Məhkəmə qərarları › İş №2-1(102)-2450/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2450/2019

23.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2450/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: məcburi dövlət sosial sığorta haqları ödənilməyən fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilməsi, diplomatik xidmət əməkdaşına təyin edilmiş pensiyanın yenidən hesablanması, qazanılmış hüquq. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəm id oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-892/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış **********3 saylı, 2 5 iyul 2018-ci il tarixli məktubla bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ödəmələri aparılmadığından səfir vəzifəsində aldığı əmək haqqı ilə pensiyanın hesablanması qanunvericiliyin tələbinə ziddir. 1993-cü ilin iyun ayından 2005-ci ilin dekabr ayınadək Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli səfir qismində işlədiyi dövr nəzərə alınmaqla “Diplomatik xidmət haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında dövlət qulluğunun növlərindən biri olan diplomatik xidmət əməkdaşı kimi pensiya “Dövlət qulluğu haqqında” Qanunla düzgün hesablanmışdır. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ona təyin edilən əmək pensiyasının yenidən hesablanmasını və 1993-cü ilin iyun ayından 2005-ci ilin dekabr ayınadək Azərb aycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli səfir qismində işlədiyi dövrdə aldığı 4500 ABŞ dolları məbləğində dövlət məvacibini nəzərə alaraq pensiyanın təyin edilməsi və əmək pensiyasında yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona 257 manat təqaüd təyin edilmişdir. Lakin təqaüdün hesablanması zamanı cavabdeh onun səfir vəzifəsində işləyərkən aldığı 4500 ABŞ dolları məbləğindəki əmək haqqını deyil, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdirinin müavini kimi aldığı 173 manat məvacibi əsas götürmüşdür. 4500 ABŞ dolları məbləğindəki əmək haqqından qanunvericiliyin tələbinə əsasən sosial sığorta haqqının tutulmaması ona həmin əmək haqqı əsasında pensiya təyin edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, sosial sığorta ayırmaları immunitet və güzəştlər müəyyən edilmiş səfir və digər diplomatlara şamil edilmir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçıya 01 yanvar 2006cı il tarixdən 12 il 05 ay qulluq stajı nəzərə alınmaqla dövlət qulluğu pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən “Diplomatik xidmət haqqında” Qanunun 23.5-ci maddəsinə əsasən XİNdə təminedici şöbənin vəzifə maaşının 50 faizi nəzərə alınmışdır. İddiaçıya 1993-cü ilin iyun ayından 2005-ci ilin dekabr ayınadək Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli səfir qismində işlədiyi dövrdə aldığı dövlət məvacibi nəzərə alınmaqla pensiya hesablanması qanunvericiliyə ziddir. 1 saylı Bakı İnzibаti-İqtisаdi Məhkəməsinin 2-1(81)-205/2019 saylı, 15 yanvar 2019-cu il tarixli qərаrı (hаkim - A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri - Səlahiyyətli Nümayəndəsi vəzifəsində çalışdığı dövrlərdəki dövlət məvacibi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xarici ölkədə aldığı əmək haqqı onun dövlət qulluqçusu kimi aldığı dövlət məvacibi olmuş, aldığı əmək haqqından sosial sığorta ödənişinin həyata keçirilməməsi isə bir başa qanunvericiliklə tənzimlənmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının səfir vəzifəsində işlədiyi müddətdə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədiyi üçün həmin əmək haqqı pensiya hesablanan zaman nəzərə alına bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-892/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və V.Ə.Baxışova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibаti-İqtisаdi Məhkəməsinin 2-1(81)-205/2019 saylı,15 yanvar 2019-cu il tarixli qərаrı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-892/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, təqaüdün hesablanması zamanı cavabdeh iddiaçının səfir vəzifəsində çalışarkən aldığı 4500 ABŞ dolları məbləğindəki əmək haqqını deyil, AR Xarici İşlər Nazirliyində Şöbə müdirinin müavini (0.5 ştat vahidi) kimi aldığı 173 manat təşkil edən məvacibi təqaüdün maliyyə bazası kimi götürmüşdür. Halbuki, AR Xarici İşlər Nazirliyində Şöbə müdirin in müavini vəzifəsinə iddiaçı 2004-cü il tarixdə təyin edilmiş və bundan özünün xəbəri olmamışdır. Təqaüdə çıxan zaman isə həmin vəzifədə cəmi 14 ay onun adı getmişdir. Buna baxmayaraq cavabdeh dövlətdaxili və beynəlxalq qanunvericiliyin, o cümlədən 18.04.1961-ci il tarixli Diplomatik Əlaqələr haqqında Vyana Sazişinin, “Dövlət qulluğu haqqında” Qanunun, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun tələblərini pozaraq iddiaçıya pensiya hesablamış və işə baxan apellyasiya instansiya məhkəməsi qanunverciliyin tələblərini nəzərə almayaraq iddia tələbini təmin etməmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsini n qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Mübahisənin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 1993-cü ilin iyun ayından 2005-ci ilin dekabr ayınadək Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində işləmiş, həmin vaxtlarda iddiaçının 2003-2004-cü illərdə aylıq əmək haqqısı 2500 ABŞ dolları, 2005-ci ildə isə 4500 ABŞ dolları olmuşdur. Bundan əlavə, iddiaçıya səfir işlədiyi dövrdə “Diplomatik xidmət haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən rotasiya qaydasında xaricə ezam olunan əməkdaş kimi AR Xarici İşlər Nazirliyi tərəfindən 50 faiz əmək haqqının hesablanması və ödənilməsi təmin edilmişdir. İddiaçıya 01.01.2006-cı il tarixdən pensiya təyin edilmiş, pensiya təyin edilərkən isə rotasiya qaydası nda xaricə ezam olunan əməkdaş kimi AR Xarici İşlər Nazirliyi tərəfindən verilən 50 faiz əmək haqqı nəzərə alınmaqla hesablanmışdır. İddiaçı bildirir ki, cavabdeh qanunsuz olaraq onun səfir vəzifəsində işləyərkən aldığı 4500 ABŞ dolları məbləğindəki əmək haqqını deyil, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdirinin müavini kimi aldığı 173 manat məvacibi əsas götürmüşdür. İddiaçının mövqeyinə görə 4500 ABŞ dolları məbləğindəki əmək haqqından sosial sığorta haqqının tutulmaması onun iradəsindən asılı olmamış, qanunvericiliyin tələblərindən irəli gəlmişdir. Buna görə də, bu hal ona həmin əmək haqqı əsasında pensiya təyin edilməsindən imtina üçün əsas ola bilməz. Cavabdehin dəlili isə ondan ibarətdir ki, səfir vəzifəsindən işləyərkən alınan əmək haqqından qanunvericiliyin təl əbinə əsasən məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədiyindən həmin məbləğ əsasında pensiya hesablana bilməz. Beləliklə, hazırkı iş üzrə müəyyən edilməli olan məsələ iddiaçıya, yəni rotasiya qaydasında xaricə ezam olunan əməkdaşa pensiya hesablanarkən hansı məvacibin nəzərə alınması ilə bağlıdır. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı səfir işlədiyi müddətdə 4500 ABŞ dolları məvacib alsa da, bu məbləğdən məcburi dövlət sosial sığorta haqqı tutulmadığı üçün əmək pensiyası hesablanan zaman bu dövrdə aldığı əmək haqqı yalnız qanunda nəzərdə tutulmuş həcmdə nəzərə alındığından cavabdehin imtinası əsaslı olmuşdur. Apellyasiya məhkəməsi bu zaman “Diplomatik xidmət haqqında” Qanunun və qüvvədə olan “Əmək pensiyal arı haqqında” Qanunun müddəalarını rəhbər tutmuşdur. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. “Diplomatik xidmət haqqında” Qanunun: 22-ci maddəsinə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətləri "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. 23.3-cü maddəsinə əsasən rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır. 23.4-cü maddəsinə əsasən rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. 26.1-ci maddəsinə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin pensiya təminatı və sosial müdafiəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Həmin Qanunun 15-ci madd əsinə əsasən rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növünə aiddir. Qanunvericiliyin sadalanan müddəalarının hazırkı işin hallarına tətbiqi ilə bağlı olaraq iki önəmli hüquqi nəticə müəyyən edilir: 1) rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 fai zinin saxlanılmasına və ödənilməsinə baxmayaraq, iddiaçının 1993-cü ilin iyun ayından 2005ci ilin dekabr ayınadək Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində işləyərkən müvafiq olaraq 2003-2004-cü illərdə aldığı 2500 ABŞ dolları və 2005-ci ildə isə 4500 ABŞ dolları vəsait onun əmək haqqısını təşkil edir; 2) rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişlərinin həyata keçirilməməsi birbaşa “Diplomatik xidmət haqqında” Qanunun və “Sosial sığorta haqqında” Qanunun müddəalarından irəli gəlmiş, iddiaçının iradəsi ilə bağlı olmayan hal olmuşdur. İşin hallarından müəyyən edilir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixdə “Vətəndaşların pensiya təminatı haqqı nda” Qanunun müddəalarına əsasən pensiyaya çıxmışdır. Müvafiq olaraq iddiaçıya pensiya da məhz həmin Qanunun tələblərinə əsasən hesablanmalıdır. Çünki mübahisə həll edilərkən münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları rəhbər tutulmalıdır (İPM-in 1.2-ci maddəsi və MPM-in 217.2-ci maddəsi). Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənild iyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1993-cü ildən 2002-ci ilədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. 01 y anvar 2002-ci il tarixdən sonrakı dövrə münasibətdə isə qanun ümumi qayda kimi onu qəbul etmişdir ki, əmək pensiyasının təyin edilməsi üçün əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Lakin qanun həm də bu qaydadan istisna nəzərdə tutmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində aşkar şəkildə qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş hallar bu qaydadan istisna təşkil edir. Buna görə, 01 yanvar 2002-ci il tarixdən sonrakı dövrdə hər hansı əmək fəaliyyəti növü ilə məşğul olma zamanı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin həyata keçirilməməsi qanunda birbaşa təsbit edilmişdirsə, bu halda, məcburi dövlət sosial sığorta haqları ödənilməmiş olsa belə, həmin əmək fəaliyyəti dövrü pensiya təyin ed ilərkən nəzərə alınmalıdır. Çünki bu hal, məhz pensiya qanunvericiliyinin özündə nəzərdə tutulmuşdur. Bu mənada, hazırkı işin hallarından da müəyyən olunur ki, iddiaçının səfir vəzifəsində işləyərkən aldığı əmək haqqından sosial sığorta haqlarının ödənilməməsi birbaşa qanunvericiliyin göstərişinə əsasən baş vermişdir. Ona görə də, onun pensiyası hesablanarkən həmin əmək fəaliyyəti dövründə aldığı əmək haqqı (həmin vəsaitdən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə baxmayaraq) nəzərə alınmalıdır. Yuxarıda göstərilmiş hüquqi mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına əsasən pensiyaya çıxsa da, onun pensiyasının hesablanması zamanı həmin Qanunun qeyd edilən müvafiq normaları cavabdeh inzibati orqan tərə findən ona münasibətdə düzgün tətbiq edilməyərək pensiyasının məbləği düzgün hesablanmamışdır. Öz növbəsində apellyasiya məhkəməsi də mübahisəyə düzgün olmayaraq iddiaçının barəsində tətbiq edilməli olmayan qanunu – “Əmək pensiyaları haqqında” Qanunu – tətbiq etməklə onun iddiasını əsassız və qanunsuz olaraq rədd etmişdir. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olarkən pensiyaya çıxdığı üçün ona münasibətdə məhdudlaşdırıcı hüquqi normalar müəyyən edən sonrakı qanun kimi “Əmək pensiyaları haqqında” Qanun tətbiq edilə bilməz. İddiaçının barəsində “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi onun qazanılmış hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Yuxarıda göstərilən mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, sosial sığorta ödəmələrinin həyata keçirilməməsinə baxmayaraq iddiaçını n Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri-Səlahiyyətli Nümayəndəsi vəzifəsində çalışdığı dövrlərdəki dövlət məvacibi (əmək haqqısı) nəzərə alınmaqla pensiyası yenidən hesablanmalı və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələblərindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əs asən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-892/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunsun. İddiaçı Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri - Səlahiyyətli Nümayəndəsi vəzifəsində çalışdığı dövrlərdəki dövlət məvacibi (əmək haqqısı) nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayo

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar