Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2448/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-90/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il tarixdə Goranboy rayonu, Borsunlu kəndində doğulmuşdur.
2. İddiaçıya məxsus DT-İ seriyalı, 756196 nömrəli diploma görə, o, 1978-ci ildə Kirovabad politexnik texnikumuna daxil olmuş, 1982-ci ildə həmin texnikumun sənaye müəssisələrin və qurğularının elektrik avadanlığı ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının xx.xx.198 2-ci il tarixli qərarı ilə ona texnik elektrik ixtisası verilmişdir.
3. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1988-ci tarixdən xx.xx.1992-ci il tarixədək “X7” İB-də süpürgəçi, daha sonra "xxxx" ASC-də (keçmiş Kirovobad Alüminium zavodu) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cı il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X4 4-cü dərəcə ilə elektrik çilingəri, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək X4 elektrik sazlayıcısı işləmişdir.
4. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 20 avqust 2018-ci il tarixli, 371/5 nömrəli arayışda, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək sanitar, xx.xx.1987-ci il tarixdən 16 iyul 19 87-ci il tarixədək aşpaz, 16 iyul 1987-ci ildə isə mətbəx işçisi vəzifəsində işləməsi qeyd olunmuşdur. 5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 54 nömrəli arayışda qeyd edilmişdir ki, iddiaçının "xxxx" ASC X5 Sahəsində xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixədək maşinist işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2110A030-14042 kodu ilə nəzərdə tutulmuş zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimin yuyulması ilə məşğul olan xü susi geyimin yuyulması və təmiri üzrə maşinist peşəsinə (X bölmə, yarımbölmə 10a. Kimya istehsalatı) və xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsi həmin Siyahıda 2140000a18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə, yarımbölmə 13a.Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur.
6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin 50/107 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2012-ci il tarixindən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyə görə əmək pe nsiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etmişdir.
7. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingəri vəzifəsi nəzərdə tutulmadığından həmin dövrlərin güzəştli staja daxil edilməsi mümkün deyildir. Güzəştli staj 12 il 06 aydan az olduğundan (06 il 11 ay 03 gün (xx.xx.1992 - xx.xx.1999)) İddiaçı güzəştli şərtlərlə pensiya hüququ yoxdur. 8. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 13- 5-3/2-2025 nömrəli məktubunda bildirilmişdi r ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 122 “c” saylı Sərəncamı ilə "xxxx" ASC-nin X8 Mərkəzi Gəncə “GilTorpaq” İstehsalat Birliyinə idarəetməyə verilmişdir. Yeni mülkiyyətçi, müəssisənin işəgötürəni-idarəetməyə verilmiş müəssisənin istehsal yönümlü fəaliyyət istiqamətini davam etdirməklə, işçilərin peşəsi, ixtisası və vəzifəsi üzrə gündəlik icra etdiyi işin xarakterini və əmək şəraitinin şərtlərini dəyişmədən - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54 və 55-ci maddələrinin müddəalarının şamil edilməsini təmin edərək, 56-cı maddənin şərtlərini tətbiq etmədən, Əmək Məcəlləsinin 63-cü maddəsinin “Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi”nin 1-ci hissəsinin “Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır.” müddəasına əsaslanaraq bütün işçilərlə yeni əmək müqaviləsi bağlanmış və işçilərin peşəsi, ixtisası və vəzifəsi üzrə gündəlik icra etdiyi işin xarakterini və əmək şəraitinin şərtlərini dəyişməmişdir. Beləliklə, yeni işəgötürən işçilərin peşəsi, ixtisası və vəzifəsi üzrə gündəlik icra etdiyi işin xarakterini və əmək şəraitinin şərtlərini dəyişmədən onların əvvəlki işəgötürənlə əmək şəraitinin şərtlərinə uyğun olan güzəştli şərtlərlə pensiya hüququnu qüvvədə saxlamışdır. Həmçinin həmin dövrdə Gəncə X1 strukturunda olan sex, sahə, bölmə və qovşaqların işçilərinə şamil edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ver ən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li əlavənin “1. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə və 2 №-li əlavənin “2. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Vİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” İstehsalatının (İste hsalatın kodu ********), a) fəhlələr bölməsinin (Bölmənin kodu-2140000a), “qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” peşəsinin (peşənin kodu-18455; Siyahı, istehsalat, bölmə, yarımbölmə və peşənin tam kodu 2140000a -18455) iş xüsusiyyətlərini və həmin peşənin nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququnu da qüvvədə saxlamışdır. Bununla da “elektrik çilingərləri”nin iş xüsusiyyətlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 №-li əlavənin 2 №-li Siyahısı”nın “Vİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc t əsərrüfatı” istehsalatına şamil olduğu da qüvvədə qalmışdır. Yəni, Gəncə İEM Gəncə GTİB-nə idarəetməyə verilmiş, istehsalat fəaliyyət istiqamətini dəyişmədən davam etdirmiş, işçilər isə əvvəlki funksiyalarını icra etmişlər. Dəyişən iş xüsusiyyətləri deyil, idarəetmə olmuşdur. Bütün hüquqlar və funksiyalar Elektrik stansiyalarına aid olduğundan dəyişmədən qüvvədə qalmışdır. Elektrik çilingərlərinin iş xüsusiyyətləri Elektrik stansiyalarına aid olduğundan xx.xx.2013-cü il tarixli Arayışla İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun 2 №-li Siyahısı”nın “Vİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” istehsalatına şamil edilməsi qanunvericiliyə uyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra – “iddi açı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək X5 Sahəsində işlədiyi illəri nəzərə alıb, ona güzəştli şərtlərlə pensiya təyin olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 1988-ci ildən “X7” İstehsalat Birliyində başlamışdır. Lakin onun 1992-ci ildən 2013-cü ilə kimi “X5 Sahəsi”nin X4 elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin müddət əmək kitabçasında qeyd edil mişdir. Buna baxmayaraq bu barədə ona Gəncə şəhər Dövlət Arxivi tərəfindən arxiv arayışı verilmiş və bu arayışda yuxarıda göstərdiyi müddət ərzində həmin müəssisədə işləməsi təsdiq olunur. Bu səbəbdən o, bu yaxınlarda pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş və həmin vaxt yuxarıda qeyd etdiyi iş stajını təsdiq edən arxiv arayışını və əmək kitabçasını təqdim etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən tamamilə əsassız olaraq ona imtina cavabı verilmiş və bildirilmişdir ki, xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “X5 Sahəsi”nin X4 elektrik çilingəri vəzifəsi yuxarıda qeyd olunan təmirçi çilingərlər vəzifəsinə uyğun deyil. Hesab edir ki, cavabdehin bu hərəkətləri onun hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir.
11. Cav abdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın "xxxx" ASC-nin Gəncə Giltorpaq X3 Elektrik Mərkəzində elektrik çilingəri kimi xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti güzəştli staj kimi nəzərə alınmadığı qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingər i vəzifəsi nəzərdə tutulmadığından həmin dövrləri staja daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətinin güzəştli staja aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün həmin illər güzəştli staj kimi nəzərə alınmamışdır. İş materiallarına əsasən, "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışda vətəndaşın müvafiq vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsinin müvafiq bəndində olan elektrik çilingəri vəzifəsi (2140000a-18455) ilə uyğunlaşdırılmışdır. Halbuki müvafiq ASC-nin fəaliyyət sahəsi metallurgiya sahəsi üzrədir. Müvafiq qərarda metallurgiya is tehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingəri vəzifəsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, İddiaçı işlədiyini qeyd etdiyi illər güzəştli staja daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubu əsaslıdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin x x.xx.2022-cü il tarixli, 2-1(114)-232/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – E.Axundov).
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə mübahisə predmeti İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Azəralüminium” ASC-nin Gəncə Giltorpaq X3 Elektrik Mərkəzində elektrik çilingəri vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja daxil edilib-edilməməsindən ibarətdir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 26 iyul 2013cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin X5 Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) X4 elektrik çilingəri vəzifəsində işləmişdir. Arayışda iddiaçının müvafiq vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsinin müvafiq bəndində olan elektrik çilingəri vəzifəsi (2140000a-18455) ilə uyğunlaşdırılmışdır. Halbuki, müvafiq ASC-nin fəaliyyət sahəsi metallurgiya sahəsi üzrədir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-35/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-232/2022 saylı qərarı ləğv edilmiş və yeni qərar qəbul edilmişdir. İddia tələbi təmin edilərək iddiaçıya xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək X5 Sahəsində işlədiyi illəri nəzərə alıb, ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (sədrlik edən – R.Mamedov, hakimlər – A.Bayramov, A.İsgəndərova).
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (qara metallar) bölməsinin (1) domna istehsalatı bəndində (3.36) növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingəri vəzifəsi (2140100a-19 931) nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi yuxarıda qeyd olunan növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingəri vəzifəsinə (2140100a-19931) uyğundur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. c Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1399/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023cü il tarixli, 2-1(104)-35/2023 nömrəli qərarı ləğv edilmişdir. İş tək rar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – N.Rəsulbəyova, hakimlər – İ.Hüseynov, K.Bədəlov).
19. Qərarda qeyd olunmuşdur ki, iddiaçının tələbi pensiya təyini ilə bağlı olduğundan, onun hansı yaşdan pensiya hüququnun yarandığı məsələsinə aydınlıq gətirilməli və bu istiqamətdə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım edilməlidir. Eyni zamanda, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən qərarın nəticə hissəsində iddiaçının pensiya hüququnun yarandığı tarix göstərilməməklə yanaşı, pensiya ödənişinin də hansı tarixdən aparılmalı olduğu qeyd edilməmişdir.
20. İş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayış mövcuddur. Arayışda iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsinin 2140000a-18455 koduna uyğunlaşdırıldığ ı qeyd edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçının işlədiyi vəzifənin arayışda 2140100a-19931 koduna uyğun olduğu qeyd edilmişdir. Halbuki arayışın məzmununda belə bir uyğunlaşdırma qeyd edilməmişdir. Bununla yanaşı, işə baxan məhkəmənin özü də iddiaçının işlədiyi vəzifəni həmin koda uyğunlaşdırmışdır.
21. Hazırkı halda iş materiallarında iddiaçının işlədiyi elektrik çilingəri peşəsinin nə qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə-Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı; kod:2140000a18455) vəzifəsinə uyğunluğunu, nə də növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilin gərlər) vəzifəsinə (İİİ bölmə - Metallurgiya (qara metallar); Domna istehsalı yarımbölməsi; kod: 2040100a-19931) uyğunluğunu təsdiq edən sənədlər yoxdur. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-91/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-232/2022 saylı qərarı ləğv edilmiş və yeni qərar qəbul edilmişdir. İddia tələbi təmin edilərək iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdehib üzərinə qoyulmuşdur (sədrlik edən – A.Hüseynzadə, hakimlər – R.Muradov, Ş.Rzaquliyev).
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarix li, 320 saylı qərarı ilə təsdiqlənmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında 2140000a-18455 kodunda qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələri Xİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı sahəsinə aid edilməklə, həmin sahənin əlvan metallurgiya sahəsi hesab olunan Gil-torpaq X3 Elektrik Mərkəzində ayrıca mövcud olması 1 nömrəli Siyahının 2140000a-1845 5 kodunda qeyd olunan peşənin iddiaçıya da aid edilməklə, güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilməsinə əsas verməkdədir.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. d. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2176/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2- 1(104)-91/2024 nömrəli qərarı ləğv edilmişdir. İş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş və kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir (sədrlik edən – Z.Quliyev, hakimlər – R.Nəbizadə, S.Kərimov).
26. Qərar onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)1399/2023 nömrəli qərarında əks olunmuş göstərişlərə riayət olunmamışdır. e. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
27. Apellyasiya icraatı zamanı iddiaçının “iddia tələbinin dəyişdirilməsi” barədə ərizəsi icraata qəbul edilərək iddia tələbi “22 sentyabr 2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası aldığı üçün xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması” kimi qəbul edilmişdir.
28. Gəncə Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-90/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-232/2022 saylı qərarı ləğv edilmiş və yeni qərar qəbul edilmişdir. İddia tələbi təmin edilərək İddiaçı xx.xx.2021-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur (sədrlik edən – G.Cavadova, hakimlər – R.Məcidov, İ.Həsənov).
29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyinindən imtina zamanı yalnız güzəştli iş stajının tələb olunan müddətdən az olmasına istinad etmişdir. Bu zaman onun xx.xx.1999-cu il t arixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığına istinad olunmuşdur.
30. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin verdiyi xx.xx.2025-ci il tarixli, 13- 5-3/22025 nömrəli məktubunda bildirilmişdir ki,... Elektrik çilingərlərinin iş xüsusiyyətləri Elektrik stansiyalarına aid olduğundan xx.xx.2013-cü il tarixli Arayışla İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun 2 №-li Siyahısı”nın “Vİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” istehsalatına şamil edilməsi qanunvericiliyə uyğundur. 3
1. İddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə, yarımbölmə 13a.Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundu r.
32. İddiaçının tələb olunan pensiya kapitalının olmaması ilə bağlı cavabdeh inzibati orqanının dəlilinə münasibətdə məhkəmə bildirir ki, iddiaçıya onun pensiya hüququnun yarandığı zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri şamil olunduğundan və xx.xx.2017-ci il tarixədək qüvvədə olan həmin Qanunun 9.1-ci maddəsində pensiya kapitalı tələbi mövcud olmadığından iddiaçıdan pensiya kapitalının formalaşdırılması ilə bağlı cavabdehin dəlilləri əsassız olmuşdur.
33. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixi nədək iddiaçının ümumi iş stajı 18 il 5 ay 8 gün (xx.xx.1988-xx.xx.1992-ci il, xx.xx.1986xx.xx.1987, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 6 il 11 ay 3 gün (xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr) təşkil edir. Çünki "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışda vətəndaşın müvafiq vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsinin müvafiq bəndində olan elektrik çilingəri vəzifəsi (2140000a-18455) ilə uyğunlaşdırılmışdır.
35. Halbuki müvafiq ASC-nin fəaliyyət sahəsi metallurgiya sahəsi üzrədir. Müvafiq Qərarda metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingəri vəzifəsi nəzərdə tu tulmamışdır. Xüsusilə diqqətə çatdırırıq ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2176/2024 nömrəli iş üzrə qəbul etdiyi 05 sentyabr 2024-cü il tarixli qərarında bir sıra göstərişlər “İddiaçının etdiyi işlər hansı iş funksiyalarına aid edilməsi araşdırılaraq müəyyən edilməsi; Ümumiyyətlə həmin vəzifələrin metallurgiya sahəsinə aid edilib-edilməməsi də araşdırılması; İddiaçının pensiya hüququnun hansı yaşdan yarandığı məsələsinə aydınlıq gətirilməsi; İddiaçının real olaraq gördüyü işlər onun əmək kitabçasında göstərilənlərə nəticə etibarı ilə də sözügedən Kodlara uyğun olub-olmaması tam və hərtərəfli olaraq araşdırılması; "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, 54 saylı arayışında qeyd edilmiş elektrik çilingəri vəzifəsinin hansı sahəyə mənsub olması məsəl əsi də araşdırılması; “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adında sahəsinin "xxxx" ASC-də olub-olmaması da tam və hərtərəfli araşdırılmalısı” olmuşdur.
36. Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" ASC-nin verdiyi xx.xx.2025-ci il tarixli, 13-5-3/2-2025 nömrəli məktubu ilə kifayətlənmişdir. Halbuki həmin məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 122 “c” saylı Sərəncamı ilə "xxxx" ASC-nin X8 Mərkəzi Gəncə “Gil-Torpaq” İstehsalat Birliyinə idarəetməyə verildiyi, həmçinin işçilərin peşəsi, ixtisası və vəzifəsi üzrə gündəlik icra etdiyi işin xarakterini və əmək şəraitinin şərtlərinin dəyişmədiyi göstərilmişdir. Ali Məhkəmənin qərarındaki göstərişlər isə yenə də icrasız qalmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıs ı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixdən etibarən qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır ola n işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 2 5 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını süb ut edən əsas sənəd əmək kitabçasıdır.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” Xİİİ bölmə, 13 a yarımbölmə. Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı 2140000a-18455 Qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektik mantyorları, bütün adlarda olan elektrik çilingərləri.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklif ləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı t am olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
46. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
47. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
48. Hazırda iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsinə yönəlmişdir.
49. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş üzrə qəbul edilmiş bütün məhkəmə qərarlarından, eləcə də cavabdehin imtinasından müəyyən edilir ki, iddiaçının ümumi stajının mövcudluğu tərəflər arasında işin mübahisələndirilməyən hallarını təşkil etmişdir. Cavabdehin imtinasının səbəbi isə iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsinin güzəştli staj kimi qəbul edilmədiyindən güzəştli iş stajının tələb olunan müddətdən az olması ilə bağlı olmuşdur.
50. İş materiallarından göründüyü kimi, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayış mövcud olmuş və həmin arayışda mübahisəli dövrdə iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş... 2 nömrəli Siyahısında 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş... elektrik çilingərləri vəzi fəsinə uyğun olması bildirilmişdir.
51. Məhz Ali Məhkəmənin əvvəlki hər iki qərarlarında göstəriş qoyularaq vurğulanmışdır ki, apellyasiya icraatında güzəştli arayış tələb edilsə də, həmin güzəştli arayışda iddiaçının konkret nə etdiyi görünmür, eyni zamanda görülən işin müvafiq kodlara uyğun olub-olmaması da bəlli deyildir, belə ki, güzəştli arayışda yalnız vəzifə və Kod göstərilmişdir. Yəni, iddiaçının etdiyi işlər hansı iş funksiyalarına aid edilməsi müəyyən edilməmiş və araşdırılmamışdır.
52. Məhz sonuncu apellyasiya icraatı zamanı qeyd olunan halların araşdırılması məqsədi ilə məhkəmə tərəfindən iddiaçının iş yeri - "xxxx" ASC-yə sorğu göndərilmiş və iddiaçının metallurgiya sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) işlədiyi halda, onun işlədiyi peşənin nə üçün elektrik sahəsinə ai d olduğunun qeyd edilməsinə aydınlıq gətirilməsi, eyni zamanda iddiaçının işlədiyi elektrik çilingərinin hansı vəzifə funksiyalarını yerinə yetirməsi və həmin vəzifə funksiyalarının yuxarıda qeyd olunan Siyahının Metallurgiya istehsalatı (əlvan metallar) adlanan Vİİİ bölməsindəki təmirçi çilingərlə eyni vəzifə funksiyalarını yerinə yetirib-yetirməməsi ilə bağlı ətraflı əsaslandırılmış məlumat verilməsi xahiş olunmuşdur.
53. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin verdiyi xx.xx.2025-ci il tarixli, 13-5-3/22025 nömrəli məktubu ilə cavab verilərək iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusil ə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə, yarımbölmə 13a.Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğunluğu müəyyən edilmişdir (arayışın tam mətni işin halları hissəsində qeyd edilmişdir).
54. Nəzərə alınmalıdır ki, məhz kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda da formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-90/2024 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1844/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-945/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)954/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1551/2023 nömrəli qərarları).
55. Bundan başqa, sonuncu apellyasiya icraatı zamanı kassasiya məhkəməsinin “iddiaçıya iddia tələbin in dəqiqləşdirilməsi” ilə bağlı kassasiya instansiya məhkəməsinin göstərişi də düzgün icra edilərək iddiaçıya hüquqi yardım edilməklə iddia tələbinin dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
56. Göründüyü kimi, son apellyasiya icraatı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməklə (iddiaçının güzəştli iş stajı barədə iş yerindən ətraflı əsaslandırılmış arayış alınmaqla) iddiaçının güzəştli şərtlərə pensiya hüququ verən yaş həddinə çatmaqla, ümumilikdə 25 ildən artıq əmək stajına, o cümlədən "xxxx" ASC-də (keçmiş Kirovobad Alüminium zavodunda) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cı il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X4 elektrik çilingəri, yəni 13 il dən artıq güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ olması barədə düzgün nəticəyə gəlinmişdir.
57. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən göstərişlərə tam əməl edilməməsi bildirilsə də, "xxxx" ASC-nin verdiyi xx.xx.2025-ci il tarixli, 13-5-3/2-2025 nömrəli məktubu ilə iddiaçının mübahisələndirilən güzəştli iş stajı ilə bağlı bütün məqamlara aydınlıq gətirilərək kassasiya instansiya məhkəməsinin icra edilməmiş göstərişi qalmamışdır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə b ilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-90/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.