Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2449/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, şikayətin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati i ş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1347/2021 nömrəli, 25 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və birdəfəlik ödəmənin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2-1(112)-2175/2021 nömrəli qərardadı ilə (hakim: M.C.Qarayeva) iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəmə si qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından iddia mümkün iddia kimi qəbul edilə bilməz.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1347/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək maddi imkanının olmadığını bildirmiş və kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmişdir.
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-1347/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və C.A.Yusifov) ərizə təmin edilmiş, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması Bakı şəhər 4 saylı Vəkil Bürosuna həvalə edilmişdir.
9. Daha sonra, iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1347/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin ed ilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
10. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalansa da, iddiaçı tərəfindən imzalanmamışdır.
11. Bununla əlaqədar, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 21 dekabr 2021-ci il tarixinə təyin edilmiş, bu barədə, tərəflərə müvafiq məhkəmə bildirişi göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən s ənəd əlavə edilməlidir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq m üddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Bu Qərarın 12-13-cü bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
15. İşdən görünür ki, Bakı Apelyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 14.09.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, ona dövlət hesabına vəkil təyin edilməsi qərara alınmış və qərardad icra edilməsi üçün göndərilmişdir. 16. 04 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov 12 noyabr 2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya aşağıdakı məzmunda məktub göndərmişdir: “... Vəkil iş materialları ilə tanış olmuş, kassasiya şikayəti hazırlayaraq imza etmiş, ancaq iddiaçı ilə əlaqə yaratmaq və onun tərəfindən kassasiya şikayətinin imzalanaraq müvafiq qaydada təqdim edilməsi mümkün olmamışdır. Vəkil X1 bu barədə ərizəsini, onun tərəfindən hazırlanmış və imzalanmış kassasiya şikayətini müvafiq sənədlər əlavə edilməklə Sizə göndərərək münasibət bildirməyinizi xahiş edirik.”
17. İddiaçının şikayəti vəkil tərəfindən imzalansa da, iddiaçının özü tərəfindən imzalanmadığından, müvafiq məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onun diqqətinə çatdırılmış, bu çatışmazlığın aradan qaldırılması, imzalanmış şikayətin təqdim edilməsi təklif olunsa da, iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış kassasiya şikayəti məhkəmə kollegiyasına təqdim edilməmişdir.
18. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
19. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1347/2021 nömrəli, 25 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı m