Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2444/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Rüfət oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Rüfət oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-67/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba rayonu, Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışa əsasən Rustov bələdiyyəsinin ümumi istifadəsinə aid alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən kommersiya məqsədi ilə 0.02 ha torpaq sahəsinin X1 qərara alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 422896 saylı, xx.xx.2013 -cü ildə 306 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Rustov kəndində yerləşən 0.02 ha torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək Quba rayonu, Rustov kəndi ərazində yerləşən 0.02 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli imtinada bildirmişdir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz 0.02 ha torpaq sahəsi Quba rayonu, Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alğı-satqısına dair akt ləğv edilmiş DTXK Quba rayon şöbəsində xx.xx.2008-ci il tarixdə qeydə alınmışdır. Bildiri lir ki, həmin dövrdə xx.xx.2007-ci il tarixli 466-İİİQD saylı qanunla “X5 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikası bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
5. İddiaçı X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
6. Quba Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 117 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, İddiaçı Rüfət oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsəsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı X9 xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia qald ıraraq Quba rayonu Rustov kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını məhkəmədən xahiş etmişdir. 8. 2022-ci il tarixdə iddiaçı X9 vəfat etdiyindən, onun hüquqi varisi olan oğlu İddiaçı Rüfət oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının əsl İddiaçı Rüfət oğlu ilə əvəz edilərək, Quba rayonu Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə iddiaçıya ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mərhum X6 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və onun adına arayış verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba ra yonu Rustov kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci tarixli ərizə ilə cavabdehə müraciət etmiş, müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin cavabdeh aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından xx.xx.2022-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdehin etirazları:
10. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, X3 rayonu, Rustov kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 0.02 ha torpaq sahəsi Quba rayonu, Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində xx.xx.2008-ci il tarixdə qeydə alınmışdır. Həmin dövrdə xx.xx.2007-ci il tarixli 466-İİİQD saylı qanunla “X5 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.
11. Bundan əlavə, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin koordinatlarına əsasən torpaq sahəsi yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) çay yatağı kimi qeyd olunmuşdur və dövlət mülkiyyətinə məxsus su fondu kateqoriyasına aid ərazidə yerləşir.
12. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32.2-ci maddəsinə əsasən X13 əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının və ya ictimai ehtiyacların təmin edilməsi üçün istifadə edilir.
13. Həmin məcəllənin 32.3-cü maddəsinə əsasən X13 bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər. 14. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır.
15. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olun maması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə bağlı kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-578/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu Rustov bələdiyyəsinin xx.xx.2007ci il tarixli 14 saylı qərarı ilə X7 ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mərhum X6 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və onun adına arayış verilməsi öhdəliyi ca vabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
17. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “X5 edilməsi haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən, bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti l ayihələrinə uyğun olduğu halda, müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Qeyd edilməlidir ki, hazırkı işdə də X7 torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi tərəfindən rəy verilmiş, qeyd olunan müsbət rəy əsasında bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda X9 tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 50 manat məbləğində pul vəsaiti ödənilmişdir.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-67/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(118)-578/2023 nömrəli qərarı dəyişdirilmiş, Quba rayonu Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, Quba rayonu, Rustov kəndində yerləşən 0,02 ha torpaq sahəsi Quba rayonu Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı əsasında iddiaçının mərhum atası X2 və həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuşdur. Azərbay can Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyi ilə iddiaçının mərhum atasına torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Digər tərəfdən də, iddiaçı Əlixanov X11 rayonu, Rustov kəndində rəsmi qeydiyyatda olmuşdur və onun daimi yaşayış yeri Quba rayonu Rustov bələdiyyəsinin ərazisi olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum atasının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin müvafiq rəyi, torpaqların alqısatqısına dair akt, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və ödəniş qəbzləri ilə də təsdiq edilir.
21. Apellyasiya şikayətinin ikinci dəlili ilə bağlı kollegiya qeyd etmişdir k i, cavabdeh orqana məhkəmə kollegiyası tərəfindən sorğu ünvanlanaraq, mübahisəli ərazidə qonşu torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınıbalınmaması, qeydiyyata alındığı təqdirdə hüquqmüəyyənedici sənədlərin, torpaq sahəsinin orto-foto xəritədən çıxarışın və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktının təqdim edilməsi xahiş olunmuş, məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin daxilində 1 mərtəbəli çayxana mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri Quba rayonu, Rustov bələdiyyəsinin təsdiq etdiyi yerquruluşu sxemində göstərilən yerləşmə mövqeyinə və ölçülərinə qismən uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi torpaqların elektron kadastrı uç otu informasiya sistemində (TEKUİS) X13 kateqoriyalı olub uqodiyası su tutarları kimi göstərilmişdir. Sözügedən mübahisəli torpaq sahəsi üzərində və qonşuluğunda heç bir torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş rəydə həmin torpaq sahəsi kəndin perspektiv inkişaf fonduna aid olması bildirilsə də, mübahisəli torpaq sahəsinə dair verilmiş sxemdə göstərilən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrində X4b uqodiyası yararsız torpaq kimi göstərilmişdir.
22. Qeyd edilməlidir ki, mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hal torpaq sahəsinin indiki hüquqi rejimi deyil, məhz iddiaçıya satılan anda hansı torp aq sahələrinə aid olmasıdır. Quba rayonu, Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışdan görünür ki, Rustov bələdiyyəsinin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsinin kommersiya məqsədi ilə satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyində qeyd edilmişdir ki, satılması nəzərdə tutulan torpaq sahəsi kəndin perspektiv inkişaf fonduna aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.
23. Bu səbəbdən torpaq sahəsinin torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) X13 kateqoriyalı olub uqodiyasının su tutarları kimi göstərilməsi mülkiyyət hüququnun qeydiyyatından imtina üçün əsas deyildir.
24. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
25. Normanın tələbindən də göründüyü kimi, X9 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs olmuş, həmin hüququ təsdiq edən çıxarış almadan öldüyündən onun qanun üzrə vərəsəsi-hazırkı iş üzrə İddiaçı Rüfət oğluna qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verməli, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış isə həmin arayış əsasında onun adına rəsmiləşdirilməlidir.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamış və Quba rayonu Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə mərhum X7 200 kv.m. torpaq sahəsinin hərrac və müsabiqə keçirilməd ən birbaşa ayrıldığı, habelə həmin torpaq sahəsinin koordinatlarına əsasən yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) çay yatağı kimi qeyd olunduğu və dövlət mülkiyyətinə məxsus su fondu kateqoriyasına aid ərazidə yerləşdiyi məlum olmuşdur. Belə olan halda isə 5 saylı Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir. 28. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Quba rayonu Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə mərhum X7 200 kv.m. torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. 29. “X5 edilməsi haqqında” Azərbaycan Res publikası Qanununun 6.5-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Quba rayonu Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə mərhum X7 200 kv.m. torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır.
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 32-ci maddəsinin 1-ci bəndinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Quba rayonu Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə mərhum X7 ayrılmış 200 kv.m. torpaq sahəsi çay yatağı çay kimi qeyd olunmuş və dövlət mülkiyyətinə məxsus su fondu kateqoriyasına aid ərazidə yerləşir. Belə olan halda isə həmin torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, ancaq icarəsinə verilə bilərdi. 31. “X5 edilməsi haqqın da” Azərbaycan Respublikasının Qanunun 7.2.-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Quba rayonu Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə mərhum X7 ayrılmış 200 kv.m. torpaq sahəsi çay yatağı çay kimi qeyd olunmuş və dövlət mülkiyyətinə məxsus su fondu kateqoriyasına aid ərazidə yerləşir. Belə olan halda isə həmin torpaq sahəsi heç bir halda xüsusi mülkiyyətə verilə bilməz. 32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndinin tələbi pozulmuşdur. (xx.xx.2008-ci il tarixdən sonra qüvvəyə minən redaksiyada). Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Quba rayonu Rustov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə mərhum X7 ayrılmış 200 kv.m. torpaq sahəsi torpaq hərracları və müsabiqələri vasitəsilə deyil, birbaşa bələdiyyənin özü tərəfindən satılmışdır, bu isə qanunvericiliyin pozulması kimi qiymətləndirilməli idi.
33. Hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə 200 kv.m. torpaq sahəsi ilə bağlı aşağıda göstərilən sənədlərin heç biri təqdim edilməmişdir 1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; Belə olan halda isə məhkəmə kollegiyası hansı əsaslı göstərilən maddi hüquq normalarının tətbiq edilməsi anlaşılan deyil. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə almam ışdır ki, mübahisəli 200 kv.m. torpaq sahəsinin koordinatlarına əsasən yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS)çay yatağı kimi qeyd olunmuşdur və dövlət mülkiyyətinə məxsus su fondu kateqoriyasına aid ərazidə yerləşir. Belə olan halda da göstərilən maddi hüquq normaları heç bir halda tətbiq edilə bilməzdi.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçının arzu etdiyi 200 kv.m. torpaq sahəsi dövlət mülkiyyətinə aid su fondu kateqoriyasına aid olduğundan, bu torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi qanunda birmənalı qadağan edilmişdir. Eləcə də oxşar (analoji) işlər üzrə yuxarı instansiya məhkəmələrinin qərarlarında formalaşdığı hüquqi m övqeyə görə, torpaq sahəsinin hüquqi rejimi ilə bağlı olan məsələlərdə uyğunsuzluq olduğu təqdirdə imtina edilməsi qanunidir. Belə olan halda, müvafiq məhkəmə iddiaçıya qeyd olunan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsinin mümkün olmamasını və məhkəmə işinin perspektivdə uğurlu olmayacağını bildirməli idi və bu istiqamətdə iddiaçıya xidməti vəzifəsinə görə yardım etməyə borclu idi.
35. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hansı əsasən iddiaçıya şamil olunduğunu və bununla bağlı iddiaçının hansı mötəbər sübutu inzibati orqana və ya məhkəməyə təqdim etdiyini öz qərarında əks etdirməmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçın ın mülkiyyət hüquqlarının qeydə alınmasının əsaslarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbləri baxımından araşdırmalı, qanuni və ədalətli qərar qəbul etməlidir. b) kassasiya şikayətinə etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı v erir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gö stərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
44. İş materiallarından görünür ki, bələdiyyə tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi iddiaçının mərhum atasına satılmış, torpağın dəyəri sonuncu tərəfindən müvafiq hesab ödənilmişdir. Həmçi nin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Quba rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı əldə edilmişdir. 45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur.
46. Quba rayonu Rustov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı və bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı protokolu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavab deh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir.
47. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”. 48. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
49. Qeyd edilən bələdiyyə qərarı geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
50. Beləliklə, iddia olunan torpaq sahələri iddiaçının sələfinin mülkiyyətinə qanuni əsaslarla verildiyindən yuxarıda istinad edilən normaya əsasən o, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. 51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
52. Beləliklə, iddiaçının həmin normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
53. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-67/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.