Məhkəmə qərarları › İş №2-1(102)-2446/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2446/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2446/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 aprel tarixli 21(103)-822/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1971-ci il 11 mart tarixdə doğulmuş, 1988-ci il 28 oktyabr tarixdən 1992-ci ilin noyabr ayınadək Masallı rayonu “X” adına çayçılıq-südçülük sovxozunda, 1992-ci il 9 noyabr tarixdən 2005-ci il 7 dekabr tarixədək “xxxx” jurnalı redaksiyasında işləmişdir. Tibbi Sosial Ekspert Komissiyasının 2017-ci il 28 iyun tarixli qərarı ilə ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 10 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilm əsi xxxxa ziddir. İddiaçı 2018-ci il 29 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Masallı rayon Dövlət Arxivinin 2018-ci il 1 iyun tarixli, 389 №-li Arxiv arayışı ilə təsdiq olunan1988-ci il 28 oktyabr tarixdən 1992-ci ilin noyabr ayınadək Masallı rayonu “X” adına çayçılıq-südçülük sovxozunda fəhlə, 1992-ci il 9 noyabr tarixdən 2005-ci il 7 dekabr tarixədək “xxxx” jurnalı redaksiyasında montajçı vəzifəsində işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınaraq ona 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1988-ci il 28 oktyabr tarixdən 1992-ci ilin noyabr ayınadək Masallı rayonu “X” adına çayçılıq-südçülük sovxozunda fəhlə, 1992-ci il 9 noyabr tarixdən 2005-ci il 7 dekabr tarixədək “xxxx” jurnalı redaksiyasında montajçı vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı 2017-ci il 28 iyun tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o,1988-ci il 28 oktyabr tarixdən 1992-ci ilin noyabr ayınadək Masallı rayonu “X” adına çayçılıq-südçülük sovxozunda, 1992-ci il 9 noyabr tarixdən 2005-ci il 7 dekabr tarixədək “xxxx” jurnalı redaksiyasında işləmişdir. Ona Tibbi Sosial Ekspert Komissiyasının 2 017-ci il 28 iyun tarixli qərarı ilə ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” xxxxun 31.1, 31.2-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 2.2, 8.1, 14.3, 33.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 oktyabr tarixli 2-1(82)3914/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1988-ci il 28 oktyabr tarixdən 1992-ci ilin noyabr ayınadək Masallı rayo nu Bədəlan kəndi ərazisində fəaliyyət göstərmiş “X” adına çayçılıq-südçülük sovxozunun 5 saylı çayçılıq briqadasında fəhlə, 1992-ci il 9 noyabr tarixdən 2005-ci il 7 dekabr tarixədək “xxxx” jurnalı redaksiyasında montajçı vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı 2017-ci il 28 iyun tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 17 ildən artıq sığorta stajına malikdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 aprel tarixli 2-1(103)-822/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 13 may tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 10 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının əmək kitabçasında qeyd olunan 1992-2005-ci illər üzrə sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin “x xxx” Jurnalı redaksiyası MMC-nin arxiv sənədlərinin saxlanılmaması səbəbindən onun sığorta stajının yoxlanılması mümkün olmamışdır. Qeyd edilən səbəbdən də 1992-ci il tarixdən 2005-ci il tarixədək olan dövrün sosial sığorta stajının hesablanması zamanı nəzərə alınması xxxxa ziddir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” xxxxun 21, 25-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” xxxxun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının 1971-cı il 11 mart tarixdə doğulduğu və 2017-ci il 28 iyun tarixdə (46 yaşında) ona ikinci dərəcəli əlilliyin təyin olunduğu nəzərə alındıqda, iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün ən çoxu 10,3 il sosial sığorta stajı tələb olunur (46-15=31 yaş x4 ay=124 ay/12=10,3 il). İşin hallarına görə, iddiaçı əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan iş stajını “Əmək pensiyaları haqqında” xxxxun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək əldə etmiş, bu barədə onun əmək kitabçasında müvafiq qeyd aparılmışdır. İddiaçının 1992-2005-ci illəri əhatə edən əmək fəaliyyəti dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası xxxxunun 69-cu maddəsinə əsasən, iş stajı m üəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1992-2005-ci illərdə (ona əlilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan azı 10,3 ildən artıq müddətdə) “xxxx” jurnalı redaksiyasında işləmişdir. İddiaçının 1988-ci il 28 oktyabr tarixdən 1992-ci ilin noyabr ayınadək Masallı rayonu “X” adına çayçılıq-südçülük sovxozunda işlədiyi müddətə gəldikdə, iddiaçının həmin dövrdəki əmək fəaliyyəti arxiv arayışları ilə təsdiq olunur. Həmin arayışdakı məlumatları cavabdehin qəbul etməməsi isə “Əmək pensiyaları haqqında” xxxxun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixi nədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu xxxxun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, xxxxverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqında” xxxxun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların h əqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əmək kitabçasındakı və arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Beləliklə, “Əmək pensiyaları haqqında” xxxxun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 aprel tarixli 2-1(103)-822/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar