Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2453/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2453/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon Şöbəsin ə qarşı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(103)-1039/2019 saylı qərarından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1954-cü ildə Qusar rayonu, Çiləgir kəndində anadan olduğunu, əmək fəaliyyətinə xxxx 1971-ci ildən başladığını, xxxx 1971ci ildən xxxx 1972-ci ilədək 7-ci Dövlət Podşipnik zavodunda işlədiyini, xxxx 1972-ci ildən xxxx 19 77-ci ilədək Bakı Dövlət Universitetində ali təhsil aldığını, xxxx 1977-ci ildən xxxx 1991-ci ilədək Qusar rayonunda statistika idarəsində mühəndis, baş mühəndis, sex rəisi, proqramlaşdırıcı-mühəndis vəzifələrində işlədiyini, xxxx 1991-ci ildən xxxx 1997-ci ilədək Qusar rayon isitmə sistemi Birliyində baş mühasib işlədiyini, xxxx 1997-ci ildən xxxx 2006cı ilədək “xxxx” Kiçik Müəssisəsinin tikinti sahəsi üzrə sahə rəisi vəzifəsində, xxxx 2007-ci ildən xxxx 2007-ci ilədək X1 adına Kitab Fondunda təsərrüfat müdiri vəzifəsində işlədiyini, 30 ildən artıq əmək stajı olduğunu, bütün bu illərin əmək kitabçasında öz əksini tapdığını, yaşa görə pensiya almaq hüququ yarandığından, cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncunun, xxxx 2018-ci il tarixli məktubla 25 il sığorta stajının mövcud ol madığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, cavabdehin xxxx 2018ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, xxxx 1972-ci ildən xxxx 1977-ci ilədək Bakı Dövlət Universitetində ali təhsil illəri, xxxx 1971-ci ildən xxxx 1972-ci ilədək 7ci Dövlət Podşipnik zavodunda, xxxx 1977-ci ildən xxxx 1991-ci ilədək Qusar rayonunda statistika idarəsində, xxxx 1991-ci ildən xxxx 1997-ci ilədək Qusar rayon isitmə sistemi Birliyində, xxxx 1997-ci ildən xxxx 2006-cı ilədək “xxxx” Kiçik Müəssisəsində, xxxx 2007-ci ildən xxxx 2007-ci ilədək Mirzə İbrahimov adına Kitab Fondunda işlədiyi illər sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtdan təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xa hiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(82)-222/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1039/2019 saylı qərarı ilə (sədrlik edən S.S.Seyidova, hakimlər V.M.Məmmədov və İ.B.Əhmədov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı xxxx.2017-ci il tarixindən yaşa görə pensiyanın təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qər arından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının 25 il sığorta stajı olmadığından, ona yaşa görə pensiya təyin edilməsi mümkün olmamış, məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci mad dəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına m ane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının n əzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1039/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxxx 1971-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı, xxxx 1971-ci il tarixli, *** saylı əmrlə Dövlət Podşipnik zavoduna qəbul olunana kimi tornaçı şagirdi peşəsinə qəbul edilmiş, 22.10.1971-ci il tarixli, 2 58/k saylı əmrlə tornaçı keçirilmiş və xxxx 1972-ci il tarixli, **** saylı əmrlə işdən azad edilmiş, xxxx 1972-ci ildən xxxx 1977-ci ildə Bakı Dövlət Universitetində təhsil almış, xxxx 1977-ci il tarixli, 52 saylı əmrlə Qusar rayonu Statistika İdarəsinə müvəqqəti mühəndis təyin edilmiş, xxxx 1980-c il tarixli, 12 saylı əmrlə baş mühəndis keçirilmiş, xxxx 1991-ci il tarixli, 1/k saylı əmrlə Qusar rayon statistika idarəsinə programlaşdırıcı mühəndis vəzifəsinə təyin edilmiş və xxxx 1991-ci il tarixli, 23/k saylı əmrlə işdən azad edilmiş, xxxx 1991-ci il tarixli, 72 saylı əmrlə Qusar rayon istismə sistemi birliyinə sahə ustası peşəsinə qəbul edilmiş, xxxx 1991-ci il tarixli, 100 saylı əmrlə mühasib keçirilmiş, xxxx 1997-ci il tarixli, 27 saylı əmrlə işdən azad edilmiş, iddiaçı, cavabdeh inzib ati orqana müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla 25 il sığorta stajı olmadığından, ona yaşa görə pensiya təyin etmək mümkün olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı xxxx 1997-ci ilə kimi tələb olunan sosial sığorta stajını toplamış, İddiaçı hətta “xxxx” kiçik müəssisəsində işlədiyi dövr nəzərə alınmadan 25 il, 6 ay, 26 gün sığorta stajı vardır, həmçinin DSMF-nun Bakı şəhəri üzrə X2 İdarəsinin uçot bazasında “xxxx” kiçik müəssisəsi adlı sığortaedənin müəyyən edilməməsində iddiaçının hər hansı bir təqsiri yoxdur, beləliklə, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur... Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminat ına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il xxxx başlayaraq 2021-ci il xxxx qadınların yaş həddi 2017-ci il xxxx başlayaraq 2027-ci il iyulun xxxx hər il 6 ay artırılır. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il xxxx keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu mü ddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yxxxx keçmiş SSRİnin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. xxxx 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilirdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının 1971-ci ildən 2007-ci ilədək əmək fəaliyyəti ilə məşqul olaraq xxxx 1997-ci ilə kimi tələb olunan sosial sığorta stajını topladığını, həmçinin DSMFnun Bakı şəhəri üzrə X2 İdarəsinin uçot bazasında “xxxx” kiçik müəssisəsi adlı sığortaedənin müəyyən edilməməsində iddiaçının hər hansı bir təqsirinin olmadığını, beləliklə, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1039/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1039/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2453/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2453/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver