Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2452/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi; plan və ölçüsünün etibarsız hesab edilməsi, torpaq sahəsinin üst-üstə düşməsi (iş № 2-1(102)-2452/2019) Bakı şəhəri 1 oktyabr 2019-cu il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X9, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “Azərbaycan ” Nəşriyyatının nümayəndəsi Qasımov Azər Məmməd oğlu, vəkili X12, üçüncü şəxs X3 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “Azərbaycan” Nəşriyyatının (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-385/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarından üçüncü şəxs X3 verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: X4 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 20 fev ral 1981-ci il tarixli, B 000369 saylı “Torpaqdan istifadə hüququna dair Dövlət aktı”na əsasən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmış və həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. Bakı şəhəri Lenin (hazırkı Sabunçu) rayon XDS İK-nin 19 yanvar 1989-cu il tarixli 3/41 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Maştağa Nardaran ərazisindən (85-ci kvartal, 6 saylı sahə) Əzim-X7 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrilan torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən X14 kitabında 04.02.2015-ci il tarixdə 41427 nömrə ilə uçota alınmış, 532513 say lı “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Daha sonra isə cavabdeh inzibati orqan tərəfindən A.Əzim-zadənin adına **********18 reyestr saylı torpaq sahəsinin planı və ölçüsü habelə, daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, 19 mart 2015-ci il tarixli Çıxarış verilmişdir. 5 aprel 2015-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 85, 6 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi X8 oğlu tərəfindən X1. Alqı-satqı müqaviləsinə əsasən cavabdeh orqan tərəfindən M.Axundovaya **********18 reyestr saylı torpaq sahəsinin planı və ölçüsü habelə, daşınmaz əmlakın dövlət reyestrindən 0640015 saylı, 25 aprel 2015-ci il tarixli Çıxarış verilmişdir İddiaç ı 15 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin 6 iyul 2017-ci il tarixli bildirişi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilərək bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsinin koordinatları daxilində digər fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələri və fərdi yaşayış evləri mövcuddur. Daha sonra iddiaçı 19 mart 2018-ci ildə yenidən cavabdehə müraciət edilərək, sözügedən torpaq sahəsindən müxtəlif ölçülərdə ayrı-ayrı fiziki şəxslərə (o cümlədən hazırkı iş üzrə üçüncü şəxs X5) mülkiyyət hüququ əsasında torpaq sahələrinin verildiyini bildirib buna dai r çıxarışların ləğv edilməsini xahiş edilmişdir. Həmin müraciətə cavabdeh tərəfindən 9 aprel 2018-ci il tarixli məktubda cavab verilərək göstərilmişdir ki, ərizəyə əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İddiaçı cavabdehə (üçüncü şəxslər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti və X6 olmaqla) qarşı iddia ərizəsi ilə 27.06.2018-ci ildə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X5 verilmiş **********18 reyestr nömrəli və onun verilməsinə əsas olmuş Əzim-X7 verilmiş A 532513 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublik ası Nazirlər Sovetinin 6 may 1980-ci il tarixli. 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (hazırda “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981 -ci il tarixli “Torpaqdan istifadə hüququna dair Dövlət aktı” verilmişdir. X22 20 fevral 1981 -ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 salı qərarı ilə də müəyyən edilmişdir. Həmçinin “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X3 X8 oğlundan aldığı 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 25 iyun 2015-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda 0.12 ha torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa-Nard aran y/m. kvartal 85. 6 saylı sahə kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış kimi qeyd edilmişdir. X2 və həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş Əzim-X7 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Halbuki, iddiaçıya verilmiş 20 fevral 1981-ci il tarixli Dövlət Aktında 15 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. Bundan başqa, 15 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində əvvəllər 0.12 ha torpaq sahəsinin mülkiyyətçisi olmuş Əzim-X7 alqı-satqıdan sonra isə X5 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində “Azərbaycan” Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Belə olan halda cavabdehin İdarəsi işçil ərinin texniki səhvlərini aradan qaldırmalıdır. Lakin “Azərbaycan” Nəşriyyatının müraciətinə cavabdeh müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar tədbir görməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası olaraq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 139-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələrinə, Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə, 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə, 48-ci maddəsinin 4-cü bəndinə, 82-ci maddəsinə, 110-cu maddəsinə istinad etmişdir. “xxxx” MMC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış (i.v 65-69) mütəxəssis rəyindən görünür ki, 20 fevral 1981-ci il t arixli “Torpaqdan istifadə hüququna dair Dövlət aktı”na əsasən “Azərbaycan” Nəşriyyatının qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngəsinin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47- dir. 1 saylı dön gədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500.0 metrdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin X8 oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18.03.2015-ci il tarixli **********18 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən göründüyü kimi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 1 saylı döngə nöqtələrinin nömrəsi üzrə X koordinatı416316.73, Y koordinatı 4492668.55, nöqtələr 1-2, döngə nöqtələri arasında məsafə 49.14, 2 saylı döngə nöqtələrinin nömrəsi üzrə X koordinatı-416365.5, Y koordinatı 4492674.56, nöqtələr 2-3, döngə nöqtələri arasında məsafə 24.69, 3 saylı döngə nöqtələrini n nömrəsi üzrə X koordinatı-416367.31, Y koordinatı 4492649.94, nöqtələr 3-4, döngə nöqtələri arasında məsafə 49.28 və 4 saylı döngə nöqtələrinin nömrəsi üzrə X koordinatı-416318.34, Y koordinatı 4492644.38, nöqtələr 4-1, döngə nöqtələri arasında məsafə 24.22 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin X5 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa-Nardaran y/m, kvartal 85, 6 saylı sahə yerləşən 01.12 ha torpaq sahəsinin 23.04.2015-ci il tarixli **********18 reyestr nömrəli torpaq sahəsinin plan-ölçüsündə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 1 saylı döngə nöqtələrinin nömrəsi üzrə X koordinatı-416365.5, Y koordinatı 4492674.56, nöqtələr 1-2, döngə nöqtələri arasında məsafə 24.69, 2 saylı döngə nöqtələrini n nömrəsi üzrə X koordinatı-416367.31, Y koordinatı 4492649.94, nöqtələr 2-3, döngə nöqtələri arasında məsafə 49.28, 3 saylı döngə nöqtələrinin nömrəsi üzrə X koordinatı-416318.34, Y koordinatı 4492644.38, nöqtələr 3-4, döngə nöqtələri arasında məsafə 24.22 və 4 saylı döngə nöqtələrinin nömrəsi üzrə X koordinatı416316.73, Y koordinatı 4492668.55, nöqtələr 4-1, döngə nöqtələri arasında məsafə 49.14 kimi qeyd olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3192/2018 saylı, 24 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxs X5 verilmiş **********18 reyestr saylı və onun verilməsinə əsas olmuş Əzim-X7 verilmiş A 532513 saylı torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandı rmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 6 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(102)6123/2016 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən sözügedən torpaq sahəsinin hüdudlarının (parametrlərinin) müəyyən olunması və həmin sahənin zəbt edilməsi hallarının mövcud olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu edilmişdir. Komitənin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində, “Torpaqdan istifadə hüququna aid Dövlət aktı” ilə “Azərbaycan” Nəşriyyatına Abşeron rayonunun (indiki Sabunçu rayonunun) ərazisində ayrılmış 15,0 ha torpaq sahəsinin Nazirlər Kabineti tərəfindən geri alınmadığı və həmin sahənin Azərbaycan Respublikası Nazirlər Sovetinin 6 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə keçmiş “Kommunist” (indiki “Azərbaycan”) Nəşriyyatına daimi istifadə üçün ayrılmiş 15 hektar torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olduğu və cavabdehlər tərəfindən torpaq sahəsinin özbaşına zəbt olunması hallarının mövcud olduğu göstərilmişdir, birinci instansiya məhkəməsində dindirildiyi zamanda həmin rəyin müəllifi olan mütəxəssis torpaq sahəsinə baxış keçirildiyini, torpaq sahəsinin ölçülərinin müəyyənləşdirildiyini və həmin torpaq sahəsinin “Azərbaycan” Nəşriyyatına Nazirlər Kabinetinin q ərarı ilə ayrılmış torpaq sahəsi olduğunu, həmin sahədə torpağı zəbt edənlərə məxsus müxtəlif tikililərin olduğu bildirmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubu ilə də müəyyən edilmişdir ki, “Torpaqdan istifadə hüququna dair Dövlət aktı” ilə verilmiş torpaq sahəsi “xxxx” MMCnin arxiv və elektron baza məlumatlarına əsasən “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahələrinə daxil deyildir. Həmin ərazi Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyində olmaqla dövlət mülkiyyəti torpağıdır. Məhkəmə araşdırması zamanı Əzim-X7 verilmiş **********18 reyestr nömrəli və onun verilməsinə əsas olmuş torpaq sahələrinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin koordinatları Azərbaycan Respublikası Nazirlər Sovetinin 6 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Əzim-X7 verilmiş **********18 reyestr nömrəli və onların verilməsinə əsas olmuş torpaq sahəsinin plan və ölçüsü tərtib olunarkən həmin torpaq sahəsinin koordinatının müəyyən edilməsi üçün əsas olan ayrıc aktı, istinad nöqtələri göstərilmiş torpağın yerləşmə sxemi və mərz nişanları qoyulmuş torpağın təhvil verilməsi barədə akt arxiv qovluğunda aşkar edilməmişdir. Lakin buna baxmayaraq, həmin torpaq sahələrinə plan-ölçülər tərtib olunarkən həmin torpaq sahələrinə göstərilən koordinatlar “Azərbaycan” Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşmüşdür. “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu üçün, Əzim-X7 ayrılmış torpaq sahələri fərdi yaşayış evinin tikilməsi üçün ayrıla bilməzdi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4 maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda həmin Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydad a, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Məhkəmə araşdırması zamanı isə Əzim-X7 ayrılmış, hazırda isə X3 mülkiyyətində olan torpaq sah ələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Buna görə də Əzim-X7 ayrılmış, hazırda X3 mülkiyyətində olan torpaq sahələri Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşə bilməz və bu hal həmin torpaq sahələrinin yerləşmə sxemləri və planölçüləri tərtib olunarkən yol verilmiş texniki səhv və səhlənkarlıq nəticəsində yaranmışdır. Həmin qərardan cavabdeh və 3-cü şəxs X6 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərarı il ə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11məruzəçi, X10 və X16, 2-1(103)-385/2019 saylı iş) 27 fevral 2019-ci il tarixli qərarla cavabdehin və üçüncü şəxs M.Axundovanın apellyasiya şikayətlərini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Üçüncü şəxs X6 6 may 2019-cu il tarixdə qərarın surətini almış, 4 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı “Azərbaycan” Nəşriyyatı məhkəməyə müraciət edərkən mülkiyyətində olan torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının istifadəsində olan 15 h a torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun mülkiyyətində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşməsinin sübutu kimi əsas götürülən “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi məhkəmə prosesi zamanı işə əlavə olunub və həmin mütəxəssis rəyi digər mütəxəssis “xxxx” MMC tərəfindən verilmiş rəy ilə təkzib olunduğundan iddiaçı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsini mübahisələndirməyə subyektiv hüququ olmamışdır. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin əsassız olduğunu sübut edən əsas amillərdən biri odur ki, iddiaçıya məxsus torpaq sahəsi Hüseyniyyə Məscidinə gedən yoldan şərqə doğru 218 metr aralı məsafədə yerləşərək düzbucaq şəklində əks olunduğunun göstərilməsidir. Mütəxəssisin bu qənaətə gəlməsinə səbəb olan, 1987-ci i lə aid 1:50000 miqyaslı topoqrafik planı üzrə həmin ərazidə o zaman şərq, cənub və qismən də qərb tərəfdən hasarlanmış ərazinin ölçüləri iddiaçıya ayrılmış torpaq sahəsi ilə təxminən eyni olduğunu bildirməsidir. Xüsusilə qeyd olunmalıdır ki, “xxxx” MMC-nin mütəxəssisi işi tam araşdırmadığı üçün və sovxozun ərazisini geniş planda təqdim etdiyi üz xəritələrində əks etdirmədiyi üçün Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaq sahəsi Nardaran ərazisində yerləşdiyi halı nəzərdən qaçıraraq, tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, sovxozun ərazisi 218 metr məsafədə Bilgəh ərazisinə düşdüyü göstərilmişdir. Göründüyü kimi mövcud mübahisənin əsasını “Azərbaycan” Nəşriyyatının istifadəsində olmasına istinad etdiyi “Torpaqdan istifadə hüququna dair Dövlət aktı” ilə müəyyən edilən torpaq sahə si ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün üst-üstə düşüb-düşməməsi təşkil edir. Göstərilən halların araşdırılması isə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssisləri tərəfindən müəyyən edilməli olduğundan, iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət versə də, məhkəmə əsassız olaraq vəsatətlərini təmin etməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmədiyindən, iddianın təmin edilməsi nəticəsində qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər olmadan mülkiyyət hüququnun pozulması ilə nəticələnən qərar qəbul edildiyindən, iş üzrə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. tərəflərin izahatları: Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı və üçüncü şəxs M.Axundova istisna olmaqla digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxs M.Axundovanın kassasiya şikayəti vaxtın da, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarına əsasən, X4 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli “Torpaqdan istifadə hüququna dair Dövlət Aktı”na əsasən 15 ha ölçüdə torpaq sahəsi iddiaçıya yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmışdır. Həmçinin Bakı şəhəri Lenin (hazırkı Sabunçu) rayon XDS İK-nin 19 yanvar 1989-cu il tarixli 3/41 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Maştağa Nardaran ərazisindən (85-ci kv artal, 6 saylı sahə) Əzim-X7 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair 04.02.2015-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daha sonra isə cavabdeh inzibati orqan tərəfindən A.Əzim-zadənin adına 4 fevral 2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü, 19 mart 2015-ci il tarixdə isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 5 aprel 2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 85, 6 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi X8 oğlu tərəfindən X1. Bundan sonra alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən üçüncü şəxs M.Axundovaya 23 aprel 2015-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü, 25 aprel 2015-ci il tarixdə isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən üçüncü şəxslərin adına tərtib edilmiş 4 fevral 2015-ci il tarixli və 23 aprel 2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü onun qanuni istifadəsi üçün ayrılmış 15 ha torpaq sahəsinin daxilində olduğundan üçüncü şəxslərin adına tərtib edilmiş plan və ölçülər etibarsız sayılmalıdır. İddiaçıya torpaq sahəsi ayrılan vaxt (1971-ci ilin yanvarın 1-dən) qüvvədə olmuş Torpaq Məcəlləsinin 24-cü maddəsində qeyd edilir ki, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpadan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. İddiaçının 15 ha torpaq sahəsinə istifadə hüququ Abşeron rayon XDS İK tərəfindən verilmiş torpaqdan istifadə hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. İddiaçıya məxsus torpaq sahəsinə dair dövlət aktında torpaq sahəsinin sərhədləri və ölçüləri qeyd edilmişdir. Üçüncü şəxslər A.Əzim-zadə və M.Axundovanın adına olan torpaq sahəsinin planı və ölçülərində də torpaq sahəsinin sərhədlə ri və ölçüləri əksini tapmışdır. Birinci instansiya məhkəməsinin əldə etdiyi mütəxəssis rəyi ilə həmin torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsinin araşdırması zamanı üçüncü şəxs A.Əzim-zadə və M.Axundovanın adına olan torpaq sahəsinin planı və ölçülərində qeyd edilən torpaq sahəsinin iddiaçıya aid torpaq sahəsinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. İPM-in 1.2-ci maddəsinə istinadən, Mülki Prosessual Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, eks pertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Torpaq sahəsinin üst-üstə düşməsi ilə bağlı mütəxəssis rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırıldıqdan sonra qiymətləndirilmişdir. Mütəxəssis rəyinin şübhə altına alınması üçün əsas olmamışdır. O da vurğulanmalıdır ki, iddiaçıya aid torpaqdan istifadə hüququna dair dövlət aktında torpağın yardımçı kənd təsərrüfatı üçün verilməsi, üçüncü şəxs A.Əzim-zadənin ad ına olan torpaq sahəsinin planı və ölçüsündə fərdi yaşayış tikintisi üçün, M.Axundovaya aid torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları qeyd edilmişdir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində qeyd edilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmçinin Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən, kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda həmin Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Y ardımçı kənd təsərrüfatı torpaq sahəsinin 2015-ci ildə qeyri-kənd təsərrüfatı məqsədilə yaşayış məntəqələrinin torpaqlarına keçirilməsi işdə olan sübutlarla təsdiq olunmur. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Cavabdeh tərəfindən tərtib edilən hər iki torpaq sahəsinin planı və ölçüsü onun faktiki xarakterli hərəkətinin nəticəsidir. “İnzibati icraat haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Cavabdeh üçüncü şəxslər barəsində torpaq sahəsinin planı və ölçüsünü tərtib edərkən zər uri sübutları toplamamış, torpaq sahəsinin başqasının qanuni istifadəsində və yaşayış məntəqələri torpağı olub-olmamasını araşdırmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi kimi dövlət qeydiyyatına alınmalı olmadığı halda, cavabdeh tərəfindən belə hüquq dövlət qeydiyyatına alınmışdır. “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Cavabdehin kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini ya şayış məntəqələrinin torpaq sahəsi kimi dövlət qeydiyyatına almaq səlahiyyəti olmadığından, cavabdehin faktiki xarakterli hərəkətinin nəticəsi olaraq torpaq sahəsinin planı və ölçüsünün etibarsız sayılması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-385/2019 saylı, 27 fevral 2019-cu tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2452/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2452/2019
01.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver