Məhkəmə qərarları › İş №2-1(102)-2449/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2449/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2449/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: toplanmış pensiya kapitalına əsasən hərbi qulluqçunun əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması haqqında qərarın lə ğv edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi nəzərə alınmadan Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(105)575/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuş, daxili işlər orqanlarında xidmətdə olmuş, xx.xx.2006-cı il tarixdə daxili işlər orqanlarından ehtiyata buraxılmış, həmin vaxtdan ona xidmət illərinə görə pensiya təyin edilmişdir.

2. İdd iaçı ona pensiya təyin edildikdən sonra 10 ildən çox əmək fəaliyyəti ilə məşğul olmasını əsas gətirərək pensiya məbləğinin yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, İddiaçı Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2006-cı il tarixində xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanın tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Fondun X üsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sonrakı artımlar nəzərə alınmaqla ona əmək pensiyası 962,59 manat məbləğində - əmək pensiyasının sığorta hissəsi 260,53 manat, qulluq stajına görə əmək pensiyasına əlavə - 702,06 manat ödənilmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində 3357,65 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin kapitalın “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (3357,65/72=46,63 manat) əmək pensiyasının sığorta hissəsinin (260,53 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 307,16 (260,53+46,63) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavə məbləği (702,06 manat) həmin artım qədər (46,63 manat) azaldılmışdır. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 307,16 manat, qulluq stajına görə əlavənin məbləği isə 655,43 (702,06-46,63) manat təşkil edir. xx.xx.2022-ci il tarixdən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında - 96,26 manat maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləş dirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliksaı Qanununun 29-cu maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası alır. Pensiya təyin olunduqdan sonra 10 ildən çox əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ərizə ilə cavabdehə müraciət edərək pensiyaya çıxdıqdan sonra işlədiyi 10 il müddət ərzində qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəz ərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin müraciətinə xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir.

6. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

7. Cavabdeh həmçinin iddia tələbinə etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 4371,74 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 4371,74 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünərək (4371,74/72=60,71 manat) əmək p ensiyası yenidən hesablanmışdır. Nəticədə iddiaçının əmək pensiyasının sığorta hissəsi 304,03 (60,71+243,31) manat, qulluq stajına görə əlavə hissəsi isə “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin və Konstitusiya Məhkəməsinin Plenum Qərarının tələbləri nəzərə alınmaqla 308,49 (369,20-60,71) manat müəyyən edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) xx.xx.2023-cü il tarixli, 2-1(118)-1196/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya təyin olunmuş pensiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhk əməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmışdır və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Hal-hazırki inzibati iş üzrə də iddiaçıa hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanılması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin oldunuğu gündən sonrakı 6 ildən çox işlədiyindən qanunvericiliyin tələblərinə əsasən onun pensiyasının yenidən hesablanılmasını tələb etmək hüquq u vardır. İddiaçı ona pensiya təyin olunduqdan sonrakı dövrdə də işlədiyi, həmin dövrlər üzrə pensiya kapitalının toplanıldığı halda onun yığılmış pensiya kapitalını istifadə etmək hüququndan məhrum olunması Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş bərabərlik hüququna ziddir. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi təminat xərcliyi əsasında pensiya təyin edilən şəxslərin pensiyasının bu maddəyə görə hesablanmasında hər hansı istisna hal nəzərdə tutmamışdır. iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiy asının yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli Qanunun 1.12.2-ci bəndinə əsasən Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Cavabdeh orqan tərəfindən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur və iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 20 iyun 2023-cü il tarixli, 2-1(105)-575/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1196/2023 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar ləğv edilməkl ə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğundan və pensiya təyin olunduğun gündən sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələrindən ibarət olan pensiya kapitalı toplandığından, habelə 6 ildən çox işlədiyindən (bu hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbləri ona da şamil edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, həmin norma ümumilikdə işləyən əmək pensiyaçılara a id norma olmaqla, iddiaçı da həmin şəxslərin kateqoriyasına aid olduğundan, bu normanın iddiaçıya tətbiq edilməsini istisna edən hər hansı xüsusi norma qanunvericilikdə ehtiva olunmadığından, həmin norma ona münasibətdə də tətbiq edilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab etməklə, iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

14. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsidə pensiyanın yenidən hesablanması barədə qərarı mövcuddur və iddiaçı məhz həmin yenidən hesablanmaya dair qərarla razı olmamaqla, hüquqi marağı həmin qərarın mübahisələndirilməsi ilə bağlı olmuşdur. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qe yd edilən hallar diqqətdən qaçmış, cavabdeh inzibati orqan tərəfindən pensiyanın yenidən hesablanması barədə qərarı mövcud olduğu olduğu halda, həmin inzibati akta hüquqi qiymət verməmişdir. Hazırki iş üzrə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, iş üzrə cavabdeh inzibati orqanın pensiyanın yenidən hesablanması barədə qərarı ləğv edilməli, birinci instansiya məhkəməsinin qərarı qeyd edilən hissədə dəyişdirilməlidir.

15. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, əmək pensiyasının yenidən hesablanmasının əsası məhz pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılmış pensiya kapitalına əsasən yaranır və qulluq stajına əlavələrin məbləği azladılmaqla əmək pensiyasını n yenidən hesablanması qeyd olunan qanunvericilik normalarının mahiyyəti ilə uzlaşmamaqla, əlverişsiz inzibati akt qismində çıxış etmiş, iddiaçının sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının fərdi hesabında olan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Yəni iddiaçıya pensiya təyin ed ildikdən sonra fəaliyyətini davam etdirərkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunmuşdur. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil.

18. Eyni zamanda məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin ləğvini hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirməklə də səhvə yol vermişdir. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətində hər hansı yaxşılaşdırmasına səbəb olmamışdır. Bu dəyişikliklər sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xi dmət edir. Sözügedən dəyişiklik sadəcə hesablama qaydasındadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kom pensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir;... 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;... Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutul an şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.... Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər (13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada).... Maddə

29. Əmək pensiyalarının indeksləşdirilməsi... 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tu tulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır (13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada).... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olund uqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir (13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada).

21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 5.3. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaş ından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli qərarı...“Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işl əyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu im perativ qaydada müəyyən etmişdir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya insta nsiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin də lillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun pensiyaya çıxdıqdan sonra işləyərək ödədiyi məcburi dövlət sosial sığorta haqları hesabına yaranmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanaraq artırılmasından ibarətdir.

30. Kassasiya şikayətinin təkrarlanan dəlilinə əsasən cavabdeh hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılmalıdır.

31. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub: şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan hazırkı norma iddiaçıya şamil edilməlidir.

32. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konst itusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qayda da müəyyən etmişdir. İddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır.

33. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki halların a hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Sonda məhkəmə cavabdehin kassasiya şikayətindəki iddiaçının fərdi hesabında olan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanması, yəni iddiaçıya pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunması və hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalının qalmaması, habelə iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanmasının istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün olmama sı ilə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin pensiyanın yenidən hesablanması barədə qərarı və həmin qərar əsasında aparılmış hesablama qanunvericiliyin tələbinə uyğun olmadığından hazırki mübahisə yaranmışdır ki, həmin qərar ləğv olunduğundan və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulduğundan iddiaçının pensiyaya çıxdıqdan sonra fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən qanunvericiliyin tələbinə uyğun qaydada hesablanacaqdır. Yəni, iddiaçının pensiyasının yenidən hesablanması barədə məhkəmə qərarının ic rası zamanı iddiaçıya əlavə pensiya kapitalı lazım olmadan, məhz onun işlədiyi dövrdə fərdi hesabına yığılmış və cavabdeh tərəfindən səhv hesablama nəticəsində istifadə edilmişn həmin pensiya kapitalından istifadə edilərək düzgün şəkildə hesablama aparılacaqdır. Eyni zamanda iddiaçının tələbində göstərdiyi qaydada pensiyanın yenidən hesablanması hüquqi cəhətdən mümkün və doğrudur, praktiki-proqram təminatının imkanları baxımından mümkün olmaması isə cavabdehin məsuliyyəti, təqsiri və həll etməli olduğu məsələ olmaqla iddiaçını düzgün hesablanmış pensiya hüququndan məhrum edə bilməz və bu səbəb cavabdehin düzgün pensiya hesablaması aparılmasından imtinanın əsası ola bilməz.

35. Bundan başqa cavabdehin kassasiya şikayətindəki “qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətində hər hans ı yaxşılaşdırmasına səbəb olmaması, sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət etməsi” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, nəinki qanunvericilikdəki dəyişiklik, ümumiyyətlə vətəndaşlara pensiya təyin edilməsi mexanizmi onların maddi vəziyyətinin yaxşılaşdırılması üçün yaradılmış tədbirdir. Şübhəsizdir ki, hər kəs maddi vəziyyətinin yaxşılaşdırılması üçün qanunvericiliklə onlara verilmiş (qanunsuz olmayan) bütün hüquqlarından istifadə edir ki, hazırki iş üzrə də iddiaçı məhz həmin hüququndan istifadə edərək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh qanunvericilikdə olan dəyişikliyin iddiaçının maddi vəziyyətinin yaxşılaşdırmağa xidmət etdiyini etiraf etsə də, qanunve riciliyin bu tələbini iddiaçıya tətbiq etməmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(105)-575/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar