Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2450/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ədliyyə işçilərinə müalicə olunmaqla əlaqədar iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin və geyim pulunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “müalicə və geyim pulunun verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzr ə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1856/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 17/9-11632B-138/2 saylı 22 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı xidmət etdiyi müddət ərzində 2006-2016-cı illərdə xüsusi geyim əşyaları ilə Təchizat idarəsində, 2017-ci ildə isə 17 saylı cəzaçəkmə müəssisində təmin olunduğu müəyyən edilmişdir. Xidmət etdiyi müddət ərzində 2007-ci ildə xəstəliklə bağlı müraciət etdiyi üçün müalicə və müayinə məqsədilə birdəfəlik müavinət almışdır, digər illərdə isə müraciət etmədiyi üçün b irdəfəlik müavinət ilə təmin olunmamışdır. Penitensiar xidmətə bərpa olmaqla bağlı Penitensiar xidmətə yenidən bu barədə müraciət ünvanlanmağı tövsiyə olunmuşdur.
2. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 17/3-13538B-138/4 saylı 29 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ədliyyə orqanlarında əvvəllər yol verdiyi nöqsanlara görə xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 17 saylı Cəzaçəkmə Müəssisəsinin xx/xx-4884 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2007-2018-ci illər ərzində müalicə pulu ilə bağlı müraciət etməmişdir. Bundan başqa 2015-2018-ci illərdə xidməti ge yimlə təmin olunub-olunmaması barədə sənədlər saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Məlumat olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlama müddətləri göstərilməklə nümunəvi siyahısı”nın 441 bəndinə əsasən xüsusi geyimlərin və ayaqqabıların, qoruyucu vasitələrin, xüsusi ərzaq normalarının işlənib hazırlanması, fəhlə və qulluqçuların onlarla təmin edilməsi haqqında sənədlərin (aktlar, təhvil, məruzələr, rəylər, yazışma) saxlama müddəti 3 ildir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin xx/xx-2066 saylı xx.xx.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sabiq əməkdaş İddiaçı 2006-cı ildən Ədliyyə Nazirliyinin Tibbi baş idarəsinin (TBİ) Poliklinikasında qeydiyyatda olmuş, mütəmadi olaraq dövri tibbi müayinələrdən keçirilmiş, səhhəti həkim nəzarətində olmuşdur. İddiaçı xx.xx.2008-ci il tarixdə aşağı ətrafların damar patologiyası ilə əlaqədar TBİ-nin Poliklinikası tərəfindən ambulator nəzarətə götürülmüş və xx.xx.2008-ci il tarixdə Akademik M.Topçubaşov adına Cərrahiyyə Mərkəzində keçirilmiş müayinələrdən sonra ona “Aşağı ətrafların varikoz xəstəliyi. Hər iki böyük dərin venaların varikoz genişlənməsi. Sağ kiçik dərin venaların tromboflebitlə fəsadlaşmış varikozu. Xroniki venoz çatışmamazlıq, İV funksional sinif” diaqnozu müəyyən edilərək çıxarış təqdim olunmuşdur. Tibbi tədbirlər xx.xx.2008-ci il tarixə kimi davam etdirilmişdir. O, xx.xx.2008-xx.xx.2009, xx.xx.2010, xx-xx.2012 və 22-xx.xx.2014-cü il tarixlərdə aşağı ətrafların damar patologiyası ilə əlaqədar TBİ-nin Poliklinikasında ambulator müayinə və müalicələrə cəlb edilmişdir. Sonuncu dəfə İddiaçı xx.xx.2017-ci il tarixdə TBİ-nin Poliklinikasına müraciət etmiş, döş qəfəsi orqanlarının rentgen müayinəsi olunmuş və nəticədə ağciyərlərdə patoloji görüntü aşkar edilməmişdir. a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “2008-ci il tarixindən 2018-ci il tarixinə kimi ödənilməyən müalicə puluna görə hər il 805 manat aylıq əmək haqqının iki misli 1610 manat olmaqla, 16100 manat müavinət pulunun, hər il 500 manat olmaqla 2016-2018-ci illərdə geyim puluna görə 1500 manatın v erilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. 2006-cı ilin fevral ayının 9-dan etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində əmək fəaliyyətinə başlamışdır. 2009-cu ildə leytenant rütbəsi almışdır. Daha sonra mayor rütbəsində baş inspektor, rəisin növbətçi köməkçisi vəzifəsində işləmişdir. 24 may 2018-ci ildə ailə daxili məsələsinə görə onu əsassız olaraq işdən çıxartmışlar. Həmin vaxtdan bu günə kimi işdənçıxma əmrini ala bilmir. Əmək kitabçasını Penitensiar Xidmətindən işdən çıxarıldıqdan 2 il sonra çox böyük çətinliklə almışdır. Dəfələrlə işə bərpa olunmağ ı ilə əlaqədar Xidmətin rəhbərliyinə müraciət etmişdir. Lakin müraciət etməyinə baxmayaraq nə işinə bərpa olunmuşdur, nə də ona çatası pul məbləğini verməmişlər. Eyni zamanda bildirir ki, xidmət dövründə hər iki ayağı varikoz xəstəliyi tutub. Tibbi kartoçkasında bu barədə qeyd olunub. 2007-ci ildə bu xəstəliyə görə müavinət almışdır. Müayinə və müalicə üçün ayrılmış müavinəti axırıncı dəfə 2007-ci ildə almışdır. 2015-ci ildən 2018-ci ilə kimi geyimini öz hesabına almışdır. Həmin pullar bu günə kimi ona ödənilməmişdir. O, ödənilməli olan ödənişlərin verilməsi ilə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdir. Lakin Penitensiar Xidmət tərəfindən ona ünvanlanmış məktubda ödənişdən imtina edilmişdir və həmin məbləğlər ona ödənilməmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh tərəfi ndən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Penitensiar xidmətdə qulluqda olmuşdur. Xidmət etdiyi müddət ərzində 2007-ci ildə xəstəliklə bağlı müraciət etdiyi üçün ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müraciət etmədiyinə görə verilməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Həmin maddənin ikinci cümləsinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəli k müavinət verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 28 aprel 2008-ci il tarixli, 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 26.4-cü maddəsinə əsasən ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. Maddənin mətnindən göründüyü kimi bu norma icra edilməsi tələbinə görə dispozitiv normadır (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur) və inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şə xsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2022-ci il tarixli, 2-1(112)-1084/2022 nömrəli (hakim Ş.A.Həsənova) qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiasının əsaslı olmasını təsdiq edən sübutların, yəni xəstəliklə bağlı müavinətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh inzibati orqana müraciət etməsinə, 2016-2018-ci illərdə öz hesabına xidməti geyimlə təm in edilməsinə dair sübutların məhkəməyə təqdim edilməməsinə istinad etmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1856/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 aprel 2022-ci il tarixli, 2-1(112)-1084/2022 nömrəli qərarını dəyişdirmədən saxlamışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş dig ər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun: Maddə 1.1. ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə 3.1. bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışa n Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Maddə
23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi 23.1. Ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir..... Maddə
33. Penitensiar xidmətin işçiləri 33.1. Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. 33.2. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. 19. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”:
2. Müavinətin verilməsi barədə müraciətə baxılması 2.1. Müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur..... 2.2. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq s ənədi..... 2.9. Müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kol legiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
27. Bununla belə, iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırki iş üzrə iddiaçı işlədiyi 2008-ci il tarixindən 2018-ci il tarixinə kimi olan dövrdə ona ödənilməyən müalicə puluna görə hər il 805 manat aylıq əmək haqqının iki misli 1610 manat olmaqla 16100 manat müavinət pulunun, 2016-2018 -ci illərdə hər il 500 manat olmaqla geyim puluna görə 1500 manat pulun ona ödənilməsini tələb edir.
29. Hazırki qərarın 18-ci bəndində qeyd edilən normaların məzmununa görə, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndərişi və ya müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd və ya sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi müraciətə əlavə edilməlidir. Müavi nətin verilməsi barədə müraciətə göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir.
30. Azərbaycan Respublikası Ədliyyə nazirinin 7-T saylı 28 aprel 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir (1.1); müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir (1.2); işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlə rinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir (1.3); müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir (1.4). 31. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinin birinci hissəsində pulsuz dövlət tibb xidməti ilə təmin olunma hüququ pensiyaya çıxmış işçilər də daxil olmaqla ədliyyə orqanlarının işçilərinə şamil edildiyi halda, həmin maddənin müalicə ilə əlaqədar müavinətin verilməsi hüququnu nəzərdə tutan ikinci hissəsində “pensiyaya çıxmış işçilər”ə şamil edilməmişdir. Eyni zamanda yuxarıda adıçəkilən “Qaydalar”a görə işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Pensiyaya çıxan işçilərin ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyini və onların vəzifələrindən irəli gələn səlahiyyətlərini itirdiyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, müalicə olunma ilə əlaqədar müavinət yalnız cari fəaliyyətdə olan, yəni hazırda qulluq keçən işçilərə aiddir.
32. Qeyd olunan ildə bir dəfə verilən müavinətin məqsədi işçinin müalicə olunaraq əmək qabiliyyətini bərpa etməsi və sonrakı əmək funksiyalarını arzuolunan şəkildə həyata keçirməsi ilə bağlıdır, belə olan halda pensiyaya çıxmış işçilər həmin iş üzrə əmək funksiyasını icra etmədiklərindən, onlara müntəzəm olaraq müalicə məqsədli müavinətlərin verilməsi qanunauyğun və əsaslı hal hesab edilə bilməz.
33. Qeyd etmək lazımdır ki, yuxarıda istinad edilən Qaydalar qulluqda olan ədliyyə işçisinin müalicə ilə əlaqədar müavinətin verilməsini sonuncunun bilavasitə müraciəti və həmin müraciətə müalic ə olunmasını zəruri edən müvafiq sənədləri əlavə etməsi ilə şərtləndirmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təchizat İdarəsinin məktubunda qeyd edilmişdir ki, İddiaçı 17 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı olmuş və xx.xx.2018-ci il tarixdən xidmətdən azad edilmişdir. Penitensiar Xidmətin zabit və nəzarətçilərinin geyim əşyaları ilə təmin olunması üçün əməkdaşlardan ərizə ilə heç bir müraciət olunmur. Penitensiar xidmətin əməkdaşları bir qayda olaraq fərdi qaydada Təchizat İdarəsi tərəfindən geyim əşyaları ilə təmin edilirlər. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 3/1 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən dövlət orqanlarında xüsusi geyimlərin qeydiyyatı kartoçkalarının saxlanma müddəti 3 ildir.
35. Azərbaycan Respu blikası Penitensiar Xidmətin Kadrlar İdarəsi tərəfindən verilmiş arayışa əsasən iddiaçı qulluq müddətində müraciət etmədiyinə görə ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməmişdir.
36. Belliklə, iddiaçı tərəfindən tələb edilmiş 2008-2018-ci illər üzrə müvafıq müalicə pulunun və 2016-2018-ci illər üzrə geyim pulunun verilməsi barədə cavabdeh inzibati orqana xidmət etdiyi dövrdə müraciət edilməsini, cavabdehin belə müraciətləri qəbul etməkdən imtinasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
37. Göstərilənlərə əsasən iddiaçının tələbləri ilə bağlı cavabdeh inzibati orqana yuxarıda adı çəkilən Qaydalarda nəzərdə tutulan müraciəti olmadığı üçün sonradan onun bu barədə tələbinin təmin olunmasından cavabdehin imtinası qanunauyğun olmuş və bu zaman iddiaçını n hüquqlarının pozulmasına yol verilməmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Məhkəmənin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1856/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.