Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2455/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1115/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********152899 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının (VÖEN **********) noyabr 2018-ci il tarixdən oktyabr 2021-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Yoxlama xx.xx.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY211701804; xx.xx.2021-ci il)
3. Cavabdehin ** ********152967 nömrəli, xx.xx.2022-ci il tarixli “Səyyar vergi yoxlaması aktı”na əsasən, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022ci il tarixdə başa çatdırılmışdır. Həmin aktda müəssisə tərəfindən ƏDV-nin 2018-ci ildə 12675,11 manat məbləğində, 2019-cu ildə 16164,30 manat məbləğində azaldılması, gəlir vergisinin 2018-ci ildə 36167,34 manat məbləğində, 2019-cu ildə 15612,32 manat məbləğində azaldılması müəyyən edilmişdir.
4. Cavabdehin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 80.619,07 manat vergi hesablanmış və 40.349,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********158086 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi orqanının **********533300 saylı məktubu ilə “xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərar və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnaməsi həmin tarixdə elektron qaydada təqdim edilmiş, tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Vergi orqanının **********652000 saylı məktubuna əsasən, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt tərtib olunmuş və elektron poçtla göndərilməsi barədə məlumat alması qeyd olunmuşdur.
7. Vergi orqanının **********653700 saylı məktubunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021- ci il tarixli **********152899 nömrəli “Səyyar yoxlama keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən yoxlama i lə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “MN” seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol elektron poçtla göndərilməsi barədə məlumat alması qeyd olunmuşdur. Vergi orqanının **********638400 nömrəli məktubuna əsasən “Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı (VÖEN **********) üzrə xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə elektron qaydada təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Lakin səyyar vergi yoxlaması ilə əlaqədar heç bir sənəd əldə etməmişdir. Yoxlayıcı orqanın heç bir üzvünü görməmişdir. xx.xx.2021-ci il tarixli **********99 nömrəli səyyar vergi yoxlaması haqqında qərarda vergi orqanı yoxlamanın növbəti olduğunu qeyd etmişdir. Lakin qərarda qeyd olunanın əksinə Səyyar vergi yoxlaması növbədənkənar keçirilmişdir. xx.xx.2021-ci il tarixində sənədlərin təqdim olunmasından imtina haqqında akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı, tələbnamə və digər sənədlərin göndərilməsi haqqında qərar iddiaçıya təqdim olunmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim olunmamışdır. Qeyd olunan hərəkətlərdən elektron kargüzarlıq vasitəsi ilə məlumat almışdır. O, yoxlayıcını görməmiş və müvafiq sənədlər ona təqdim olunmamışdır. Cavabdehin etirazları:
8. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, vergi orqanında olan məlumatlara əsasən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə 981.775,5 manat, 2019-cu ildə isə 300.037,07 manat dövriyyəsi olmuş, eyni zamanda, vergi ödəyicisi bu dövrləri zərərlə başa vurmuş və 2019-cu ilin sonuna isə mal qalığı olmamışdır. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi üçün qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərar, S ahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********152964 nömrəli Tələbnamə xx.xx.2021-ci il tarixli **********949700 nömrəli məktub ilə vergi ödəyicisinə təqdim edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı tələb olunan sənədlər yoxlayıcıya təqdim edilməmişdir. Tələbnamədə göstərilən yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilmədiyinə görə “Sənədlərin təqdim olunmasından imtina olunması barədə” xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Bununla əlaqədar yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şif ahi və (və ya) yazılı izahat verilməməsi ilə bağlı iddiaçı barəsində inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)380/2022 nömrəli qərarı ilə Cəfərov X1 Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir.
9. Bundan əlavə, yoxlama zamanı vergi ödəyicisi tərəfindən idxal olunmuş müxtəlif keramik plitələrin (kafel, metlax) satışının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən “Ekspertizanın təyin edilmə si haqqında” xx.xx.2022-ci il tarixli **********154312 nömrəli qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli **********936500 nömrəli məktub əsasında “MBA LTD" MMC Konsalting və Qiymətləndirmə Şirkətindən ekspert dəvət olunmuşdur. Ekspertizanın keçirilməsi ilə əlaqədar vergi ödəyicisi tərəfindən yoxlamaya aid zəruri sənədlər ekspertiza tədqiqatının aparılması üçün təqdim edilmədiyinə görə ekspert rəy verməmiş və bu barədə ekspert tərəfindən xx.xx.2022-ci il tarixli MB15-0274 nömrəli məktubla vergi orqanına məlumat verilmişdir. Bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində qeyd olunmuşdur.
10. Səyyar vergi yoxlaması aktının 1.8-ci bəndindən göründüyü kimi yoxlanılan dövrdə İddiaçı faktiki olaraq kafel-metlaxın pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama nəticəs ində aşağıdakı vergi məbləğləri hesablanmışdır: 28.839,41 manat ƏDV və 14.419,71 manat maliyyə sanksiyası; 51.779,66 manat gəlir vergisi və 25.889,83 manat maliyyə sanksiyası. Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üçün büdcəyə 16.453,35 manat ƏDV hesablanmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılan zaman 28.839,41 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri olan sənədlər təqdim edilmədiyinə görə, vergi ödəyicisinin 2018-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində xx.xx.2018-ci il tarixə göstərilən 577.235,23 manat mal qalığı və xx.xx.2018-xx.xx.2019-cu illər üzrə idxal olunmuş 490.936,26 manat məbləğində malların dəyərinə vergi ödəyicisinin elektron qaimə ilə təqdim etdiyi mallar üzrə müəyyən olunan ticarət əlavəsi (35%) əlavə olunaraq səyyar vergi yoxlaması ilə 1.442.031,51 manat (577.235,23+490,936,26) x 1,35) dövriyyə müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1.281.812,57 manat dövriyyə nəzərə alınaraq, (1.442.031,51- 1.281.812,57) 160.218,94 manat məbləğində vergiyə cəlb olunan dövriyyənin az göstərilməsi nəticəsində 28.839,41 manat ƏDV hesablanmışdır. (2018-ci il üzrə 12.675,11 manat, 2019-cu il üzrə 16.164,30 manat).
11. Gəlir vergisinin müqayisəli cədvəli: 2018-ci il üzrə SVY bəyannamə məlumatı36.16734 manat azaldılmışdır; 2019-cu il üzrə SVY bəyannamə məlumatı-15.612,32, azaldılmışdır; cə mi SVY bəyannamə məlumatı 51.779,66 manat azaldılmışdır.
12. Vergi ödəyicisi tərəfindən 2018-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 981.775,50 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 981.775,50 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəliri 978.000,92 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 944.014,90 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 972.784,08 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 5.216, 84 manat gəlir keçmiş illərin çıxılası zərəri ilə bağlanaraq gəlir vergisi hesablanmamışdır.
13. Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2018-ci il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 1.052.192,81 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 1.052.192,81 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 1.048.418,23 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7.800,0 m anat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 805.852,43 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 834.621,61 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 213.796,62 manat gəlirdən keçmiş illərin zərəri cəmi 32.959,90 manat (2016-cı il üzrə 1.247,35 manat, 2017-ci il üzrə 31.712,55 manat) çıxıldıqdan sonra, vergiyə cəlb olunan 180.836,72 manat gəlir məbləğindən 20% dərəcə ilə 2018-ci il üzrə 36.167,34 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 180.836,72 manat gəlirin azalmasının səbəbi isə sahibkar tərəfindən ümumi gəlirin 70.417,31 manat və keçmiş illərin zərərinin 27.743,06 manat məbləğində az, malın dəyəri üzrə xərclərin 138.162,47 manat gəlir vergisi bəyannaməsində artıq (70.417,31+138.162,47-27.743,06=180.836,72) göstərilməsi olmuşdur.
14. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 300.037,07 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 300.037,07 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəliri 299.650,64 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 292.466,43 manat, icarə haqqı 5.904,88 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəli rdən çıxılan xərclər 303.930,61 manat təşkil etmiş, 2019-cu ili 4.279,97 manat məbləğində zərər ilə başa vurmuşdur.
15. Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2019-cu il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 389.838,70 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 389.838,70 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 389.452,27 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 302017,78 manat, icarə haqqı 3.813,57 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 311.390,65 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 78.061,62 manat gəlir məbləğindən 20% dərəcə ilə 15.612,32 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 78.061,62 manat gəlirin azalmasının səbəbi sahibkar tərəfindən ümumi gəlirin 89.801,63 manat, malın dəyəri üzrə xərclərin 9.551,35 manat məbləğində az, icarə haqqının (fiziki şəxslər üzrə) 2.091,31 manat və keçmiş illərin 4.279,97 manat zərərin gəlir vergisi bəyannaməsində (89.801,639.551,35-4.279,97+2.091,31=78.061,62) artıq göstərilməsi olmu şdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6249/2022 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdehin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir.
17. Məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdə müddət bitdikdən 4 ay sonra “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edildiyindən, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1115/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Vergi Məcəlləsinin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, belə ki, həmin maddənin 38.2-ci və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilavasitə 30 iş gününü nəzərdə tutur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamanın yalnız iş günü ərzində aparılmalı olduğunu müəyyən edir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında göstərdiyi “vergi orqanı tərəfindən vergi yoxlamasının 30 gündən artıq keçirilməsi və bunun qanunsuz olması” barədə fikirləri ilə razılaşmasa da, hesab etmişdir ki, bu yanaşma kobud prosessual pozuntu kimi qiymətləndirilməməklə yanaşı, nəticə etibarilə düzgün olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır.
21. İddiaçının mübahisələndirdiyi inzibati aktın “növbədənkənar vergi yoxlamasının nəticəsi” olması ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı nda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı qərarında həmin əlaqəli məlumatları açıqlamamış, eləcə də səyyar vergi yoxlaması aktında da onları qeyd etməmişdir.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
23. Şikayətin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yoxlamanın keçirilmə və başa çatma müddətləri ilə bağlı düzgün olmayan mövqeyi ilə razılaşması işin faktiki hallarına uyğun deyil və əsassızdır. Belə ki, səyyar vergi yoxlamasının müddətinin xx.xx.2022-ci il tarixdə başa çatmasını hansı qaydada hesabladığı aydın deyil və bu barədə gəldiyi nəticə əsassızdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinin gözlənilməməsi barədə həqiqəti əks etdirməyən dəlillərini əsas götürərək, həmin dəlilləri işin materiallarında olan digər sübutlar ilə əlaqəli araşdırmadan və qiymətləndirmədən işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir.
25. Həmçinin bildirilmişdir ki, vergi qanunvericiliyinin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyə əsasə n səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri vergi orqanı tərəfindən pozulmamışdır.
26. Belə ki, Vergi qanunvericiliyinin digər sahəvi qanunvericiliklə qarşılıqlı təhlili tam olaraq onu deməyə əsas verir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər, yəni günlərlə ifadə olunmuş prosessual müddətlər məhkəmənin barəsində şikayət olunan qərarında ifadə etməyə çalışdığı təqvim gününü deyil, məhz iş gününü nəzərdə tutur.
27. Apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlilini düzgün aparmamış və hüquq müəyyənedici orqanın qeyd olunan normaları qəbul edə rkən günlərlə ifadə olunan müddətlər ilə bağlı həqiqi məqsədlərini düzgün təfsir etməmiş və nəticədə yanlış qənaətə gələrək maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. 28. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərarın 3-cü bəndindən də göründüyü kimi yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir.
29. Cavabdeh məhkəmənin səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın vergi orqanı tərəfindən əsaslandırılmaması və müddətlərə əməl edilməməsi münasibətdə qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq altsistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə 978,0 min ma nat, 2019-cu ildə isə 300,0 min manat dövriyyəsi olmuşdur. Eyni zamanda, müəssisə bu dövrləri zərərlə başa vurmuşdur. 2019-cu ilin sonuna isə mal qalığı müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi əsas götürülmüş, qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmış və əsaslı olaraq Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.
30. Məhkəmənin vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan əlaqəli məlumatları cavabdeh tərəfindən təqdim edilməməsi barədə dəlilinə münasibətdə qeyd edilmişdir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan əlaqəli məlumatlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda qeyd olunmuş, eyni zamanda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulan vergi ödəyicisi barədə məlumatları özündə əks etdirən xx.xx.2021-ci il tarixli **********622900 nömrəli məlumat (6 vərəq) sübut kimi məhkəməyə təqdim edilmişdir və inzibati işin materiallarında var. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1115/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Vergi Məcəlləsi: 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;...
33. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçıla rının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olun ur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olara q, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin in tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası, ilk növbədə cavabdehin şikayətində səyyar vergi yoxlamasının keçirilməsi müddəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə apellyasiya instansiyası məhkəməsinin razılaşması barədə qənaətini əsaslı hesab etmir. Cavabdeh hesab edir ki, “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yoxlamanın keçirilmə və başa çatma müddətləri ilə bağlı düzgün olmayan mövqeyi ilə razılaşması işin faktiki hallarına uyğun deyil və əsassızdır. Belə ki, səy yar vergi yoxlamasının müddətinin xx.xx.2022-ci il tarixdə başa çatmasını hansı qaydada hesabladığı aydın deyil və bu barədə gəldiyi nəticə əsassızdır.”.
37. Cavabdehin şikayətinin həmin dəlilinin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, “"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Vergi Məcəlləsinin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, belə ki, həmin maddənin 38.2-ci və 38.4-cü hissələri yoxlamaların iş günü ərzi ndə aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilavasitə 30 iş gününü nəzərdə tutur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamanın yalnız iş günü ərzində aparılmalı olduğunu müəyyən edir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında göstərdiyi “vergi orqanı tərəfindən vergi yoxlamasının 30 gündən artıq keçirilməsi və bunun qanunsuz olması” barədə fikirləri ilə razılaşmasa da, hesab edir ki, bu yanaşma kobud prosessual pozuntu kimi qiymətləndirilməməklə yanaşı, nəticə etibarilə düzgün olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır.” (iş v.194, 195).
38. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi öz qərarında birinci instansiya məhkəməsinin 30 günlük müddətlə bağlı qənaəti ilə deyil, ümumilikdə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığını göstərmişdir (iş v.193).
39. Apellyasiya instansiyası məhkəməsinin iddianın əsaslılığı ilə bağlı qənaətinə və bu qənaətin yeganə əsası kimi vergi yoxlamasının və onun əsasında qəbul edilmiş mübahisələndirilən qərarın qanuniliyini özü-özlüyündə aradan qaldıran cavabdehin “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının qanunsuz olduğuna istinadına gəldikdə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatl arı öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı qərarında həmin əlaqəli məlumatları açıqlamamış, eləcə də səyyar vergi yoxlaması aktında da onları qeyd etməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, həmçinin qeyd etmişdir ki, “Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyek tinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmal ıdır. Hazırkı işdə yuxarıda da qeyd olunduğu kimi, vergi orqanı iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan rəsmi əlaqəli məlumatların mövcudluğunu sübuta yetirə bilməmiş, həmin rəsmi əlaqəli məlumatları məhkəməyə təqdim edə bilməmişdir.”.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 64.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
42. İstinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bü tün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
43. Məhkəmə kollegiyası razılaşır ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Çünki vergi məsuliyyəti müəyyən edən inzibati akt həm vergi yoxlamasının başlanılmasına və aparılmasına dair icraatla bağlı normaların, həm də maddi hüquq normalarının tələblərinə riayət etməklə çıxarılmalıdır. Müvafiq olaraq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normaların tə ləblərinə riayət olunması istiqamətində aparılır.
44. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının qorunması məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata ke çirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz.
45. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir.
46. Bununla yanaşı, nəzərə alınmalıdır ki, baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Belə ki, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun.
47. Qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
48. Normanın məzmunundan göründüyü kimi, burada söhbət vergitutma obyektinin müəyyənləşdirilməsi və ödənilməli olan verginin məbləğinin hesablanması məqsədi ilə istifadə olun an əlaqəli məlumatlardan deyil, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi üçün istifadə olunan “mənbəyi bəlli olan hər hansı məlumat”dan gedir.
49. Cavabdeh təsdiq edir ki, Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq altsistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə 978,0 min manat, 2019-cu ildə isə 300,0 min manat dövriyyəsi olmuşdur. Eyni zamanda, müəssisə bu dövrləri zərərlə başa vurmuşdur. 2019-cu ilin sonuna isə mal qalığı müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi əsas götürülmüş, qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmış və əsaslı olaraq Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.
50. Beləliklə, məhkəmə cavabdehin “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarının qanuniliyinə qiymət verərkən istinad edilən həmin məlumatların qərarın qəbul edildiyi vaxtda inzibati orqanın sərəncamında olub-olmaması faktından çıxış etməlidir.
51. Digər tərəfdən, cavabdeh bəyan edir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan əlaqəli məlumatlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş et irazda qeyd edilmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulan vergi ödəyicisi barədə xx.xx.2021-ci il tarixli **********622900 nömrəli məlumat (6 vərəq) sübut kimi məhkəməyə təqdim edilmişdir.
52. Cavabdehin təqdim etdiyi sənədlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxış keçirildiyi və onların iş materiallarına əlavə edildiyi məhkəmə iclas protokolunda qeyd olunsa da (iş v. 168), həmin sənədlərin icraat iştirakçıları ilə müzakirə edildiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1-ci maddəsi). Nəzərə alınsa ki, apellyasiya instansiyası məhkəməsi qərarını birinci instansiya məhkəməsinin qərarından fərqli əsaslandırmış, cavabdehin mübahisələndirilən qərarının qanunsuz olması ilə bağlı gəldiyi nəticəni növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçü n Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulmuş halların vergi orqanı tərəfindən qərarda göstərilmədiyinə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan rəsmi əlaqəli məlumatların mövcudluğunu sübuta yetirə bilmədiyinə istinad etmişdir, bu halda, məhkəmə cavabdehin həmin hallarla bağlı irəli sürdüyü dəlillərin üzərindən sükutla keçməməli, onları icraatın iştirakçıları ilə müzakirə etməli və qiymətləndirməli idi. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsinin qərarında özünün də qeyd etdiyi kimi, məhkəmə araşdırmasını ən azından inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə aparmalı idi. Hazırkı işdə bu, baş verməmişdir.
53. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7, 64.1 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfində n təmin olunmamışdır.
54. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
55. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1115/2023 nömrəli ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Ş