Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2454/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2454/19 Bakı şəhəri 13 noyabr 2019-cu il Açar sözlər: özünümüdafiə dəstələrinin tərkibində iştirak etmiş şəxsə müharibə veteranı adının və vəsiqənin verilməsi, işin araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2019-cu il tarixli, 2-1(103)-814/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1988-ci ildə həqiqi hərbi xidmətə getmiş, 1990-cı ildə Almaniya Demokratik Respublikasında xidmətini başa vuraraq ordu sıralarından tərxis olmuşdur. Daha sonra o, erməni millətçi dəstələri tərəfindən edilən təxribat və hücumların qarşısının alınmas ı məqsədi ilə təşkil edilmiş özünümüdafiə dəstələrinə qoşulmuş və 1992-ci ilin may ayınadək döyüşlərdə iştirak etmişdir. Həmin dəstələr rayon icra hakimiyyəti tabeliyində olduğundan iddiaçı Laçın rayonu İcra Hakimiyyəti tərəfindən döyüşlərdə iştirakını təsdiq edən arayışı əldə etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Laçın rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə dolğun məlumatlar olmadığından ona müharibə veteranı adının verilməsindən imtina edilməsi qanuni olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2-1(82)2817/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin məhkə mə hesab etmişdir ki, iddiaçının adı 1988-ci il fevralın 1-dən 1992-ci ilin mayın 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş şəxslərin siyahısında qeyd olunmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2019-cu il tarixli, 2-1(103)-814/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının könüllü özün ümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair arxiv sənədlərinin mövcud olmaması onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1992-ci ilin 18 may tarixinədək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Laçın rayonu Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsi məhkəmə kollegiyasında şübhə doğurmuşdur. İddiaçının döyüş əməliyyatlarında iştirakı arxiv sənədləri ilə öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hər-hansı hüququnun pozulmasına səbəb olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndi,“Veteranlar haqqında” Azərbayc an Respublikası Qanunun 3-cü maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, onun 1990-cı ilin dekabr ayından 1992-ci ilin may ayınadək Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti aparatı tərəfindən verilmiş 08 sentyabr 2017-ci il tarixli, 9/1208 saylı arayışa əsasən öz təsdiqini tapdığından və həmin arayışın mötəbər olmaması c avabdeh tərəfindən sübuta yetirilmədiyindən, habelə qanunvericiliklə müharibə veteranı statusunun alınmasına yol verilməyən hallar iddiaçıya münasibətdə mövcud olmadığından, apellyasiya məhkəməsinin cavabdehin iddiaçıya müharibə veteranı statusunun verilməsindən imtinasının qanuni və əsaslı olmasına dair gəldiyi nəticə düzgün olmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3, 7, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2.0.2, 15.2, 19.2, 24.1, 24.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 14.3, 33.1, 33.2, 73.1-cimaddələrinəistinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasın da iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. AZE seriyalı, № 0*** **** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxx 1970-ci ildə ünvan 1ində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı, ******* nöməli hərbi biletin surətindən görünür ki, iddiaçı 08 iyul 1995ci ildə hərbi and içmiş, ona Azərbaycan Respublikası Müdafiə Nazirinin 0259 nömrəli, 03 dekabr 1997-ci il tarixli əmri ilə leytenant hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən verilmiş 08 sentyabr 2017-ci il tarixli, 9/1208 nömrəli arayışdan görünür ki, iddiaçı, həqiqətən 1990-ci ilin dekabr ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş, müharibə veteranı adı və vəsiqəsi almamış vətəndaşların 26 may 2017-ci il tarixli adlı siyahısı (sıra nömrəsi 11). Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən məhkəməyə ünvanlanmış 08 noyabr 2018-ci il tarixli, 5/309 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının Laçın rayonu ərazisində könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adların ın verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 03 noyabr 2016-cı il tarixli 438 nömrəli Qərarına əsasən təsdiq edilmiş adlı siyahının təsdiq olunmuş nüsxəsindən çıxarış Sizə göndərilir. Nəzərə almağınız xahiş olunur. 08 noyabr 2018-ci il tarixli, 5/309 nömrəli məktuba əlavə edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrə li Qərarı ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Laçın rayonunun Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş, müharibə veteranı adı və vəsiqəsi almamış şəxslərin 26 may 2017-ci il tarixdə təsdiq edilmiş adlı siyahısında İddiaçı adı qeyd olunmuşdur. Cavabdehin Laçın Rayon Bölməsi tərəfindən iddiaçıya ünvanlanmış 17 may 2018-ci il tarixli, 637 nömrəli məktubda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə “Müharibə veteram” adı və vəsiqəsi verilməsi üçün təqdim etdiyiniz sənədlərə SHXÇDX-nin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasında baxılmışdır. Könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinizə dair Rayon İcra Hakimiyyətindən döyüş əməliyyatları aparılan illərə aid arxiv sənədlər (əmrdən çıxarış və ya digər sənədlər) və ya müvafiq məhkəmə orqanının qərarı olmadığı üçün təqdim etdiyiniz sənədlər SHXÇDX tərəfindən geri qaytarılıb. Bununla əlaqədar təqdim etdiyiniz sənədlər ünvanınıza göndərilir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etsə də, lakin onların tətbiqi üçün işin hallarını tam müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair arxiv sənədlərinin mövcud olmaması iddiaçının tələbinin təmin olunmaması üçün əsas kimi qiymətləndirilməlidir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, onun könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti aparatı tərəfindən verilmiş arayışla öz təsdiqini tapdığından, apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar (…). «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyü ş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — (...), habelə Laçın, (...) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, (...) — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafi zə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (...) habelə Laçın, (...) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Sadalanmış bu müddəaların əlaqəli təhlilinə görə müharibə veteranı adı və vəsiqəsi özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə o halda verilir ki, əgər həmin şəxslər 01 fevral 1988-ci il tarixindən 12 may 1994-cü il tarixinə qədər olan dövr çərçivəsində erməni millətçi dəstələrinə qarşı, o cümlədən Laçın rayonunun ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmişdirlərsə və bu hal verilmiş arayış və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda əks olunmuşdur. İşin hallarına görə, Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən iki dəfə 08 sentyabr 2017-ci il tarixli arayışla və 08 noyabr 2018-ci il tarixli məhkəməyə ünvanlanmış məktubla bildirilmişdir ki, iddiaçı 1 990-ci ilin dekabr ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Bu halın sübutu kimi 26 may 2017-ci il tarixli siyahı əsas kimi göstərilmişdir. Həmin siyahıda isə iddiaçının adı əks olunsa da, lakin “Döyüşlərdə iştirakı sübut edən sənədlərin adı, tarixi və nömrəsi” kimi 05 dekabr 2016-cı il tarixli, 1 saylı protokola istinad edilmişdir. Bununla isə belə nəticə əldə edilir ki, iddiaçının adı yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda göstərilsə də, lakin həmin siyahıya şəxsin adının qeydə alınmasına əsas olmuş 05 dekabr 2016-cı il tarixli, 1 saylı protokolun mahiyyəti açıqlanmamışdır. Halbuki, cavabdeh bilavasitə iddiaçının adının qeyd edilmiş siy ahıda əks olunmasının əsaslarını mübahisələndirmişdir. Yəni iddiaçının bilavasitə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi halının sübut olunmamasını bildirmişr. Qeyd edilən halda məhkəmənin aparılmalı olduğu araşdırma 26 may 2017-ci il tarixli siyahıya iddiaçının adının qeydə alınamsının faktiki və hüquqi əsaslarının, yəni 05 dekabr 2016-cı il tarixli, 1 saylı protokolun araşdırılması ilə bağlı olmalı idi ki, apellyasiya məhkəməsi bu hissədə hər hansı bir araşdırmanı aparmamışdır. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələnin həlli məqsədilə əlavə sübutlar tələb etməli və həmin sübutlara əsasən tələbə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş cid di prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlar a əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2019-cu il tarixli, 2-1(103)-814/2019saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2454/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2454/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver