Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2445/2019 18.09.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə (Açar söz: əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 14 may 2019-cu il tarixli 21(103)-1137/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı İddiaçı 07.09.1959-cu il tarixdən əmək fəaliyyətinə başlamış, o cümlədən 18.11.1972-24.04.1976-cı illərdə Əlcəzairdə işləmişdir. İddiaçıya 04.05.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə müraciət edərək onun Əlcəzairdə işlədiyi 18.11.1972- 24.04.1976-cı illərin əmək haqqısı da nəzərə alınmaqla, əmək pensiyası məbləğinin 01.01.2008-ci il tarixdən həmin dövrdə qüvvədə o lmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən yenidən orta aylıq əmək haqqına əsasən hesablanması və 01.01.2008-ci il tarixdən pensiya məbləğində yaranacaq məbləğ fərqinin ödənilməsini xahiş etmiş, cavabdeh 18.01.2019-cu il tarixli imtina məktubu ilə bildirmişdir ki, əmək pensiyasının yenidən hesablanmasının mövcud qanunvericilikdə nəzərdə tutulmur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Əlcəzairdə işlədiyi 18.11.1972- 24.04.1976-cı illərin əmək haqqısı da nəzərə alınmaqla, əmək pensiyası məbləğinin 01.01.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən yenidən orta aylıq əmək haqqına əsasən hesablanması və 01.01.2008-ci il tarixdən pensiya məbləğində yaranacaq məbləğ fərqinin ö dənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1255/2019 saylı, 15 mart 2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1255/2019 saylı, 15 mart 2019cu il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli 2-1(103)-1137/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1255/2019 saylı, 15 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, 1972-1976-cı illər ardıcıl 60 ay təşkil etmədiyindən həmin illərin əmək haqqına əsasən pensi yanın hesablanması qanunvericiliyin tələbinə uyğun deyil. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli 2-1(103)-440/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Əlcəzairdə işlədiyi 18.11.1972-24.04.1976-cı illər ardıcıl gələn 60 ay olmadığından həmin dövrün əmək haqqısı pensiyanın hesablanmasında nəzərə alına bilməz. Halbuki, iddiaçı 18.11.1972-24.04.1976-cı illərdən əvvəl və sonra da əmək fəaliyyəti ilə məşğul olduğundan həmin illərdən əvvəlki və sonrakı dövr üzrə 19 ay da nəzərə alınmaqla ü mumilikdə 60 ay üzrə orta aylıq əmək haqqı əsasında pensiyanın hesablanması üçün hər hansı məhdudiyyət mövcud deyil. Bundan əlavə, inzibati orqanın imtinası ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanuna 01.01.2010-cu ildən edilmiş dəyişikliyə əsasən orta aylıq əmək haqqı əsasında pensiyanın hesablanması mümkün deyildir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsi 01.01.2010-cu il tarixdən qüvvədən düşsə də iddiaçı həmin qanunun qüvvəyə minməsindən əvvəl yəni 03.09.2004-cü il tarixdən əmək pensiyasına çıxmaq hüququna malik olmuşdur. Həmçinin 01.01.2008-ci il tarixdən orta aylıq əmək haqqına məhdudiyyət aradan qaldırıldığından iddiaçının pensiyası yenidən hesablanarkən 01.01.2008-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmalıdır. Kassator “Əmək pensiyaları haqqınd a” Qanunun 01.07.2017-ci ilədək qüvvədə olmuş 31.1, 32.1, 37.7-ci maddələrinə, İPM-nin 91, 94, 96.5, 96, 98-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli 2-1(103)-1137/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli 2-1(103)-1137 /2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli 21(103)-1137/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 18.11.1972-ci ildən 24.04.1976-cı ilədək Əlcəzair Xalq Respublikasına ezam olunmaqla müəllim vəzifəsində işləmiş, 04.05.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hazırkı tələbi ondan ibarətdir ki, onun Əlcəzairdə işlədiyi 18.11.197224.04.1976-cı illərin əmək haqqısı d a nəzərə alınmaqla, əmək pensiyası məbləğinin 01.01.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən yenidən orta aylıq əmək haqqına əsasən hesablanması və 01.01.2008-ci il tarixdən pensiya məbləğində yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. Cavabdeh inzibati orqanın imtinasının əsasını isə əmək pensiyasının yenidən hesablanmasının mövcud qanunvericilikdə nəzərdə tutulmaması təşkil edir. Apellyasiya instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, 1972-1976-cı illər ardıcıl 60 ay təşkil etmədiyindən həmin illərin əmək haqqına əsasən pensiyanın hesablanması qanunvericiliyin tələbinə uyğun deyil. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkə məsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Həmin Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Həmçinin iş materialları ilə də təsdiq olunur ki, iddiaçı 18.11.1972-ci ildən əvvəl və 24.04.1976-cı ildən sonra da əmək fəaliyyəti ilə məşğul olm uşdur. Belə olan halda, iddiaçının 1972-1976-cı illərdə Əlcəzairdə işlədiyi müddətin ardıcıl 60 ay təşkil etmədiyi nəzərə alınaraq, çatışmayan aylar ya 18.11.1972-ci ildən əvvəl, ya da 24.04.1976-cı ildən sonra işlədiyi müddət hesabına tamamlanaraq ona Əlcəzairdə işlədiyi 18.11.1972- 24.04.1976-cı illərin əmək haqqısı da nəzərə alınmaqla pensiya məbləği yenidən hesablana bilər və bu hər hansı qanunvericilik norması ilə məhdudlaşdırılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində 01.01.2008-ci il tarixdən pensiya məbləğinin yenidən hesablanmasını tələb etdiyindən, iddiaçıya pensiya məbləği yenidən hesablanarkən 01.01.2008-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəaları nəzərə alınmaqla pensiya hesablanmalıdır. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək qərar qəbul etmişdir. İPM-nin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.9-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli 2-1(103)-1137/2019 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiаçı İddiaçı 18.11.1972- 24.04.1976-cı il tarixləri arasında Əlcəzairdə işlədiyi müddətdə aldığı əmək haqqısı da nəzər ə alınmaqla, əmək pensiyası məbləğinin 01.01.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən yenidən orta aylıq əmək haqqına əsasən hesablanması və 01.01.2008-ci il tarixdən pensiya məbləğində yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulsun.
Məhkəmə qərarları › İş №2-1(102)-2445/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2445/2019
18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver