Məhkəmə qərarları › İş №2-1(102)-2446/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2446/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2446/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( “Usta” məharət dərəcəsinin 2-ci məharət dərəcəsinə endirilməsi barədə əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N2-ci il 5 mart tarixli 028 nömrəli əmrin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N3-cü il 16 iyu n tarixli, 2-1(105)-250/N3 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. N nömrəli hərbi hissənin N0-ci il N dekabr tarixli arayışından görünür ki, polkovnikleytenant İddiaçı N0-ci il 30 sentyabr tarixindən N0-ci il N dekabr tarixinədək N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifəsində Zəngilan, Qubadlı, Laçın və Xocavənd rayonlarının azad olunmasında iştirak etmişdir.

2. İddiaçı Silahlı Qüvvələrin 10 illiyi (1991- 2001)" yubiley medalı, Qüsursuz xidmətə görə” 3cü dərəcəli medalı, “Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)" yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, “Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)" yubiley medalı, “Qüsurs uz xidmətə görə” 1-ci dərəcəli medal, Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medal, “Silahlı Qüvvələri Veteranı” medalı, Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Vətən uğrunda” medalı, Zəngilanın azad olunmasına görə" medalı, Qubadlının azad olunmasına görə” medalı və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə nazirinin N2-ci il 5 yanvar tarixli əmri ilə 172-ci motoatıcı briqadanın qərargah rəisi - briqada komandirinin müavini polkovnik-leytenant İddiaçı motoatıcı ixtisası üzrə “Usta” məharət dərəcəsi verilmişdir.

4. Müdafiə nazirinin müavini – X4 N2-ci il 5 fevral tarixli əmri ilə 172-ci motoatıcı briqadanın qərargah rəisi - briqada komandirinin müavini polkovnik-leytenant İddiaçı “Vəzifəsinə tam uyğun olmama sı barədə xəbərdarlıq” elan edilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə nazirinin N2-ci il 5 mart tarixli əmri ilə Müdafiə nazirinin müavini – X4 N2-ci il 5 fevral tarixli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi nəzərə alınaraq Azərbaycan Respublikası müdafiə nazirinin 2016-cı il 21 may tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnamə”nin 37.2.7-ci yarımbəndi rəhbər tutularaq polkovnik-leytenant İddiaçı malik olduğu “Usta” məharət dərəcəsi iki pillə aşağı, 2-ci dərəcəli məharət dərəcəsinə endirilmişdir.

6. Azərbaycan Respublikası Müdafiə nazirinin N2-ci il 13 aprel tarixli 0309 saylı əmri ilə N nömrəli hərbi hissənin qərargah rəisi-briqada k omandirinin müavini polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır.

7. N nömrəli hərbi hissə komandirinin N2-ci il 11 may tarixli, 135 saylı əmri ilə polkovnikleytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin N2-ci il 13 aprel tarixli, 0309 saylı əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilərək 90 gün məzuniyyət verilməklə N2-ci il 9 avqust tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.

8. İddiaçı N2-ci il 9 iyul tarixli ərizə ilə Azərbaycan Respublikası Müdafiə nazirinə, Azərbaycan Ordusunun Baş Qərargah rəisinə və X7 müraciət edərək “Usta” məharət dərəcəsinin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən həmin müraciətlər N2-ci il 13 iyul tarixində göndərilmiş və N3-cü il 18 iyul tarixində göndərilən ünvanda qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra-“cavabdeh” və ya “MN”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Usta” məharət dərəcəsinin iki pillə aşağı salınaraq “2”-ci məharət dərəcəsinə endirilməsi barədə cavabdehin N2-ci il 5 mart tarixli 028 nömrəli əmrinin (bundan sonra-“N2-ci il 5 mart tarixli əmr”) ləğv edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyyatda olan polkovnik-leytenantdır. 1993-cü il 12 avqust tarixindən N2-ci il 9 avqust tarixinədək 29 il Azərbaycan ordusunda qüsursuz xidmət etmişdir. Xidmətini Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində 702, N nömrəli ön xətt hərbi hissələrindən başlamışdır. N0-ci il 27 sentyabr tarixində 44 günlük Vətən müharibəsi başlayanda o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Taktika” kafedrasında polkovnik-leytenant hərbi rütbəsində, silsilə rəisi vəzifəsində xidmət etmişdir. Məktəb rəisinin adına ərizə yazaraq könüllü müharibəyə getmiş və o, Müdafiə nazirinin əmri ilə N nömrəli briqadanın qərargah rəisi vəzifəsinə təyin edilərək Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd və Laçı n rayonlarının düşməndən azad olunması döyüşlərində iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə o Ali Baş Komandan tərəfindən Vətən uğrunda medalı, Zəngilanın, Qubadlının və Laçının azad olunmasına görə fərqlənmə medalları, Müdafiə Naziri tərəfindən isə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli fərqlənmə medal ilə təltif olunmuşdur. 2013-cü ildən N2-ci ilin fevral ayına qədər xidmətində ümumiyyətlə heç bir cəza, tənbehi olmamış, ancaq təltifləri olmuşdur. Sonuncu dəfə Kəlbəcər rayonunda yerləşən N nömrəli briqadanın qərargah rəisi (xidməti boyu 3-cü dəfə eyni vəzifəyə) vəzifəsinə təyin olunmuşdur. Xidmətdə olarkən, uzun müddət çətin hərbi həyatı, xidmət dövründə qarşılaşdığı bəzi haqsızlıqlar, 44 günlük Vətən müharibəsində aldığı psixoloji və fiziki travmalar, ailə vəziyyətidə olan problemlər, övladlarının böyüməsi və onların problemləri ilə məşğul ola bilməməsi, onu N2-ci il 26 yanvar tarixdə öz xahişi ilə Ordu sıralarından ehtiyata buraxılmağına raport yazmağa məcbur etmişdir. Bundan sonra Quru Qoşunları komandanlığı tərəfindən ona haqsız yerə müxtəlif bəhanələr gətirilərək təzyiqlərə başlanılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin N2-ci il 5 yanvar tarixli əmri ilə ona “Usta” məharət dərəcəsi (bir neçə ixtisas və kateqoriya üzrə imtahan verdikdən sonra) verilmişdir. O, N2-ci ilin yanvar ayında ordu sıralarından təxris üçün raport yazdıqdan sonra Quru Qoşunları komandanı tərəfindən əsassız olaraq “Usta" məharət dərəcəsini iki pillə aşağı “2”-ci məharət dərəcəsinə endirilməsi üçün Müdafiə nazirinin qarşısında vəsatət qaldırmışdır. Nazirlik tərəfindən ona verilən “Usta” məharət dərəcəsini N2-ci il 5 mart tarixli əmr ilə iki pillə aşağı “2”-ci məharət dərəcəsinə endirilmişdir. Bundan sonra Müdafiə nazirinə, baş qərargah rəisinə, X7 etiraz məktubu göndərərək “Usta” məharət dərəcəsinin bərpa olunmasını xahiş etmiş, lakin məktublarının icra müddətinin bitməsinə baxmayaraq heç birindən cavab gəlməmişdir.

11. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. Məharət dərəcəsinin aşağı endirilməsi barədə N2-ci il 5 mart tarixli əmri iddiaçı N2-ci ilin sentyabrında mübahisələndirmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Prosesual məcəlləsinin (bundan sonra-“İPM”) 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

12. Sumqayıt İnzibati Məhkəməsini n N2-ci il 1 dekabr tarixli, 2-1(118)-2898/N2 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının “Usta” məharət dərəcəsinin iki pillə aşağı salınaraq 2-ci məharət dərəcəsinə endirilməsi barədə cavabdehin N2-ci il 5 mart tarixli əmri ləğv edilmişdir (hakimV.Əzizova).

13. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia müddəti ötürülməmişdir.Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən əmrin iddiaçıya elan edilməsi, vaxtında təqdim edilməsi və ya göndərilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı həmin əmrdən Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-“DSMF”) əməkdaşı pensiyası barədə məlumat verərkən xəbər tutmuşdur.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı barəsində ehtiyyata buraxılmazdan az əvvəl onun sava dlı, bacarıqlı və işgüzar zabit olması, yüksək peşə hazırlığına və təcrübəyə malik hərbi qulluqçu kimi qiymətləndirilməsinə dair xidmət etdiyi N saylı hərbi hissə komandanlğı tərəfindən xasiyyətnamə verilmişdir. Belə olan halda onun ehtiyata buraxılması barədə təqriri təqdim edən kimi məharət dərəcəsinin iki pillə aşağı salınmasına dair əmrin qanuniliyi və əsaslılığı şübhə doğurur.

15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının tam ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. B) apellyasiya instansiyası məhkəməsində icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N3-cü il 16 iyun tarixli, 21(105)-250/N3 saylı qərarı ilə (hakimlər-Z.Məmmədov/sədrlik edən, G.Cabba rova və H.Babayeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı “Usta” məharət dərəcəsinin iki pillə aşağı salınaraq “2”-ci məharət dərəcəsinə endirilməsi barədə cavabdehin N2-ci il 5 mart tarixli əmrinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır.

17. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, müvafiq əsas olmadan N2-ci il 5 mart tarixli əmrin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

18. Kollegiya ilk növbədə cavabdehin apellyasiya şikayətinin iddianın mümkünlüyü ilə bağlı dəlillərini araşdıraraq qeyd edir ki, həmin dəlillər əsassız olmaqla işə mahiyyəti üzrə baxılmasını istisna edən hallar kimi qiymətləndiri lə bilməz.

19. İş materiallarından göründüyü kimi mübahisələndirilən N2-ci il 5 mart tarixli əmrin cavabdeh tərəfindən iddiaçıya rəsmi olaraq təqdim edilməsi barədə cavabdeh hər-hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd edilən halla bağlı sorğuya cavab olaraq təqdim edilmiş N3-cü il 9 may tarixli məktubdan görünür ki, N nömrəli sabiq hərbi hissə komandirinin müavini-qərargah rəisi vəzifəsində xidmət etmiş polkovnik-leytenent İddiaçı N nömrəli hərbi hissə komandirinin N2ci il 5 fevral tarixli əmrinə əsasən (N2-ci il 28 yanvar tarixində “Ket dağ” adlanan yüksəklikdə yerləşən N nömrəli hərbi hissənin mobil rentransiyasında məntəqəsinin elektrik aqreqatlarının təmiri məqsədi ilə göndərilən qrupun yolu azmaları nəticəsində donvurma səbəbilə adları qeyd edilənlər mahhxhq kiçik-çavuş X5, əsgər X2 və əsgər X6 müxtəlif dərəcəli xəsarət almaları, baş leytenant X3 vəfat etməsi faktı ilə bağlı) “Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmiş və əmr həmin şəxsə təqdim edilmişdir. Lakin İddiaçı bilərəkdən yuxarıda qeyd edilən əmr ilə tanış olmamış və bundan başqa hər ay onun “Usta” məharət dərəcəsinin aylıq məvacibindəki pul tutqusundan məlumatı olmuşdur.

20. Belə olan halda, iddiaçının N2-ci il 9 iyul tarixli ərizələrində, iddia ərizəsində və izahatlarında qeyd etdiyi kimi, müvafiq əmrin mövcudluğundan yalnız pensiya təyini ilə əlaqədar məlumatının olması və dərhal da “Usta” məharət dərəcəsinin bərpa edilməsi barədə Müdafiə nazirinə müraciət etməsi onun qanunla müəyyən edilmiş müddəti buraxmaması nəticəsinə gəlməyə əsas verir.

21. Belə ki, iddiaçının əmrlə bağlı Müda fiə nazirliyinə müraciəti, məzmun baxımından həmin əmrə yenidən baxılması və onun üçün yeni, əlverişli qərarın qəbulu ilə bağlı gözləntiləri və hüquqi marağı kontekstində qiymətləndirilməlidir. İddiaçının iş üzrə materiallara əlavə olunmuş mübahisələndirilən əmrlə bağlı Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinə ünvanlanmış müraciətləri baxımından nəzərə alınmalıdır iddiaçı onun barəsində qəbul edilmiş əmrdən məhz narazı qaldığı üçün və hüquqlarını müdafiə etmək məqsədilə “İnzibati icraat haqqında” Qanunun 71-ci maddəsi anlamında müraciət hüququndan istifadə etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 62-ci və 59.1.5-ci maddələrinə uyğun olaraq mübahisələndirilən əmrin iddiaçıya təqdim edilməsi, həmin akta qarşı mümkün hüquqi müdaf iə vasitələrindən istifadə qaydası və müddəti, eləcə də bununla bağlı şəxsin şikayət verə biləcəyi orqan haqqında iddiaçıya məlumat verilməsi barədə iş materiallarında hər-hansı sübut yoxdur.

22. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçının cavabdeh tərəfindən N3-cü il 18 iyul tarixində qəbul edilmiş müraciətləri cavablandırılmadığından iddiaçı N2-ci il 24 avqust tarixində hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və beləliklə də qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəbdən ötürməmişdir. Buna görə də birinci instansiya məhkəməsi cavabdehin müvafiq dəlillərini əsassız sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur.

23. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəm ə müvafiq əsas olmadan əmrin ləğv edilməsi barədə qərar qəbul etmişdir.

24. Belə ki, işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçının malik olduğu “Usta” məharət dərəcəsinin iki pillə aşağı, 2-ci dərəcəli məharət dərəcəsinə endirilməsinə əsas qismində həmin əmrin verildiyi vaxt qüvvədə olan “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.7-ci yarımbəndi çıxış etmişdir. Həmin yarımbənddə Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” elan edildikdə məharət dərəcəsi iki pillə aşağı endirilir. İş materiallarından göründüyü kimi, iddiaçıya Müdafiə nazirinin müavini – X4 N2-ci il 5 fevral tarixli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən edilmiş hallardan, o cümlədən iddiaçının N2-ci il 9 iyul tarixli ərizəsinin məzmunundan, apellyasiya baxışı zamanı verilmiş suallara cavabından aydın olur ki, “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi barədə N2-ci il 5 fevral tarixli əmr iddiaçıya məlum olmuş, iddiaçı həmin əmri mübahisələndirməmişdir.

25. Belə olan halda, iddiaçının malik olduğu “Usta” məharət dərəcəsinin iki pillə aşağı, 2-ci dərəcəli məharət dərəcəsinə endirilməsi barədə cavabdehin N2-ci il 5 mart tarixli əmri “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin həmin əmrin verildiyi zaman qüvvədə olan 37.2.7-ci yarımbəndinə uyğun olmuşdur.

26. İddiaçının təqdim etdiyi və cavabdehin müvafiq məktubu ilə də mötəbərliyi müəyyən edilmiş Azərbaycan Respublikası müdafiə nazirinin 2016-cı il 21 may tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin N2-ci il 26 aprel tarixli, 02 saylı Qərarın 1.14-cü bəndinən görünür ki, həmin Qərarla iddiaçının “Usta” məharət dərəcəsinin iki pillə aşağı endirilməsinə əsas olmuş və bu barədə N2-ci il 5 mart tarixli əmrdə də istinad edilmiş “Əsasnamə”nin 37.2.7-ci yarımbəndi “Əsasnamə”dən çıxarılmışdır.

27. Müvafiq dəyişikliyin edilməsi barədə Müdafiə nazirinin N2-ci il 26 aprel t arixli, 02 saylı Qərarının 2-ci bəndində göstərilir ki, bu qərar qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası müdafiə naziri və onun müavinləri tərəfindən “Şiddətli töhmət” və ya “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzalarının verilməsi ilə əlaqədar məharət dərəcəsi aşağı endirilmiş hərbi qulluqçuların əvvəllər malik olduqları məharət dərəcələri həmin intizam cəzası “Azərbaycan Respublikası Silahlı X1”nə uyğun olaraq götürüldükdə bərpa edilir. Qeyd edilən qərarın 3-cü bəndinə əsasən isə qərarın 2-ci bəndində göstərilən qayda bu qərar qüvvəyə mindiyi günədək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə tətbiq edilmir.

28. Kollegiya qeyd etmişdir ki, nə qədər ki, iddiaçının “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası barəd ə müvafiq əmr ləğv edilməmiş, yaxud həmin intizam cəzası “Azərbaycan Respublikası Silahlı X1”nə uyğun olaraq götürülməmişdir, iddiaçının hazırkı iddiası əsaslı hesab edilə bilməz. Bununla belə, iddiaçı N nömrəli hərbi hissə komandirinin N2-ci il 11 may tarixli əmri ilə faktiki olaraq N2-ci il 9 avqust tarixindən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarıldığından Müdafiə nazirinin N2-ci il 26 aprel tarixli Qərarının 2-ci bəndinə uyğun olaraq əvvəllər malik olduğu məharət dərəcəsini həmin intizam cəzası “Azərbaycan Respublikası Silahlı X1”nə uyğun olaraq götürüldükdə bərpa edilməsi imkanına malikdir.

29. Kollegiya həmçinin cavabdehin apellyasiya şikayətinin qərarın ləğv edilməsi ilə yanaşı, işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırkı inzibati işdə İPM-nin 87.7.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallar mövcud olmadığından İPM-nin 82-ci və 87.7-ci maddəsinin birinci cümləsinə uyğun olaraq işə mahiyyəti üzrə baxaraq qərar qəbul olunmalıdır.

30. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.

31. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri A) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Konstitusiyasının 149-cu maddəsinin 7-ci bə ndinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 2016-cı il 21 may tarixli qərarı ilə təsdiq edilmiş” Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin N2-ci il 26 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnaməsinin 37.2.7-ci yarımbəndi çıxarılmışdır, hansı ki, məhkəmənin qərar ı da 37.2.7-ci yarımbəndə uyğun olaraq ona əsaslandırılaraq qəbul edilmişdir. Hansı ki, həmin bənddə müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” elan edildikdə iki pillə aşağı endirilir. Məhkəmə iclasında həmin dəyişiklik barədə qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də, qərar məhkəmə tərəfindən görməzdən gəlinmiş, məhkəmə qərarında həmin dəyişiklik barədə qərar qeyd edilsə də, bu hala əsaslı hüquqi qiymət verilməmişdir və göründüyü kimi maddi hüquq norması kobud şəkildə pozulmuşdur, nəticə etibarilə də ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir.

33. İPM-in 12.1-ci maddəsinin tə ləbi pozulmuşdur.Həmin maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə öz qərarında bu maddəni vurğulasa da, həmin maddəyə əsaslanaraq, 1-ci instansiya məhkəməsininin qərarının əsaslandırılmamasını qeyd etsə də, özü də səlahiyyətli məhkəmə kimi düzgün məhkəmə araşdırması aparmamışdır, çünki qərarda qeyd olunur ki, “İş materiallarından göründüyü kimi mübahisələndirilən N2-ci il 5 mart tarixli əmrin cavabdeh tərəfindən iddiaçıya rəsmi olaraq təqdim edilməsi barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd edilən halla bağlı sorğuy a cavab olaraq təqdim edilmiş N3-cü il 9 may tarixli məktubdan görünür ki, N nömrəli sabiq hərbi hissə komandirinin müavini-qərargah rəisi vəzifəsində xidmət etmiş polkovnik leytenent İddiaçı N nömrəli hərbi hissə komandirinin N2-ci il 5 fevral tarixli əmrinə əsasən (N2-ci il 28 yanvar tarixdə “Ket dağ” adlanan yüksəklikdə yerləşən N nömrəli hərbi hissənin mobil rentransiyasında məntəqəsinin elektrik aqreqatlarının təmiri məqsədi ilə göndərilən qrupun yolu azmaları nəticəsində donvurma səbəbilə adları qeyd edilənlər mahhxhq kiçik-çavuş X5, əsgər X2 və əsgər X6 müxtəlif dərəcəli xəsarət almaları, baş leytenant X3 vəfat etməsi faktı ilə bağlı) “Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmiş və əmr həmin şəxsə təqdim edilmişdir. Lakin iddiaçı bilərəkdən yuxarıda qeyd edilən əmr ilə tanış olmamış və bundan başqa hər ay onun “usta” məharət dərəcəsinin aylıq məvacibindəki pul tutqusundan məlumatı olmuşdur.

34. İddiaçı bildirdmişdir ki, “Ket dağı” adlanan yüksəklikdə yerləşən N nömrəli hərbi hissənin mobil rentransiyasında məntəqəsinin elektrik aqreqatlarının təmiri məqsədi ilə göndərilən qrupun göndərilməsindən belə iddiaçının heç bir məlumatı olmamışdır, onlar yuxarı komandanlığın əmri ilə gedib və bu faktlar araşdırılmadan, ona təqsiri olmadan cəza verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şika yətçinin tələbləri göstərilmişdir.

37. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kə nar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 39. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Maddə 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;... 40. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və aza dlıqlarına müdaxilə edə bilərlər. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

41. Azərbaycan Respublikası müdafiə nazirinin 2016-cı il 21 may tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnamə”: (N2-ci il 26 aprel tarixinədək qüvvədə olan) Bənd

37. Müva fiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər:.... 37.2. İki pillə aşağı endirilir: 37.2.1. Hərbi qulluqçunun təqsiri üzündən tabeçilikdə olan şəxsi heyət arasında ölüm və şikəstlik halları ilə nəticələnən hadisə baş verdikdə..... 37.2.7. Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” elan edildikdə.

42. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi Qaydaları haqqın da Əsasnamə”yə dəyişiklik edilməsi barədə N2ci il 26 aprel tarixli, 02 nömrəli Qərar: 1.14. 37.2.7-ci yarımbənd çıxarılsın.

43. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların top lanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyiş dirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi m əsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

46. İşdən görünür ki, Müdafiə nazirinin N2-ci il 5 mart tarixli əmri ilə Müdafiə nazirinin müavini – X4 N2-ci il 5 fevral tarixli 49 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi nəzərə alınaraq Müdafiə nazirinin 2016-cı il 21 may tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnamə”nin 37.2.7-ci yarımbəndi rəhbər tutularaq iddiaçının malik olduğu “Usta” məharət dərəcəsinin iki pillə aşağı, 2-c i dərəcəli məharət dərəcəsinə endirilməsi işin mübahisəsiz halıdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin hər 3 dəlili (bax §§ 32-34) əsassızıdr.

48. Kassasiya şikayətinin § 32-də göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının malik olduğu “Usta” məharət dərəcəsinin iki pillə aşağı, 2-ci dərəcəli məharət dərəcəsinə endirilməsinə əsas olan maddi norma qismində N2-ci il 5 mart tarixli əmrin verildiyi vaxt qüvvədə olan “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.7-ci yarımbəndi çıxış etmişdir. Həmin yarımbəndə əsasən Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” elan edildikdə məharət dərəcəsi iki pillə aşağı endirilir.

49. İş materiallarına əlavə edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnaməyə və həmin əsasnaməyə N2-ci il 26 aprel tarixli dəyişiklik edilməsi barədə qərardan aydın görünür ki, Əsasnamə N2-ci il 26 aprel tarixinə kimi 37.2.7-ci yarımbəndini özündə ehtiva etmişdir.Ona görə də cavabdehin qəbul etdiyi qərar düzgün zaman və məkan çərçivəsində verildiyindən qanuni olmuşdur.

50. Kassator digər dəlilində § 33-də qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin halları ilə əlaqədar kifayət qədər araşdırma aparmışdır.İddiaçının pul tutqusundan xəbəri olmuşdur.Deməli onun N2-ci il 5 mart tarixli əmrdən xəbəri var idi.

51. Məhkəmə kollegi yası həmin dəlilə münasibətdə qeyd edir ki, iddiaçının aylıq məvacibindən pul tutulmaları barədə sübutlar iş materiallarında yoxdur.Cavabdeh orqan özü maliyyə təminatını həyata keçirən orqan olduğundan maaş cədvəllərinin məhkəməyə sübut qismində təqdim etmək elə də çətin məsələ olmamışdır.Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, maaşdan pul tutulması başqa səbəblərdən də mümkündür.Ona görə də həmin məsələni sübutetmə yükü cavabdehin üzərinə düşürdü.Cavabdeh isə məhkəməyə bunu sübut edə biləcək hər hansı sübut təqdim etməmişdir.

52. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş pul attestatından görünür ki, iddiaçının aylıq məvacibindən hər hansı pul tutulması olmamışdır.Əksinə attestatın c) və ç) bəndində qeyd edilib ki, “Usta” məharət dərəcəsi var.

53. Kassator sonuncu dəlilind ə qeyd etmişdir ki, “Ket dağı” adlanan yüksəklikdə yerləşən N nömrəli hərbi hissənin mobil rentransiyasında məntəqəsinin elektrik aqreqatlarının təmiri məqsədi ilə göndərilən qrupun göndərilməsindən belə iddiaçının heç bir məlumatı olmamışdır, onlar yuxarı komandanlığın əmri ilə gedib və bu faktlar araşdırılmadan, ona təqsiri olmadan cəza verilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, N2-ci il 5 mart tarixli əmr istinad edildiyi zaman qüvvədə olan əsasnamənin 37.2.7-ci yarımbəndinə istinad edilmişdir.

55. N2-ci il 5 fevral tarixli əmr hazırda iddianın predmetini təşkil etmir, qanuni yoxsa qanunsuz olmasına baxılmır.İddianın predmeti olan N2-ci il 5 mart tarixli əmr həmin əmrin əsasında imzalanıb və əsasnamənin tələbinə uyğun olub.

56. Odur ki, N2-ci il 5 mart tarixli əmrin ləğvin dai r iddianı rədd edərkən apellyasiya məhkəməsi haqlı olmuşdur.

57. Bəhs olunanlara əsasən kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun N3-cü il tarixli, 2- 1(105)250/N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar