Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2448/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; quraşdırıcı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-382/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində (3.6) metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-in 11 noyabr 2022-ci il tarixli 48 nömrəli arayışında İddiaçı xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı-çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi quraşdırıcı-çilingər peşəsi yuxarıda qeyd olunmuş qərarla təsdiq olunan siyahıda nəzərdə tutulan metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşə sinə uyğun deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (3 il 29 gün (xx.xx.1987xx.xx.1987-ci il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrləri)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.19 61-cı il tarixdə anadan olmuşdur. Hal-hazırda “X3" QSC-də çalışır. xx.xx.2022-ci il tarixində ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdehin **********5 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşəyə aid olmaması göstərilmişdir. Cavabdehin imtinası əsassızdır. Bel ə ki, o, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək Ermənistanın Yexenadzor rayonunun Kovuşuq heyvandarlıq sovxozunda fəhlə işləmiş; xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olmuş; xx.xx.1982-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək Ermənistanın Yexenadzor rayonunun Kovuşuq heyvandarlıq sovxozunda fəhlə; xx.xx.1986-cı il tarixindən 13.04,1994-cü il tarixinədək "Mərkəzi Domna Təmir” Sumqayıt Təmir Quraşdırma İdarəsində metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı; xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək "AzMSTT" birliyinin Tikinti Mexanizmləri İdarəsində Dəmiryollarının təmiri sahəsində təmirçi çilingər; xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək “Nurtam" Müştərək Müəssisəsində ştamplayıcı; xx.xx.20 03-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "Domnatəmir” Təmir Tikinti Quraşdırma İdarəsinin Mexaniki-quraşdırma sahəsində quraşdırıcı-çilingər; xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək “Azərboru" ASC-nin Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsində quraşdırıcı-çilingər; xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək “SEMOCO" MMS-də Mexaniki xidmətin mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər işləmiş; xx.xx.2020-ci il tarixindən halhazıradək "X3" QSC-də (3-cü İstehsalat Sahəsi -Azərboru) Təmir-Tikinti və Rekonstruksiya İşləri şöbəsində mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləyir.
5. Onun "xxxx" ASC-nin Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsində işlədiyi quraşdırıcı-çilingər peşəsi "xxxx" ASC-nin xx. xx.2022-cı il tarixli 48 saylı arayışına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin "metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları" peşəsinə uyğun olmaqla güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Həmin Siyahının 3.6-cı bəndində avadanlığın təmiri ilə məşğul olan çilingərlər peşəsi də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. X1 Təmiri və İstismarı İdarəsinin adından da göründüyü kimi quraşdırıcı-çilingər daim metallurgiya sobalarının (avadanlıqların) quraşdırılması və təmiri ilə məşğul olur. Onun işlədiyi sahə, yəni Metallurgiya İstehsalatı (Qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Eyni zamanda onun "xxxx" ASC-də X1 Təmiri və İstismarı İdarəsi də əmək şəraitinə görə zərərli və ağır sahə sayılır. Artıq neçə illərdir ki, "xxxx" ASC-nin onunla eyni peşədə çalışmış işçilərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Bundan başqa, onun xx.xx.1986-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək işlədiyi "Mərkəzi Domna Təmir” Sumqayıt Təmir Quraşdırma İdarəsi (metallurgiya zavodlarının avadanlıqların ın quraşdırıcısı) və xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi “Domnatəmir” Təmir Tikinti Quraşdırma İdarəsi (quraşdırıcı-çilingər) "xxxx" ASC-nin ərazisində fəaliyyət göstərmişdir. Qeyd olunan bu idarələr eyni idarə olmuşdur. Belə ki, "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsinin adı dəyişdirilərək sonradan "Domnatəmir" Təmir Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. Həmin idarə "xxxx" ASC-nin marten sobalarının, boruyayma dəzgahlarının və digər əsas avadanlıqların təmiri sahəsi üzrə həmin müəssisəyə xidmət göstərmişdir, yəni onun faktiki iş yeri "xxxx" ASC (keçmiş Azərbaycan Boruyayma zavodu) olmuşdur. Lakin, həmin idarə ləğv olunduğu üçün oradan arayış ala bilmir. Eyni zamanda, xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" MMC-də (təmirçi-çilingər) işlədiyi zaman faktiki iş yeri "Azərboru” ASC ("X3" QSC- nin 3-cü İstehsalat Sahəsi) olmuşdur. Lakin, həmin cəmiyyət də ləğv olunduğu oradan arayış ala bilmir.
6. İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 60 yaşı tamam olduğu gündən, yəni xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim olunan arayışlar: 7. “X3” tərəfindən verilmiş X-Y-2024 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa görə, iddiaçı xx. xx.2020-ci il tarixdən “X3” QSC-in (Bundan əvvəl “X3” MMC-in) Təmir-tikinti və rekonstruksiya işləri şöbəsində isti və zərərli iş şəraitində mexaniki avadanlıqlarının təmiri üzrə təmirçi-çilingər peşəsinə işə qəbul edilmiş və hal-hazırda həmin şöbədə əmək fəaliyyətini davam etdirir. Qeyd edilmiş peşə (vəzifə) hazırda “X3” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır. Belə ki, "mexaniki avadanlıqlarının təmiri üzrə təmirçi-çilingər" peşəsi Siyahının 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.2 Polad və ferroərintilər istehsalatı bəndinin (a) Fəhlələr yarımbəndin də "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" peşəsi ilə eynilik təşkil edir. 8. "xxxx" Azərbaycan Yayma Zavodu tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, 48 saylı araşdırıcı arayışa əsasən, iddiaçı xx.xx.2006-cı il tarixində "xxxx" ASCnin Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsinə quraşdırıcı-çilingər peşəsinə işə qəbul edilmiş və xx.xx.2016-cı il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. (Əsas: Vətəndaşın əmək kitabçası, T-2 kartı.) Qeyd edilmiş quraşdırıcı-çilingər peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının tə sdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’’nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitifi və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları" peşəsinə uyğundur. 9. “Azərboru" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı "xxxx" ASC-də X1 Təmiri və İstismarı İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və koruor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində nəzərdə tutulmuş sahə ilə eynilik təşkil edir. Həmçinin, İddiaçı işlədiyi quraşdırıcı-çilingər peşəsi həmin bəndin (a) fəhlələr yarımbəndinin “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları” peşəsinə uyğundur. Belə ki, məlum olduğu kimi “çilingər” peşəsində çalışan işçilər metaldan hazırlanmış avadanlıq və əşyaların təmiri və eyni zamanda quraşdırılması işlərini həyata keçirirlər. Göründüyü kimi istinad olunan peşədə də məhz metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları, yəni konkret olaraq təmir ilə məşğul olan quraşdırıcı nəzərdə tutulmuşdur. Müvafiq olaraq da vəzifə təlimatından da göründüyü kimi quraşdırıcı-çilingər tərəfindən həm təmir işləri aparılmış və eyni zamanda quraşdırılma işləri ilə həyata keçirilmişdir. Eyni zamanda "xxxx" ASC Azərbaycan Respublikasında metallurgiya üzrə aparıcı müəssisələrdəndir və müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Cavabdehin etirazları:
10. Cavabdehin yazılı etirazının dəlillərinin əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Sumqayıt İnzibati Məhkəməs inin xx.xx.2023-cü il tarixli 2-1(118)-1836/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, cavabdeh tərəfindən nəzərə alınan dövrlər 3 il 29 gün (xx.xx.1987- xx.xx.1987-ci il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə vəzifə uyğunsuzluğu ilə bağlıdır.
13. Cavabdehin mövqeyi ondan ibarətdir ki, xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi quraşdırıcı-çilingər peşəsi metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğun deyil.
14. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş arayışlar və vəzifə təlimatı ilə iddiaçının işlədiyi işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Me tallurgiya sobalarının təmiri. Dolomitifi və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları" peşəsinə uyğun olduğunu deməyə əsas verir. Lakin cavabdeh inzibati orqan bununla bağlı hər hansı araşdırma aparmadan, iddiaçının hansı işləri gördüyünü müəyyən etmədən əsaslandırılmamış imtina etmişdir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. İş apellyasiya instansiya məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, protokol qərardadla ərizə məhkəmə icraatına qəbul edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-382/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1836/2023 saylı qərarı dəyişdirilmiş, iddia təmin edilməklə, İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə və vəzifə üzrə işlədiyi dövrlər nəzərə alınmaqla qanunla tələb edilən azı 12 il 6 ay güzəştli iş stajının ol ması ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
19. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur.
20. İddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üç şərt (yaş həddi, ümumi və güzəştli iş stajına ai d) ödənilsə də, pensiya kapitalına aid olan şərt ödənilmədiyindən, həmin yaşda iddiaçının pensiya hüququ yaranmamışdır.
21. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının pensiya hüququnun yaranması əsasları düzgün müəyyən edilməmiş, bu istiqamətdə iddiaçıya hüquqi yardım göstərilməsi təmin edilməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər ödənildiyindən, iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilməsi təklif edilmişdir. Nəticə etibarilə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
23. İndiki halda iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər ödənildiyindən, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia tələbi təmin edilməlidir.
24. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələb inin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.
26. Şikayətdə, həmçinin qeyd olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan güzəştli iş stajına malik deyil. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan güzəştli iş stajına malik deyil.
27. Belə ki, iddiaçı V.X2 təqdim etdiyi "xxxx" ASC- nin 11 noyabr 2022-ci il tarixli 48 nömrəli ona dair arayışında xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı-çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi quraşdırıcı-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində (3.6) metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğun deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (3 il 29 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasında kı dövrlər)) təşkil edir.
28. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisəli ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri 29.İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısın da nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”
3. Metallurgiya istehsalatı 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması a) fəhlələr:... metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları
32. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikay əti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayə tçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərt ərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının yaşı və ümumi iş stajı ilə bağlı şərtlər cavabdeh tərəfindən mübahisələndirilmir. Mübahisəli məqam iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edi lməsi üçün qanunvericiliklə tələb olunan güzəştli iş stajına malik olmaması ilə bağlıdır. Cavabdeh hesab edir ki, iddiaçının işlədiyi quraşdırıcı-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində (3.6) metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğun deyil.
39. Məhkəmə kollegiyası cavabdehin qənaətini əsaslı hesab etmir. Bel ə ki, iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilən araşdırıcı arayışlardan, eləcə də vəzifə təlimatından bu qənaətə gəlmək olur ki, iddiaçının işlədiyi peşə və vəzifələr yuxarıda istinad edilən Siyahıda nəzərdə tutulmuş metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğundur və ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verir.
40. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-382/2024 nömrəli qərarı dəyişdirilmədən saxl