Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2445/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi) (iş № 2-1(102)-2445/2023) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-1806/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 40 saylı qərarı əsas götürülərək Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivinin şurasının ferma kollektivi ilə birlikdə yığıncağın xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarı və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmri ilə iddiaçıya ferma şəhərciyində 0,10 ha torpaq sahəsi ayrılmış, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə ona həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qeyd olunan torpaq sahəsinin planı tərtib olunaraq müvafiq qaydada təsdiq olunmuşdur.
2. İddiaçı mövcud tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, ona yeni tarixlə əmrin nömrəsi və tarixi qeyd edilməklə yerləşmə cizgisinin təqdim edildiyi təqdirdə müraciətə baxılacağı bildirilmiş, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Siyahının 2.5ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İ craiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli qərarına, Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda istifadəsində olan 0.10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli qərarına, Z irə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq olunmuş cizgi (torpaq sahəsinin planı) əsasında iddiaçıya ayrılmışdır. Abşeron Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 84 nömrəli qərarı ilə həmin torpaq sahəsində iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətinə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, yeni tarixlə əmrin nömrəsi və tarixi qeyd olunmuş yerləşmə cizgisi təqdim edildiyi təqdirdə mür aciətə yenidən baxılacaqdır. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, hazırda da iddiaçının istifadəsində olan sözügedən torpaq sahəsini həmin vaxt səlahiyyətli olan və ona ayrılan Abşeron Rayon Zirə tərəvəzçilik-südçülük sovxozu tərəfindən təsdiq olunmuş torpaq sahəsinin planı tərəfimdən müvafiq sənədlərlə birlikdə cavabdeh orqana təqdim olunmuşdur. Cavabdeh orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsinin həmin plana əsasən mövcudluğunun və iddiaçının istifadəsində olmasının və planda qeyd olunan ərazi ilə üst-üstə düşməsinin araşdırılması əvəzinə yuxarıda qeyd olunan əsassız cavab verilmişdir.
5. Cavabdeh iddiaya etiraz edərək, yeni tarixlə əmrin nömrəsi və tarixi qeyd edilməklə yerləşmə cizgisinin təqdim edildiyi təqdirdə müraciətə baxılacağı, həmçinin mütəxəss ilər yer tərəfindən yerli baxış zamanı, iddiaçıya ayrılmış 1000.0 kv.m torpaq sahəsinin ölçüsü 14109.0 kv.m olan ümumi ərazi daxilində yerləşməsi və ara sərhədlərinin şərti olmasının müəyyən edildiyi bildirilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli, 2-1(112)-10476/2022 nömrəli qərarı ilə (hakim: T.R.Məlikov) iddia təmin edilmiş, Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli Qərarına, Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiy yata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahıdakı maddi hüquq normalarını hazırkı mübahisəyə tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun gəlir. İddiaçıya ayrılmış 1000.0 kv.m torpaq sahəsinin ölçüsü 14109.0 kv.m olan ümumi ərazi daxili ndə yerləşməsi və ara sərhədlərinin şərti olması halı iddiaçının məsuliyyət sferasına aid olmadığından və qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz. Həmçinin, yuxarıda istinad olunan müddəalara əsasən Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Digər əsasa gəldikdə isə iddiaçının istər inzibati orqana müraciəti zamanı cavabdeh tərəfindən aparılan inzibati icraat çərçivəsində, istərsə də məhkəmə araşdırması dövründə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədlərinin (onlardakı məlumatların) həqiqətə uyğun olmaması ilə bağlı heç bir sübut toplanmadığından, mötəbər qiymətləndiri lməlidir.
8. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1806/2023 nömrəli iş üzrə 12 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli, 2-1(112)-10476/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “cavabdehin qeyd etdiyi kimi uyğunsuzluq varsa be lə, onun aradan qaldırılması cavabdehin vəzifələrinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.
11. Cavabdehin digər dəlilinə (torpaq sahəsinin Zirə sovxozunun ərazisində yerləşməsi) gəldikdə isə, Zirə tərəvəzçilik-südçülük sovxozu ilə Zirə sovxozunun eyni və ya fərqli olması barədə məlum at verilməsi üçün sorğu ilə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-29/11292/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinə təhkim olunmaqla Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ətrafında Zirə tərəvəzçilik-südçülük sovxozu mövcud olmuşdur, həmin ərazidə başqa(Zirə sovxozu) sovxoz fəaliyyət göstərməmişdir.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi bar ədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə Torpaq Məcəlləsinin 68-ci, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, iddiaçı sovxozun direktoru tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planını təqdim etsə də, iddia olunan 1000 kv.metr torpaq sahəsi ümumi hasar daxilində (14109 kv.metr torpaq sahəsinin) yerləşdiyindən torpaq sahəsinin dəqiq yerləşməsini təyin etmək mümkün olmur. Həmçinin iddiaçıya məxsus torpaq sahəsi digər torpaq sahələrindən ayrılmamış və mərzlənməmişdir.
15. İddiaçının tələb etdiyi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından, iddiaçının tələb etdiyi torpaq sahələrinin sərhədlərinin qanunda müə yyən edilmiş qaydada yerdə müəyyən edilmədiyindən, onların planı və ölçüsünün tərtib edilmədiyindən və torpağın icarəsi barəsində müqavilə bağlamadığından torpağın koordinatlarının müəyyən edilməsini mümkünsüz edir və torpaq üzərində hüququ yaratmır.
16. Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətində qeyd olunan dəlillər araşdırılmamış, iş üzrə ekspertiza təyin edilməmiş və torpaq sahəsinin planı ilə faktiki vəziyyətinin uyğunluğu yoxlanılmamışdır.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məc əlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyy ə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan t orpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağ ların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina e də bilməz; Maddə 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur
22. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: Bənd 2.5. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səla hiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şi kayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Hazırki işdə iddiaçının hüquqi marağı Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli qərarına, Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma ko llektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan ölçünün verilməsidir.
29. Yuxarıda qeyd edilən inzibati akt ləğv olunmadığından hazırda qüvvədədir və onun ləğv olunmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamış, eyni zamanda məhkəmə araşdırması zamanı da bu hal müəyyən edilməmişdir. İnzibati aktın dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən həmin inzibati akt iddiaçının torpaq s ahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakobyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edənmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur.
31. Hazırkı işin halları üzrə iddiaçıya məxsus, yəni qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsindən ibarət bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil.
32. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və sözügedən torpaq sahəsinin daş ilə hasarlandığı, 1000,0 kv.metr torpaq sahəsinin mişar daşı ilə hasarlanmış 14109,0 kv.metr ümumi ərazinin daxilində yerləşdiyi, ara sərhədlərinin şərti olduğu, ümumi ərazidə tikinti işlərinin aparıldığı və tikilinin bir hissəsinin sözügedən sahədə yerləşdiyi müəyyən edilmişdir.
33. Kassatorun gətirdiyi dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd et mişdir ki, cavabdehin qeyd etdiyi kimi uyğunsuzluq varsa belə, onun aradan qaldırılması cavabdehin vəzifələrinə aiddir.
34. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. 35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş d aşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.
37. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1806/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.