Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2447/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “X2” MMC-nin cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Azər Hüseynov, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı “X2” MMC-nin cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 29 may 2019-cu il tarixli 2-1(103)1380/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 iyul 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X2” MMC-nin cava bdeh Dövlət Sərhəd Xidmətinə qarşı Xidmətin Sahil Mühafizəsinin əməkdaşlarının qanunsuz müdaxilələri nəticəsində “X2” MMC-yə vurulmuş 139500 manat maddi ziyanın və 139500 manat məbləğində mənəvi ziyanın, ümumilikdə 279000 manat məbləğində zərərin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək “X2” MMC-nin yerləşdiyi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Daşgil adlanan ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sxem üzrə ayrılmış akvatoriyasında hər hansı qanunsuz hərəkətlərin edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmiş ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə iddiaçının istifadəsinə ayrılmış vətəqə sahəsinin və dənizakvatoriyasının hüdudlarında sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş hər hansı qanunsuz hərəkətlərin qadağan edilməsi və qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən təqdim olunmuş siyahılar üzrə həvəskar balıqçıların rejim sularına çıxması üçün qeydiyyata alınmasının məcbur edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 24 aprel 2019-cu il tarixli iş № MXMT(81)-23/2019, (sədrlik edən hakim T.Əsədova) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkə məsinin 24 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işə apelyasiya qaydasında baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 29 may 2019-cu il tarixli iş № 2-1(103)-1380/19 (hakimlər V.Ağayev sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərardadı iləapelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsinin qərardadında “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” AR Na zirlər Kabinetinin 16 oktyabr 1992-ci il tarixli 560 nömrəli qərarı ilə (səhvən AR Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı qeyd edilmişdir) təsdiq edilmiş “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrinin saxlanılması Qaydalarının (2 nömrəli əlavə) 2-ci, 3-cü və 4-cü bəndlərinin tələbləri qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən bu tələblərin tam şəkildə yerinə yetirilməsi (yəni “Üzmə vasitəsinin qeydiyyat vəsiqəsi”nin alınması), bundan əlavə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təqdim etdiyi nümunələr üzrə vətəndaşların siyahılarının və şəxsiyyət vəsiqələrinin sürətlərinin rejim sularına çıxması üçün təqdim olunması qeyd edilməmişdir. Bundan əlavə, məhkəmə qeyd etmişdir: “...Həmin Qaydalarda qa nunvericiliyə uyğun olaraq təsərrüfat subyektləri tərəfindən təqdim olunmuş siyahılar üzrə həvəskar balıqçıların rejim sularına çıxması üçün qeydiyyata alınmasının məcburiliyi Xidmətin vəzifələrinə aid edilməmişdir”. Yəni, məhkəmə təsdiq edir ki, Dövlət Sərhəd Xidməti tərəfindən həvəskar balıqçıların və digər şəxslərin siyahılarını və sənədlərini rejim sularına çıxması üçün qeydiyyata alınması tələbi qanunsuzdur, çünki həmin Qaydalar ancaq üzmə vasitələrinin saxlanmasına aiddir. Lakin, məhkəmə müvəqqəti xarakterli müdafiə barədə qərardad çıxarmır. Bundan əlavə, sözügedən Qərarın 4-cü maddəsinin 2-ci abzasında qeyd edilmişdir ki, bu maddədə göstərilmiş motorlu və motorsuz üzmə vasitələrinin yanalma körpülərində uçota alınması və saxlanılması hissəsi Astara, Lənkəran və Xaçmaz rayonlarına şa mil edilsin. Yəni, üzmə vasitələrinin də Ələt qəsəbəsində qeydiyyata alınması qanunsuzdur. Azərbaycan Respublikasında ən yüksək və bir başa hüquqi qüvvəyə malik olan, o cümlədən Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyanın 7-ci maddəsinin İ hissəsinə əsasən - Azərbaycan dövləti hüquqi respublikadır və dövlətimizdə hər bir hüquq münasibəti mövcud normativ hüquqi aktların tələblərinə müvafiq qaydada həll olunmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019-cu il tarixli, 2-1(103)1380/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etm əyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 29 may 2019-cu il tarixli iş № 2-1(103)-1380/19 qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, bir inci instansiya məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 41.2, 43.1.1-ci maddələrinə, “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” AR Nazirlər Kabinetinin 16 oktyabr 1992-ci il tarixli 560 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrinin saxlanılması Qaydalarının (2 nömrəli əlavə) 2-ci, 3-cü və 4-cü bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardadı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, ərizəyə əla və edilmiş sənədlərdən görünür ki, “X1” MMC 18.12.2017-ci il tarixdə hüquqi şəxs kimi Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və ona ********** №-li VÖEN şəhadətnamə verilmişdir. AR ETSN X3 Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən MMC-yə 03.10.2018-ci il tarixli 175 №-li Balıqovlama Bileti verilmiş və həmin Departament tərəfindən MMC üçün ayrılmış vətəqə sahəsinin və su hövzəsinin sxemi tərtib edilmişdir. Hazırda iddiaçı öz ərizəsində iki tələb qeyd etmişdir. Xidmətə MMC-nin istifadəsinə ayrılmış vətəqə sahəsinin və dəniz akvatoriyasının hüdudlarında sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş hər hansı qanunsuz hərəkətlərin qadağan edilməsi və qanunvericiliyə uyğun olaraq MMC tərəfindən təqdim olunmuş siyahılar üzrə həvəskar balıqçıların rejim sularına ç ıxması üçün qeydiyyata alınmasının məcbur edilməsi. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin tələb mücərrəd olmaqla yanaşı konkret olaraq hansı qanunsuz hərəkətlərin qadağan edilməsi ərizədə göstərilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin birinci tələb hissəsində dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı tərəfindən son olaraq tələb hazırkı vəziyyətdə qoyulmuşdur. Buna görə də ərizə birinci tələb hissəsində təmin edilməməlidir. Digər tələblə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, AR Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə “Balıq və digər su bioresursları ovunun Qaydaları” “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməy ən üzmə vasitələrinin saxlanılması Qaydaları” təsdiq edilmişdir. “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrinin saxlanılması Qaydaları”nın 2-ci bəndinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində qeydiyyata alınmış balıqçılıq, ovçuluq, elmi tədqiqat, idman gəmiləri, mühərrikli və mühərriksiz digər üzmə vasitələri sərhədboyu zonanın, habelə dəniz sahilinə bitişik inzibati ərazi vahidlərinin ərazisində olduqda, sərhəd mühafizə orqanlarının ən yaxın bölməsində də qeydiyyata alınmalıdır. Sərhəd mühafizə orqanları tərəfindən üzmə vasitələrinə “Üzmə vasitəsinin qeydiyyat vəsiqəsi” verilir. Həmin Qaydaların 3-cü bəndinə əsasən dən iz sahilində 20 kv dərinliyə qədər Kür çayında və kiçik Kirov körfəzində istifadə olunan bütün özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələr də qeydiyyatdan keçməlidirlər. Həmin Qaydaların 4-cü bəndinə əsasən vətəndaşların dənizin sərhəd mühafizəsi orqanları tərəfindən mühafizə olunan sahilinə gəldiyi özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrin onların sahibləri sərhəd mühafizəsi orqanlarının yaxındakı bölməsində müvəqqəti uçota aldırmalı və üzmə vasitələr müəyyən olunmuş yanalma körpülərində, daimi dayanma məntəqələrində saxlanılmalıdırlar. Həmin Qaydalarda qanunvericiliyə uyğun olaraq təsərrüfat subyektləri tərəfindən təqdim olunmuş siyahılar üzrə həvəskar balıqçıların rejim sularına çıxması üçün qeydiyyata alınmasının məcburiliyi Xidmətin vəzifələrinə aid edilməm işdir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı tələb əsaslı olmadığından rədd edilməlidir. Eyni zamanda bu növ müvəqqəti xarakterli müdafiə tədbirinin iddiaçı üçün hansı hüquqi maraqla bağlı olduğu anlaşılmazdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəlləsinin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Həmin Məcəlləsinin 43.1.1-ci maddəsinə görə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsas sayılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29 may 2019-cu il tarixli qərardadı dəyişdirilm ədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X2” MMC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 29 may 2019-cu il tarixli 2-1(103)-1380/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2447/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2447/2019
24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver