Məhkəmə qərarları › İş №2-1(102)-2448/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2448/2019

21.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2448/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı, E.Lətifovun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış otağına qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ziyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1266/2019 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tər əfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanının yanındakı qeyri-yaşayış otağına qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi ziyan olaraq qaz sayğacının məbləği miqdarında, ortalıq 400 manat, mənəvi ziyan olaraq 12.500 manat və əldən çıxan gəlirin əvəzi olaraq ilə 2.500 manat hesabı ilə 10 il üçün 25.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması (toplam 50 (əlli) min manat) barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli 2-1(81)-1060/2019 saylı qərardadı ilə iş baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (hakim – E.Əliyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli 2-1(103)-1266/2019 saylı qərardadı ilə (hakimlər S.S.Seyidova, V.M.Məmmədov və İ.B.Əhmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, apellyasiya məhkəməsinin aidiyyətlə bağlı qərardada qəbul etməsinə əsas icraatın ayrılması barədə qərardaddan irəli gəlmiş, apellyasiya məhkəməsinin qərardadı Ali Məhkəmənin bundan əvvəl işə baxılarkən qəbul etdiyi qərara uyğun deyildir, işə baxılarkən həmçinin MPM-nin 31.2-ci maddəsinin müddəaları nəzərə alınmamışdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edils ə də, onun nümayəndəsi və vəkili heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdehinməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə al araq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halla rın yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1266/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarına əsasən o nəticəyə gəlmişdir ki, Cavabdeh ünvanı ünvan 2axımından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aiddir İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2010-cu il tarixli 310 saylı Fərm anı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayət məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Əlavəyə əsasən Bakı şəhəri, Xətai rayonu 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinin tələbinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəs inə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddianın baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməsi barədə qanuni nəticəyə gəlmişdir, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Cavabdeh ünvanı ünvan 3 baxımından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olduğunu, həmçinin qeyri yaşayış sahəsinin də Bakı şəhəri, ünvan 1 ünvanında yerləşdiyini nəzərə alaraqkassasiya şikayətinin dəlillərini əsassız hesb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında ba xan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1266/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1266 /2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar