xx.xx.1982-ci il tarixli, 80/k nömrəli və xx.xx.1985-ci il tarixli, 34/k nömrəli əmrlərinin əslindən müəyyən edilir ki, iddiaçı həqiqətən də, 1982-2006-cı illərdə həmin müəssisədə işləmiş, xx.xx.2006-cı il tarixdə işdən azad edilmiş, ona 1992-2005-ci illərdə əməkhaqqı ödənilmişdir. Beləliklə, iddiaçının xx.xx.2006cı il tarixədək təhsil, hər bi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir.

8. Cavabdeh iddiaçının güzəştli iş stajını xüsusi olaraq mübahisələndirməmiş, yuxarıda qeyd olunan səbəblərdən onun bu stajının 12 il 6 aydan az olduğunu hesab etmişdir. İddiaçıya məxsus əmək kitabçasından və “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə “izoləedici” peşəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 2290000a-12520 şifrə (kodu) üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunma sı hüququ verir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 2 nömrəli Siyahı üzrə 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir.

9. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kol legiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər gös tərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq e dilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə ko llegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, xx.xx.2006-cı il tarixədək ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, d oktoranturada və klinik ordinaturada xx.xx.2006-dək təhsil müddəti onların iş stajının tərkibi kimi tanınır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1320/2019 nömrəli, xx.xx.2020-ci il tarixli 21(102)-226/2020 nömrəli, xx.xx.2021-ci il tarixli 2-1(102)-701/2021 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-990/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-495/2024 nömrəli qərarları).

14. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)-2532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2283/2023 nömrəli, xx.xx.2023cü il tarixli 2-1(102)-2132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli qərarları).

15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən e dən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi i lə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2024-cü il tarixli, 2-1(105)-361/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar