Məhkəmə qərarları › İş №2-1(102)-2450/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2450/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2450/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasındakı məlumatların mötbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxna qarşı “20 iyun 2022-ci ildə, yəni 62,5 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(105)-187/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxxxx 1959-cu ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus xx.xx.1981-ci il tarixli əmək kitabçası ilə müəyyən edilir ki, o, müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 24 dekabr 2022-ci il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçası və məhkəmə qətnaməsinə əsasən İddiaçı ümumilikdə 24 il iş stajı təşkil edir. xx.xx.2006- cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq ona xx.xx.2011-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçanın surətində xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyətinə dair qeyd olmadığından, mötəbərliyinə əsaslı şübhələr olan 12.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat yaşa görə sosial müavinət təyin edilmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “20 iyun 2022-ci ildə, yəni 62,5 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1959-cu ildə anadan olmuş, əmək fəaliyyətinə Qubadlı rayonunun “Mehdi Hüseynzadə” adına kolxozda xx.xx.1974-cü ildə başlamış, həmin kolxozda xx.xx.1981-ci ilə qədər işləmişdir. xx.xx.1981-xx.xx.1996-cı illərdə 42 nömrəli Uşaq bağçasında, xx.xx.1997-xx.xx.1999-cu illərdə Sumqayıt Təhsil Şöbəsində, xx.xx.1999-xx.xx.2005-ci illərdə Sumqayıt İstehsalat Texnoloji Komplektləşmə İdarəsində işləmişdir. Ümumi iş stajı 30 ildən artıqdır. İş stajını ona məxsus olan NT-İ seriyalı ******* saylı “Əmək kitabçası” təsdiq edir. Yaşa görə əmək pensiyası təyini məqsədilə sənədlərini DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqdim etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubuna əsasən onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarı ilə (hakim X4) iddia tələbi təmin edilmiş, İddiaçı 20 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbay can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisələrdə işləməsi öz təsdiqini tapmış olur. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlərin həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həm in məlumatlar mötəbər hesab olunmalıdır. Qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçasında mübahisələndirilən müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu müddət 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 62,5 yaşı xx.xx.2022-ci ildə tamam olmuş olur.

9. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-187/2024 nömrəli iş üzrə 14 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri

13. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

14. Belə ki, iddiaçının mübahisəsiz sığorta stajı təqdim etdiyi əmək kitabçası və məhkəmə qətnaməsinə əsasən ümumilikdə 24 il təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasına əsasən xx.xx.1999-cü il tarixdən xx.xx.2005-ci il tarixədək istehsal Texnoloji Komplektləşdirmə idarəsində ümumilikdə 05 il 11 ay 12 gün təşkil edir. İnzibati icraat zamanı iddiaçının xx.xx.2011-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinə dair qeydlərin mövcud olmadığı müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hiss əsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.3. müddətli həqiqi hərbi (alter nativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və i li barədə qeydlər göstərilir. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzi bati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və tə klifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydasıMaddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Müba hisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin təl əbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddəti ndə verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

26. İddiaçı qanunla tələb olunan 25 il sığorta stajının mövcud olduğunu bildirib 20 iyun 2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh inzibati orqandan xahiş etmiş, cavabdeh i nzibati orqanın mövqeyinə görə iddiaçının əmək kitabçası və məhkəmə qətnamələrinə əsasən sığorta stajı 24 il təşkil edir, 2011-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilərkən həmin vaxt təqdim edilən əmək kitabçasında xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinə aid məlumat olmadığından, həmçinin fərdi hesabın sığorta hissəsində tələb olunan miqdarda pensiya kapitalı qeydə alınmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.

27. Əmək pensiyaları haqqında qanunvericiliyin yuxarıda sadalanan tələbinə əsasən iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 62 yaş 6 ay pensiya yaş həddinə çatması b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması.

28. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, 20 iyun 2022-ci il tarixdə onun pensiya yaş həddinə (62 yaş 6 ay) çatması mübahisə doğurmur.

29. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması təşkil edir.

30. İddiaçıya məxsus əmək kitabçasının sürətindən görünür ki, xx.xx.1999-cu il tarixdə İstehsal texnoloji komplektləşdirmə idarəsinin anbar bazasına qablaşdrıcı peşəsinə işə qəbul olunmuş, xx.xx.2005-ci il tarixdə işdən azad olunmuşdur.

31. İşdənçıxma əmrinə vurulan möhürdə iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti "xxxx" Dö vlət Şirkəti İstehsal Texnoloji Komplektləşdirmə İdarəsi qeyd edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisə olunan dövrə dair əmək kitabçasında olan məlumatların mötəbərliyi ilə bağlı araşdırma aparmış, ayrı-ayrı dövlət orqanlarından cavablar almışdır. 33. "xxxx" Dövlət Şirkətinin İstehsal Texnoloji Komplektləşdirmə İdarəsinin arxiv sənədləri arxivə təhvil verilməmişdir. 34. "xxxx" Dövlət Şirkətinin İstehsal Texnoloji Komplektləşdirmə İdarəsinin fəaliyyəti barədə Sumqayıt Şəhər İcra Hakimiyyətində məlumatlar (müraciət və digər) mövcud deyildir.

35. Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli məktuba görə "xxxx" Dövlət Şirkəti (sonradan "xxxx" ATSC) 05 iyun 1996-ci il tarixdən statistik vahidlərin Dövlət Reyestrində qeydiyyatdadır, "xxxx" Dövlət Şirkətinin İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi isə 11 iyul 1996-cı il tarixdən 01 oktyabr 1996-cı il tarixədək Bakı şəhəri üzrə qeydiyyatda olmuşdur.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, "xxxx" Dövlət Şirkəti 20 may 1993-cü il tarixdə yaradılmış, 2 dekabr 1997-ci il tarixdə müvafiq Fərman əsasında ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmişdir

37. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X1 və Koordinasiya mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi t ədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli, 2 dekabr 1997-ci il tarixli Fərmanı ilə "xxxx" Dövlət Şirkəti ləğv olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli, 16 iyul 1998-ci il tarixli sərəncamı ilə özəlləşdirilməyə açılmış "xxxx" Dövlət Şirkətinin müəssisələrinin siyahısında Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsinin adı aşkar edilməmişdir. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 34.34%, o cümlədən 0.67%-i əmək kollektivinə güzəştli satışda, 33.67%-i ixtisaslaşdırılmış çek hərraclarında özəlləşdirilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1999-xx.xx.2005-ci il tarixdə İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsində işləməsinə dair qeyd onun əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə əmək kitabçasında əks olunmuş məlumatların mötəbərliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə görə sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Cavabdehin mübahisə açdığı sığorta stajı ilə bağlı dövr iddiaçının əmək kitabçasında qeyd edilmişdir. Həmin dövrlə bağlı məlumatların dövlət arxivinə təhvil verilməməsi əmək kitabçasındakı məlumatları şübhə altına almaq üçün əsas ola bilməz. Lakin həmin məlumatlarla bağlı işdə müəyyən ə saslı şübhələr vardır və nə qədər ki, şübhələrin təkzib edilməsi ilə bağlı ətraflı araşdırma və hüquqi qiymətləndirmə aparılmamışdır, belə vəziyyətdə iş üzrə obyektiv qərar verilməsi istisna olunur.

40. İddiaçı iddia ərizəsində mübahisə olunan dövrdə Sumqayıt şəhərində işlədiyini bildirmişdir. Əmək kitabçasında vurulan möhürdə Sumqayıt adı qeyd edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin əldə etdiyi sübutlarda da "xxxx" Dövlət Şirkətinin müəssisələrinin siyahısında Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsinin mövcudluğu müəyyən edilməmişdir. Hətta məktubların birində belə müəssisənin bir neçə ay müddətində Bakı şəhərində qeydiyyatda olduğu bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmamış, əmək kitabçasında adı qeyd edilən müəssisə nin mövcudluğu, 1999-2005-ci illərdə Sumqayıt şəhərində fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparmamışdır.

41. Digər məqam iddiaçıya 2011-ci ildə əlilliyə görə pensiya təyin edilərkən təqdim etdiyi əmək kitabçasının surətində həmin dövrün yazılmadığı ilə bağlıdır.

42. Cavabdeh inzibati orqan həmin dövrün sosial sığorta stajına daxil edilməməsinin əsası kimi iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilən zaman təqdim edilmiş əmək kitabçasının surətində iş stajı barədə məlumatların əks olunmamasına istinad etmişdir.

43. Bununla bağlı apelyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçıya əlilliyə görə təyin edilmiş pensiya işinin materialları tələb edilərək, tədqiq edilmiş, pensiya işinin materiallarında olan əmək kitabçasının surətinin sonuncu səhifəsində Sumqa yıt Təhsil şöbəsi 41 nömrəli uşaq bağçasına təsərrüfat müdiri təyin edilməsi, həmin bağçada xadimə keçirilməsi, xx.xx.1999-cu il tarixdə uşaq bağçasında tutduğu vəzifədən azad olunması barədə qeydlər əks olunmuşdur. Cavabdehin hazırda mübahisələndirdiyi dövrlər məhz əmək kitabçasının qeyd olunan səhifəsindən sonrakı səhifədə öz əksini tapmışdır. İddiaçının işlədiyi həmin dövrə aid qeydlərin əmək kitabçasının əsli olan nüsxəsində olduğu halda, yalnız həmin əsasa istinad edilməklə, işlədiyi dövrün mübahisələndirilməsi, iddiaçının pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxara bilər. Əmək kitabçasının bütün səhifələrinin surətinin çap edilərək, əlilliyə görə pensiya işinin materiallarına əlavə edilməməsi halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, özlüyündə iddiaçının xx.xx.1999-xx.xx.2005-ci illərə aid əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alınmasına əsas qismində çıxış etməmişdir. Başqa sözlə desək, indiki halda əmək kitabçasının əsli olan nüsxəsində həmin məlumatlar əks olunduğu halda, əmək kitabçasının bütün səhifələrinin surətinin çap edilib pensiya işinə əlavə edilməməsi digər səhifələrin və həmin səhifələrdə əks olunmuş qeydlərin mövcud olmamasına dəlalət etmir. Hansı ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu.

44. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu qiymətləndirməsini əsaslı hesab etmir. İddiaçıya 2011 -ci ildə əlilliyə görə pensiya təyin olunan zaman “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olmuş 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmçinin həmin Qanunun 2011-ci ildə qüvvədə olan 13-cü maddəsinin redaksiyasına görə əlilliyə görə əmək pensiyasının məbləği müəyyən edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı nəzərə alınmalı idi. Bu səbəbdən 2011-ci ildə iddiaçıya əlilliyə görə pensiya təyin olunarkən iddiaçının ümumi sığorta stajının müəyyən olunması vacib idi. 45. 2011-ci ilin mart ayında iddiaçıya əlilliyə görə pensiya təyin edilməsinə dair pensiya işi işə əlavə edilmişdir. Pensiya işində olan sənədlər, o cümlədən işin 71 və 110-cu səhifəsindəki məlumatlar məhkəmə tərəfindən tədqiq edilməmiş, pensiya təyini zamanı 1999-2005-ci illərə aid sığorta stajının pensiya məbləği müəyyən edilərkən nəzərə alınması yoxlanılmamışdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, 1999-2005-ci illərə aid məlumatların əmək kitabçasında olduğu halda 2011-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilərkən həmin dövrün nəzərə alınıb-alınmaması, nəzərə alınmayıbsa bunun səbəbi, o cümlədən 2011-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilərkən əmək kitabçasında olan həmin dövrə aid məlumatın pensiya təyin edən orqana təqdim edilməməsinin səbəbi, iddiaçının buna münasibəti ətraflı ara şıdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

47. İşin 103-cü səhifəsində olan qərara görə iddiaçının əlilliyi sonuncu dəfə 15 yanvar 2016-cı ildə 5 il müddətinə müəyyən edilmişdir.

48. İşin 95 və 96-cı səhifəsində pensiya miqdarının dəyişdirilməsi haqqında 30 yanvar 2016-cı il, 22 iyun 2016-cı il tarixli və digər qərarlarında pensiya orqanı iddiaçının pensiyasını yenidən hesablamışdır.

49. İşin 77-81-ci səhifələrində olan əmək kitabçasının surətində 1999-2005-ci illərə aid məlumatlar göstərilmişdir. İşin 81-ci səhifəsində olan qeydlərə görə əmək kitabçasının surəti 13 iyun 2016-cı ildə Sumqayıt şəhər 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir.

50. Qeyd olunan sənədlər apelyasiya məhkəməsi tərəfindən tədqiq edilməmiş, 13 iyun 2016cıl il tari xdə təsdiq edilmiş əmək kitabçasının pensiya təyin edən orqana nə vaxt təqdim edilməsi, 22 iyun 2016-cı ildə iddiaçının pensiyası yenidən hesablanarkən 13 iyun 2016-cıl il tarixdə təsdiq edilmiş əmək kitabçasındakı məlumatların nəzərə alınması müəyyən edilməmişdir.

51. Bəhs olunan hallar iş üzrə düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyət daşıyır.

52. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən İPM-in 12 və 57-ci maddələrinin tələblərinə əməl etmədiyindən kasasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

53. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-187/2024 saylı 14 may 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar