Məhkəmə qərarları › İş №2-1(102)-2452/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2452/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2452/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək kitabçasının mötəbərliyi prezumpsiyası, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) 20.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəz Filialına qarşı “cavabdehin qərarın ın qismən ləğv edilməsi, əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(105)-468/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi, xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməmiş əmək pensiyasının ödəni lməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir

2. Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-268/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı ləğv edilmiş, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Qubadlı rayon Çaytumas kənd orta məktəbində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilərək əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi, xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat zamanı iddiaçı, tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun xx.xx.1 977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək iş stajı nəzərə alınaraq, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının pensiya məbləğinin azaldılması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(105)-468/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı qismən – iddiaçıya xx.xx.2017ci il tarixdən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması (pensiya məbləğinin azaldılması) hissəsində ləğv edilmiş, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Quba dlı rayon Çaytumas kənd orta məktəbində işlədiyi dövr onun sığorta stajına daxil edilərək, ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş əmək pensiya məbləğinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın xx.xx.1977-xx.xx.1993-cü illər üzrə iş stajı nəzərə alınmadığından, pensiya məbləğinin azaldılması hissəsində ləğv edilməsindən, xx.xx.2017-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası məbləğinin həmin dövrlər nəzərə alınmaqla, yenidən hesablanmasına nail olmaqdan ibarətdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2017ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin vaxtda xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək nəzərə alınmış, xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 12 il 4 ay olduğu halda, 28 il 4 ay sığorta stajı hesablanmış, xx.xx.1977-xx.xx.1993-cü illərdə işlədiyi dövrlər şahidlik əsasında qeyd edildiyindən, nəzərə alınması mümkün olmamış, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş məbləğin bir hissəsi ödənilməli olan məbləğlə əvəzləşdirildikdən sonra, qalıq borcun məbləği 1948,82 manat təşkil etmişdir.

6. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, 60 yaşının tamam olduğu vaxtda, yəni xx.xx.2017-ci il tarixdə onun yaşa görə əmək p ensiyası hüququ yaranmış, ona xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, ödənilmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq, işdən azad olunduğu üçün, əmək pensiyasının hesablanmasında nəzərə alınmayan sığorta kapitalının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar əsasında iddiaçıya münasibətdə əmək pensiyasının yenidən hesablanması zamanı pensiya hüququnun yarandığı tarixin, sosial sığorta stajının və PSK-nın düzgün müəyyən edilməməsi səbəbindən iddiaçının pensiya ödənişində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 1948,92 manat artıq ödənilmiş məbləğ aşkar edilmiş, onun xx.xx.1977-xx.xx.1993-cü illərd ə işlədiyi dövr əmək kitabçasının doldurulma qaydasına uyğun olmadığından sosial sığorta stajı kimi hesablanmamışdır.

7. Qeyd edilməlidir ki, cavabdehin iddiaçı barəsində pensiya məbləğinin yenidən hesablanması zamanı onun xx.xx.1977-xx.xx.1993-cü illərdə işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmadan aparılmış yenidən hesablanma ilə bağlı hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, iddiaçının xx.xx.1977-xx.xx.1993-cü illərdə müəllim peşəsində işləməsi halı əmək kitabçası, məktəbin direktoru tərəfindən təqdim edilmiş məktub və digər sənədlər əsasında öz təsdiqini tapmışdır. Belə olan halda, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən mübahisələndirilən həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilməli olduğu halda, cavabdeh tərəfindən həmin dövr nəzərə alınmadan iddiaçının pensiya məbləği yenidən hesablanmış, nəticə olaraq ona təyin edilmiş pensiya məbləği azaldılmışdır. Bu baxımından, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar məhz pensiya məbləğinin azaldılması hissəsində iddiaçıya münasibətdə hüququnun əsassız olaraq məhdudlaşdırılmasına və onun üçün maddi məhrumiyyətlərin yaranmasına səbəb olduğundan, habelə qanunvericiliyin tələbinə zidd olduğundan, həmin hissədə qanunsuz əlverişsiz inzibati akt qismində çıxış etmişdir.

8. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məh kəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsind ə və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsas landırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddu r. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-88/2023 nömrəli, xx.xx.2023-cü il t arixli 2-1(102)2532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli qərarları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

14. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(105)-468/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar