Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2453/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 37 nömrəli poliklinikanın göndərişi əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzər inə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(103)240/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə ilk dəfə Bakı 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2743003AAA2H saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 Aşağı ətraf venalarının varikoz gen...; Diaqnozun mətni: Aşağı ətrafların varikoz xəstəliyi, venaların varikoz genişlənməsi. Sağ baldırın aşağı 1\3-ninvenoz trofiki xorası cərrahi əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Aşağı ətraf venalarının varikoz genişlənməsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Aşağı ətrafların varikoz xəstəliyi, venaların varikoz genişlənməsi. Sağ baldırın aşağı 1\3ninvenoz trofiki xorası cərrahi əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Aşağı ətraf venalarının varikoz genişlənməsi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Sonradan Bakı şəhəri 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci ildə 2743003AABJ3 saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının varikoz gen...; Diaqnozun mətni: Əsas diaqnoz İ83.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, Hər iki aşağı ətrafların residiv varikozu. sağ baldırın xroniki venoz xorası. Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, “İkitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz Lazer ablisiyası” cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.x x.2014 Oksigen Klinikası). Ağırlaşma İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Limfodema. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatışmazlıq, Xroniki limfo-venoz çatmamazlığı İV-V sinif. Yanaşı xəstəliklər İ25.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX.Aterosklerotik kardioskleroz. Yanaşı xəstəliklər R45 Emosional hallara aid olan simptomlar və nişanələr, Əsəbi gərginlik; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmiş müalicə kursu yetərli deyil, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə/müalicə olunmasina ehtiyac var" səbəbi ilə imtina verilmişdir.
4. İddiaçı barəsində verilən xx.xx.2021-ci il tarixli, 2743003AABKU saylı tibbi göndərişdə - Əsas d iaqnoz: “İ.83.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi. Hər iki aşağı ətrafların residiv varikozu, sağ baldırın xroniki venoz xorası”; - Ağırlaşma: “İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi Limfodema. Z98 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər “İkitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz Lazer ablisiyası” cərrahi əməliyyatdan sonrakı vəziyyət. İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq Xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə” qeyd olunmuşdur.
5. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xx.xx.2021-ci ildə Bakı şəhəri 37 nömrəli Şəhər Poliklinikasının 2743003AABKU saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciə tlər; Diaqnozun mətni: Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, Hər iki aşağı ətrafların residiv varikozu.sağ baldırın xroniki venoz xorası. Limfodema. “İkitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz Lazer ablisiyası” cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2014 Oksigen Klinikası). Xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə., ÜİX.Aterosklerotik kardioskleroz. Əsəbi gərginlik; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: Cərrahi əməliyyatdan sonra 2021-ci ilə qədər stasionar müalicələri yoxdur, müayinələri səthidir, ixtisaslaşmış müayinə və müalicələri davam etdirilsin” səbəbi ilə imtina verilmişdir.
6. İddiaçı əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya elektron qaydada “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, uzun illərdir ki, əlildir. Onun səhhətində problemlər yaranmış, varikoz damar genişlənməsindən əziyyət çəkməsi müəyyən edilmişdir. Həmin xəstəlik səbəbindən “Oksigen” klinikasında əməliyyat olunmuş, müəyyən fasilələrlə bülletendə olmuş, müalicə almışdır. O, həmin xəstəlik səb əbilə xx.xx.2014-cü il tarixdə “Oksigen” klinikasında ağır əməliyyat keçirmişdir. Daha sonra dəfələrlə ambulator müayinələrdən keçmişdir. Buna dair xəstəlik kitabçasından çıxarışları, Nərimanov rayon poliklinikasından verilmiş əmək qabiliyyətinin məhdudlaşmasına dair vərəqələri var. Onun 183.0 aşağı ətraf venaların xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətrafların residiv varikozu, sağ baldırın xroniki venoz xorası, 189.0 digər rubrikalarda təsnif olunmayan limfa ödemi, limfodema, 187.2 xroniki (periferik) limfovenoz çatışmazlığı və ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlil olması müəyyən edilmişdir. Bundan əlavə müəyyən olunmuşdur ki, əsas diaqnozlarla yanaşı 125.1 ürəyin aterosklerotik xəstəliyi, ÜİX. Aterosklerotik kardioskleroz, R45. emosional hallara aid olan simptomlar və nişanələr, əsəbi gərginlik kimi yanaşı xəstəlikləri var. TSERAS tərəfindən xx.xx.2021-ci il tarixli göndərişə əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bildirilmişdir ki, əlilliyin dərəcəsi Topçubaşov adına xəstəxana tərəfindən verilən ambulator kitabçadan çıxarışda səhv göstərilmişdir. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyinin sinifləri yox, dərəcələri müəyyən edilmişdir. İddiaçıya isə xroniki limfo-venoz çatmamazlığının İV-V sinfi diaqnozu qoyulmuşdur. Əlillik təyinatının verilməsindən imtina olunduğu üçün iddiaçı xx.xx.2021-ci il tar ixdə müayinədən keçmiş, bu dəfə isə diaqnoz olaraq ona
890. Limfodema, xroniki limfovenoz çatmamazlıq, İİİ (üçüncü) dərəcə sağ baldırın trofiki xorası diaqnozu qoyulmuşdur. Lakin bu dəfə də xx.xx.2021-ci il tarixli göndərişə əsasən əlillik təyinatından ikinci dəfə imtina olunmuşdur. 2743003AABKU saylı göndərişdən görünür ki, iddiaçıya İİİ dərəcə xroniki-limfo-venoz çatmamazlığı diaqnozu qoyulmuşdur. Hətta sözügedən əsasnaməyə əsasən iddiaçının əlillik dərəcəsi üçüncü dərəcə deyil, ikinci dərəcə olmalıdır.
9. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinın 2-1(112)-1608/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilərək iddiaçıya 37 sayl ı şəhər poliklinikası tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 2743003AABKU saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2021ci il tarixli, 2743003AABKU saylı tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin göstərilən bəndinə əsasən ona ikinci dərəcə əlillik təyinatına əsas verir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(103)-240/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova – sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş xx.xx.2021-ci ildə 2743003AABKU saylı göndərişdə əsas diaqnoz olaraq göstərilmiş “Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varıkoz genəlməsi, Hər iki aşağı ətrafların residiv varikozu, sağ baldırın xroniki venoz xorası. Limfodema."İkitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz Lazer ablisıyası" cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2014 Oksigen Klinikası). Xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə., ÜİX.Aterosklerotik kardioskleroz. Əsəbi gərginlik” göstərilsə də, həmin göndərişdə qeyd olunan ağırlaşmalarda hər iki ətraf damarda olması qeyd olunmamışdır. Bu da, məhkəmənin 2.2.12-ci yarımbəndinə istinad etməsinə əsas vermir.
17. Bundan başqa apellyasıya məhkəməsinin sorğularına cavab olar aq xx.xx.2023cü il tarixində iddiaçı yenə də əyani müayinə olunmuş, aparılan araşdırmaya əsasən, nə Nazirlər Kabinetinin 413 nömrəli 2015-ci il 30 dekabr tarixli Əsasnaməyə, nə də 187 nömrəli 2022-ci il 13 may tarixli Qərar ilə şəxs barəsində əlillik təyin edilməsi üçün əsas olmamışdır. Göründüyü kimi göndərişin rəsmiləşdirildiyi zaman qüvvədə olan 2015-ci il 30 dekabr tarixli Əsasnaməyə və 187 nömrəli 2022-ci il 13 may tarixli “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun əlillik olmadığı üçün iddiaçı barəsində əlillik təyin edilməmişdir.
18. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlilik təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarım qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı Özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(103)-240/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə
3. Əlilliyin müəyyən edilməsi... 3.4. Əlilliyin mü əyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.... Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliy i olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır....
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial e kspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxma yaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na u yğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
2. Əlilliyin müəyyən olunması meyarları... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya q ulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9);
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələri ndə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərin dən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı işin hallarına görə iddiaçının əlillik vəziyyətinə ilk dəfə Bakı 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2743003AAA2H saylı göndərişi əsasında baxılmış və ona bir il müddətinə əlillik dərəcəsi verilmiş, sonradan elektron təyinatla xx.xx.2016-cı il tarixdə beş il müddətinə 3-cü dərəcə əlillik verilmişdir.
30. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə 2743003AABJ3 saylı göndəriş əsasında baxılmış və “xəstədə son bir il ərzində əsas diaqnozun ağırl ıq dərəcəsinə görə ixtisaslaşmiş müalicə kursu yetərli deyil, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə/müalicə olunmasına ehtiyac var" səbəbi ilə imtina verilmişdir.
31. Bundan sonra onun əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli, 2743003AABKU saylı göndəriş əsasında yenidən baxılmış və “cərrahi əməliyyatdan sonra 2021-ci ilə qədər stasionar müalicələri yoxdur, müayinələri səthidir, ixtisaslaşmış müayinə və müalicələri davam etdirilsin” səbəbi ilə imtina verilmişdir
32. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı əvvəllər fasiləsiz olaraq 7 ildən çox İİİ dərəcə əlilliyi olan şəxsdir və ona həmin əlillik məhz digər xəstəlikləri ilə yanaşı, əsas diaqnozu- İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının varikoz gen...; venaların varikoz genişlənməsi. Sağ baldırın aşağı 1\3ninvenoz trofiki xorası cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu əsasında verilmişdir.
33. Bununla bağlı iş materiallarında sənədlərdən, o cümlədən ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan da görünür ki, iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər, yəni aşağı ətraf venalarının varikoz xəstəliyi, residiv varikoz, xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə müəyyən edilmişdir.
34. Cavabdehin “ixtisaslaşdırılmış müayinə, müalicəyə ehtiyacı var” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində qeyd olunan “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qayda sı”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır.
35. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, hətta hazırki işdə olduğu kimi ağırlaşması halında, əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Buna baxmayaraq yuxarıda da qeyd olunduğu kimi, 37 nömrəli şəhər poliklinikasının məlumatına əsasən İddiaçı müayinələrinin nəticələri diaqnozda öz əksini tapmış və əldə olunmuş diaqnoza əsasən ixtisaslaşmış klinikada- Ak. Topçubaşov adına X2 stasionar şəraitdə müayinə və müalicə olunmuşdur (ambulator kitabçadan çıxarış: xx.xx.2021-ci il), onun əlavə olaraq ixtisaslaşmış klinikada müayinə və müalicə olunmasına ehtiyac yoxdur.
36. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2021-ci il tarixli 2743003AABKU saylı tibbi göndərişdə qeyd oluna n əsas diaqnoz və ağırlaşma olan “İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Limfodema. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci bəndi, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.7 və 2.8ci bəndləri ilə ona ikinci dərəcə əlillik təyinatına əsas verir.
37. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyə tə müdaxilə edilə bilməz.
38. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin də istinad etdiyi İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 39. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, dis kresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
40. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdehin iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən qanunsuz imtinası iddiaçını məhkəməyə müraciət etmək məcburiyyətində qoymuş, məhkəmələr isə faktiki olaraq iş üzrə inzibati icraat apararaq qanuni qərar qəbul etmişlər.
41. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraql arına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “... Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhk əməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır....”
44. İddiaçı hazırkı iddianı qaldırarkən iddia ərizəs ində “Bakı şəhər 37 nömrəli Şəhər Poliklinikasının üçüncü şəxs kimi göstərmiş, işə baxan məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına cəlb edilməli olub-olmamasına qiymət verilmədən, bu barədə ayrıca qərardad qəbul edilmədən Bakı şəhər 37 nömrəli Şəhər Poliklinikasını iş üzrə üçüncü şəxs hesab edilmişdir.
45. Halbuki hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Bakı şəhər 37 nömrəli Şəhər Poliklinikasının qanunla qorunan maraqlarına toxunmur. Başqa sözlə, məhkəmə qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi Bakı şəhər 37 nömrəli Şəhər Poliklinikasının hüquqi marağına toxunma halını yaratmır. Hazırkı mübahisə üzrə ümumiyyətlə Bakı şəhər 37 nömrəli Şəhər Poliklinikasının məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda, Bakı şəhər 37 nömrəli Şəhər Poliklinikasının iş üzrə üçüncü şəxs qismində iştirakçılığına xitam verilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 21(103)-240/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 37 nömrəli Şəhər Poliklinikasının iş üzrə üçüncü şəxs qismində iştirakçılığına xitam verilsin. Qərar qətidir.