Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-245/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müraciətə inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə) qarşı “xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab veri lməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi, qiymət sənədi və diplomun həqiqiliyi haqqında xarici ölkədə istifadəsi ilə əlaqədar müvafiq apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-526/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B 058584 nömrəli diplomun surətinə əsasən, İddiaçı “İbtidai təhsilin pedaqogikası və metodikası” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır.
2. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş diploma və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərinin verilməsini xahiş etmişdir. Həmin ərizə cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, lakin onun ərizəsinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi və müvafiq sənədin möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Tə hsil Nazirliyinin üzərinə qoyulması və poçt göndərişinə ödənilmiş 0,57 manat pulun cavabdehdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi və qiymət sənədi və diplomun həqiqiliyi haqqında xarici ölkədə istifadəsi ilə əlaqədar müvafiq apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması və poçt göndərişinə ödənilmiş 0,57 manat pulun cavabdehdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 dekabr 2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş diploma və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərinin verilməsini xahiş etmişdir. Həmin ərizə Təhsil Nazirliyinə xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. Lakin hazıradək onun ərizəsinə cavab verilməmişdir. Bununla bağlı iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
6. Cavabdehin iddiaya qarşı təqdim etdiyi yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçının müvafiq ərizəsi Təhsil Nazirliyində xx.xx.2021-ci il tarixdə Q18102 nömrə ilə qeydiyyata alınmışdır. A. Quliyevanın müraciəti ilə bağlı araşdırma aparılmış və 23 iş günü müddətində Azərbaycan Beynəlxalq Universitetini bitirdiyinə dair ətraflı arayış tərtib olunmuşdur. Bununla da cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etmişdir. İddiaçıya mobil telefon vasitəsi ilə dəfələrlə zəng edilməsinə baxmayaraq, əlaqə saxlaya bilməmişlər və anlaşılmazlıq ucbatından o gəlib arayışı götürməmişdir. Ümumi qəbul edilmiş qaydalara görə məktublardan fərqli olaraq arayışlar poçt vasitəsi ilə göndərilmir, vətəndaşlar özləri gəlib arayışı götürürlər.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1083/2022 saylı, 27 may 2022-ci il tarixli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verməməsi qanun pozuntusu kimi tanınmış, İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə cavab verilməsi və qiymət sənədi və diplomun həqiqiliyi haqqında xarici ölkəd ə istifadəsi ilə əlaqədar apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmuş, poçt göndərişinə görə ödənilmiş 0,57 manat pul cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən İddiaçı xeyrinə tutulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən vətəndaşın müraciətinə cavabın qeydiyyat vərəqindən görünür ki, sənəd (arayış) xx.xx.2022-ci il tarixdə tərtib olunmaqla hazır olsa da, sənədin göndərilmə üsulu və tarixi qrafaları boş qalmışdır. Hesab edilir ki, iddiaçının müraciətinə cavab verilmədiyindən, yəni hazırlanmış arayış ona təqdim edilmədiyi üçün həmin müraciət icra edilmiş sayıla bilməzdi. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən arayış iddiaçının mürac iətini tam əhatə etmədiyindən, iddiaçının tələbi təmin edilmiş kimi qəbul edilmir. Belə ki, iddiaçı müraciətində diplomda və qiymət sənədində imzaların həqiqiliyini təsdiq edən sənəd istəməsinə baxmayaraq cavabdeh tərəfindən təqdim edilən arayışda yalnız diplom barədə yazılmışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın qismən ləğv edilərək, “iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və qiymət sənədinin möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması” hissəsində iddianın mümkün sayılmamasını, poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun cavabdehdən tutulmasına dair” iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya instans iyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-526/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər F.Məmmədov - sədrlik edən, H.Babayeva və Z.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarı qismən - cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilmiş, ləğv edilən hissədə yeni qərar qəbul edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı apostil sən ədinin alınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Poçt göndərişlərinin izlənməsi barədə çıxarışdan görünür ki, ərizə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə çatdırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin vətəndaş müraciətinə cavabın qeydiyyat vərəqindən elektron çıxarışdan görünür ki, A. Quliyeva tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış ərizə xx.xx.2021-ci ildə nazirliyə daxil olmuş, xx.xx.2022-ci ildə arayış elektron imza ilə imzalanmışdır. Vətəndaş müraciətinə cavabın qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı ərizəsi Təhsil Nazirliyinə xx.xx.2021-ci il tarixdə daxil olmuş, cavab Q-18102/11-24 qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sənədin “göndərilməsi üsulu” və “ göndərilmə tarixi” qrafaları boş saxlanılmışdır.
12. Arayış xx.xx.2022-ci il tarixdə tərtib olunmaqla hazır olsa da, arayışdan görünür ki, sənədin göndərilmə üsulu və tarixi qrafaları boş saxlanılmışdır və kargüzarlığın aparılması qaydalarında arayışın poçt vasitəsi ilə göndərilməsinə dair hər hansı məhdudiyyətlər və ya arayışın mütləq qaydada iddiaçı tərəfindən götürülməli olmasına dair hər hansı norma mövcud olmadığından, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunla nəzərdə tutulmuş müddətdə iddiaçının müraciətinə rəsmi qaydada cavab verilmədiyindən və arayış iddiaçıya təqdim edilmədiyindən onun müraciətini baxılmış müraciət hesab etmək olmaz.
13. İddiaçının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı xx.xx.2021- ci il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı diplomuna və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərini, Azərbaycan Beynəlxalq Universiteti ləğv olunduğundan diplomu imzalamış şəxsin imzasının həqiqiliyinin müəyyən olunması barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyindən sənəd istəmiş və apostil sənədinin alınması üçün müvafiq sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan isə qeyd etmişdir ki, iddiaçı yalnız diplomu imzalamış şəxsin imzasının həqiqiliyinin müəyyən olunması barədə sənəd istəmişdir. Bununla bağlı isə arayış tərtib edilmiş və iddiaçının müraciətinə baxılmışdır. İddiaçının ərizəsinin məzmunundan görünür ki, o, yalnız diplomu imzalamış şəxsin imzasının həqiqiliyinin müəyyən olunması barədə sənəd deyil, həmçinin diplomuna və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərini istəmişdir. Diplomuna və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərinin təqdim edilməsi ilə bağlı iddiaçının müraciətinə cavab verilməmişdir.
14. Cavabdeh kasasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinə əsasən iddia tələbinin predmetindən və məhkəmə qərarının nəticə hissəsindən göründüyü kimi, məhkəmə icraatında olan işi tam araşdırmamış və nəticədə iddia tələbinin təmin edilməsi öz əksini tapmışdır. Belə ki, iddiaçının Təhsil Nazirliyinə ünvanlandığı məktubunun məzmunundan görünür ki, o ABUnun ləğv olunduğunu qeyd edərək diplo mu imzalamış şəxsin imzasının həqiqiliyinin müəyyən olunması barədə Təhsil Nazirliyindən sənəd istədiyini və bu əsasla müraciət etdiyini bildirmiş və ərizəsinə yalnız diplomun surətini əlavə etmişdir. İddiaçı diplomun əlavəsini ərizəyə əlavə etmədiyi halda, iddia ərizəsində qiymət sənədinin də təsdiq edilməsini tələb etmiş və işə baxan məhkəmə bunu nəzərə almamış və yekunda tələbi bu hissədə tam təmin etmişdir.
16. Eyni zamanda işə baxan məhkəmə iddia tələbinin əsaslılığını yoxlamalı olduğu halda, buna əhəmiyyət verməmiş və nəticədə iddia tələbini təmin etmişdir. Bundan başqa, iddiaçı müraciətində diplomu imzalayan şəxsin imzasının həqiqiliyinin müəyyən olunması barədə sənəd tələb etməsinə baxmayaraq, məhkəmə qərarında cavabdehin iddiaçıya cavab verilməsini də qeyd etmişdir. Lakin qərarın əsaslandırmasında cavabın hansı məzmunda və nə ilə bağlı olmasına dair heç nə qeyd etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Müraciət etmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. (...) Maddə
7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və on lara baxılması qaydası 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 7.2. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. 7.3. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. 7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. 7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Maddə
10. Müraciətə baxılması müddəti 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. 10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəz ifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. 10.3. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. 10.4. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. 10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə dax il olduğu gündən başlanır.
19. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüququ şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
1. Bu Təlimat dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında (bundan sonra - təşkilatlar) kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir. Yerli icra hakimiyyəti orqanlarında kargüzarlıq “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti baş çılarının aparatlarında sənədlərlə iş barədə Təlimat” əsasında aparılır. Bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir.
76. Vətəndaşların xahişi ilə verilən arayışlar ümumi blanklarda və ya trafaret mətnli blanklarda tərtib olunur, təşkilatın rəhbəri tərəfindən imzalanaraq təsdiq edilir və müvafiq kitabda qeydə alınır.
97. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir.
98. Göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqo riyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir. Kargüzarlıq xidməti tərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır. Daimi ünvan sahiblərinə göndərilən sənədlər üçün üzərində mətbəə üsulu və ya operativ çoxaltma vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur. Eyni zamanda bir ünvana göndərilən bir neçə sənəd bir zərfin içinə qoyula bilər. Göndərilmək üçün verilən sənədlər elə həmin gün işlənib göndərilməlidir.
128. Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır. Əgər icra sənədləşd irilməmişdirsə, bu barədə nəzarət vərəqəsinin “icra haqqında qeyd” sütununda məlumat yazılır.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsin də şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməsinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliy ə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının müraciəti əsasında diplomu imzalamış şəxsin imzasının və qiymət sənədinin həqiqiliyinin təsdiq edilməsi ilə bağlı mə sələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı mübahisəyə münasibətdə cavabdehə müraciət etməkdə iddiaçının hüquqi m arağı mahiyyətcə xarici ölkədə istifadə üçün diplomun və qiymət sənədinin (diploma əlavənin) həqiqiliyinin müvafiq qaydada apostil olunmasına yönəlmişdir. Yəni iddiaçı cavabdehə müraciət etməkdə konkret məqsəd güdür və həmin məqsədə nail olmaq üçün onun tələbinə baxmaq və həll etmək səlahiyyətinə malik orqana müraciət etmişdir.
30. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsin xaricdə işə düzəlmək və ya təhsilini davam etdirmək istədiyi hallarda ali təhsil haqqında diplom tələb oluna bilər. Ölkə xaricində diplomun tanınması üçün həmin sənəd müvafiq qaydada səlahiyyətli orqan tərəfindən apostil olunmalıdır. Azərbaycan Respublikasında bununla bağlı səlahiyyətli qurum qismində Elm və Təhsil Nazirliyi müəyyən olunmuşdur.
31. Həmçinin nəzərə almaq lazımdır ki, bəzi hallarda diplomun apostil ol unması yetərli olmaya bilər. Belə ki, şəxsin xaricdə güddüyü məqsədlər baxımından diploma əlavənin, yəni tədris olunmuş fənlərin, onların həcminin və qiymətlərin göstərildiyi sənədin həqiqiliyinin təsdiq olunması zərurəti də yarana bilər. Xüsusilə şəxsin təhsilini davam etdirmək və ya nostrifikasiya prosedurunu keçmək istədiyi hallarda diploma əlavənin həqiqiliyinin təsdiq olunması mütləq sayılır.
32. Bu baxımdan cavabdeh səlahiyyətli qurum kimi şəxsin müraciətinə onun hüquqi marağı və məqsədi nəzərə alınmaqla baxmağa və həll etməyə borcludur. Qeyd olunmalıdır ki, şəxsin müraciətindən onun tələbinin, nail olmaq istədiyi məqsədin aydın olmadığı hallarda, inzibati orqan yardımetmə vəzifəsi çərçivəsində şəxsin tələbinin dəqiqləşdirilməsi üçün ona kömək etmək öhdəliyi daşıyır. 33. “İnzibati ic raat haqqında” Qanunun 23-cü maddəsi müraciət etmiş şəxsə məsləhətlərin və zəruri məlumatların verilməsi ilə bağlı inzibati orqanın üzərinə düşən öhdəlikləri tənzimləyir. Həmin maddəyə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur.
34. Belə yanaşma səmərəli və qənaətcil idarəçili k prinsiplərindən, eləcə də xidmətyönümlü fəaliyyət standartlarından irəli gəlir. Bu zaman həm də şəxsin inzibati orqandan idarəçiliyin səmərəli və düzgün həyata keçirilməsini tələb etmək hüququ da nəzərə alınmalıdır.
35. Mübahisəyə dair iş üzrə materiallardan cavabdehin bu qərarın 32-34-cü bəndlərində qeyd olunmuş prinsiplərə və tələblərə uyğun davrandığı təsdiq olunmur. Nəzərə almaq lazımdır ki, müraciətə baxılmasının nəticələrinin iddiaçıya çatdırılması və bununla bağlı effektiv və təminatlı çatdırılma üsulunun müəyyən olunması cavabdehin məsuliyyət sferasına aiddir. Bu qərarın 19-cu bəndində istinad olunan normanın müddəalarına görə, sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır. Bu qayda həm də tələb olunan sənədin qanunla müəyyən olunmuş qaydada şəxsə təqdim olunmasını da ehtiva edir.
36. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti əsassız olduğu üçün təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-526/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.