Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2446/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan̈Respublikası̈adından Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyasının cavabdeḧAzərbaycan̈Respublikasının̈IqtisadiyyaẗNazirliyïyanındäDövlət VergïXidmətïBakı̈şəhərïLokal̈Gəlirlər̈Baş̈Idarəsinə̈qarşı̈iş̈üzrə Q̈Ə̈R̈ÄR̈İ (Açar sözlər : işin hallarının araşdırılması prinsipinin pozulması; “xxxx” sənədləri əsasında vergilərin hesablanması) Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarların və ƏDV uçotunun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN̈HALLARI
1. ünvan 1 ünvanında su filterlərinin satışı ilə məşğul olan İddiaçı barəsində pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi (VM 50.1.12), malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi (VM 50.1.13), Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq, təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan vergi ödəyicilərinin aşkar edilməsi məqsədilə ##.##.2023 - ##.##.2023 yoxlama dövrünü əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir.
2. Operativ vergi nəzarəti zamanı sənəd və nümunə kimi əşyaların götürülməsi haqqında ##.##.2023-cü il tarixli protokola əsasən, iki ədəd karton qutuda sənədlər, 1 ədəd “flash card” möhürlü vərəqlə qablaşdırılmışdır.
3. Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Audit şöbəsinin rəisi, R X5, dövlət vergi müfəttişi, R X1 və “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi X2 tərəfindən tərtib edilmiş akta əsasən, “xxxx” MMC-yə məxsus təsərrüfat subyektlərində keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı obyektindən götürülmüş 1 (bir) fləşkart qara rəngli 2.90 GB-tutumlu və 2 qutuda kağız daşıyıcıda sənədlərə ##.##.2023-cü il tarixdə Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin inzibati binasında, *** saylı otaqda zərfdən çıxarmaqla baxış keçirilmişdir (Baxış zamanı 2 qutuda - göy üzlüklü jurnal 27 ədəd, bloknot 11 ədəd, qovluq 11 ədəd, bağlama 2 ədəd, dəftər 26 ədəd, jurnal 11 ədəd, faylda sənədlər 8 ədəd, servis müddəti çatmış müştərilər barədə cədvəl 1 ədəd 1 (bir) qara rəngli Fləşkart -ümumi yaddaş həcmi 8GB-2.90B doluacer, Desktop, email, flash, LG, maaş, pc 3, pc 4 və Rəsmi adlarında papkaların “xxxx” MMC-nin sənədləri olduğu müəyyən olundu).
4. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə ##.##.2023-cü il tarixli **************** nömrəli bildirişdə qeyd edilmişdir ki, 2021-ci ilin yanvar-iyun aylarını əhatə edən keçirilmiş operativ nəzarət tədbirləri zamanı əldə olunmuş məlumatlara əsasən, Vergi Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq, sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduğundan 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməlidir. Qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda, vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacağı barədə xəbərdar olunmuşdur.
5. Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinə (95700012871) əsasən, “xxxx” MMC ##.##.2021-ci il tarixdən qüvvəyə minməklə, ##.##.2023-cü il tarixdə əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinə daxil edilmişdir.
6. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ####### 2023-cü il tarixli 2319022373547700, 2319022373550500, 2319022373551200, 2319022373552900, 2319022373553600, 2319022373554300, 2319022373567100, 2319022373570900, 2319022373573000, 2319022373576100, 2319022373578500, 2319022373583700, 2319022373615900, 2319022373622500, 2319022373628700, 2319022373631500, 2319022373634600, 2319022373636000, **************** nömrəli qərarları ilə iddiaçıya operativ vergi yoxlaması nəticəsində əldə edilən məlumatlar əsasında 2021-ci ilin iyul-dekabr ayları üzrə, 2022-ci ilin fevral-aprel və iyun-dekabr, 2023-cü ilin yanvar-mart ayları üzrə ƏDV hesablanmışdır.
7. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli 2419120440381000 qərar qəbul olunmuş və həmin qərara əsasən, kameral yoxlama nəticəsində 2023-cü ilin mənfəət vergisi üzrə iddiaçıya 38.178,91 manat əlavə vergi hesablanmışdır.
IŞ̈ÜZRƏ̈QƏBUL̈EDILMIŞ̈MƏHKƏMƏ̈AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ####### 2023-cü il tarixli 2319022373547700, 2319022373550500, 2319022373551200, 2319022373552900, 2319022373553600, 2319022373554300, 2319022373567100, 2319022373570900, 2319022373573000, 2319022373576100, 2319022373578500, 2319022373583700, 2319022373615900, 2319022373622500, 2319022373628700, 2319022373631500, 2319022373634600, 2319022373636000, **************** nömrəli, ##.##.2024-cü il tarixli **************** nömrəli qərarlarının və ##.##.2021-cil tarixdən qüvvəyə minən məcburi ƏDV qeydiyyatının ləğv olunmasını xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti su filtrlərinin satışı və servisi olmaqla, o, sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətində olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən isə keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticəsi olaraq (yoxlama zamanı əldə etdiyi sənədlər əsasında) iddiaçının ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixə qədər olan dövr ərzində təqdim edilmiş satış dövriyyəsinin 269.900,0 manat olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə verilməsi barədə ##.##.2023-cü il tarixli **************** nömrəli bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixə qədər aşkar edilmiş satış dövriyyəsinin 200.000,0 manatdan artıq olmasına baxmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınma ilə bağlı ərizə təqdim edilməmişdir. Iddiaçı isə cavabdeh vergi orqanının iddia etdiyi satış dövriyyəsi ilə razı olmadığı üçün ƏDV bəyannamələri təqdim etməkdən imtina etmişdir. Cavabdeh vergi orqanı iddiaçını məcburi qaydada ƏDV qeydiyyatına alaraq, ona ##.##.2023-cü il tarixli **************** nömrəli “ƏDV qeydiyyatı” bildirişi göndərmişdir. ƏDV qeydiyyat bildirişində göstərilmişdir ki, iddiaçının ƏDV məqsədləri üçün qeydiyyatı ##.##.2021-ci il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçını ## ######## 2023-cü il tarixdə ƏDV qeydiyyatına alsa da, # #### 2021-ci il tarixdən ƏDV qeydiyyat tarixinin qüvvəyə mindiyini göstərmişdir. Bundan başqa, operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq cavabdeh, guya, müəyyən etdiyi ƏDV dövriyyəsi əsasında (yoxlama zamanı əldə etdiyi sənədlər əsasında) 2021-ci ilin iyul-dekabr ayları üzrə, 2022-ci ilin fevral-aprel və iyun-dekabr, 2023-cü ilin yanvar-mart ayları üzrə ƏDV hesablamışdır. Eləcə də, 2023-cü təqvim ili başa çatdıqdan sonra cavabdeh vergi orqanı 2023-cü il üçün mənfəət vergisi bəyannaməsinin təqdim olunmasını tələb etmiş, iddiaçı həmin bəyannaməni sadələşdirilmiş vergi ödəyicisi olduğu və ƏDV dövriyyəsini qəbul etmədiyi üçün boş təqdim etmişdir. Bunun əsasında cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## #### 2024-cü il tarixli **************** nömrəli qərarla iddiaçıya 38.178,91 manat məbləğində mənfəət vergisi hesablamışdır.
10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, keçirilmiş operativ nəzarət tədbirləri zamanı əldə olunmuş məlumatlara əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində Vergi Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq, sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000,0 manatdan artıq olduğundan, vergi ödəyicisinin ##.##.2021-ci il tarixindən ƏDV məqsədləri üçün qeydiyyatı həyata keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000,0 manatdan artıq olduqda, ƏDV məqsədləri üçün qeydiyyatı növbəti ayın birinci günündə qüvvəyə minir. Mübahisələndirilən qərarlarla hesablanmış vergi məbləği operativ vergi nəzarəti zamanı əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri iddiaçının direktoru X2 iştirakı ilə həyata keçirilmiş, tərtib edilmiş aktlar imzalanaraq təsdiq edilmiş və nüsxələri qəbul olunmuşdur. Bundan əlavə, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərarda nəzarət tədbirinin əhatə etdiyi məsələlərdən biri də, təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə vergi ödəyicilərinin aşkar edilməsi halı olmuşdur. Digər tərəfdən, operativ vergi nəzarəti tədbiri keçirilən ünvan operativ vergi nəzarəti tədbiri keçirilən tarixdə hər hansı başqa ödəyici tərəfindən vergi orqanında uçota alınmamışdır. Qeyd edilənlərə əsasən, vergi orqanı tərəfindən sözügedən ünvanda operativ vergi nəzarəti tədbirinin keçirilməsi tam əsaslı və qanunidir. Eyni, sözügedən təsərrüfat obyekti OVN tədbiri keçirildiyi tarixdən sonra “xxxx” MMC tərəfindən vergi orqanında uçota alınmışdır. Vergi orqanının uçot-baza məlumatlarına nəzərə saldıqda, “xxxx” MMC ilə “xxxx” MMCnin eyni şəxslərə aidiyyəti müəyyən edilir və bu hal bir daha sübut edir ki, “xxxx” MMC ƏDV məqsədləri üçün vergi orqanında qeydiyyatdan yayınmaq məqsədilə bu cür sxem tətbiq etmişdir.
11. Bakı Inzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ####### 2023-cü il tarixli 2319022373547700, 2319022373550500, 2319022373551200, 2319022373552900, 2319022373553600, 2319022373554300, 2319022373567100, 2319022373570900, 2319022373573000, 2319022373576100, 2319022373578500, 2319022373583700, 2319022373615900, 2319022373622500, 2319022373628700, 2319022373631500, 2319022373634600, 2319022373636000, **************** nömrəli və ##.##.2024-cü il tarixli **************** nömrəli qərarlar, habelə ##.##.2021-cil tarixdən qüvvəyə minən məcburi ƏDV qeydiyyatı ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsinin əsaslandırması: 12.1. “xxxx” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “xxxx” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma, vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir. Bu mənada, cavabdeh “xxxx” sənədlərindən, yalnız həmin sənədlərin aşağıdakı aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər. Ilk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “xxxx” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir. Həmçinin, “xxxx” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir. Vergi orqanı tərəfindən bu tələblərə cavab verməyən “xxxx” sənədlərindən istifadə olunmaqla vergilərin hesablanması yolverilməzdir. 12.2. Hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə hər hansı qərar qəbul edilmədən həmin məlumatların vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilməklə digər yoxlamanın keçirilməsi üçün istifadəsi nəticəsində inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında kameral yoxlama nəticəsində qəbul etdiyi qərarını əsaslandırdığı və məsuliyyətə cəlbetmənin qanunauyğunluğu təsdiq olunmur. Belə ki, operativ vergi nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul edilmədən həmin tədbir nəticəsində əldə edilmiş məlumatlar vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumat hesab edilə bilməz. Bu mənada, cavabdeh tərəfindən aparılmış kameral yoxlamanın nəticəsində vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi qanuni deyil. 12.3. Digər tərəfdən, kameral vergi yoxlaması zamanı vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ iki halla məhdudlaşıb (VM-nin 37.4-cü maddəsi 2-ci hissəsi): -kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması və (və ya) - kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatların üzrlü əsas olmadan təqdim edilməməsi. Lakin həmin halların olduğu müəyyən edilmir. 12.4. Digər tərəfdən, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar üzrə vergilərin hesablanması: 1) ilk növbədə, qanunla müəyyən edilmiş qaydada əldə edilməli, 2) vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanı olmalıdır. Vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanına münasibətdə məhkəmə qeyd edilməlidir ki, vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatların ödəyici tərəfindən inzibati icraat çərçivəsində, xüsusilə kameral vergi yoxlaması zamanı mübahisələndirilməsi və faktiki halların araşdırılmasını tələb etməsi (məsələn, şahid ifadələri, üzləşmələr və s.) ağlabatan və mümkün hesab edilmir. Odur ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergilərin hesablanması konkret halda kameral vergi yoxlamasının məqsədlərinə uyğun hesab edilə bilməz. 12.5. Eyni zamanda, qeyd edilən sübutlar inzibati orqan tərəfindən əldə edilmədiyi və araşdırmanın predmeti olmadığı halda məhkəmə araşdırması ilə əldə edilərək tamamlanması inzibati məhkəmə icraatı qaydasında mümkün deyildir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də IPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin IPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma, hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. 12.6. Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “xxxx” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxsə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real satış həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının, həqiqətən, hər hansı əməliyyat aparmasını (məs.: alqı-satqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyrimümkündür. 12.7. Həmçinin, operativ vergi nəzarətinin məqsədlərinə uyğun olmadığından cavabdeh tərəfindən ekspert və mütəxəssis dəvət edilməmişdir. Belə olan halda, iddiaçının dövriyyəsinin necə hesablanması (kifayət qədər böyük məbləğdən söhbət gedir - ƏDV üzrə 227.272,25 manat, mənfəət vergisi üzrə 38.178,91 manat) ilə bağlı sual ortaya çıxır. Iş materiallarında isə iddiaçının real dövriyyəsinin hesablanması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. Həmçinin, “xxxx” sənədləri əsasında cavabdeh tərəfindən hesablama aparılarkən iddiaçının özünün bəyan etdiyi məbləğlərin nəzərə alınması, başqa sözlə, eyni əməliyyatın iki dəfə nəzərə alınıb alınmaması məsələsinə də aydınlıq gətirilməmiş, hesablamanın riyazi əsası konkret mötəbər sübutlara istinadla göstərılməmişdir. 12.8. Cavabdeh inzibati orqan yoxlama zamanı “xxxx” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real satış dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədənkənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. 12.9. Məhkəmə iddia tələbinin ƏDV ödəyicisi kimi uçotunun ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının məcburi ƏDV uçotu həmin kameral qərarlar əsasında şərtləndiyindən, mübahisələndirilən qərarların ləğvi iddiaçının məcburi ƏDV uçotunu da ləğv etməlidir. Tələbin qeyd edilən hissəsi IPM-in 32.1-ci maddəsinin ikinci hissəsinə əsasən faktiki olaraq mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasıdır. 12.10. Bununla yanaşı, qeyd edilən sənəd və məlumatların - “xxxx” MMC-nin təsərrüfat fəaliyyətini özündə əks etdirən 2 ədəd karton qutuda (27 ədəd göy rəngli jurnal, 11 ədəd qeyd bloknot, 11 ədəd qovluq, 2 ədəd bağlama, 26 ədəd dəftər, 11 ədəd jurnal, 8 ədəd faylda sənədlər, 1 ədəd servis müddəti çatmış müştərilər barədə cədvəl) kağız daşıyıcıda sənədlər və obyektdə quraşdırılmış kompüterlərin məlumat bazasından 2,9GB həcmində elektron məlumatlar bir ədəd elektron yaddaş kartına (flaşkart Spmarklı, qara rəngli, 8GB köçürülməklə, məhz iddiaçı “xxxx” MMC-nin direktoru X2 tərəfindən yoxlamaya təqdim edilməsi iş materialları ilə sübut olunur. Odur ki, işin hallarına uyğun olaraq iddianın təmin edilməsi məhkəmənin yuxarıda qeyd edilən mövqeyinə uyğun olaraq cavabdeh tərəfindən hər hansı tutarlı araşdırma aparılmaması ilə əlaqədardır. Lakin məhkəmənin qeyd edilən yanaşması heç bir halda mümkün vergidən yayınma halının araşdırılmaması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, operativ vergi nəzarəti nəticəsində əldə edilmiş sənəd və məlumatlar inzibati məhkəmə icraatı ilə əhatə olunmayan geniş həcmdə yoxlama tələb edir (alıcıların müəyyən edilməsi, izahatların alınması, zəruri olduğu halda üzləşmələrin aparılması). Odur ki, iddiaçı “xxxx” MMC-nin (vəzifəli şəxsinin) əməlində vergi ödəməkdən yayınma cinayətinin əlamətlərini aşkar etdiyi üçün bununla bağlı ayrıca akt qəbul etməklə prokurora məlumat verilməli olduğunu zəruri hesab edir.
13. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.Ismayılov) ## ##### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
KASSASIYÄŞIKAYƏTININ̈VƏ̈ONÄQARŞÏETIRAZIN̈DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri:
17. Cavabdehin kassasiya şikayətində işin hallarına, iddia tələbinə etirazın dəlillərinə istinad olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixli **************** nömrəli qərar ##.##.2024-cü il tarixli 3-21-2-3/2-380642/2024 (****************) nömrəli qərar ilə ləğv edilmiş və mənfəət vergisi üzrə hesablanmış 38.178,91 manat məbləğ 29.347,64 manat həddində azaldılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ̈EDILƏN̈HÜQUQ
19. Azərbaycan̈Respublikasının̈InzibatïProsessual̈Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN̈MÜMKÜNLÜYÜ,̈KASSASIYÄBAXIŞININ̈HƏDLƏRI
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYÄINSTANSIYÄMƏHKƏMƏSININ̈MÖVQEYI
22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçı ona operativ vergi yoxlaması nəticəsində əldə edilən məlumatlar əsasında 2021-ci ilin iyul-noyabr ayları üzrə, 2022-ci ilin fevral-aprel və iyundekabr, 2023-cü ilin yanvar-mart ayları üzrə ƏDV hesablanmasına, habelə 2023-cü il üzrə mənfəət vergisi hesablanmasına dair qərarları mübahisələndirir. ƏDV hesablanmasına dair qərarlarla bağlı qeydlər
25. Iddiaçıya operativ vergi yoxlaması nəticəsində əldə edilən məlumatlar əsasında 2021-ci ilin iyul-noyabr ayları üzrə, 2022-ci ilin fevral-aprel və iyun-dekabr, 2023-cü ilin yanvar- mart ayları üzrə ƏDV hesablanmışdır ki, bu məlumatlar operativ vergi nəzarəti zamanı sənəd və nümunə kimi əşyaların götürülməsi haqqında ##.##.2023-cü il tarixli protokola əsasən iki ədəd karton qutuda sənədlər, 1 ədəd “flash card”dan ibarət “xxxx” sənədləridir.
26. Qeyd edilməlidir ki, “xxxx” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma, vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir.
27. Bu mənada, cavabdeh “xxxx” sənədlərindən, yalnız həmin sənədlərin aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər.
28. Ilk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin, barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “xxxx” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir.
29. Bundan əlavə, “xxxx” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış-satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir.
30. Həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan IPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “Inzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Belə ki, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, bu qüsur IPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun. Vergi orqanının əlavə araşdırma aparıb-aparmamasından və götürülən məlumatlara iddiaçının iştirakı ilə baxış keçirilib-keçirilməməsindən asılı olmayaraq, VM-in 16.1.3-cü, 130.1-ci və 130.2-ci maddələrinin tələblərinin vergi ödəyicisi tərəfindən təmin olunmadığı, bu səbəbdən də vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadığı aşkardırsa, deməli, vergi orqanı ödənilməli olan verginin məbləğini əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən, VM-in 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanmaqla, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda isə, həmin mənfəəti (gəliri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablamaq hüququ əldə edir. Bu hüququn VM-in tələblərinə uyğun həyata keçirilibkeçirilmədiyi isə sonrakı araşdırmanın predmetidir və hüququn yaranma əsasına təsir etmir.
31. Bu baxımdan, qeyd olunan sənədlər aidiyyət, məzmun və yetərlilik meyarlarına cavab verməklə, iddiaçının sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirilmiş real əməliyyatlar barədə sistemli və ağlabatan məlumatları əks etdirdiyi və vergi orqanı tərəfindən konkret hesabat dövrləri üzrə vergitutma bazasının formalaşdırılması üçün əsas kimi qəbul olunduğu halda “xxxx” sənədləri əsasında aparılan hesablamalar inzibati icraat çərçivəsində qəbul edilə bilər.
32. Hazırkı iş üzrə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, götürülmüş elektron daşıyıcılarda olan məlumatların iddiaçıya aidiyyəti hər hansı şübhə doğurmur.
33. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş sənədlərdə şəxslərin adının, ünvanının, telefon nömrəsinin və s. əks olunduğu ətraflı məlumatlar olduğu halda, işə baxan apellyasiya instansiyası məhkəməsi bu məlumatların vergitutma bazasının formalaşdırılması üçün kifayət edib-etməməsi məsələsinə qiymət verməmişdir.
34. Xüsusilə, aşağı instansiya məhkəmələri iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, vergi orqanı tərəfindən vergilərin hesablanmasının əsası kimi istifadə edilmiş “xxxx” sənədləri müstəqil sübut kimi qəbul edilə bilməz və həmin sənədlər digər mötəbər sübutlarla kifayət qədər təsdiq edilməmişdir. Habelə, operativ vergi nəzarəti zamanı əldə olunmuş məlumatlar üzrə ayrıca qərar qəbul edilmədən həmin məlumatlardan kameral vergi yoxlamasında istifadə edilməsi yolverilməz olmuş, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tətbiqi üçün zəruri şərtlər təmin edilməmiş, vergi ödəyicisinə həmin məlumatların mötəbərliliyini və səhihliyini mübahisələndirmək üçün effektiv imkan verilməmişdir. Bundan əlavə, məhkəmələr “xxxx” sənədlərinin iddiaçıya məxsusluğunun, həmin sənədlərdə əks olunan məlumatların konkret təsərrüfat əməliyyatlarını və real dövriyyəni təsdiq etməsinin sübuta yetirilmədiyini, vergi orqanının əlavə araşdırmalar aparmadan və hesablamaların əsaslarını kifayət qədər açıqlamadan vergi hesablamaları həyata keçirdiyini qeyd etmişdir.
35. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı aşağıdakıları bildirir.
36. Ilk növbədə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi vergi orqanına mənbəyi bəlli olan digər məlumatlar, o cümlədən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş və rəsmiləşdirilməmiş əməliyyatları əks etdirən məlumatlar əsasında vergiləri hesablamaq səlahiyyəti verir. Qanunverici bu normanı qəbul etməklə məhz vergi ödəyicisinin rəsmi uçotunda əks etdirmədiyi əməliyyatların aşkar olunması və vergiyə cəlb edilməsi məqsədini güdmüşdür. Əks yanaşma, həmin normanın tətbiq sahəsini faktiki olaraq aradan qaldırmış olardı.
37. Bundan başqa, məhkəmənin operativ vergi nəzarəti nəticəsində əldə edilmiş məlumatların yalnız həmin tədbir üzrə ayrıca qərar qəbul edildikdən sonra istifadə oluna bilməsi barədə nəticəsi də qanundan irəli gəlmir. Vergi Məcəlləsində operativ vergi nəzarəti zamanı əldə edilmiş məlumatların digər nəzarət tədbirlərində və ya sonrakı yoxlamalarda istifadə edilməsini qadağan edən norma mövcud deyil. Əksinə, vergi nəzarəti tədbirləri zamanı əldə edilən məlumatlar vergi orqanının informasiya bazasının tərkib hissəsinə çevrilir və sonrakı inzibatçılıq tədbirləri üçün əsas ola bilər.
38. Məhkəmə həmçinin, kameral vergi yoxlamasının imkanlarını həddindən artıq məhdud şərh etmişdir. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumatlar əsasında vergilərin hesablanmasına imkan verir. Operativ vergi nəzarəti zamanı əldə edilmiş sənədlər və məlumatlar, məhz belə məlumatlar hesab olunur. Bu səbəbdən, həmin məlumatlardan istifadə edilməklə kameral qaydada verginin hesablanması özlüyündə qanun pozuntusu sayıla bilməz.
39. Digər tərəfdən, aşağı instansiya məhkəmələrinin "xxxx" sənədlərində müəssisənin möhürünün, rəhbərin və ya digər səlahiyyətli şəxsin imzasının olmamasını həmin sənədlərin sübut əhəmiyyətini azaldan hal kimi qiymətləndirməsi də mübahisəlidir. Belə yanaşma, “xxxx” anlayışının mahiyyətinə uyğun deyildir. Çünki, qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən, rəsmi uçotdan kənarda saxlanılan və məhz, vergidən yayınma məqsədilə aparılan qeydlərin müəssisənin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiqlənməsi işgüzar adətlərə və iqtisadi məntiqə uyğun hesab edilə bilməz. Əks yanaşma, o nəticəyə gətirib çıxarır ki, yalnız rəsmi qaydada tərtib edilmiş və bütün rekvizitlərə malik sənədlər sübut kimi qəbul edilə bilər. Halbuki, belə sənədlər artıq "xxxx" deyil, rəsmi mühasibatlıq sənədləri hesab olunur. Bu səbəbdən "xxxx" sənədlərinin sübut dəyəri onların formal rekvizitləri ilə deyil, məzmunu, əldə edilmə şəraiti, vergi ödəyicisinin fəaliyyəti ilə əlaqəsi və digər məlumatlarla uyğunluğu əsasında qiymətləndirilməlidir.
40. Sonuncu olaraq, məhkəmənin vergi orqanının əlavə araşdırma aparmalı olması ilə bağlı mövqeyi müəyyən hallarda əsaslı sayılsa da, əlavə araşdırmanın aparılmaması avtomatik olaraq əldə edilmiş sübutların hüquqi qüvvədən düşməsinə səbəb olmur. Məsələ hər bir iş üzrə mövcud sübutların məcmu halda qiymətləndirilməsi ilə həll edilməlidir. Əgər operativ vergi nəzarəti zamanı əldə edilmiş sənədlər məzmun etibarilə konkret əməliyyatları, malları, məbləğləri və dövrləri müəyyən etməyə imkan verirsə, həmin məlumatların vergi hesablamasının əsası kimi qəbul edilməsi mümkün hesab edilməlidir.
“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli 2419120440381000 qərarla bağlı qeydlər
41. Mübahisələndirilən qərarla iddiaçıya 2023-cü ilin mənfəət vergisi üzrə 38.178,91 manat əlavə vergi hesablanmışdır. Işə baxan aşağı instansiya məhkəmələri tərəfindən iddia həmin hissədə təmin edilsə də, hazırkı halda məhkəmə kollegiyası iddia tələbinin bu hissəsinin qanuniliyi və əsaslılığı ilə bağlı qiymətləndirmə aparılmasını ona görə zəruri hesab etmir ki, kassasiya şikayətinin dəlillərindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh tərəfindən 2023-cü ilin mənfəət vergisi üzrə 2025-ci il ## ###### tarixində yeni qərar qəbul edilmiş və əvvəlki hesablama 29.347,64 manat azaldılmışdır.
42. Odur ki, təkrar apellyasiya baxışında iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli 2419120440381000 qərarın ləğv edilməsi hissəsində mümkünlüyü müzakirə edilməlidir.
43. Beləliklə, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə kollegiyasının hazırkı qərarındakı hüquqi mövqeyi nəzərə almaqla, vergi orqanının hesablamalarının qanuniliyi ilə bağlı işin hallarını hərtərəfli araşdırmalı və iddianın əsaslılığına qiymət verməlidir.
44. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq noprmaları pozulduğundan, barəsində şikayət verilən qərar ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apelyasiya baxışına qaytarılmalı, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARÄALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.