Məhkəmə qərarları › İş №2-1(102)-2447/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2447/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2447/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanı nda Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********256400 nömrəli, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-424/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********256400 saylı qərardan görünür ki, kameral yoxlaması nəticəsində İddiaçı 3104.65 manat vergi məbləği hesablanmışdır. 2. “İnzibati şikayətin təmin edilməməsi haqqında” ** ********875300 saylı, 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı kameral yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi, xx.xx.2022-ci il tarixli **********256400 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli, 125 nömrəli qərarından görünür ki, İddiaçı şikayəti təmin edilməmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********256400 nömrəli və İnzibati şikayətin təmin edilməməsi haqqında” **********875300 saylı, 05 noyabr 2022-ci il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AK TLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********256400 nömrəli, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2021-ci ilin gəlir vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə № **********256400 saylı, 28 sentyabr 2022-ci il tarixli vergilərin, sos ial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərar qəbul edilmişdir. Həmin Qərardan iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə yuxarı vergi orqanı olan Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması Baş İdarəsinə şikayət verilmişdir. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin **********875300 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin **********875300 saylı, xx.xx.2022ci il tarixli Qərarından iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayət verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şur asının 125 nömrəli 23 dekabr 2022-ci il tarixli Qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 125 nömrəli 23 dekabr 2022-ci il tarixli qərarı sifarişli poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada iddiaçıya çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1 və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətin in 2 saylı Ərazi Baş İdarəsi tərəfindən kameral vergi yoxlaması barədə **********025000 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarın qəbul edilməsinə əsas - Qarşılıqlı əlaqələrin təhlili nəticəsində 2020-ci il üzrə mal qalığınızın 77338,86 manat və 2021-ci il ərzində 277,31 manat elektron qaimə faktura üzrə əldə edilən xərclər olmaqla, ümumilikdə 77616,17 manat xərclərinizin olmasına və aktiv təsərrüfat subyektinizin (obyektinizin) olmamasına baxmayaraq, həmin dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Kənarlaşma üzrə “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsas ən 77616,17/5=15523,23*20%=3104,65 manat vergidən yayınma riski yaranmışdır. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktın qanunsuz olduğundan ləğv edilməsi barədə yuxarı inzibati orqana verdiyimiz şikayətlərdə də qeyd edilmişdir ki, Fəaliyyətdə olduğum dövr ərzində 8953.05 manat vergi və 620.46 manat sosial ödənilmişdir. xx.xx.2019-cu il tarixdə fəaliyyətim dayandırılmışdır. xx.xx.2021ci il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Operativ vergi nəzarəti çərçivəsində mal qalığına baxış keçirilmiş və idarə əməkdaşları tərəfindən akt tərtib edilmiş və 77338.86 manat məbləğində mal qalığı müəyyən edilmişdir. Təsərrüfat subyekti qeydiyyat ərizəsi xx.xx.2016-cı ildə olmuş və obyekt xx.xx.2019-cu ildə ləğv edilmişdir. 2017-ci il ərzində alış 83144.8 8 manat, satış 12044.00 manat olmuşdur. 2018-ci il üzrə alış 129739.91 manat, satış 135907.75 manat olmuşdur. 2019-cu il üzrə isə 35189.74 manat mal alınmış və 357.67 manat mal satılmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2017/2023 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia rədd edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********256400 saylı qərar əsaslı olaraq qəbul edildiyindən, onun iddiası əsassızdır. Vergi ödəyicisi ərzaq mallarının pərakəndə satışı ilə məşğul olmuş, 2019-cu ildən fəaliyyətini dayandırmış, mal qalığı olaraq qalan malları dostuna məxsus zir zəmidə saxlamış, sonradan qalan malın bir hissəsi istifadə müddəti bitdiyi üçün yararsız hala düşmüş, bir hissəsinin şəxsi istifadə məqsədləri üçün istifadə edilmiş, qalan hissəsi isə ianə olaraq paylanmışdır. Qeyd edilən məlumatlar vergi ödəyicisinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilsə də, həmin halları təsdiq edən hər hansı sənəd (akt və s.) məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən yuxarıda qeyd olunan normaların tələbinə uyğun olaraq həyata keçirilmiş kameral yoxlama nəticəsində iddiaçının barəsində haqlı olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********256400 saylı qərar qəbul edilmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-424/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Babayeva və İ.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində kameral vergi yoxlaması keçirilən zaman AR VM-in 37.4-cü maddəsinin tələblərini düzgün tətbiq etməmiş, həmin maddənin, maddi hüquq normasının tələblərinin pozulduğunu nəzərə almamışdır.

13. Eyni zamanda iş materiallarında olan inzibati icraat materialları və cavabdeh inzibati orqanın nümayəndəsinin birinci instansiya məhkəməsində keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin ona verdiyi suallara verdiyi cavablarla təsdiq edilir ki, iddiaçı tərəfindən bütün sənədlər cavabdeh inzibati orqana təqdim edilmişdir. Belə olduğu halda cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq edə bilməzdi.

14. Cavabdeh inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 67.14-cü maddəsini düzgün tətbiq etməmiş, maddi hüquq normasının tələblərini pozmuş, iddiaçıya qanunsuz və əsassız olaraq, əlavə vergi məbləği hesablayarkən, hansı əlaqəli məlumatlardan istifadə etdiyini, öz qərarında əsaslandırmamışdır.

15. Hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla t əsdiq olunmur. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur.

16. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin e dilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərarda dı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən öz mövqeyini bununla əsaslandırmışdır ki, “vergi ödəyicisinin 2020-ci ilin sonuna qeyd edilən məbləğdə mal qalığı olduğu halda və növbəti il üzrə həmin mallara dair hesabat məlumatlarının təqdim edilməsinin və uçotunun aparılmasının zəruruliyi barədə məlumatlı olduğu halda, bu barədə heç bir sənədləşdirmə (yararsız hala düşməsi, şəxsi istehlak məqsədilə istifadə edilməsi və ya ianə şəklində paylanmasına dair akt tə rtib edilməsi ya digər formada (videogörüntü, fotoşəkil) rəsmiləşdirmə)) işləri aparmamışdır. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 2020-ci il üzrə mal qalığı kimi mövcud olmuş malların, sonradan mövcud olmaması halının onların təqdim edilməsi kimi qiymətləndirilməsi və bu əsasla da əlavə vergi məbləğinin hesbalanması ilə bağlı hərəkətləri qanuni və əsaslı olmuşdur”.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən hüquqi mövqeyi ilə razı deyil və qeyd etməyi zəruri hesab edir ki, işin halları tam və hərtərəfli araşdırılmamışdır.

22. Belə ki, cavabdehin mübahisə predmeti olan 28 sentyabr 2022-ci il tarixli, **********256400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” adlanan qərarı işin 44-cü səhifəsində mövcuddur.

23. Qeyd edilməlidir ki, həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq tədqiq edilməmiş, nəticə etibarı ilə də iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə aktı qəbul edilmişdir.

24. Belə ki, 28 sentyabr 2022-ci il tarixli kameral yoxlama nəticəsində tərtib edilmiş qərarının 3 və 3.1-ci bəndlərinə görə 2021-ci il bəyannamə və hesabat dövrü üzrə iddiaçıya 3.104,65 manat əlavə vergi hesablanmışdır.

25. Həmçinin qeyd edilməlidir ki, 28 sentyabr 2022-ci il tarixli sözügedən kameral vergi yoxlaması aktının 6-cı bəndində yazılmışdır ki, “bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat (**********46500, ********).”

26. Lakin cavabdehin xx.xx.2022-ci il tarixli, **********46500 saylı qərarı iş materiallarında mövcud deyildir.

27. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin xx.xx.2022-ci il tarixli kameral vergi yoxlaması qərarının 5-ci bəndində göstərilmişdir ki, “bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı”, yəni cavabdeh qərarda yazır ki, 2021-ci il üzrə iddiaçı tərəfindən bəyannamə və hesabat təqdim edilmədiyinə görə gəlir vergisi əlaqəli məlumata əsasən hesablanmışdır.

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin 41-ci səhifəsində xx.xx.2022-ci il tarixli kameral vergi yoxlamasına dair başqa bir qərar var və orada yazılmışdır ki, “Bəyannamə və hesabat növü: gəlir vergisi, Bəyannamə v ə hesabat dövrü: 2021-ci il, bənd -1 bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 3.104,65 manatdır”.

29. Beləliklə cavabdeh tərəfindən aparılmış iddiaçının 2021-ci ilə görə gəlir vergisi üzrə 3 ədəd kameral vergi yoxlaması qərarı mövcuddur ki, onların ikisi, yəni xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli işdə var, xx.xx.2022-ci il tarixli qərar isə işdə yoxdur ki, halbuki xx.xx.2022-ci il tarixli qərar apellyasiya məhkəməsi tərəfindən tələb edilməli idi.

30. Bununla yanaşı qeyd edilməlidir ki, işdə (iş səhifəsi 25) iddiaçının cavabdehə təqdim etdiyi gəlir vergisi üzrə 2020-ci ilə dair bəyannamə var, lakin həmin bəyannamədə nə gəlir haqqında, nə də xərc haqqında məlumat yoxdur.

31. İddiaçının 2021-ci ilin gəlir ver gisi haqqında 2021-ci il tarixinə dair bəyannamə işdə mövcud deyildir ki, həmin məsələnin araşdıırlması üçün, yəni iddiaçının gəlir vergisi üzrə 2021-ci ilə dair bəyannamənin təqdim edilib-edilməməsinin araşdırılması məqsədi ilə vergi ödəyicisinin (iddiaçının) şəxsi vərəqəsinin tələb edilməsi mütləqdir.

32. Bununla yanaşı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, mübahisə predmeti olan 28 sentyabr 2022-ci il tarixli kameral vergi yoxlaması qərarının hesablanmış vergilərin əsaslandırılması hissəsində yazılmışdır ki, “qarşılıqlı əlaqələrin təhlili nəticəsində 2020-ci il üzrə mal qalığınızın 77338,86 manat və 2021-ci il ərzində 277,31 manat elektron qaimə faktura üzrə əldə edilən xərclər olmaqla, ümumilikdə 77616,17 xərclərinizin olmasına və aktiv təsərrüfat subyektinizin (obyektinizin) olmamasına baxmayaraq, həmin dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Kənarlaşma üzrə “Vergi ödəyicisinin əldə etdiyi mənfəət (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən 77616,17/5=15523,23*20%=3104,65 manat vergidən yayınma riski yaranmışdır”.

33. Beləliklə, cavabdehin 28 sentyabr 2022-ci il tarixli kameral vergi yoxlaması qərarında iddiaçının 2021-ci il üzrə gəlir vergisini, özünün də göstərdiyi kimi, 2020-ci il üzrə mal qalığına, yəni 77338,86 manata görə hesablanmışdır ki, bu da Vergi Məcəlləsinə uyğun olmamaqla yolverilməzdir.

34. Belə ki, 2020-ci il üzrə gəlir vergisinə dair təqdim edilmiş bəyannamədə öz əksini tapmış 77338, 86 manat məbləğinin 2021-ci ilin qərarına daxil edilməsi əsassızdır, belə ki, iddiaçının bu məbləğ üzrə öhdəlik dövrü 2021-ci ili deyil, 2020-ci ilə təsadüf edir.

35. Həmçinin malın təqdim edilməsinə dair sübutlar işdə yoxdur.

36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 14 may 2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(105) -424/2024 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar